Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Cədvəl 5. Xarici investisiyalar (mln, ABŞ dolları)



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   16   17   18   19   20   21   22   23   24

67 

 

Cədvəl 5. Xarici investisiyalar (mln, ABŞ dolları) 

 

2005 


2010 

2011 


2012 

2013 


Cəmi xarici investisiya 

4893,2 


8247,8 

8673,9 


10314 

10540 


Maliyyə kreditləri 

698,4 


3405,9 

3692,5 


3135,5 

2655,8 


Neft sənayesinə 

3799,9 


2955,3 

3407,8 


4287,8 

4935,2 


Neft bonusu 



19,9 

2,4 



Birgə 

müssisələr 

və 

xarici firmalar, 



o cümlədən 

230,5 


659,6 

886 


1094,5 

1041 


Türkiyə 

962 


147,5 

89,1 


185,9 

401,3 


Niderland 

1,2 


163,5 

173,3 


186 

141,6 


Norveç 

3,6 



6.9 



İsveçrə 

11,7 



26,7 

79,4 


18,2 

İtaliya 


4,6 



22,1 

21,3 


Yaponiya 

1,4 



2,5 

5,4 


Fransa 


2,6 

6,2 


14,3 

14,4 


6,1 

ABŞ 


24,8 

40 


73,8 

92,5 


24.4 

Almaniya 

21,5 

17 


32,5 

21,8 


36,1 

B. Britaniya 

38,5 

144 


148,8 

149,3 


136 

BƏƏ 


5,7 

30,3 


75,3 

92,4 


109,3 

Rusiya 


5,1 

11,7 


35 

21,8 


36,1 

Sair ölkələr 

28,1 

79,5 


196,6 

199,7 


128,6 

Digər investisiyalar 

163,4 

1225 


667,7 

1794,2 


1906,5 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 

 

Xarici  investisiyaların  artmasıyla  yanaşı,  eyni  vaxtda  həmin  ölkələrlə 



qarşılıqlı iqtisadi münasibətlərin dərinləşməsi prosesi də gedir.  


68 

 

Birbaşa  xarici  investisiyaların  böyük  bir  hissəsi  neft  sektoruna  yatırılan 



investisiyalardır. Bu isə Azərbaycanda digər sahələrin xarici investorlar üçün cəlb 

edici olmamasını göstərir. Vəziyyəti dəyişdirmək üçün ölkədə daha əlverişli biznes 

mühitinin yaradılması və bir sıra iqtisadi və hüquqi islahatlar aparılmalıdır. Bundan 

əlavə  investisiyaların  daha  çox  cəlb  edilməsi  üçün  vergi  güzəştlərinin  və  azad 

ticarət zonalarının yaradılması əhəmiyyətlidir.    

2010-cu  ildə  yalnız  neft  sektoruna  yatırılan  investisiyalar  həcminə  görə 

2009-cu ilin bütün investisiyalarına bərabər olub. Ümumilikdə xarici investisiyalar 

daha çox sənaye sahələrinə yatırılır, digər sahələrə yatırılan investisiyaların həcmi 

çox azdır. Təsvir olunan dövrdə kənd təsərrüfatı sahəsinə isə ümumiyyətlə xarici 

investisiya yatırılmayıb. Xarici investorların qeyri-neft sektorlarına investisiyaların 

yatırılması  həmin  sahələrdə  effektivliyi  artıracaq  yeni  texnologiyaların  tətbiqinə 

şərait  yarada  bilər.  İnvestisiyaların  qeyri-neft  sektoruna  yönəldilməsini 

vurğulamağın əsas məqsədi Azərbaycanda “Holland sindromu”-un baş verməsinin 

qarşısını almaqdır. Bildiyiniz kimi neft və qaz resurslarının ehtiyatları nə qədər çox 

olsa  da,  qeyri-məhdud  deyildir.  Bu  səbəbdən  hazırda  enerji  resurslarıyla  bağlı 

həyata 


keçirilən 

transregional  layihələrdən 

gələn  gəlirlərin  və 

xarici 


investisiyaların  qeyri-neft  sektoruna  yönləndirilməsi  vacibdir.  Lakin  burada  da 

xüsusilə  elə  sahələr  seçilməlidir  ki,  həmin  sahələrin  ixrac  potensialı  olsun  və 

ölkəyə  xarici  valyuta  gətirə  bilsin.  Qeyri-neft  sektorunun  yalnız  xarici  rəqabətə 

davamlı  sahələri  inkişaf  etdirilərək  ölkəyə xarici  valyuta  axınına  şərait  yarada 

və  neft sektoruna alternativ ola bilər. 

Bazar iqtisadiyyatı şəraitində investisiyaların ölkə iqtisadiyyatına cəlbi üçün 

çoxlu  imkanlar  var.  Hal-hazırda  Azərbaycan  üçün  xaricdən  gələn  maliyyə 

kapitalından daha çox yeni texnologiyaları əks etdirən investisiyalar daha vacibdir.  

Dar  ixtisaslaşma  sahə  üzrə  rəqabətə  davamlılığın  əsaslarındandır.  Lakin 

qlobal  səviyyədə  rəqabətə  davamlılıq  regional  və  transregional  əməkdaşlıq 

imkanlarıyla  müəyyənləşir. Burada geniş profilli, ümumiqtisadi miqyasda düşünə 

bilən mütəxəssislər lazımdır. 




69 

 

Bundan  əlavə,  xarici  investisiyaların  tərkibində  əsas  yeri  birbaşa 



investisiyalar  və  maliyyə  kreditləri  tutur.  Portfel  investisiyaları  isə  ümumi 

investisiyaların  çox  az  hissəsini  təşkil  edir.  Bunun  əsas  səbəbi  ölkədə  qiymətli 

kağızlar bazarının inkişaf etməməsidir. Dünya təcrübəsindən görə bilərik ki, portfel 

investisiyaları  dövlət  iqtisadiyyatına  investisiya  cəlb  etməyin  ən  rahat  yoludur. 

Portfel  investisiyalarının  cəlbi  həmçinin  dövlətin  xarici  ölkələr  üçün  açıqlığı  və 

dünya  bazarına  nə  səviyyədə  inteqrasiya  olunduğunu  təsvir  edən  əsas 

göstəricilərdəndir.  Şirkətlərdə  korporativ  idarəetmə  standartlarının  tətbiq 

olunmaması, mühasibatlığın hələ tam olaraq vahid beynəlxalq standartlara uyğun 

aparılmaması,  bununla  bərabər  səhmdarlara  dividendlərin  ödənilməsində 

ləngimələrin  baş  verməsi  bu  inteqrasiya  prosesinin  aktiv  getməsinə  imkan 

verməyən mühüm səbəblərdəndir. Qeyd olunanlarla bağlı Azərbaycanda müəyyən 

tədbirlər görülüb və bu proseslər daha sürətlə davam etdirilməlidir. 

Qeyri-neft sektorunun inkişafı və bu sahəyə xarici investisiyaların cəlbi üçün 

Azərbaycanın  Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv kimi qəbul edilməsi də 

mühüm  məsələlərdəndir.    Azərbaycanın  əməkdaşlıq  etdiyi  və  qonşu  dövlətin 

əksəriyyəti  artıq  bu  təşkilatın  üzvüdür.  Azərbaycanın  üzvlük  məsələsinin 

gecikməsi gələcəkdə bu ölkələrlə olan iqtisadi münasibətlərə də təsir edəcək. ÜTT-

ə  üzv  kimi  qəbul  olunmaq  üçün  də  bir  çox  sahələrdə  müəyyən  islahatlar 

aparılmalıdır.  Xarici  investorların  özləri  də  bu  islahatların  artıq  keçirildiyi 

bazarlara investisiya yatırımında daha maraqlıdırlar.  



 

 

 

 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə