Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   16   17   18   19   20   21   22   23   24

70 

 

3.3.  Azərbaycanda  yeni  transregional  layihələrin  həyata  keçirilməsi 



istiqamətləri və onların reallaşdırılma perspektivləri 

 

Transregional  layihələrin  özəllikləri  ondan  ibarətdir  ki,  böyük  bir  coğrafi 

ərazini  əhatə  etməklə  yanaşı,  adətən  müxtəlif  siyasi  və  iqtisadi  maraqların 

toqquşma nöqtələrindən də keçir.  Təbii ki, dövlət və regionların maraqları üst-üstə 

düşə  bilməz.  Bu  səbəbdəndir  ki,  yuxarıda  qeyd  edilmiş  bir  neçə  transregional 

layihələrdə olduğu müxtəlif problemlərlə üzləşilir. Bu problemlər bəzən layihələrin 

reallaşmasının ləngildilməsinə (Bakı-Tbilisi-Qars dəmiryolu xətti və s. layihələr), 

bəzənsə onunla rəqabətə girən yeni alternativlərin meydana gəlməsinə, hətta təxirə 

salınmasına  (Nabucco)  kimi  gətirib  çıxara  bilir.  Layihənin  həyata  keçirilməsi 

vaxtının  ləngiməsinin  bütün  iştirakçılar  üçün  mənfi  təsirləri  böyükdür.  Həm 

layihəyə  yatırılan  vəsait  baxımından,  investorlar  üçün  yatırdıqları  vəsaitlərin 

səmərəliliyi  azalır.  Həm  də  qeyd  etdiyimiz  enerji  resurslarıyla  bağlı  transregional 

layihələrdə  gecikdirlən  müddət  ərzində  istənməyən  (siyasi  baxımdan)  və  daha  az 

səmərəli olan alternativlərdən  istifadə etməyə məcbur qalınır. 

Dünya təcrübəsinə əsasən, böyük həcmli layihələrin dəyəri maksimum 15% 

artırıla  bilər.  Qiymət  artımı  15  %-dən  çox  olduğu  təqdirdə,  artımın  səbəbi  kimi 

yalnız iqtisadi deyil, başqa amillərin təsirlərini də izləmək lazımdır. 

 Transregional layihələr böyük coğrafi ərazilərdən keçməklə bərabər, həm də 

böyük bazarlara çıxışları da təmin edir. Azərbaycan nümunəsində görə bilərik ki, 

burada reallaşdırılan və reallaşdırılması planlaşdırılan  əsas hədəf Avropa bazarına 

çıxış  əldə  etmək  olmuşdur.  Bu  layihələrə  yalnız  enerji  resurslarının  ixracı  kimi 

baxmaq düzgün deyil. Çünki bu transregional layihələr şərq və qərblə ilkin iqtisadi 

münasibətlər  qurularaq,  gələcəkdə  daha  nəhəng  və  fərqli  istiqamətlər  üzrə 

çoxtərəfli layihələrin həyata keçirilməsində təməl rolunu oynayacaqlar.  

Başqa bir problem layihənin gedişatı zamanı sadalanmış səbəblərdən və ya 

əvvəlcədən hesaba alınmamış amillərlə bağlı icrasının bahalaşması, daha doğrusu 




71 

 

reallaşdırılması  üçün  nəzərdə  tutulmamış  vəsaitlərin  tələb  olunmasıdır.  Bəzən 



layihənin  ilkin  mərhələsində  iştirakını  bildirmiş  tərəfin  müəyyən  səbəblərdən 

iştirakdan imtina etməsi vəziyyəti daha da gərginləşdirə bilər.  

Bu  yaxınlarda  Petrocas  Energy  Limited  şirkətinin  49%  səhmlərinin 

“Rosneft”-ə  satılması  haqda  məlumatlar  yayılıb.  Bununla  Rusiya  Poti  və  Batumi 

limanlarındakı  neftdoldurma  terminallarıyla  yanaşı,  Cənubi  Qafqaz  və  Mərkəzi 

Asiya  bazarlarındakı  neft  məhsullarının  satışına  giriş  əldə  edir.  Həmçinin,  rus 

şirkəti  Gürcüstan  bazarında  SOCAR-ın  əsas  böyük  rəqibinə  çevrilmiş  olur. 

Gürcüstan Qara dəniz sahilində Supsada böyük energetika mərkəzinin yaradılması 

üçün  Rusiya  və  Qərbi  əməkdaşlğa  cəlb  etmək  fikrindədir.    Layihənin 

reallaşdırılması  isə  Supsada  neft  emalı  zavodunun  tikintisiylə  başlayacaq.  Daha 

sonra  isə  orada  böyük  gücə  malik  unikal  neft-kimya  kompleksinin  tikintisi  də 

planlaşdırılır.  Bəzi  Gürcüstan  rəsmilərinin  fikrincə,  bu  sahədə  “Nabukko” 

layihəsini “öldürmüş” ziddiyətlərdənsə, əməkdaşlıq daha faydalıdır. 

İlk  vaxtlarda  Azəri  Çıraq  Günəşli  layihəi  çərçivəsində  Azərbaycanın  hasil 

etdiyi  gəlirli  neftin  satışını  layihənin  operatoru  BP  həyata  keçirirdi  və  satışdan 

sonra  SOCAR-ın  hesabına  köçürmə  edirdi.  2008-ci  ildənsə  SOCAR  Traiding 

şirkətinin  yaradılmasından  sonra  Azərbaycan  neftinin  birbaşa  satışı  ilə  məşğul 

olmağa  başladı.    Əgər  o  vaxtadək  neftimiz  əsasən  Avropa  dövlətlərinə  (onun  da 

boyük  hissəsi  İtaliyanın  payına  düşürdü)  satılırdısa,  2008-ci  ildən  sonra  ixrac 

xəritəsi  genişlənməyə  başladı.  Son  5  ildə  Azerilight  markalı  neft  36  ölkəyə  ixrac 

olunub.  2009-cu  ildən  sonra  Azərbaycan  neft  ixracının  coğrafiyasında  ciddi 

dəyişikliklər  baş  verdi.  Daha  dəqiq  desək,  baş  ofisi  Cenevrədə  yerləşən  SOCAR 

Traiding şirkətinin Dubay və Sinqapurda ofisləri açıldıqdan sonra  ölkəmizin neft 

ixracında Avropa dövlətlərinin payı azalmağa, eyni zamanda Hindistan, Tayvan və 

Vyetnam kimi Asiya ölkələrininsə payı artmağa başladı. 

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına görə əgər 2008-

ci  ilədək  neft  ixracında  payı  43%  idisə,  2013-cü  ildə  bu  göstərici  28,7%-dək 

enmişdir.  Eyni  zamanda  2008-ci  ildə  İndoneziyanın  payı  3,2%  təşkil  edirdisə, 




72 

 

2013-cü  ildə  bu  13,7%-dək  yeksəlmişdir.  2013-cü  ildə  Azərbaycan  neftinin  ixrac 



istiqamətləri arasında Tayland (8,2%), Hindistan (5,4%), Tayvan (2,3%), Vyetnam 

(1,4%) və Malayziya kimi ölkələr yer tutur və son 4 ildə bu ölkələrə neft ixracının 

həcmi sürətlə artır. 

Digər  bir  diqqət  çəkən  məqam  isə  neft  ixracında  ABŞ,  Fransa,  İzrail  kimi 

əməkdaşların paylarının azalmasıdır. Əgər 2008-ci ildə ABŞ-ın payı 13,5% təşkil 

edirdisə,  son  illər  daim  düşərək,  2013-cü  ildə  4,8  faizədək  enmişdir.  Fransa  ilə 

məsələdəsə neft ixracı 2008-2011-ci illərdə ciddi artım müşahidə olunsa da (5,2%-

dən  17,6-dək),  son  illər  tədricən  enərək  2013-cü  ildə  bu  göstərici  5,6%  təşkil 

etmişdir.  Oxşar  tendensiya  İzrailə  neft  satışında  da  yer  alır.  2008-ci  ildə  ixrac 

payında İzrail 7,7%, 2009-cu ildə isə 10,1% yer tuturdusa da, sonrakı illər azalaraq 

2013-cü ildə 6,2%-dək enmişdir. 

Beləliklə, ABŞ və Avropanın əsas enerji partnyoru olan Azərbaycan son 5 il 

ərzində  neft  ixracı  vektorunu  Asiya  ölkələri  istiqamətinə  çevirib.  Yekun  olaraq, 

əgər 2008-ci ildə Asiya ölkələri Azərbaycan neftinin ixracında 12,2% paya sahib 

idilərsə, 2013-cü ildə bu göstərici 31%-a çatmışdır. 

Həmçinin  qeyd  etmək  lazımdır  ki,  Asiya  ölkələrinə  yalnız  xam  neft  deyil, 

həmçinin  neft  məhsulları  da  satılır.  Belə  ki,  məsələn,  ABŞ-la  təhlükəsizlik  sahəsi 

üzrə əməkdaşlıq çərçivəsində 2013-cü ildə Əfqanıstana 105 mln. Dollarlıq kerosin 

satılmışdır. Bu sahədə Azərbaycanın Asiyada daha 2 böyük əməkdaşı – Vyetnam 

və Tacikistan da var. Gələcəkdə bu tendensiyanın daha da güclənəcəyi gözlənilir.   

Məlum  olduğu  kimi,  neftin  satışı  zamanı  daşınma  məsafəsinin  artmasıyla 

bərabər, nəqliyyat xərcləri də artmaqdadır. Bu isə neftin qiymətində də əks olunur. 

Buna görə ilk baxışdan Azərbaycanın Asiya dövlətlərinə daha çox gəlir əldə etməsi 

üçün  üstünlük  verməsi  fikir  yarana  bilər.  Lakin  statistikaya  əsasən  Azərbaycanın 

ixrac  səbətinə  təsir  edən  əsas  ölkələr  üzrə  qiymətlərdə    çox  əhəmiyyətsiz  fərqlər 

var və çox güman ki, bu fərqlər nəqliyyat xərclərinin nəticəsi olaraq yaranıb. Əgər 

2013-cü ildə Azərbaycan İtaliyaya xam neftin barelini 111,32 dollara, Almaniyaya 

113,90 dollara satılmışdırsa, İndoneziya üçün bu göstərici 113,05 dollar, Tayland 




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə