Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə16/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   12   13   14   15   16   17   18   19   ...   103

34 
 
Süley man  şah  Xuzistana  getdi  və  oradan  şahzadə  Məlik  şah  tərəfındən  qovuldu. 
Süley man  şah  xəlifə  əl-Müqtəfıyə  məktub  yazdı  və  Bağdada  gəlmək  üçün  icazə 
istədi. Xəlifə icazə verd i və Sü ley man şah Bağdadda təntənə ilə qəbul ed ild i və ona 
nəvaziş göstərildi.  Bu, 551-ci ilin  məhərrəmində (mart,  1156) baş vermişdi.  Xəlifə 
Süley man  şahın  adına  xütbə  o xunmasına  əmr  verdi  və  atası  Məhəmməd  Təpərin 
"şahənşah əl-müəzzəm qiyas əd-dünya vəddin" ləqəbini ona da verdi. 
Xəlifə  3  minlik atlı dəstəsinin komandanlığını  Süley man şaha tapşırdı, o da 
həmin  ilin  rəbiüləvvəl  ayında  (aprel,  1156)  Zibəl  əyalətinə  yola  düşdü.  Xəlifə  isə 
öz ordusu ilə Xulvan keçidinə doğru hərəkət etdi
1

Süley man  şah şahzadə  Məlik  şaha  çapar  göndərib,  yanına  gəlməsini  xah iş 
etdi  və  onu  özünə  varis  təyin  etdi.  Sultan  Məhəmməddən  narazı  əmirlər,  o  
cümlədən  Şəmsəddin  Eldəniz,  Nüsrətəddin  Arslan  Apa,  Alp  Quş  Gün -Xur, 
Fəxrəddin  Zəngi  və  başqaları  tez  bir  zamanda  Sü ley man  şaha  qoşuldular
2

Müttəfiqlər Məhəmmədə qarşı çıxış etdilər, o da Həmədanı verib,  kiçik bir qüvvə 
ilə  İsfahana  çəkild i.  Sü ley man  şah  Həmədanda  sultan lıq  taxtını  tutdu,  ancaq 
tezliklə dövlət işini bir yana buraxıb, əyyaşlığa qurşandı
3

Süley man şahın  müttəfiqi olan əmirlər başa düşdülər ki, o, onların ü midini 
doğrultmadı,  ona  görə  də  bir-bir  sultanlığı  tərk  etməyə  başladılar.  Nüsrətəddin 
Arlan  Apa  ibn  Ağ  Sunqur  Marağaya  qayıtdı,  atabəy  Eldəniz  isə  Azərbaycana 
döndü,  çünki  onun  burada  olmaması  nəticəsində  ayrı -ayrı  hakimlər  arasında 
toqquşmalar  başlan mışdı.  Xass -bəy  ibn  Pələng-Arinin  əmisi  oğlu  əmir  Rəvvadi 
Eldənizin ən qorxulu düşməni id i. 
Rəvvadi  hələ  Sultan  Məsud  tərəfındən  Arran  və  Gəncənin  hakimi  təyin 
edilmişdi.  Eldəniz  də  öz  işlərinə  başı  qarışdığından,  müəyyən   vaxta  kimi  ona 
dəymirdi.  Rəvvadi  Eldənizin  olmamasından  istifadə  edib,  soyğunçuluq  və 
quldurluqla məşğul olmağa başladı. Gəncə əhalisi Eldənizin yanına çapar göndərib, 
Rəvvadinin  zülmündən  onları  qurtarmasın ı  ondan  xahiş  etdilər.  Eldəniz  öz 
qoşunları ilə Gəncəyə gəldi və tezliklə Rəvvadi ölkədən qovuldu
4

Sultan  Məhəmməd  müttəfiq lərin  Sü leyman  şahı  tərk  etdiklərini  eşidəndə, 
Mosul  atabəyi  Qütbəddin  ibn  Mədud  Zəngidən  kömək  istədi,  o  da  köməyə  ö z 
canişini Zeynəddin Əli Kiçiyin başçılığı altında qoşun göndərdi. 
Sultan  Məhəmmədin  qoşunlan  551-ci  ilin  cumad  əl-əvvəlində  (iyul,  1156) 
Süley man  şahın  qoşununu  dağıtdı.  Süley man  şah  qaçdısa  da,  Zeynəddin  Əli  onu 
yaxalayıb tutdu. O, Mosul qalasına salındı və 554 (1159)-cü ilə kimi orada qaldı
5

                                                                 
1
 İbn əl-Əsir, IX, səh.48-49; ol-Bundari, səh.140-142; İbn əl-Fuvati, IV/2, səh.1191-1192. 
2
 İbn-əl-Əsir, Ix, səh. 49; Əl-Bundari, səh. 242; Ravəndi, səh. 252, 255. 
3
 Əl-Bundari. səh.252; Михтар Гош стр.15-17. 
4
  Михтар Гош стр.15-17.  
5
 İbn əl-Əsir, IX, səh., 48-49; əl-Bundari, səh. 233 ,240-242; İbn əl-Kalansi, səh. 338; Ravəndi, səh. 
256. 


35 
 
Süley man  şaha  kömək  göstərmiş  atabəy  Şəmsəddin  Eldəniz,  Sultan 
Məhəmməd  tərəfindən  bağışlandı,  ancaq  Sultanın  yanında  girov  saxlan maq  üçün 
öz oğlu Məhəmməd Cahan Pəhləvanı göndərməyə məcbur oldu
1

Süley man  şah  məğlub  olandan sonra  Sultan  Məhəmməd  551-ci  il  zülqədə 
ayında (16.12.1156-14.01.1157)  xəlifə əl-Müqtəfiyə öz adının  Bağdadda və İraqda 
xütbələrdə  çəkilməsin i  tələb  edən  bir  məktub  göndərdi.  Ancaq  Xəlifə  bu  tələbə 
cavab  verməd i.  Onda  Sultan  Bağdadı  mühasirəyə  almaq  üçün  onun  köməyinə 
qoşun  göndərməyi  söz  verən  Mosul  atabəyinin  vədinə  arxalanıb,  İraqa  doğru 
hərəkət etdi. 
Hic ri  552  (04.03.1157)-c i  il  məhə rrə m  ayın ın  20-də  sultan  Məhəmməd in 
ordusu  Bağdadı  mühasirəyə  aldı.  Səfər  ayının  3-də  (1157-ci  il  martın  17-də)  ağır 
döyüş baş verdi. Xəlifənin döyüşə cəlb etdiyi gəmilər Sultan ordusunu ağır tələfata 
uğratdı. Bağdadlıların müqavimətinə baxmayaraq, Su ltan qalib gəlmə li idi. Bağdad 
az  qalırdı  ki,  təslim  o lsun.  Çünki  mühasirədə  olanların  sursatı  tükənirdi.  Ancaq 
belə olmad ı
2

Xəlifən in  vəziri  Avnəddin  ibn  Hübeyrə  Bağdadın  ilk  mühasirəsi  günündən 
atabəy Şəmsəddin Eldənizlə  möhkəm  mə ktublaşmağa başlayaraq onun Həmədana 
hücuma,  bununla  da  Sultan  Məhəmmədi  Bağdaddan  yayındırmağa  çağırmışdı. 
Bunun  əvəzində  isə  atabəyə  oğulluğu  şahzadə  Arslan  şahın  Sultan  taxtına 
çıxarılmasında  kö mək  edəcəklərini  vəd  edirdilər.  Belə  bir  məktub  Vey in  hakimi 
Əmir  İnanca da yazılmışdı.  Onu da Sultana qarşı çıxdığ ı təqdirdə,  İraqda  iqta pay 
torpağı ilə şirn ikləndirird ilər"
3

Sultan  Məhəmmədin  rəq ibləri  -  əmisi  oğlu  şahzadə  Məlik  şah,  atabəy 
Şəmsəddin  Eldəniz,  oğulluğu  şahzadə  Arslan  şah  ibn  Toğrul  tezliklə  Həmədana 
yiyələndilər
4

Bundan  xəbər  tutan  Sultan  tələsik  Bağdadın  mühasirəsini  buraxıb  bütün 
qüvvələrini  Həmədana  tərəf  döndərdi.  Bu  vaxt  atabəy  Eldəniz  və  Məlik  şah  öz 
qüvvələrini  Reyə  yönəltdilər.  Sultan  Məhəmməd  də  təcili  oraya  gəldi.  Rey 
divarları  yanındakı  döyüşdə  Eldəniz  məğlub  oldu  və  Azərbaycana  çəkildi. 
Məhəmməd Həmədana gird i və Eldənizə qarşı müharibəyə hazırlaşdı.  
Sultan Məhəmməd və  Rey hakimi  Əmir İnancın qoşunları atabəy  Eldənizə 
və  Bağdaddan  onun  yanına  gəlmiş  Süleyman  şahın  qoşunlarına  qarşı  hücum  e tdi. 
Na xç ıvan  yaxın lığ ında  Araz  vadisində  döyüş  başlandı.  Nəticədə  Eldəniz  yenə  də 
məğ lubiyyətə uğradı. Su ltan Naxçıvanı və bütün Arranı tutdu. Bir müddətdən sonra 
atabəy  Eldəniz  Su ltan  Məhəmmədə  belə  bir  məktub  yazdı:  "Mən  sənin  qulun  və 
[hökmdarlar]  evin in  məmlüküyəm!  Sənin  əmin  Süley man  şah,  sənin  qabiliyyətli 
bayraqların  gəlməmişdən  qabaq,  mənə  qoşulmuşdu.  Onu  kö məksiz  qoy maqla, 
                                                                 
1
 Ravəndi, səh.256. 
2
 İbn əl-Əsir, IX, səh.51-52; əl-Bundari, səh.246-247. 
3
 Əl-Hüseyni, vər.78a; Naməlum müəllif. D-173, vər.672a. 
4
 Əbül-Fida, III, səh.544; İbn Xaldun, V, səh.156. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə