Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

27 

 

Rusiya və Qazaxıstanla artıq Xəzər dənizinin dibinin bölüşdürülməsi barədə 



razılığa  gəlinib.  İran və  Türkmənistan ilə də  belə  razılaşma  əldə  ediləcəyi,  yaxın 

gələcəkdə  Xəzər  dənizinin  statusunun  müəyyən  olunacağı  gözlənilir.  Xəzər 

dənizindən  yalnız  sülh  məqsədləri  və  sahilyanı  dövlətlərin  inkişafı  məqsədilə 

istifadə olunması bütün region üçün faydalı olacaq. 

Tarix  və  mədəniyyətlərimizdə  bir  çox  ortaq  dəyərlərə  malik  olan  İranla 

əlaqələr də Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir.  

Azərbaycainın xarici strategiyasının əsas istiqamətlərindən birini də Avropa 

Birliyi  ilə  əməkdaşlıq  təşkil  edir.  Coğrafi  cəhətdən  iki  qitə  arasında  körpü  rolunu 

oynayan  Azərbaycanın  strateji  mövqeyi  Avropa  dövlətləri  ilə  əlaqələri 

genişləndirmək  üçün  əsas  yaradır.  Avropa  dövlətləri  ilə  ikitərəfli  və  çoxtərəfli 

əməkdaşlıqlar  nəticəsində  reallaşdırılan  transregional  layihələr  vasitəsiylə 

Avropada  enerji  təhlukəsizliyinin  təmin  edilməsi  və  enerji  mənbələrinin 

diversifikasiyası istiqamətində mühüm addımlar atılmışdır.  

Qərbi Avropa Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edir.  Həmçinin 

Çin,  Yaponiya  və  Cənub-şərqi  Asiya  kimi  qabaqcıl  dövlətləri  ilə  əməkdaşlıq  da 

böyük  əhəmiyyətə  malikdir.  Azərbaycan  yaxın  və  orta  Şərq  dövlətləri  ilə 

münasibətlərdə  də  böyük  potensiala  malikdir.  Azərbaycan  Avrasiyanın  qapıları, 

Qərb-Şərq  nəqliyyat-kommunikasiya  və  enerji  dəhlizində  mərkəzi  dövlət  hesab 

edilir.  Bu  baxımdan  Şərq  və  Qərb  dövlətləri  üçün  Azərbaycan  Rusiyanın  rəqibi, 

alternativi rolunda çıxış edir. Bu pozisiya vaxt keçdikcə daha da möhkəmlənir və 

Azərbaycan öz tranzit imkanlarını artırır.  

Beləliklə,  bütün  görülən  tədbirlər  nəticəsində  Azərbaycan  ölçülmüş  və 

balanlaşdırılmış  xarici  siyasət  yürütməklə  Azərbaycanın  dünya  miqyasında 

mövqeyinin  möhkəmlənməsinə  və  onun  Xəzər  –  Qafqaz  regionunda  ən  vacib 

dövlətə çevrilməsinə nail olur.  

 

 



28 

 

2.2. Transregional layihələrdə Azərbaycanın iştirakı, layihələrin mövcud 



vəziyyəti 

 

Azərbaycan  müxtəlif  istiqamətli  transregional  və  beynəlxalq  layihələrdə 

iştirak edir. Hətta son illər Azərbaycan yalnız əhəmiyyətli transregional layihələrin 

iştirakçısı kimi deyil, onların əsas təşkilatçısı rolunda çıxış etməyə başlayıb. 

«Əsrin  müqaviləsi»-dən  sonra  milli  iqtisadiyatımızın  inkişafı,  əsasən  neft 

amili  üzərində  qurulmağa  başlamışdır.  Belə  ki,  1995-ci  ildən  başlayaraq 

Azərbaycanın iqtisadiyyatının inkişafı üçün daxil olan xarici kapitalın əksər hissəsi 

və həyata keçirilən transregional layihələrin əksəriyyəti neft və qaz müqavilələri ilə 

bağlıdır.  

1994-cü  il  sentyabrın  20-də  Bakıda  xarici  ölkələrin  iri  neft  şirkətləri  ilə 

Xəzərin  Azərbaycan  sektorundakı  “Azəri”,  “Çıraq”  yataqlarının  və  “Günəşli” 

yatağının  dərinlikdə  yerləşən  hissəsinin  birgə  işlənməsinə  dair  “Əsrin 

müqaviləsi”nin  imzalanması  ölkəmiazin  neft  sənayesinin  qapılarını  xarici 

investorların üzünə açdı. 

Azərbaycan  nefti  demək  olar  ki,  30  dövlətə  daşınır.  Bununla  bərabər 

daşınma  coğrafiyası  daimi  genişlənir.    Belə  ki,  bir  neçə  il  əvvəl  Azərbaycan 

neftinin  Aralıq  dənizi  sahili  dövlətlərinə  daşınma  həcmi  cəmi  10-15%  təşkil 

edirdisə,  hal-hazırda  bu  göstərici  40-45%-ə  çatıb.  Avropada  neftimizin  əsas  iri 

idxalçıları  İtaliya,  Fransa  və  Almaniyadır.  2014-cü  ilin  nəticələrinə  əsasən 

İtaliyanın payına Azərbaycan neftinin ümumi ixrac həcminin 23%-i düşür.  

Azərbaycan  son  illər  Asiya  bazarındakı  iştirakını  da  artırıb.  Ötən  il 

Azərbaycan nefti bu bazarın tələbatının 20%-i qarşılayıb. SOCAR-ın Əfqanıstana 

və Mərkəzi Asiya dövlətlərində neft məhsullarının ixracı üzrə pozisiyası güclüdür. 

Ümumilikdə Asiya regionunun payına SOCAR-ın neft məhsulları ixracının 20%-i 




29 

 

düşür. Bundan əlavə Gürcüstana neft məhsullarının daşınması həcmi də artıb, bu 



isə ümumi ixracın 12%-i təşkil edir. 

Azərbaycan  enerji  resurslarının  ixracı  istiqamətində  öz  strategiyasını 

qururdu və dünya bazarına çıxardılması üçün müvafiq marşrut tələb olunurdu. Bu 

hədəf  regionda  güclü  üçlüyün  əməkdaşlığını  yaratdı  –  Azərbaycan,  Türkiyə, 

Gürcüstan  əsl  işgüzar  birlik  formalaşdırdılar.  Bu  birlik  çərçivəsində  ciddi 

transregional  layihələri  reallaşdırmağa  başladılar.  İlk  olaraq  Bakı-Supsa  boru 

kəmərindən başladılar. Daha sonra isə daha böyük həcmli Bakı-Tbilisi-Ceyhan və 

Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu magistralı.  

Azərbaycandan neft ixracı 4 marşturla - başda Bakı-Tiflis-Ceyhan olmaqla, 

Bakı-Supsa,  Bakı-Novorossiysk boru  kəmərləri, həmçinin  Bakı-Batum  dəmiryolu 

vasitəsi ilə həyata keçirilir. 

Ümumilikdə ötən il Azərbaycan 35 mln. tonn neft ixrac edib ki, bunun 24.5 

mln. tonu (70%-i) SOCAR-ın payına düşüb. 2014-cü il ərzində Azərbaycan ixracı 

aşağıdakı nisbətdə baş vermişdir: 



Cədvəl 1. Azərbaycanın neft ixarıcının nisbəti 

Neft boru kəmərləri 

İxrac nisbəti 

Bakı-Tbilisi-Ceyhan 

82% 

Bakı-Supsa 



12% 

Bakı-Novorossiysk 

3% 

Dəmiryolu xətti 



3% 

Mənbə: http://www.socar.az/ 

Azərbaycanın  bütün  mövcud  boru  kəmərləri  vasitəsilə  2015-ci  ilin  birinci 

rübündə  ümumi  ixrac  həcmi  Bakı-Novorossiysk  vasitəsilə  424  min  ton,  Bakı-

Supsa ilə 762 min ton, Bakı-Tbilisi-Ceyhan vasitəsiləsə 4,5 milyon ton olmuşdur. 




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə