Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

33 

 

onun  ilin  fəsillərindən  asılı  olmamasıdır.  Lakin  dəmiryoluyla  daşınmanın  mənfi 



cəhətləri də var. Belə ki, dəmiryolunun tikintisi böyük investisiya qoyuluşu tələb 

edir, istismar xərcləri çox olur, xidmət və təmir işlərinə çoxlu vaxt və vəsait sərf 

edilir. 

Azərbaycan  və  Türkiyə  arasında  qarşılıqlı  iqtisadi  münasibətlərin 

genişləndirilməsi  nəqliyyat  əlaqələrinin  inkişafından  xeyli  dərəcədə  asılıdır.  Hal-

hazırda  iki  ölkə  arasında  mövcud  olan  hava  və  avtomobil  nəqliyyatı  əlaqələri 

bahalılıq  səbəbindən  hər  iki  tərəfin  potensial  imkanlarından  istifadə  edilməsində 

müəyyən  mənada  əngəl  kimi  dəyərləndirilə  bilər.  Bakı-Tbilisi-Qars  (BTQ) 

dəmiryolu  xətti  layihəsinin  gerçəkləşdirilməsi  bu  istiqamətdə  çox  mühüm 

addımdır.  



Şəkil 3. Bakı – Tbilisi – Qars dəmiryol xətti 

 

BTQ 3 dövlətin – Gürcüstan, Türkiyə və Azərbaycanın ortaq layihəsidir və 



onlar arasında imzalanmış dövlətlərarası saziş əsasında inşa edilir. BTQ yalnız üç 

ölkə arasında iqtisadi və ticari sahədə əməkdaşlıq münasibətlərini möhkəmləndirən 

bir  layihə  deyil,  həm  də  onları  Asiya  ilə  Avropa  arasında  körpüdür.  2007-ci  ildə 

Gürcüstanın  Marabda  kəndində  təməli  qoyulan  Bakı-Tbilisi-Qars  dəmiryolu 

xəttinin  inşası  strateji  əhəmiyyət  kəsb  edir.  Bu  dəmiryolu  xətti  vasitəsi  ilə 

Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edir. 




34 

 

Dəmiryolu  ilə  bir  günə  Qarsa  və  iki  gün  yarıma  isə  İstanbula  getmək  mümkün 



olacaq.  Bəzi  mütəxəssislərin  fikrinə  görə,  BTQ  dəmiryolu  Bakı-Tbilisi-Ceyhan 

boru  xəttindən  sonra  Azərbaycan  iqtisadiyyatını  daha  da  inkişaf  etdirəcək  ikinci 

layihədir. 

BTQ  layihəsinin  ilkin  mərhələrində,  hələ  reallaşdırılmağa  başlamamışdan 

qabaq Azərbaycanın da planlaşdırdığı kimi, artıq layihəyə Mərkəzi Asiya və Uzaq 

Şərq  ölkələri  də  böyük  maraq  göstərməyə  başlayıblar.  Qazaxıstanın  Aktau  və 

Türkmənistanın Türkmənbaşı limanlarının da gələcəkdə bu layihəyə qoşulması ilə 

Mərkəzi  Asiya-Avropa  dəmir  yolu  bağlantısı  yaranacaq. BTQ  dəmir  yolu  xətti 

Mərkəzi  Asiyanın  Xəzər  üzərindən  Türkiyəyə  bağlanmasını,  Avropa-Mərkəzi 

Asiya  arasında  daha  qısa,  daha  təhlükəsiz  və  ətraf  mühitə  daha  həssas  bir  yol 

üzərindən  daşımaları  təmin  etmiş  olacaq.  Eyni  zamanda,  mövcud  Şərq-Qərb 

marşrutlarına  alternativ  yeni  bir  xətt  formalaşacaq.  Türkmənistan,  Qazaxıstan, 

Özbəkistanı  və  Əfqanıstanın  ardınca  dəmir  yolu  ilə  yüklərinin  daşınmasında 

Tacikistan  da  maraqlı  olduğunu  açıqlayıb.  Tacikistan  bu  gün  Azərbaycan 

ərazisindən il ərzində 1 milyon ton yük daşıyır. Bu, ilk növbədə tacik zavodlarında 

istehsal  olunan  qlinoz  və  alüminiumdur.  BTQ  dəmir  yolu  xəttinin  açılışı 

Tacikistana yüklərin daşınmasını daha operativ və rahat etməyə imkan verəcək.  

Dəmiryolu  xətti  ümumilikdə  regionun  və  regiondakı  dövlətlərin  tranzit 

potensialının  yüksəltməklə  bərabər,  Avropaya  inteqrasiya  əlaqələrinin  daha  da 

aktiv  aparılmasına,  Avropa  dövlətləri  ilə  qarşılıqlı  əməkdaşlığın  artmasına, 

Azərbaycanın  dövlət  suverenliyi  və  müstəqilliyinin  möhkəmlənməsinə,  həmçinin 

ölkənin xarici iqtisadi münasibətlərinin inkişafına xidmət etməkdədir. Bakı-Tbilisi-

Qars layihəsi iqtisadi həm siyasi, iqtisadi, strateji baxımdan, həmçinin səmərəlilik, 

təhlükəsizlik,  etibarlılıq,  sürət  və  vaxt  tezliyi  baxımından  Azərbaycan  və  region 

üçün çox əhəmiyyətli layihədir. 

Dəmiryolu  xəttinin  Gürcüstan  hissəsinin  tikintisini  Azərbaycanın 

«Azərinşaatservis»  şirkəti  həyata  keçirilir.  BTQ  dəmir  yolu  layihəsinin  Türkiyə 

ərazisindəki  76  kilometrlik  hissəsinin  tikintisini  isə  Türkiyənin  “Özgün  Yapı 




35 

 

Çelikler”  şirkəti  aparır.  Türkiyə  BTQ  dəmir  yolu  layihəsinin  ölkə  ərazisindən 



keçən  hissəsinin  inşasına  345  milyon  dollar  ayırıb.  Azərbaycan  ərazisinə  düşən 

hissəsində  lokomotiv  bazası  möhkəmləndirilir,  infrastruktur  yaradılır  və  s.  işlər 

görülür.  

Layihənin  inşası  və  reabilitasiya-rekonstruksiyası  Türkiyə  və  Azərbaycan 

Respublikalarının  maliyyə  vəsaitləri  hesabına  reallaşdırılır.  Layihənin 

maliyyələşməsi  işlərini  ölkə  prezidentinin  müvafiq  sərəncamı  ilə  Azərbaycan 

Dövlət  Neft  Fondu  həyata  keçirir.  Gürcüstan  isə  Azərbaycandan  aldığı  kredit 

hesabina  layihənin  xərclərini  ödəyir.  Azərbaycan  Respublikası  Hökuməti  adından 

kreditləşmənin  təşkili  və  bank  xidmətinin  həyata  keçirilməsi  üzrə  agent  bank 

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti təyin edilmişdir. 

BTQ  dəmir  yolu  xəttinin  Azərbaycan  və  Gürcüstandan  keçən  hissəsi  artıq 

istismara  hazırdır,  Türkiyə  hissəsindən  keçən  hissəsi  də  sona  çatmaq 

üzrədir.  Türkiyə tərəfi gecikməni  Gürcüstan ərazisindəki landşaft çətinliyi ilə izah 

etsə də, hal-hazırda bütün problemlərin həll olunduğunu bildirilir. BTQ dəmiryolu 

magistralını 2015-ci ilin sonunadək istismara verilməlidir. 

Layihə çərçivəsində dəmiryolu xəttinin 105  km-lik əlavə yeni xətti də inşa 

edilib. Bundan əlavə, Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmir yolu da inşa 

edilib.  Bu  da  onun  yükartırma  qabiliyyətini  ilə  ərzində  15  mln.  tona  yüksəldə 

biləcək.  Axalkalakidə  yüklərin  Gürcüstan  ərazisindən  Avropaya  daşınması  üçün 

məntəqə də inşa edilib.  

Bu  layihəyə  Naxçıvan  –  Qars  istiqamətində  də  xəttin  birləşdirilməsi 

planlaşdırılır.  Bu  isə  Azərbaycanın  blokada  şəraitində  olan  Naxçıvan  bölgəsinin 

Cənubi Qafqazda fəal iqtisadi bölgəyə çevrilməsinə imkan yaradacaqdır. Həmçinin 

2012  –  ci  il  mart  ayında  Azərbaycan,  Türkiyə  və  İran  xarici  işlər  nazirlərinin 

görüşündə  Naxçıvan  –  Qars  xəttinin  Təbrizə  qədər  uzadılması  da  müzakirə 

edilmişdir. 




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə