Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə17/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   13   14   15   16   17   18   19   20   ...   103

36 
 
özü mə  həqarət  gətirəcəyimdən  qorxub  [mən  belə  hərəkət  etdim].  Yo xsa  adamlar 
deyərdilər  ki,  əlahəzrət  sultan  Məsudun,  Allah  ona  rəhmət  eləsin,  qardaşı 
Süley man  şah  talenin  hökmünə  buraxılıb!  [Ancaq]  indi  artıq  aydındır  ki,  Sultan 
birdir  və  buna  görə  də  mən  ölkənin  [idarə]  yüyənini  ona  verirəm.  Mən  sənə  tabe 
olanlardan birincisi olacaq və sənin [başçılıq etdiyin] cəmiyyətə daxil o lacağam". 
Sultan  onun  üzrxah lığ ını  qəbul  etdi  və  bir  daha  itaətdən  çıxmayacağı 
haqqında  Atabəydən  iltizam  alıb,  onu  Arrana  hakim  təyin  etdi.  Marağa  hakimi 
Arslan Apa ibn Ağ Sunqur əl-Əh mədili A zərbaycana hakim təyin edildi
1

Sultan  Məhəmməd  yenidən  Bağdada  hücuma  hazırlaşmağa  başladı,  ancaq 
çox keçmədi ki, xəstələndi və 554-cü il zilqədənin sonunda (dekabr, 1159) ö ldü
2

Məhəmmədin  ölümündən  sonra,  Sultan  taxtına  namizəd  seçmək  ətrafında 
əmirlər  arasında  fikir  ayrılığı  yarandı.  Əmirlərin  bir  hissəsi  Məhəmmədin  qardaşı 
şahzadə  Məlik  şaha  meyil  göstərir,  başqa  bir  qismi  anası  Eldənizin  arvadı  olan 
şahzadə  Arslan  şahı  sultan  görmək  istəyir,  üçüncü  tərəf  isə  Süleyman  şahı  sultan 
seçmək  istəyirdi.  Süleyman  şahın  tərəfdarları  üstünlük qazandı.  Belə  ki,  bu hissənin 
başında böyük bir ordusu olan Rey hakimi İnanc dururdu. Süleyman şah sultan oldu. Bir 
yandan da,  xəlifə  əl-Müqtəfi  onun sultan  mənsəbini  artıq təsdiqləmiş və adına  xütbə 
oxutdurmuşdu
3

Yeni  sultan  Süleyman  şah  atabəy  Eldənizin  qüdrət  və  nüfuzunu,  onun  necə 
təhlükə yarada biləcəyini görüb, atabəyə oğulluğu şahzadə  Arslan  şahın vəliəhd  təyin 
edilməsi  haqqında  əmr  göndərdi.  Arslan  şahın  adı  xütbələrdə  çəkilməyə,  sikkələrdə 
basılmağa başlandı
4

İsfahanda oturan Məlik şah əmisi Süleyman şaha itaət etməkdən boyun qaçırdı. 
O, bir qədər qoşun topladı, Süleyman şahın adını xütbədən çıxarmaq  tələbilə  xəlifəyə 
məktub göndərdi və onu Bağdada hücumu ilə hədələdi. Xəlifənin vəziri ibn Hübeyrə 
Məlik  şaha  bir  kəniz  bağışladı  və  555-ci  il  rəbiü ləvvəldə  (mart,  1160)  Məlik  şah 
zəhərləndi.  İsfahan  əhalisi  bu  hadisədən  sonra  Məlik  şahın  adamlarını  şəhərdən 
qovdu və Süleyman şaha and içdi
5

555-ci il rəbiüləvvəlin 2-də (10.03.1160) xəlifə əl-Müqtəfi vəfat etdi. Səlcuqilər 
dövründə  o,  birinci  xəlifə  idi  ki,  Səlcuq  nəslinin  ayrı-ayrı  nümayəndələri  arasında 
gedən ara müharibələrindən istifadə edərək, müstəqil hakim olmuşdu. 
Müqtəfınin  oğlu  əl-Müstəncid  yeni  xəlifə  seçildi
6
.  O,  Süley man  şaha 
göndərdiyi məktubda itaətdə olmağı və atası xəlifə əl-Müqtəfin in dövründə olduğu 
kimi,  indi  də  Su ltanın  hakim  o lduğu  bütün  yerlərdə  oxunan  xütbələrə  xəlifə n in 
                                                                 
1
 Əl-Hüseyni, vər.79b-80a. 
2
 İbn əl-Əsir, IX, səh.52; yenə də onun: "Atabəylər", səh. 114; əl-Bundari, səh. 255,285-288; Ravəndi, 
səh. 257-259; İbn əl-Cövzi, X, səh.181; Rəşidəddin, 2/1, səh.80. 
3
 İbn əl-Əsir, IX, səh.67; Əbül-Fida, III, səh.564; Naməlum müəllif, D-173, vər.672b. 
4
 İbn əl-Əsir, IX, səh. 68; əl-Bundari, səh.289-290; Yəzdi, səh.144; Ravəndi, səh.264, 272. 
5
 İbn əl-Əsir, IX, səh.71; əl-Bundari, səh.295-296; Ravəndi, səh.264; İbn əl-Cövzi, X, səh.198. 
 
6
 İbn əl-Əsir, IX, səh.68-69; yenə də onun: "Atabəylər", səh.114; əl-Bundari, səh.289-292. 


37 
 
adının  salın masını  tələb  edirdi.  Sü ley man  şah  bütün  şərtləri  qəbul  etdi  və  eyni 
zamanda  özünün  gizli  fikrinə  görə,  Bağdadda  sultanın  canişini  olacaq  iki  qazını 
oraya  göndərdi.  Ancaq  xəlifə  əl-Müstəncid  sultanm  elçilərini  qəbul  etmədi, 
bununla Bağdadın Səlcuqilərdən asılı olmadığın ı b ir daha təsdiq etdi
1

Sultan Süley man şah əyyaşlığı üstün tutub (o hətta ramazan ayında da çaxır 
içirdi), dövlət işləri  ilə  məşğul olmurdu.  Ço x çəkmədi ki, əmirlər və ruhanilər ona 
qəsd  düzəltdilər.  555-ci  il  şəvvalda  (oktyabr,  1160)  əmirlər  Sü ley man  şahı  həbs 
etdilər,  vəzirini  və  yaxın  adamlarını  edam  etdilər,  ö zünü  Həmədan  qalasına 
saldılar. 556-cı ilin rəbiü ləvvəl ayın ın 12-də (11.04.1161) onu orada ya boğmuş, ya 
da zəhərləmişdilər
2

 
II FƏSĠL 
AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN 
 YARANMASI VƏ ÇĠÇƏ KLƏ NMƏS Ġ 
 
Dövlətin banisi ġəmsəddin Eldəniz 
 
Orta əsr mənbələrinin çoxu Şəmsəddin Eldənizin gənclik illərinə  aid yalnız cüzi 
məlu matlar  verir
3
,  həm  də  bu  məlumatlar  bir-birinin  eynidir.  Yalnız  daha  sonrakı 
müəlliflər-  Mirxond  (1433-1498)  "Rövzət  əs-səfa"  və  onun  nəvəsi  Xondəmir  (1475-
1536) "Həbib əs-siyar" əsərində Eldənizin gəncliyi haqqında bir qədər ətraflı məlumat 
vermişlə r
4

Mirxond  yazır:  Məlumatlı  tarixçilər  xəbər  verirlər  ki,  qıpçaqların  ölkəsində 
qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir  tacir birdəfəyə 40 qul alsaydı, 
onlan satan ondan yalnız otuz doqquzunun pulunu alır, q ırxınc ını pulsuz verirdi. 
Belə  olmuşdu  ki,  Sultan  Mahmudun hakimiyyəti  dövründə  (1118-1131) bir 
qul  alverçisi  39  qulu  satıb,  qırxıncı  qul  üçün  pul  götürməmişdi.  Həmin  qul  da 
                                                                 
 
1
 Əl-Bundari, səh.293-294. 
2
 İbn əl-Əsir, IX, səh.72; əl-Bundari, səh. 296; Nişapuri, səh.74; Ravəndi, səh.266; Əbül-Fida, III, 
səh.564; İbn  Xaldun,  V,  səh.166; əl-Hüseyniyə  görə  (v.81a),  Süleyman  şahı əmir  Şərəfəddin 
Qord-Boz  öldürmüşdü.  "O,  gecə  [Süleyman  şahın]yanına  gəldi,  onu  tutub  boğazına  kaman 
kirişi [keçirib] dartdı və boğdu. Səhərisi Süleyman şahın meyitini tapdılar".
 
3
  Eldəniz  adının  menşəyinə aid  bir neçə  fikir vardır. Mən  belə  hesab  edirəm ki,bu ad  iki türk 
sözündən  düzəlibdir:  "il"  ("el")  və  "dəngiz"  ("təngiz").  Bəlli  olduğu  kimi,  rus  dilində  "burun 
sonoru"nun  (nuni-səğir)  üçün  qarşılıq  eynilik  yoxdur.  Ona  görə  də"dəngiz" yerinə mən həmişə 
"dəniz"  yazıram.  T engiz  sözü  isim  (ad)  kimi  "Oğuz  xaqandastanı"nda  (bax:  DT S,  səh.525) 
göstərilir. O, tengiz (dəniz) sözünə uyğundur. MüasirAzərbaycan və türk dillərində bu söz "dəniz" 
kimi tələffüz edilir. Məncə, bu şəxsi ismin oxşar verilməsi də yersiz deyil. Qabaqkı yazılarda (ən-
Nəsəvi  və  əl-Hüseyninin  əsərlərinin  tərcüməsində)  mən  bu  sözün  ənənəvi  olaraq  İl-Dəgiz 
oxunduğunun tərəfdarı idim, ancaq indi bu cür oxunuş, etimologiya variantı mənə çox da dürüst 
gəlmir (b a x: M.Şərifli. Eldəgəz [adına] dair). 
4
 Mirxond, VI, səh.10-12; Xondəmir, II, səh.557. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə