Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə19/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   15   16   17   18   19   20   21   22   ...   103

40 
 
və  əmirləri  (Rey in  hakimi  İnancdan  başqa)
1
  qarşıladılar  və  təntənəli  mərasimdən 
sonra  Arslan  şaha  tac  qoydular.  Sultan  hakimiyyəti  altında  olan  bütün  yerlərdə 
onun adına  xütbə oxundu. Bu gündən Şəmsəddin Eldəniz " Böyük atabəy" (atabəy 
əl-əzəm)  adlan mağa  başladı,  onun  böyük  oğlu  və  sultanın  ana  tərəfdən  qardaşı 
Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi o ldu
2
, ikinci oğlu Müzəffərəddin 
Osman  Qızıl  Arslan  isə  sultan  orduların ın  ali  baş  komandanı  (əmir-sipəhsalar  əl-
kəbir)
3
  təyin  edild i.  Eldəniz  özünün  bürün  əmirlə rin i  dövlətd ə  yüksək  vəzifələ rə 
təyin etdi
4

Bu  dövrdən  başlayaraq,  atabəy  Eldənizin  bütün  fəaliyyəti  yeni  dövlət 
hakimiyyətinin  nüfuzunun  möhkəmləndirilməsinə  yönəldildi.  İraq  sultanlığın ın 
tərkib inə  daxil  olan  vilayətlərin  və  ölkələrin  bütün  hakimləri,  o  cümlədən  on un 
bütün  vassalları  Su ltan  Arslan  şaha  və  Böyük  atabəyə  sədaqət  andı  içdilər.  Ara 
müharibələri  b ir  müddət  dayandı  və  mənbələrin  göstərdiyinə  görə,  xalq  "haqq -
ədalət və sakitlik içərisində yaşamağa başladı"
5

Atabəy  Şəmsəddin  Eldəniz  dövlətin  müqəddəratının  həlledicisi və əsil hakimi 
idi
6
. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq 
bununla qurtarırdı ki, adına pul kəsilir və xütbə oxunurdu
7
. Bununla belə əvvəllər ona 
tabe  bütün  ərazilərə  tam  nəzarət  etməsə  də,  güclü  dövlət  hakimiyyətinin  varlığı  ilk 
növbədə  iri  əyalətlərin  hakimlərini  və  Səlcuqilərin  rəqibi  Bağdad  xəlifəsin i  qane 
etmird i. 
Elə  ki  Arslan şah sultan  taxtına  çıxarıldı,  bundan sonra  Eldəniz  Bağdada  elçi 
heyəti  göndərib,  xəlifə  Müstənciddən  orada  yeni  sultanın  adına  xütbə  oxunmasını 
tələb  etdi.  Ancaq  Xəlifə  Arslan  şahı  sultan  kimi  tanımaqdan  imtina  edib
8
,  yeni 
mübarizənin  qızışdırılması  üçün  əlverişli  vaxtı  gözləməyə başladı.  Belə  ki,  Səlcuqilər 
arasında  Sultan taxtına  Reyin nüfuzlu  əmiri  İnancm  başçılığı  altında  bir  qrup  əmirin 
müdafiə etdiyi başqa iddiaçılar da var idi. 
Xəlifənin  vəziri  İbn  Hübeyrə
9
  narazı  hakimlərə  müraciət  edib,  onlan  Sultan 
Arslan şaha  və  Böyük  atabəy  Eldənizə  qarşı  çıxmağa  təhrik  edirdi.  O,  Rey  hakimi 
İnanca, Marağa hakimi  Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur Əhmədiliyə (1133-
1174), Fars hakimi atabəy Sunqur ibn Mədud Salquriyə (1148 -1161),  Qu m hakimi 
Sökmən ibn Qaymaza, Ərdəbil hakimi Ağ Quşa, Qəzv in hakimi Alp Arquna bu cür 
çağırışla məktub göndərdi. 
                                                                 
1
 Арабский аноним, D-173, vər. 672 a. 
2
 Bu təyinat haqqındakı sultan əmri 14 məhərrəm hicri 561-ci ildə yazılmışdır. Əmrdə o, "Nurəddin 
və Nüsrət əd-Dünya vəd Din Cahan Pəhləvan" adlandırılır. Bax: Ravəndi, səh.269, 278. 
3
 Ravəndi, səh.272; əl-Bundari, səh.297; İbn əl-Əsir, IX, səh.72-73. 
4
 Əl-Hüseyni, vər.81a. 
5
 Ravəndi, səh.272-273; Həmdullah Qəzvini, Qozidə, səh. 470 
6
 Həmdullah Qəzvini. Qozidə, səh.473. 
7
 İbn əl-Əsir, IX, səh.119, 134, 167. 
8
 İbn əl-Əsir, IX, səh.73. 
9
 Vəzir İbn Hübeyrənin fəaliyyəti haqqında bax: H.Масон стр.13-56.  


41 
 
Sultan  taxtına  iddiaçılardan  biri  -  Mahmud  şah,  Məhəmməd  ibn  Mahmudun 
oğlu
1
, Marağada, oranın hakiminin yanında olurdu, başqa bir iddiaçı isə - o da, Mahmud 
şah adlanırdı, ancaq Məlik şah ibn Mahmudun oğlu idi
2
, Fars hakiminin yanında İstəhrdə 
yaşayırdı. İbn Hübeyrə hər iki əmirə təklif etdi ki,  xütbəni öz qəyyumluqlarında olan 
iddiaçıların  adına  oxutdursunlar  və  Eldənizin  üzərində  qələbə  çaldıqdan  sonra 
Bağdadda da yeni sultanın adına xütbə oxutduracağına söz verdi. 
Nüsrətəddin  Arslan-Aba  və  Sunqur  da  qəyyumluqlarında  olan  iddiaçıların 
şərəfinə  beş  dəfə  sultan  növbəsi  çaldırıb,  onlann  adına  xütbə  oxutdurmağa 
başladılar.  
Əmirlər birləşənə kimi Eldəniz onların hiylələrini bildi. İlk növbədə hicri 556-cı 
il  şaban  ayının  9-da  (3.08.1161)  şahzadə  Mahmud  şah  ibn Məhəmmədin  tərəfdarları 
Həmədan yaxınlığında darmadağın edildi. Eldəniz Reyi tutdu və oranı Cahan Pəhləvana 
iqta kimi verdi. Rey hakimi  İnanc,  Sultan Arslan şahdan vassal asılılığını qəbul  etməyə və 
öz qızı  İnanc  xatını  Cahan Pəhləvana  ərə verməyə  məcbur oldu
3
. Bunun ardınca Qum və 
Ərdəbil  hakimləri  sultanın  tərəfinə  keçdilər.  "Sultan  və  atabəy  onların  üzrxahlığın ı 
qəbul  edib,  bağışlanmaları  haqqında  təliqənamə  yazdılar.  Onlar  Həmədanda sultan 
xid mətinə  girdilər,  onlann  əyalətlərindən  yığılan  gəlir  və  xərac  sultan  xəzinə sinə 
gəlird i"
4

Bundan  sonra  Qəzvin  hakimi  Alp  Arqun  məğlub  edildi  və  Qəzvin  sultanın 
mülklərinə qatıldı
5
. Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi 
göndərib,  şahzadə  Mahmud  şah  ibn  Məhəmmədin  verilməsini  və  özünün  də  sultan 
xidmətinə  gəlməsini  tələb  etdi.  Ancaq  Nüsrətəddin  bu  tələbi  yerinə  yetirməkdən 
boyun  qaçırdı  və  bildirdi:  "Sultan  mənim  yanımda  yaşayır!"  Onda  atabəy  Eldəniz 
Cahan  Pəhləvanın başçılığı  altında ordu toplayıb,  Marağa  hakimi  Nüsrətəddinə qarşı 
göndərdi.  Nüsrətəddin yardım  üçün  Xilat  hakimi  şah-ərmən  Seyfəddin  Bək-Tey mur 
ibn II Sö kmənə (1128-1183) mürac iət etdi və o da ordusunu köməyə göndərdi. 
Səfidrud  çayındakı  döyüşdə  Cahan  Pəhləvan  uduzdu  və  Həmədana  qaçdı
6

Eldəniz  və onun  xələflərinin  Marağa hakimi  ilə  münasibətləri  uzun  illər  gərgin  qalmış, 
yalnız  Qızıl  Arslan  Marağa  hakimini  özünə  tabe  etdirə  bilmişdi.  Burası  da  qeyd 
edilməlidir  ki,  Marağa  hakimi  yalnız  və  yalnız  vassal  asılılığını  qəbul  etməklə  öz 
borcunu bitmiş hesab edirdi. 
Eldənizin  bir  düşməni  də  -  Fars hakimi  Sunqur  ibn Mədud qalırdı.  Eldəniz 
İraq sultanlarının bir vassalı kimi ondan tələb etdi  ki, Sultan Arslan şahın adına pul 
kəsilsin  və  xütbə  oxunsun.  Sunqur  bu  tələbi  yerinə  yetirməkdən  imtina  etdi  və 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.67. 
2
 Əl-Bundari, səh.297-298. 
3
Əl-Hüseyni,  vər.82b;  İbn  əl-Əsir,  IX,  səh.73-74;  Ravəndi,  səh.276;  Yəzidi,  səh.159-160;  əl-
Bundari, səh.297-300; İbn Xaldun, V, səh.167-169. 
4
 Əl-Hüseyni, vər.83a; əl-Bundari, səh.300. 
5
 Əl-Bundari, səh.300. 
6
 İbn əl-Əsir, IX, səh.73; İbn Xaldun, V, səh.167. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə