Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   16   17   18   19   20   21   22   23   24

64 

 

3.2. Xarici investisiyaların transregional layihələrin həyata keçirilməsinə təsiri 

 

Keçid 


dövründə 

dövlət 


iqtisadiyyatına 

investisiya 

vəsaitlərinin 

yönləndirilməsi  Azərbaycanın  əsas  hədəflərindən  olub.  Azərbaycanın  iqtisadi 

təhlükəsizliyi  və  inkişaf  perspektivləri  daha  çox  enerji  sahəsi  ilə  bağlıdır.  Bu 

səbəbdən ilk zamanlardan ölkəyə yatırılan investisiyalar məhz bu sahənin inkişafı 

istiqamətində olmuşdur.  

Təbii  resurslarla  zəngin  olan  Azərbaycanının  xarici  investisiyaların  cəlbi 

üçün  böyük  iqtisadi  potensialı  vardır.  Ölkəyə  xarici  investisiyaların  axınına 

müxtəlif  amillər  təsir  edir  ki,  onlar  ümumilikdə  investisiya  şəraitini  təşkil  edir. 

Buraya  sosial  sabitlik,  mədəniyyət,  ölkə  iqtisadiyyatının  vəziyyəti    və  s.  aiddir. 

İnvestisiya  mühitinə  ölkələrin  obyektiv  imkanları  (investisiya  potensialı  –  təbii 

resurslar,  işçi  qüvvəsi,  infrastrukturun  mövcudluğu)  və  investorun  fəaliyyətinin 

şəraiti də (investisiya riski) aiddir.  

BMT  ticarət  və  inkişaf  hesabatlarına  görə  Azərbaycan  dünyada  dünyada 

investisiya  cəlb  ediciliyinə  görə  qabaqcıl  ölkələrdən  biridir.  İnvestisiya 

cəlbediciliyi ÜDM-in və birbaşa investisiyaların adambaşına düşən həcminə əsasən 

müəyyənləşdirilir.  Bu  göstərici  ilə  ölkənin  xarici  investisiyalara  açıqlığını  ifadə 

olunur. 

İnteqrasiyada  iştirak  edən  ölkədəki  iş  adamlarının  buna  marağını  artırmaq 

lazımdır. Bu üsulla, yerli müəssisələrin Qərb və Şərqin təşkilatları ilə daha güclü 

əməkdaşlıq  əlaqələrinin  qurulması  üçün  maddi,  infrastruktur  və  digər  imkanlar 

yaradılmış  olacaq.  Eyni  zamanda  Şərq-Qərb  nəqliyyat  dəhlizlərinin  yaradılması 

digər  infrastruktur  layihələriylə  birgə  xammal,  emal  kimi  müxtəlif  sahələrdə 

genişmiqyaslı transkontinental əməkdaşlıqlar üçün maddi bünövrəsini qoyardı. Bu 

layihələrin reallaşdırılması Azərbaycanın strateji maraqlarının həyata keçirilməsini 

təmin etməyə imkan verəcək.  



65 

 

Azərbaycan  iqtisadiyyatına  qoyulan  investisiyaların  həcmi  əsasən  “Əsrin 



Müqaviləsinin” imzalanmasından sonra  sürətlə artmağa  başlayıb və bu günə  kimi 

böyük  həcmdə  investisiyalar  yatırılıb.    Keçid  dövrünün  ilk  illərində  dərinləşən 

iqtisadi  böhran  vəziyyətində  olan  Azərbaycan  geriləmə  prosesinin  qarşısını  tam 

almış  və  başlanılmış  yeni  transregional  layihələr  vasitəsilə  sabit  inkişaf 

istiqamətində dönüş yarada bilmişdir. 

2010-cu  ildə  əvvəlki  illərlə  müqayisədə  iqtisadiyyata  daha  çox  investisitya 

yatırılıb.  Və  bu  ildən  sonra  investisiyaların  artım  tempi  əvvəl  olduğu  kimi  artan 

istiqamətə  yönəlmişdir.  Cəmi  yatırılan  investisiyalar  həmin  il  ərzində  3.5  mlrd. 

AZN  artıb, bu isə ötən illə müqayisədə 33% artım deməkdir. Ümumi investisiya 

həcmində  artım  olsa  da,  neft  şirkətlərinin  investisiyalarının  nisbətən  azalması 

müşahidə olunur. Gələcəkdə xarici investisiyaların dövlət iqtisadiyyatına, müxtəlif 

layihələrə yönləndirilməsi üçün iqtisadi islahatlar apararaq, onlara  əlverişli biznes 

mühitinin yaradılması vacibdir.  

 

Qrafik 3. İqtisadiyyata yönəldilən investisiyalar (mln. AZN) 

 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 

0

5000


10000

15000


20000

25000


2005

2008


2009

2010


2011

2012


2013

Xarici inv.

Daxili inv.



66 

 

 

İnvestisiyaların  həcmi  adətən  artan  istiqamətdə  getsə  də,  azalma  yalnız 

2009-cu  ildə  (3  mlrd.  AZN-ə  yaxın)  müşahidə  olunur.  Bu  azalmanın  əsas  səbəbi 

həmin  dövrdə  dünyada  baş  verən  qlobal  iqtisadi  böhran,  Avropa  və  ABŞ-da 

bankların  iflası,    qlobal  maliyyə  bazarlarındakı  qeyri-müəyyənliklə  bağlı  olub. 

Həmin ildə azalma yalnız Azərbaycan iqtisadiyyatında deyil, bütün dünyada qeydə 

alınmışdı.  Qeyd  etmək  lazımdır  ki,  həmin  azalma  kəskin  olmamışdır.  Bu  böhran 

zamanı  neft  sektoruna  yatırılan  həm  daxili,  həm  də  xarici  investisiyalar  (1  mlrd. 

ABŞ dollarınadək) azalmışdır.  

Qrafikdən  də  görə  bilərik  ki,  böhrandan  sonraki  dövrdə  Azərbaycan 

iqtisadiyyatına  qoyulan  investisiyaların  həcmi  artmaqda  davam  edir.  Bu  artımın 

daxilində  həm  daxili,  həm  də  xarici  investistisiyalar  artsa  da,  artımın  əsas  hissəsi 

daxili  investisiyalar  hesabınadır.    2005-ci  illə  2013-cü  ili  müqayisədə  ümumi 

investisiya həcmi 3 dəfə artıb. 2005-ci ildə yatırılan 6733,4 mln. AZN-in 68,74%-i 

xarixi investisiya idisə, 2013-cü ildə 21974,2 mln. AZN-in yalnız 37,63%-i xarici 

investisiya  olub.  Bu  müddətdə  xarici  investisiyanın  həcmi  təqribən  2  dəfə,  daxili 

isə 6 dəfə artmışdır. 2012-ci illə müqayisədə isə 12,82% artım olmuşdur.  

2013-cü  ildə  Azərbaycana  yatırılan  investisiyalar  arasında  Dünya  Bankı, 

Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, 

Avropa  Birliyi  maliyyə  yardımı,  Avropa  Şurası  kimi  beynəlxq  təşkilatlar  da  yer 

alıb.  


Azərbaycan  iqtisadiyyatına  əsas  investisiya  yatıran  ölklər  ABŞ,  Böyük 

Britaniya,  Türkiyə,  BƏƏ  və    Niderlanddır.  Bu  ölkələrin  daha  çox  investisiya 

yatırmalarına  səbəb  Azərbaycandakı  neft  və  qaz  resurslarının  əsasən  həmin 

ölkələrin  şirkətləri  tərəfindən  çıxarılmasıdır.  Böyük  Britaniyaya  məxsus  BP, 

Türkiyəyə məxsus BOTAŞ, Türkiyə petrolleri və s kimi şirkətləri misal göstərmək 

olar. 


 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə