Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə15/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   11   12   13   14   15   16   17   18   ...   103

32 
 
Sultan  Səncər  də  bu  hadisələrə  qarışdı  və  Məsuddan  vəziri  Xass -bəyi 
istefaya  çıxarmağ ı  tələb  etdi.  Yalnız  sultan  Məsud  Səncərin  göstərişini  yerinə 
yetirəndən sonra əmirlər öz qoşunlarını Bağdaddan çəkib apardılar
1

544  (noyabr,  1149)-cü  ilin  rəcəbində  ə mirlərdən  Alp  Quş  Gün-Xur, 
Tarıntay  və  İbn  Dubeys  yenidən  Məsuda  qarşı  çıxdılar.  Bu  dəfə  onlar  şahzadə 
Məlik  şah  ibn  Mahmudu  öz  orduların ın  başçısı  təyin  etdilər.  Onlar  İraqa  daxil 
olub,  xəlifə  Müqtəfiyə  çaparla  tələbnamə  göndərdilər  ki,  o,  Məsudun  adının 
xütbələrdə  o xunmasını  dayandırıb,  onun  yerinə  Məlik  şahın  adını  saldırmalıd ır. 
Xəlifə bu tələbi yerinə yetirməkdən boyun qaçıraraq, Bağdadı  möhkəmləndirməyə 
başladı. Xəlifə bu  xəbəri Sultan Məsuda göndərdi və onun gəlişini gözlədi. Məsud 
544-cü  il  şəvvalin  ortala rında  (fevra lın  orta ları,  1150)  Bağdada  çatdı.  Qiya mç ı 
əmirlər  sultanla  barışdılar  və  qoşunların ı  xilafətin  paytaxtından  uzaqlaşdırdılar.
2
 
Bununla  belə  bu  hadisələr  nəticəsində  xəlifə  əl-Müqtəfı  sələfın in  itird iyi  bütün 
hüquq  və  imtiyazları  özünə  qaytara  bild i.  Məsud  isə  xəlifəyə  vəzir,  müdərrislər, 
qazılar və dövlətin başqa məmurlarını təyin etmək hüququnu itirdi.  
547-c i  il  rəcəbin  1-də  (02.10.1152)  Su ltan  Məsud  Həmədanda  vəfat  etdi
3

Onun  qardaşı  oğlu  Məlik  şah  ibn  Mahmud  sultanlıq  taxtına  oturduldu.  Bir  neçə 
müddət  işdən  kənarda  qalan  Xass -bəy  ibn  Pələng-Ari  qoşun  və  əmirləri  yeni 
sultana  and  içməyə  (beyətə)  gətirdi.  Bununla  belə,  mənbələr  göstərir  ki,  "Su ltan 
Məsudun  ölümü  ilə  Səlcuqilər  evinin  səadəti  də  öldü"
4
.  Səlcuq  şahzadələri 
arasında yenidən taxt-tac uğrunda mübarizə başlandı. Taxt -tac uğrunda gah bu, gah 
da  başqa  iddiaçını  müdafıə  edən  əmirlə r  sultanları  və  Səlcuq  şahzadələrin i  işdə 
deyil, yalnız sözdə hakim hesab edirdilər. 
Yeni  Sultan  Məlik  şah  müstəqillik  göstərməyə  çalışanda,  hakimiyyəti 
yenidən  öz  əlində  toplamış  vəzir  Xass -bəy  547-ci  ilin  şəvvalində  (yanvar,  1153) 
onu  həbs  edib,  Sultanın  qardaşı  şahzadə  Məhəmməd in  yanına  elçi  göndərdi  və 
bildirdi ki, sultan taxtı boşdur, onu gözləyir
5

Hic ri  548-c i  il  səfər  ayının   başlanğıcında  (may,  1153)  Məhə mməd  sultan 
elan edildi və ordu ona and içdi. Xass -bəy ibn Pələng-Arinin hakimiyyət üçün necə 
qorxu lu  olduğunu  anlayan  yeni  sultan  hakimiyyətə  keçəndən  üç  gün  sonra  onu 
                                                                 
1
  İbn  əl-Əsir,  IX,  səh.21-22;  ol-Bundari,  səh.222-225;  İbn  əl-Kalanisi,  səh.301-392;  əl-Hüseyni, 
vər.67b. 
2
 İbn əl-Əsir, IX, səh.25. 
3
 İbn əl-Əsir, IX, səh.31; Ravəndi, səh.236; əl-Bundariyə görə (səh.227), Məsud 547-ci hicri ilində, 
cumad əssaninin sonunda (sentyabr, 1152) ölmüşdür. 
4
 Əl-Məqrizi, əs-Suluk, 1/1, səh.38. Burada eyniköklü sözlərin oyunu verilibdir, Məsud - "səadətə 
çatmış", sadə - "səadət", "bəxt". 
5
 İbn əl-Əsir, IX, səh.32; əl-Bundari, səh.228-229; Ravəndi, səh.242, 245, 249; İbn əl-Fuvati, IV/2, 
səh.884. 


33 
 
edam  etdird i
1
.  Vəzirin  bütün  yaxın  tərəfdarlan  da  edam  etdirildi.  Ya lnız  bir 
türkmən əmiri -Şimlə ləqəbli Aydoğdu qurtula bildi
2

 
Atabəy Şəmsəddin Eldəniz və Marağa hakimi  Nüsrətəddin ibn Ağ Sunqur 
kimi  görkəmli  və  nüfuzlu  əmirləri  öz  tərəfinə  cəlb  etmək  istəyən  Sultan 
Məhəmməd  Xass-bəyin  başını  onlara  göndərdi.  Ancaq əmirlər  bu  hərəkəti  ö zləri 
üçün də  bir  hədə hesab  edib,  yeni  sultanın  tərəfinə  keçməyə  cəhd  göstərmədilər. 
Nüsrətəddin  sultana  belə  bir  məktub  yazdı:  "Sən  düşünürsən  ki,  düzgün  hərəkət 
etmisən,  ancaq səhv  eləyirsən!  Bundan  sonra,  əgər  sən  söz  versən  də, sənə ürək 
qızd ırmaq   olmaz.  Ona  görə  ki,  sən  o  andı  içəcəksən  ki,  elə  andı  [Xass -bəy  ibn 
Pələng-Ariyə də] içmişdin, onunla elədiyin kimi, [bizə də aid olan] sözlərini o cür 
pozacaqsan. Buna görə də, biz səninlə yaxınlıq edə bilməyəcəyik və sənə sözümüz 
yoxdur"
3

Atabəy Eldəniz Arranda qaldı. O, sultanın işlərinə qarış maqdan əl çəkdi və 
hadisələrin  sonrakı  gedişini  gözləyərək,  yaln ız  öz  mü lklərin in  qayğısına  qalmağa 
başladı. Bu  zaman  Naxçıvan onun iqamətgahı id i.  Buradan o, sultan Məhəmmədə 
belə  bir  məktub  yazdı:  "Mən  sənin  əmrlərinə  tabe  qulun  və  məmlükünəm,  sənin 
ittiham  etdiy in  və  pislədiy in  nə  varsa,  mən  hamısının  düşməniyəm.  Əgər  sultan 
istəsə ki, onun qulluğuna gəlim,  mən hazıram!  Əgər o, lazım bilsə ki,  mən  islamın 
düşmənlərinə  qarşı  yola  düşüm  -  mən  gedərəm!  Mən  türkmənlərdən  onun  üçün 
nəhəng bir kütlə və saysız bir ordu toplayaram".  
Sultan  Məhəmməd  belə  cavab  verdi:  "İndiki  zamanda  sənin  qulluğuna 
gəlməyinə  bizim  elə  bir  ehtiyacımız  yo xdur.  Sən  orada  şərəfsiz  bütpərəs tləri  dəf 
etmək üçün müsəlman ların dayaq və istinadgahı ol"
4

Sultanın  müəyyən  bir  vaxt  ərzində  qüvvətli  əmirlərin  nəzarəti  altından 
çıxması  ilə  yaranan  şərait  eyni  zamanda  ara  çəkiş mələrinin  yeni  yanğınını 
hazırlad ı.Taxt uğrunda mübarizə rəqabəti xəlifə əl-Müqtəfı tərəfindən qızışdırılırd ı. 
Bu  zaman  o,  İraqda  bir  zaman  Səlcuqilərə  məxsus  olan  bütün  iqta  mülklərinə 
nəzarət edirdi. Əmirlər Xəlifənin ö zbaşınalığından şikayətlənərək, bu haqda sultana 
xəbər verd ilər. Ancaq Məhəmməd hər hansı bir tədbir görməkdə gücsüz idi, həm də 
ki Xəlifə onun adma xütbə oxunmasından imtina etmişdi
5

Xəlifə doğrudan-doğruya Səlcuq hökmdarları ilə, belə vaxtda şəxsən Sultan 
Məhəmmədlə  hesablaşmırd ı.  Sultanlıq  taxt-tacı  uğrunda  mübarizə  aparan 
Süley man şah da Xəlifənin müttəfıqi id i. Süley man şah uzun müddət Böyük Sultan 
Səncərin sarayında yaşamış və onun adı xütbələrdə sultanın adı ilə yanaşı çəkilirdi. 
Oğuzlar  Səncəri  məğ lub  edib  əsir  alanda,  Sü leyman  şah  Xarəzmə,  oradan  da 
İsfahana  yollanmışdı.  Burada  Sultan  Məhəmməd  onun  əleyh inə  çıxd ı.  Onda 
                                                                 
1
 Nişapuri, səh.67; Ravəndi, səh.249; İbn əl-Fuvati, IV/1, səh.384. 
2
 Əl-Bundari, səh.229-231; Ravəndi, səh.250; əl-Hüseyni, vər.71a. 
3
 Əl-Bundari, səh.231. 
4
 Əl-Hüseyni, vər.71a. 
5
 İbn əl-Cövzi, X, səh.168. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə