Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

49 

 

qazının  istifadəsi  deyil,  həm  də  Türkmənistan  qazının  İran  ərazisindən 



daşınmasıyla  bağlı  planlar  pozmuşdur.  Avropa  İrana  qarşı  tətbiq  etdiyi 

sanksiyaları  ləğv  edərsə,  İran  TANAP  və  Nabucco  West  kimi  transregional 

layihələrə  qoşula  bilər.  İŞİD-lə  bağlı  hökm  sürən  qeyri-sabitlik  İraqın  da  bu 

layihədə iştirakına mane olur. 

Azərbaycanda  Abşeron  və  Ümid  kimi  yeni  qaz  yataqlarının  istifadəyə 

verilməsi  gözlənilsə  də,  layihənin  ümidini  Ümidə  bağlamaq  düzgün  olmaz. 

Qeyd olunan yataqlar uzunmüddətli perspektivdə kifayət etməyə bilər. Nabucco 

layihəsinin dirçəldilməsi ideyası yalnız Azərbaycanda yeni yataqların istifadəyə 

verilməsiylə deyil, həm də İran və Türkmənistanın layihəyə qoşularaq, öz təbii 

qaz resurslarının kəmərə istiqamətləndirilməsi nəticəsində reallaşa bilər. 

Əgər Nabucco layihəsi davam etdirilərsə əvvəlkinə nisbətən daha ucuz başa 

gələcək.  Çünki  Türkiyə  ərazisindən  keçən  TANAP    layihəsini  Türkiyə  özü 

maliyyələşdirəcək,  Azərbaycan isə  yalnız kəmərin  öz  ərazisindən  keçən  hissəsini. 

Təkcə  Nabucco  layihəsinin  əsas  tərkib  hissələrindən  olan  Xəzərin  dənizinin 

dibindən  keçəcək  TransXəzər  boru  kəməri  hissəsi  mübahisə  doğurur.  Xəzərin 

statusu müəyyənləşmiyənədək TransXəzər boru kəməri də reallaşa bilməyəcək. Bu 

məsələdə əsas problemi Rusiya və İran tərəf yaradır. Bu layihənin ilk ideyası 1997-

ci ildə Türkiyənin Türkmənistan qazını alması məqsədilə əlaqədar meydana gəlib. 

Türkmənistandan  Azərbaycanadək  uzanacaq  boru  kəmərinin  uzunluğu  300  km-ə 

yaxın  olacaq.  Zaman  keçdikcə  layihənin  gələcək  planları  daha  da  genişlənərək, 

təbii  qazın  yalnız  Türkiyəyə  çatdırılmasıyla  məhdudlaşmamış,  əsas  perspektiv 

bazar kimi Avropaya nəql olunması da nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır 

ki,  layihənin  gecikməsində  Azərbaycanın  da  təsiri  olmuşdur.  Belə  ki,  Şah-Dəniz 

yatağındakı  zəngin  ehtiyatların  olması  müəyyənləşdikdən  sonra  Azərbaycan  32 

mlrd.  kubmetr  ötürmə  həcmi  olan  kəmərdə  illik  16  mlrd.  kvota  tələb  etsə  də, 

Türkmənistan  tərəf  bu  şərtlə  razılaşmamışdır.  Bununla  bərabər  Kəpəz  yatağıyla 

bağlı  mübahisələr də  iki  ölkə  arasında narazılıqları  artırdı.  Türkmənistan  2011-ci 

ildə  uzunluğu  1000  km  və  dəyəri  2  mlrd.  dollar  olan  daxili  Şərq-Qərb  qaz 




50 

 

kəmərinin  inşasına  başlayıb.  Bu  kəmər  ölkənin  Eloten  şərq  regionu  ilə  Xəzər 



sahillərindəki yataqların ehtiyatlarını vahid nəqliyyat şəbəkəsinə birləşdirəcək. Bu 

layihənin davamı kimi TransXəzər kəmərinin əhəmiyyəti də artacaq.  

Regionda  investisiya  siyasətindən  danışarkən  qeyd  etmək  lazımdır  ki, 

Gürcüstanda  investisiyaların  ümumi  həcmi  3  mlrd.  dollara  çatıb.  SOCAR 

Rumıniya  istiqamətində  AGRI  qaz  layihəsinin,  Balkana  çıxmaqla  Trans-Adriatik 

boru  kəməri  layihəsinin  reallaşmasında,  həmçinin  Yunanıstan,  Ukrayna, 

Moldovanın  yanacaq  infrastrukturunun  inkişafında  iştirak  edir.  Azərbaycan 

həmçinin Serbiya, Gürcüstanda da böyük layihələrə kredit ayırır.  

Layihənin  zəif  tərəfləri  nəticəsində  Nabuccoya  əlavə  kimi  Cənub  dəhlizi 

konsepsiyası halhazırda Avropa Biriyi bazarına qaz nəqlinin müxtəlif variantlarını 

nəzərdə  tutur.  ITGI  (Türkiyə  Yunanıstan  birləşdirici  boru  kəməri),  TAP 

(Transadriatik 

qaz 

kəməri), 



AGRI 

(Azərbaycan-Gürcüstan-Rumınıiya 

Interconnector),  Ağ  axın  (Gürcüstan-Ukrayna).  Boru  kəmərlərin  müxtəlif 

variantlarının bəzi elementləri yarışırsa da, digərləri bir-birilərini tamamlayır. Boru 

kəmərinin seçimində Azərbaycanın rolu həlledici məna daşıyır. Çünki Azərbaycan 

həm  qaz  yatağının  sahibidir,  həm  də  eyni  zamanda  ARDNŞ  Şahdəniz 

konsorsiumunun  səhmdarıdır.  Azərbaycan  və  Türkiyə  öz  məqsədlərinə  nəqliyyat 

marşrutları  seçimində  başqa  həll  yolu  təklif  etməklə  çatmaq  istəyirlər  –  Trans 

Anadolu  boru  kəməri  (Trans  Anatolian  pipeline  -  TANAP).  Yeni  layihə 

müşahidəçilər  tərəfindən  yüksək  qiymətləndirildi.  Bu  təklif  həm  Xəzərdəki  enerji 

təhlükəsizliyinin təmin olunmasındakı  əsas iki subyektin – Azərbaycan (istehsalçı 

ölkə)  və  Türkiyənin  (tranzit  ölkə)  maraqların  özündə  əks  etdirir.  Bundan  əlavə 

Nabuccodan  daha  az  maliyyə  tələb  edən,  kommersiya  cəhətdən  daha  cəlbedici 

variant  təklif  edir.  Yalnız,  bütün  strateji  əhəmiyyətli  şeylər  kimi,  bu  layihə  də 

yüksək  siyasi  risklərlə  bağlıdır.  Çünki  Rusiyanın  dəstəklədiyi  Cənub  cərəyanı  ilə 

rəqabətdədir.  

Azərbaycanın  Avropaya  qaz  tədarükçüsü  kimi  təsiri  artmasıyla  bərabər, 

Rusiya  tərəfindən  Avropa  qaz  bazarına  siyasi  nəzarət  layihədə  Rusiya  tərəfindən 




51 

 

dominantlığına təhlükə kimi qəbul edib layihədə problemlər yaratmaq ehtimalı var. 



Rusiyayla  bağlı  risklərin  azaldılması  baxımından  daha  real  boru  kəməri  layihəsi, 

BP  şirkəti  tərəfindən  2011-ci  ildə  təklif  olunan  Cənub  Şərqi  Avropa    boru 

kəməridir  (South  East  Europe  Pipeline  –  SEEP).  SEEP  layihəsi  Avropa 

(Yunanıstan,  Bolqarıstan,  Rumıniya,  Serbiya  və  Macarıstan)  və  Türkiyədə 

mövcud  olan  infrastrukturdan  istifadə  edildiyi  üçün  kommersiya  cəhətdən  cəlb 

edicidir.  Daha  etibarlı  və  ITGI  /  TAP  –  Bolqarıstan,  Rumıniya,  Macarıstan, 

Xorvatiya  kimi  2  dəfə  daha  çox  ölkə  bazarından  keçərək,  ümumi  həcmində 

Nabuccodan  daha    kiçik  miqyaslı  bir  layihədir.    Azərbaycan  rəsmi  olaraq  öz 

seçimində boru kəmərin kommersiya xüsusiyyətlərini rəhbər tutsa da, belə çətin bir 

regionda  bu  seçim  də  siyasi  faktorlardan  azad  deyil.  Azərbaycana  təsir  edən 

regiondakı  belə  siyasi  faktorlardan  biri  və  ən  əsası  isə  Ermənistanla  olan  Dağlıq 

Qarabağ  məsələsidir.  Belə  bir  mühitdə  Azərbaycan  öz  neft  və  qaz  siyasətini 

müvəffəqiyyətlə manevr edə bilir. 

Qeyd  olunan  bütün  layihələrdə  Azərbaycan  yalnız  qaz  ixracatçısı  yox, həm 

də tranzit ölkə kimi də çıxış edir. Bu isə Azərbaycanın Avropa ölkələri ilə yanaşı, 

region  dövlətləri  üçün  də  cəlbediciliyini  artırır.  Avropa  Birliyi  ölkələrinin  enerji 

təhlükəsizliyinin  təminatında  mühüm  rol  oynayan  Bakı-Tbilisi-Ceyhan  neft 

kəmərinin  etibarlı  işləməsi  bu  qənaətə  gəlməyə  əsas  verir.  Avropa  da  öz 

münasibətlərində  Rusiya  kimi  böyük  təsir  gücünə  malik  dövlətlə  müqayisədə,  

Azərbaycana daha çox üstünlük verir. 



 

 

 

 

 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə