27
Rusiya və Qazaxıstanla artıq Xəzər dənizinin dibinin bölüşdürülməsi barədə
razılığa gəlinib. İran və Türkmənistan ilə də belə razılaşma əldə ediləcəyi, yaxın
gələcəkdə Xəzər dənizinin statusunun müəyyən olunacağı gözlənilir. Xəzər
dənizindən yalnız sülh məqsədləri və sahilyanı dövlətlərin inkişafı məqsədilə
istifadə olunması bütün region üçün faydalı olacaq.
Tarix və mədəniyyətlərimizdə bir çox ortaq dəyərlərə malik olan İranla
əlaqələr də Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir.
Azərbaycainın xarici strategiyasının əsas istiqamətlərindən birini də Avropa
Birliyi ilə əməkdaşlıq təşkil edir. Coğrafi cəhətdən iki qitə arasında körpü rolunu
oynayan Azərbaycanın strateji mövqeyi Avropa dövlətləri ilə əlaqələri
genişləndirmək üçün əsas yaradır. Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli
əməkdaşlıqlar nəticəsində reallaşdırılan transregional layihələr vasitəsiylə
Avropada enerji təhlukəsizliyinin təmin edilməsi və enerji mənbələrinin
diversifikasiyası istiqamətində mühüm addımlar atılmışdır.
Qərbi Avropa Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edir. Həmçinin
Çin, Yaponiya və Cənub-şərqi Asiya kimi qabaqcıl dövlətləri ilə əməkdaşlıq da
böyük əhəmiyyətə malikdir. Azərbaycan yaxın və orta Şərq dövlətləri ilə
münasibətlərdə də böyük potensiala malikdir. Azərbaycan Avrasiyanın qapıları,
Qərb-Şərq nəqliyyat-kommunikasiya və enerji dəhlizində mərkəzi dövlət hesab
edilir. Bu baxımdan Şərq və Qərb dövlətləri üçün Azərbaycan Rusiyanın rəqibi,
alternativi rolunda çıxış edir. Bu pozisiya vaxt keçdikcə daha da möhkəmlənir və
Azərbaycan öz tranzit imkanlarını artırır.
Beləliklə, bütün görülən tədbirlər nəticəsində Azərbaycan ölçülmüş və
balanlaşdırılmış xarici siyasət yürütməklə Azərbaycanın dünya miqyasında
mövqeyinin möhkəmlənməsinə və onun Xəzər – Qafqaz regionunda ən vacib
dövlətə çevrilməsinə nail olur.
28
2.2. Transregional layihələrdə Azərbaycanın iştirakı, layihələrin mövcud
vəziyyəti
Azərbaycan müxtəlif istiqamətli transregional və beynəlxalq layihələrdə
iştirak edir. Hətta son illər Azərbaycan yalnız əhəmiyyətli transregional layihələrin
iştirakçısı kimi deyil, onların əsas təşkilatçısı rolunda çıxış etməyə başlayıb.
«Əsrin müqaviləsi»-dən sonra milli iqtisadiyatımızın inkişafı, əsasən neft
amili üzərində qurulmağa başlamışdır. Belə ki, 1995-ci ildən başlayaraq
Azərbaycanın iqtisadiyyatının inkişafı üçün daxil olan xarici kapitalın əksər hissəsi
və həyata keçirilən transregional layihələrin əksəriyyəti neft və qaz müqavilələri ilə
bağlıdır.
1994-cü il sentyabrın 20-də Bakıda xarici ölkələrin iri neft şirkətləri ilə
Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə dair “Əsrin
müqaviləsi”nin imzalanması ölkəmiazin neft sənayesinin qapılarını xarici
investorların üzünə açdı.
Azərbaycan nefti demək olar ki, 30 dövlətə daşınır. Bununla bərabər
daşınma coğrafiyası daimi genişlənir. Belə ki, bir neçə il əvvəl Azərbaycan
neftinin Aralıq dənizi sahili dövlətlərinə daşınma həcmi cəmi 10-15% təşkil
edirdisə, hal-hazırda bu göstərici 40-45%-ə çatıb. Avropada neftimizin əsas iri
idxalçıları İtaliya, Fransa və Almaniyadır. 2014-cü ilin nəticələrinə əsasən
İtaliyanın payına Azərbaycan neftinin ümumi ixrac həcminin 23%-i düşür.
Azərbaycan son illər Asiya bazarındakı iştirakını da artırıb. Ötən il
Azərbaycan nefti bu bazarın tələbatının 20%-i qarşılayıb. SOCAR-ın Əfqanıstana
və Mərkəzi Asiya dövlətlərində neft məhsullarının ixracı üzrə pozisiyası güclüdür.
Ümumilikdə Asiya regionunun payına SOCAR-ın neft məhsulları ixracının 20%-i
29
düşür. Bundan əlavə Gürcüstana neft məhsullarının daşınması həcmi də artıb, bu
isə ümumi ixracın 12%-i təşkil edir.
Azərbaycan enerji resurslarının ixracı istiqamətində öz strategiyasını
qururdu və dünya bazarına çıxardılması üçün müvafiq marşrut tələb olunurdu. Bu
hədəf regionda güclü üçlüyün əməkdaşlığını yaratdı – Azərbaycan, Türkiyə,
Gürcüstan əsl işgüzar birlik formalaşdırdılar. Bu birlik çərçivəsində ciddi
transregional layihələri reallaşdırmağa başladılar. İlk olaraq Bakı-Supsa boru
kəmərindən başladılar. Daha sonra isə daha böyük həcmli Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu magistralı.
Azərbaycandan neft ixracı 4 marşturla - başda Bakı-Tiflis-Ceyhan olmaqla,
Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri, həmçinin Bakı-Batum dəmiryolu
vasitəsi ilə həyata keçirilir.
Ümumilikdə ötən il Azərbaycan 35 mln. tonn neft ixrac edib ki, bunun 24.5
mln. tonu (70%-i) SOCAR-ın payına düşüb. 2014-cü il ərzində Azərbaycan ixracı
aşağıdakı nisbətdə baş vermişdir:
Cədvəl 1. Azərbaycanın neft ixarıcının nisbəti
Neft boru kəmərləri
İxrac nisbəti
Bakı-Tbilisi-Ceyhan
82%
Bakı-Supsa
12%
Bakı-Novorossiysk
3%
Dəmiryolu xətti
3%
Mənbə: http://www.socar.az/
Azərbaycanın bütün mövcud boru kəmərləri vasitəsilə 2015-ci ilin birinci
rübündə ümumi ixrac həcmi Bakı-Novorossiysk vasitəsilə 424 min ton, Bakı-
Supsa ilə 762 min ton, Bakı-Tbilisi-Ceyhan vasitəsiləsə 4,5 milyon ton olmuşdur.
Dostları ilə paylaş: |