Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

39 

 

Əvvəlki  layihələr  hesabına  Azərbaycan  və  qonşu  dövlətlərdə  yaradılmış 



bütün  vacib  elementlər  olmasaydı  Cənubi  qaz  dəhlizi  bugün  yalnız  gözəl  ideya 

kimi  səslənərdi.  Lakin  bu  layihə  bugün  artıq  reallaşma  mərhələsindədir. 

Azərbaycan  qazı  Avropa  enerji  bazarındakı  vəziyyəti  köklü  şəkildə  dəyişdirəcək. 

Cənubi qaz dəhlizi bütün qitə üçün vacib bir layihədir və bu layihənin vacibliyini 

Avrokomissar Maroş Şefroviç də Bakıdakı çıxışı zamanı bildirmişdir. O da Xəzər 

qazının  Avropa  bazarına  çatdırılmasını  uzun  illərdir  arzuladıqlarını  bildirib.  O, 

Avropanın hazırki qaz təchiziylə bağlı narazılıqlarını da gizlətməyib. O bildirib ki, 

Avropa kimi böyük iqtisadiyyat və etibarlı istehlakçı daha yaxşı münasibət görməli 

və  fasiləsiz  qaz  təchizinə  haqqı  olmalıdır.  Bu  vəziyyətin  yaxşılaşdırılması 

istiqamətində  diversifikasiya  üçün  mümkün  hər  şey  edilməlidir.  Ukraynadakı 

böhran və bir sıra başqa amillər vəziyyəti daha da çətinləşdirib və marşrutların yox, 

daşınma mənbələrinin diversifikasiyası mövzusunu daha da kəskinləşdirmişdir. Bu 

şərtlər  daxilində  Azərbaycan  və  Xəzər  qazının  Avropa  üçün  əhəmiyyəti  yeni 

mərhələyə  yüksəlmişdir.  Azərbaycan  bugün  Avropa    istehlakçıları  üçün  yeganə 

real  alternativdir.  CQBK  layihəsinin  ilkin  məqsədi  Azərbaycanın  təbii  qazının 

Gürcüstan  ərazisiylə Türkiyəyə  satılması  idisə, hazırda bu layihə  Avropa  üçün də 

əhəmiyyətə malikdir. 

Ümumi  uzunluğu  997  km  olan  CQBK  2006-cı  ilin  sonundan  Gürcüstana, 

2007-ci ilin iyul ayından isə Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Yataqdan hasil 

olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilir. İmzalanmış sazişə əsasən 

Türkiyə  Azərbaycandan  il  ərzində  6.6  mlrd.  kubmetr  təbii  qaz  almalıdır.  Alınan 

qazın  həcmi  Türkiyənin  tələbatını  üstələyərsə,  artıq  olan  qaz  ixrac  oluna  bilər. 

Kəmərin illik buraxış qabiliyyəti 24 mlrd. kubmetr olsa da, 30 mlrd. kubmetrə kimi 

genişlənmə  imkanı  vardır.  Layihənin  dəyəri  3.2  mlrd.  dollar  təşkil  edib.  Bu 

layihəmin  də  xərclərinin  70%-i  beynəlxalq  maliyyə  təsisatları  tərəfindən 

maliyyələşdirilib. SOCAR-ın layihədəki 10 faizinin maliyyələşdirilməsinin EBRD 

öz üzərinə götürmüşdür.  



40 

 

 



Sürətlə  artan  tələbata  uyğun  olaraq,  hər  il  CQBK  ilə  nəql  olunan  təbii 

qazın  hacmi  də  artırılmaqdadır.  2013-cü  ildə  CQBK  ilə  qaz  ixracı  17,5% 

artaraq 4,7  mlrd.  kubmetrə  çatıb. 2014-cü  ilin  10  ayı  ərzində  kəmər  ilə  5,3  mlrd. 

kubmetr  təbii  qaz  daşınıb.  Ötən  ilin  eyni  dövrü  ilə  müqayisədə  qaz  ixracı 39,4% 

artıb.  2014-cü  ildə  CQBK  ilə  bağlı  fəaliyyətlərə  təqribən  50  milyon  dollar 

əməliyyat  xərcləri  və  0,9  milyard  dollar  əsaslı  xərclər  sərf  edilib.  2015-ci  ilin 

yanvar-fevral aylarında CQBK üzrə 4,3 milyard kubmetr qaz nəql olunub. Bu, ötən 

ilin analoji dövründəki göstəricinin səviyyəsinə uyğundur. 

Əvvəl  də  qeyd  olunmuş  TACIS  proqramı  çərçivəsində  Avropa  Birliyi 

Azərbaycanda həyata keçirilən iqtisadi reformaları müvafiq texniki və mütəxəssis 

köməyi  ilə  dəstəkləyir.  TACIS  proqramının  Azərbaycanla  bağlı  hissəsində, 

əməkdaşlığın  əsas  üç  istiqamətinə  üstünlük  verilir:  infrastruktur,  özəl  sektor  və 

insan  resurlarının  inkişafı.  TRASECA  və    INOGATE  TACIS  proqramının 

Azərbaycanla bağlı olan əsas çoxtərəfli layihələridir. 

Neft  və  qaz  resurslarının  Qərb  istiqamətində  nəqli  üzrə  son  illərdə  həyata 

keçirilən Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri  və Bakı-Tbilisi-Ceyhan əsas ixrac 

neft  boru  kəməri  kimi  transregional  layihələr  tarixi  Böyük  İpək  Yolunun  bərpası 

istiqamətində atılmış mühüm addımdır. 

Geniş  şəbəkəli  TRASECA  tranzit  dəhlizinin  formalaşması  və  inkişafının 

əsas  məqsədi  regionun  Azərbaycan  kimi  yeni  müstəqillik  əldə  etmiş  dövlətlərin, 

hər  hansı  kommunikasiya  və  nəqliyyat  axınlarına  dominantlıq  etməyə  çalışan 

dövlətdən  qorumaq,  digər  tərəfdən  isə  Xəzər  enerji  resurslarının  beynəlxalq 

bazarlara  fasiləsiz  çıxışını  təmin  etməkdir.  Bu  layihə  vasitəsilə  Azərbaycan 

ərazisində  Avropa  və  Asiyada  formalaşmış  yüklərin  mübadiləsi  aparılacaq.  Bu 

səbəbdən hər iki tərəf layihənin reallaşdırılmasında maraqlıdırlar. 

1998-ci  ilin sentyabrında  Bakıda  Azərbaycan və  Gürcüstan  prezidentlərinin 

təşəbbüsü  və  Avropa  Birliyinin  TACIS  –  TRASECA  proqramının  dəstəyiylə 

“Tarixi  İpək  yolunun  bərpası”  adlı  beynəlxalq  konferensiya  keçirildi. 

Konferensiyada  32  ölkə  və  12  beynəlxalq  təşkilatın  nümayəndələri  iştirak  edirdi. 



41 

 

Bu  konferensiyanın  ən  vacib  nailiyyəti  Azərbaycan,  Türkiyə,  Gürcüstan, 



Ermənistan,  Qazaxıstan,  Qırğızıstan,  Tacikistan,  Özbəkistan,  Ukraya,  Moldaviya, 

Rumıniya 

və 

Bolqarıstan 



arasında 

“Avropa-Qafqaz-Asiya 

nəqliyyat-

kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş” –i imzalanmışdır. 

Bununla bağlı məsələlərin nizamlanması məqsədilə Hökumətlərarası Komissiyanın 

yaradılmasıyla  bağlı  razılıq  əldə  edilmişdir.  Hökümətlərarası  Komissiya  iştirakçı 

dövlətlərin  üzvlərinin  nümayəndələriyi  əsasında  yaradılmış  orqandır  və    qərar 

vermək  hüququna  malikdir.  Azərbaycan  bu  layihədə  Avropa  İttifaqının  əsas 

tərəfdaşıdır.  2000-ci  ildən  etibarən  TRASECA  Hökumətlərarası  Komissiyanın 

Katibliyi Bakıda yerləşir. 

TRACECA  layihəsi  Azərbaycanla  25  texniki  və  11  investisiya  layihəsinin 

həyata  keçirilməsini  dəstəkləyir  ki,  bu  layihələrin  26-da  Azərbaycanın  payı 

ümumilikdə 100 milyon avro məbləğindən də artıqdır. 

INOGATE  layihəsi  də  Azərbaycanın  digər  dövlətlərlə  birgə  transregional 

layihələr həyata keçirtməsi üçün yeni perspektivlər açan katalizator rolunu oynayır. 

Burada hədəf enerji resurslarının nəqliylə bağlı beynəlxalq razılaşmaların faydaları 

əsasında  beynəlxalq  maliyyə  institutları  və  xüsusi  investisiya  fondlarından 

investisiyaların cəlb edilməsidir. 



 

 

 

 

 

 

 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə