Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

45 

 

Satınalma zamanı TAP boru kəmərinin tikintisi çərçivəsində beynəlxalq və 



milli  şirkətlər  üçün  çox  böyük  imkanlar  yaradacaq.  Ümumiyyətlə,  TAP  2016-ci 

ilin sonuna qədər 15 böyük müqavilə planlaşdırır. 

TAP  boru  kəməri  ilə  gətiriləcək  Xəzər  qazının  həcmi  ilk  baxışdan  ümumi 

Avropa enerji istehlakıyla müqayisədə böyük görünmür.  

TAP  layihəsi  vasitəsilə  Xəzər  qaz  resusları  Albaniya,  Bosniya  və 

Herseqovina, Bolqarıstan, Çernoqoriya, Makedoniya və Serbiya, daha sonra qərbə 

doğru  İtaliyanın  Cənubuna,  ordan  isə  Avstriya,  İsveçrə,  Almaniya,  Fransa, 

Benilüks  dövlətləri  və  hətta  Böyük  Britaniyanın  belə  bir  neçə  boru  kəməri 

sistemləri  vasitəsilə  energetika  bazarlarına  çatdırılacaq.  Gələcəkdə  yaranacaq 

böyük  tələbi  nəzərə  alaraq  boru  kəmərinin  hazırlıq  işləri  zamanı  artacaq  qaz 

həcminə  uyğunlaşdırılması  nəzərdə  tutulub  və  2  dəfəyədək  artırmaq  mümkün 

olacaq. Bundan əlavə boru kəməri “geri fiziki axın” funksiyasına da malik olacaq 

ki, qazın verilişiylə bağlı hər hansı problem yaranarsa İtaliyadan qaz Cənub Şərqi 

Avropa istiqamətində yönləndirilə bilər.  

TAP  xüsusilə  tikinti  mərhələsində,  hər  bir  iştirakçı  ölkənin  iqtisadi 

inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Yunanıstan, Albaniya və 

İtaliya  isə  strateji  səviyyədə  Avropanın  enerji  xəritəsində    regional  enerji 

mərkəzləri kimi daha yüksək status əldə edəcəklər. 

TAP  və  TANAP  layihələrinin  reallaşdırılması  yaxın  zamanda  Cənubi  qaz 

dəhlizinin formalaşdırılması gətirib çıxardacaq. “Şahdəniz – 2”-sən əldə olacaq qaz 

Avropanın  enerji  təhlükəsizliyi  və  diversifikasiyasını  tımin  edəcək.  Azərbaycan 

bununla  təsdiq  edəcək  ki,  etibarlı  qaz  təminatçısıdır  və  Cənubi  qaz  dəhlizi  üçün 

ilkin  yanacaq  mənbəyi  olacaqdır.  TANAP  layihəsi  vasitəsilə  gələcəkdə 

Türkmənistan qazının da Avropa bazarına çıxarılması üçün geniş imkanlar var. 

Enerji  sahəsində  Azərbaycan  və  Türkiyə  arasında  həyata  keçirilməsi 

planlaşdırılan digər bir layihə Nabucco qaz kəməridir. Nabucco qaz kəməri Xəzər 




46 

 

regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, 



Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı 

üçün  nəzərdə  tutulan  bu  xəttin  ümumi  uzunluğu  3300  km-dir.  Bu  məqsədlə 

yaradılan  “Nabucco  Gas  Pipeline  İnternational  GmbH.”  konsorsiumuna  OMV 

(Avstriya),  “Transgaz”  (Rumıniya),  “Bulgargaz”  (Bolqarıstan)  və  “BOTAŞ” 

(Türkiyə)  şirkətləri  qoşulub.  Nabukko  təbii  qaz  boru  xəttinin  25-30  mlrd.  barrel 

illik  daşıma  həcminə  sahib  olan  kəmərlə  Azərbaycanla  yanaşı,  Türkmənistan  və 

İraq  qazının  da  daşınması  nəzərdə  tutulur.  Layihənin  dəyərinin  1/3-i  səhmdarlar 

tərəfindən, 

qalan 

hissəsi 


isə 

maliyyə-kredit 

təşkilatları 

tərəfindən 

maliyyələşdiriləcək.   Xəttin ümumi xərclərinin təxminən 8 milyard dollar olacağı 

ehtimal edilir. 

Nabucco  vasitəsilə  Azərbaycanın  növbəti  illərdə  ildə  20  mlrd.  kubmetr, 

Türkmənistanın isə 10 mlrd. kubmetr təbii qaz satmağı kəmərin tam doldurulması 

üçün kifayət edəcək. 

 

Şəkil 5. Nabucco Qaz Kəməri 

 



47 

 

Şərq-Qərb  enerji  dəhlizi  Nabucco  layihəsi  ilə  başlamasa  da,  Nabucco 



Cənub Qaz Dəhlizinin əsas hissəsi hesab edilirdi. Nabucco Türkiyənin Ərzurum 

şəhərində  "Cənub  Qafqaz''  və  ''Trans-Xəzər''  boru  kəmərləri  ilə  birləşməli  və 

Avropanın  Rusiyadan  qaz  asılılığını  azaltmaq  məqsədilə  Azərbaycan  və 

Türkmənistan qazını Avropaya nəql etməli idi.  

Nabucco layihəsinin saxlanılmasının əsas səbəbləri aşağıdakılardır: 

Layihənin çox böyük miqyasları 



Layihənin  reallaşdırılmasında  investorların  qarşılaşa  biləcəkləri  maliyyə 

riskləri 

Kifayət  qədər  qaz  həcminin  olmaması  -  Yaxın  Şərq  və  Mərkəzi  Asiya 



dövlətləri, xüsusilə Türkmənistanın layihəyə qoşulmasıyla bağlı dəqiq bir 

qərarın olmaması da layihənin gələcəyini sual altında qoyur. 

Layihədən  kənarda  qalmış  Rusiya  və  İranın  Transxəzər  kəmərinin 



çəkilişində yaratdığı problemlər. Rusiya Qara dəniz altından Bolqarıstana 

illik  62  mlrd.  kubmetr  təbii  qaz  nəqli  üçün  alternativ  “Cənub  axını” 

layihəsini təklif edib 

Macarıstanın  "MOL''  və  Almaniyanın  "RWE''  şirkətlərinin  layihəni  tərk 



etməsi 

İrana  qarşı  Avropa  Birliyinin  həyata  keçirdiyi  sanksiyalar  və  İraqdakı 



qeyri-stabil vəziyyət 

Nabucco layihəsinin bu qədər uzadılmasına əsas 2 proses təsir edib.  

1.

 

2012-ci ildə Azərbaycan və Türkiyə tərəfindən TANAP layihəsinin təklif 



olunduqdan sonra Nabucco layihəsi “Nabucco West”-ə çevrildi. 

2.

 



Nabucco  West  kimi  tanınan  və  Türkiyədən  Bolqarıstan,  Rumıniya  və 

Macarıstan  ərazisi  ilə  Avstriyanın  Baumqarten  şəhərinə  çıxacaq  ikinci 

mümkün  uzadılma  2013-cü  ildə  Şahdəniz-2  konsorsiumu  tərəfindən  TAP 

layihəsinə üstünlük verildi. 

Şah  Dəniz  yatağının  ehtiyatları  zəngin  olsa  da  həm  Nabucco  West,  həm 

də TAP-ı qazla təmin etmək iqtidarında deyil. Çünki Nabucco West-in nəzərdə 




48 

 

tutulmuş buraxılış həcmi TAP-dan böyükdür və mövcud təbii qaz hasilatı ancaq 



TAP və onun qollarının doldurulmasına bəs edər.  

Çünki Şah-Dəniz  Konsorsiumu və  CQBK-da 28.8%,  TANAP layihəsində 

12%  və  TAP-da  isə  20%  səhmlərə  sahib  olan  BP,  “Cənub  Qaz  Dəhlizi”-də 

SOCAR  ilə  bərabər  dominant  mövqeyə  malikdir  və  bu  BP-ə  yenidən  “SEEP” 

layihəsinin dirçəldilməsi istiqamətində işlər görməyə imkan verir. 

TAP  layihəsi  Nabucco  West  layihəsi  ilə  müqayisədə  başda  kommersiya 

cəhətdən olmaqla, bir çox səbəblərdən daha üstündür: 

-  SOCAR-ın  TAP  layihəsi  iştirakçılarına  təklif  etdiyi  qiymət  Nabucco 

West iştirakçılarına təklif etdiyi qiymətdən daha cəlbedici idi. 

-  TAP-ın  son  məntəqəsi  olan  İtaliyanın  digər  Avropa  dövlətlərinə  geniş 

enerji  şəbəkəsi  vardır.  Bu  üsulla  təbii  qazın  nəqli  TAP  kəməri  ilə 

məhdudlaşmayacaq,  “Trans-Avstriya  Qaz  Kəməri”  vasitəsilə  Avstriya  və 

Mərkəzi Avropaya, “TransitGas-TENP” kəmərinin əks rejimdə işləməsi yoluyla 

İsveçrə  ərazisindən  Almaniya  və  Fransaya  nəql  oluna  bilər.  TAP  layihəsinin 

gələcəkdə  böyük  genişlənmə  potensialı  var  və  Nabucco  West  layihəsinin 

iştirakçılarını  da  əlavə  kəmərlər  vasitəsilə  layihəyə  qoşmaq  mümkündür.  TAP 

Bolqarıstan  və  Albaniyanı,  habelə  Makedoniya  və  Bosniya-Herseqovinanı 

(İonik  Adriatik  Boru  Kəməri)  birləşdirəcək  ki,  Nabucco  belə  əlavə  bazarlara 

giriş  imkanları  özündə  ehtiva  etmirdi.  Adları  çəkilən  Balkan  dövlətləri  kiçik 

olsalar  da,  ümumilikdə  onlar  Azərbaycan  qazı  üçün  böyük  bazar  olacaq.  Eyni 

zamanda  Albaniya,  Monteneqro və  Kosovonun qaz  infrastrukturundan  məhrum 

olduğunu  nəzərə  alsaq,  SOCAR  orada  təbii  qaz  infrastrukturuna  və  emal 

bazarına sərmayə yatırmaq imkanı da olacaq. 

İlkin  mərhələdə  Nabucco  layihəsində  Azərbaycan  qazı  ilə  yanaşı  İran, 

İraq  və  Türkmənistan  qaz  ehtiyyatlarından  da  istifadə  nəzərdə  tutulmuşdu. 

Baxmayaraq  ki,  hazırda  İran  qazı  əlavə  kəmərlər  tikilmədən,  mövcud  “İran-

Türkiyə”  kəməri  ilə  də  Avropa  bazarlarına  çatdırıla  bilərdi,  lakin  nüvə 

proqramıyla  əlaqədar  Avropa  Birliyinin  İrana  tətbiq  etdiyi  sanksiyalara  görə 

Avropa  şirkətləri  ölkədən  çıxmalı  olmuş,  Nabucco  layihəsi  üzrə  yalnız  İran 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə