Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

30 

 

Şəkil  2.  Bakı-Supsa,  Bakı-Novorossiysk  və  Bakı-Tbilisi-Ceyham  neft  boru 



kəmərləri  

 

Xəzər dənizinin Azərbaycan sektorunda çıxan neftin ixracı üçün 1996-cı ildə 



2  istiqamətdə  neft  boru  kəmərlərinin:  «Bakı-  Novorossiysk»  və  «Bakı-Supsa» 

tikilməsi  nəzərdə  tutulmuşdur.  Birinci  boru  kəməri  Rusiya  ərazisindən  Qara 

dənizin  Novorossiysk  limanına,  ikinci  boru  kəməri  isə  -  Gürcüstan  ərazisindən 

Qara dənizin Supsa limanına qədər uzanır.  

1996-cı il  yanvarında  xam  neftin daşınmasıyla bağlı  Azərbaycan və Rusiya 

arasında bağlanmış müqaviləyə əsasən Şimal neft boru kəmərində tikinti və bərpa 

işləri  başa  çatdırılmış  və  1997-ci  il  oktyabrında  neftimizin  Novorossiysk  limanı 

vasitəsilə ixracı başlanmışdır.  

1996-cı ilin martında isə Azərbaycan və Gürcüstan arasında Qərb ixrac boru 

kəmərinin tikintisiylə  bağlı  müqavilə  bağlanmışdır. SOCAR ilə  Türkiyənin tikinti 

şirkəti  “Tekfen”  -in  “Azfen”  birgə  müəssisəsi  Bakı-Supsa  boru  kəmərinin 

tikintisini  müvəffəqiyyətlə  başa  çatdırmışdır.  Boru  kəməri  1999-cu  ilin  aprelində 

istismara  verilib.  Açılış  mərasimində  Azərbaycan,  Ukrayna  və  Gürcüstan 

prezidentlərinin 

ştirak 

etmələri 



ölkələrarası 

qarşılıqlı 

münasibətlərin 

möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verdi. Azərbaycanın 

"Çıraq" yatağından çıxarılan neft boru kəməri vasitsilə Supsa limanına, oradan isə 

dünya  bazarlarına  ixrac  olunur.  Bu  neft  kəməri  vasitəsilə  ilk  dəfə  olaraq 




31 

 

Azərbaycan  nefti  şimala  yox,  qərbə  istiqamət  götürmüşdür.  Bakı-Supsa  kəməri 



neftin  Xəzər  dənizindən  Qara  dəniz  terminallarına  çatdırılması  üçün  Qafqaz  neft 

boru kəmərlərindən ən qısasıdır. 

Bakı-Supsa  kəmərinin  ümumi  uzunluğu  837  km  (370  km-i  Gürcüstan 

ərazisindən  keçir),  Bakı-Novorossiysk  kəmərinin  isə  1348  km-dir.  Bakı-Supsa 

kəmərinin  buraxılış  həcminin  10  mln.,  Bakı-Novorossiysk  kəmərini  isə  15  mln. 

tona qədər genişləndirilməsi imkanı var.  

Hazırda Azərbaycan neftinin əsas ixracı yuxarıdakı cədvəldən də göründüyü 

kimi  Bakı-Tbilisi-Ceyhan  neft  boru  kəməri  vasitəsilə  aparılır.  Bu  layihə 

Azərbaycanı qlobal enerji mərkəzinə çevirmişdir.  

Türkiyənin  özünün  hasil  etdiyi  neft  daxili  tələbatı  qarşılamağa  yetmir.  Bu 

səbəbdən Türkiyə ehtiyacı olduğu enerji resurslarını kənardan idxal etməli olur. Bu 

məqsəd üçün enerji resursları ilə zəngin olan Azərbaycanla ortaq layihələrin həyata 

keçirilməsi üçün zəmin yaratmışdır. 

Bakı-Tbilisi-Ceyhan  layihəsiylə  bağlı  danışıqlara  hələ  SSRİ  dağılan 

vaxtlardan başlanılmışdır. 1992-1997-ci illərdə Türkiyə, Azərbaycan və Gürcüstan 

arasında baş tutmuş danışıqların nəticəsi olaraq 1999-cu il noyabrında İstanbulda 

ATƏT-in zirvə görüşü zamanı Azərbaycan neftinin Gürcüstan ərazisindən keçərək 

Türkiyəyə  nəql  edilməsinə  dair  protokol  imzalanmışdır.  2002-ci  ilin  aprel  ayında 

Bakıda  və  Adanada  təməli  qoyulan  BTC  neft  boru  xəttinin  açılışı  2006-cı  ildə 

həyata  keçirilmişdir.  Kəmərin  448  km  Azərbaycandan,  225  km  Gürcüstandan  və 

1037  km  Türkiyədən  keçən  hissələriylə  birgə  ümumi  uzunluğu  1730  km-dir. 

Kəmərin  gündəlik keçirmə  qabiliyyəti  1,2  mln.  Barrel,  illik  isə  50  mln.  ton  təşkil 

edir. Layihənin ümumi dəyəri büdcəyə görə 2,95 mlrd. dollardır. Kəmərin tikilişinə 

sərmayə  qoyuluşunun  səhmdarları  BP  (30,1%)  ARDNŞ  (25%),  Yunokol  (8,9%), 

Statoyl  (8,71%)  TPAO  (Türk  Petrolları  Anonim  Ortaqlığı)  (6,53%),  ENİ  (5%), 

TotalFinaElf  (5%),  İtoçi  (3,4%),  İNPEKS  (2,5%),  KonokolFillips  (2,5%)  və 

Amerada  Hess  (2.36%  -  Hess  öz  payını  2012-ci  ilin  sentyabrında  Hindistanın 

ONGC şirkətinə satıb) şirkətlərindən ibarətdir.  




32 

 

BTC  Azərbaycan  neftini  Gürcüstan  üzərindən  Türkiyənin  Aralıq  dənizi 



sahillərinə daşıyan neft boru xəttidir. Əslində BTC üç dənizi Xəzər, Qara və Aralıq 

dənizlərini bir-birinə bağlayan xətdir.  

2015-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 5,9 

milyon ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6% 

çoxdur. 2013-cü ildə isə boru kəməri vasitəsilə 33 mln. ton neft nəql edilib. 

Bu  kəmərin  işə  düşməsiylə  Türkiyə  boğazlarından  keçən  tankerlərin  sayı 

azalıb. Boğazlardan keçən tankerlərin sayını azaldan boru kəməri dünya bazarına 

fasiləsiz  və  etibarlı  enerji  daşıyıcılarının  təchizini  təmin  etdiyi  üçün  strateji 

əhəmiyyətə malikdir.  

BTC  yalnız  Azərbaycan  neftinin  Türkiyəyə  və  Avropaya  nəqlini  nəzərdə 

tutmur. Bu layihə daha geniş ərazisini əhatə edir. Belə ki, 2006-cı ildə Qazaxıstan 

neftinin  Xəzər  dənizi  və  Azərbaycan  ərazisindən  BTC  boru  kəməri  vasitəsilə 

dünya  bazarına  ixracına  şərait  yaradılmasıyla  bağlı  müqavilə  imzalanmışdır. 

Türkmən  neftinin  də  BTC  ilə  nəqlinə  2010-cu  ildən  Dragon  Oil  ilə  müqavilə 

çərçivəsində  başlanılmışdır.  Ümumilikdə  2013-cü  ildə  3,3  mln.,  2012-ci  ildə  isə 

3,1  mln.  ton  türkmən  nefti  BTC  vasitəsilə  daşınmışdır.  Bu  müqavilələr  hesabına 

layihə Asiya istiqamətində də genişlənməkdədir.  

Bundan  əlavə,  Abxaziyadan  keçməklə  Novorossiyskdən  Supsayadək  boru 

kəmərinin tikilməsiylə Bakı-Tbilisi-Ceyhan dəhlizini birləşdirilmə layihəsi də var. 

Lakin  Novorossiyskdən  Ceyhanadək  boru  kəmərin  tikilməsi  həm  relyefi  nəzərə 

alsaq coğrafi baxımdan, həm Abxaziyayla vəziyyəti nəzərə alsaq siyasi baxımdan, 

həm də layihənin başa gələcəyi dəyəri nəzərə alsaq maliyyə cəhətdən sərfəli deyil. 

Gürcüstan  qeyd  olunmuş  layihələrinin  reallaşdırılmasında  Azərbaycan  və 

Qazaxıstanın  iştiraklarını  da  gözləyir.  Çünki  onların  nefti  olmadan  layihələrin 

reallaşdırılması və iqtisadi səmərəlilik əldə olunmasından söhbət gedə bilməz.  

Dəmiryolu  nəqliyyatı  neftin  daşınmasında  istifadə  olunan  əsas  nəqliyyat 

vasitələrindəndir.  Dəmiryolu  ilə  neftin  daşınmasının  əsas  üstünlüklərindən  biri 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə