Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

36 

 

Çin-Qırğızıstan-Özbəkistan  nəqliyyat  dəhlizinin  əsas  hissəsi  olacaq  yeni 



“Anqren-Pap”  dəmiryolu  xəttinin  tikintisinin  başlanması  gözlənilir.  Daha  sonra 

Azərbaycan  və  Gürcüstan  ərazilərindən  keçərək  yüklərin  Qara  dəniz  limanlarına 

çatdırılmasını  təmin  edəcək.  BTQ  layihəsinin  reallaşdırılmasının  əsas  marağı  da 

elə  burada  idi.  Bakı,  Tbilisi  və  Ankara  BTQ-in  tikintisiyə  bağlı  çətin  baryerlərin 

öhdəsindən  gəlməyə  çalışdığı  bir  müddətdə,  Xəzərin  o  tayında,  xüsusilə 

Özbəkistanda onun şərq istiqamətində məntiqi davamıyla bağlı sakit işlər gedirdi. 

Yeni dəmiryolu xəttinin istifadəyə verilməsi 2016-cı ilin iyuluna nəzərdə tutulub, 

yəni BTQ-ın istifadəyə verilməsindən dərhal sonra.  

Son  illər  yeni  transregional  layihələrin  həyata  keçirilməsiylə  Azərbaycan 

özünü dünya bazarında yalnız neft ixracatçısı kimi deyil, həmçinin qaz ixracatçısı 

kimi də tanıdır.  

Azərbaycanın  təsdiqlənmiş  ümumi  təbii  qaz  ehtiyatları  1  trln.  kubmetr, 

təsdiqlənməmiş  ehtiyatlar  isə  4-5  trln.  kubmetr  təşkil  edir.  Bundan  Şah-Dəniz 

yatağının payına 1.15 trln. kubmetr düşür. (Digərləri isə: Abşeron – 3 trln., Bulla-

Dəniz  –  25  mlrd.,  Cənubi-Qərb  Qobustan  20-25  mlrd.  kubmetr).  1999-cu  ildə 

nəhəng Şahdəniz qaz-kondensat yatağı aşkar edildi. "Şahdəniz" yatağının işlənməsi 

layihəsində BP (operator - 28,8%), "Statoil" (15,5%), SOCAR (16,7%), "LUKoil" 

(10%), NICO (10%), "Total" (10%) və TPAO (9%) şirkətləri iştirak edir. 

Neft  kimi  Türkiyə  təbii  qaza  olan  tələbatını  da  tam  ödəyə  bilmir  və  idxal  etmək 

məcburiyyətindədir.  Azərbaycan  qazının  Türkiyə  ərazisindən  Avropa  bazarına 

nəqliylə bağlı 2001-ci ilin martında ölkələrarası müqavilə imzalanmışdır. Artıq bu 

layihə  çərçivəsində  bir  sıra  böyük  işlər  görülüb,  Xəzər  dənizində  yeni  platforma 

tikilmiş, qazın sahilə daşınması məqsədilə sualtı boru kəməri çəkilmişdir.  

 “Şahdəniz”  yatağı  istismara  verilən  gündən  indiyədək  yataqdan  54,4  mlrd. 

kubmetr  qaz  və  14  mln.  ton  kondensat  hasil  edilib.  2014-cü  ilin  sonunda 

“Şahdəniz” layihəsinin 2-ci mərhələsi ilə bağlı yekun investisiya qərarı imzalanıb. 

Prezident  bu  sənədi  “21-ci  əsrin  müqaviləsi”  kimi  səciyyələndirib.  Bu,  hazırda 

Avropa  Birliyi  ölkələri  üçün  həyata  keçirilən  ən  böyük  infrastruktur  layihəsidir. 




37 

 

Azərbaycan isə belə bir tarixi layihənin həyata keçirilməsində aparıcı rol oynayır. 



Layihənin  inkişaf  konsepsiyasına  uyğun  olaraq,  2-ci  mərhələdə  hasilat  həcmi 

təxminən  2  dəfə  artırılacaq.  2006-cı  ildən  hasilata  başlanılmış  “Şahdəniz” 

yatağının təsdiq  olunmuş  ehtiyatları 1,2  trlyn.  kubmetr  təbii  qaz  və  240  mln. ton 

kondensatdan çoxdur.  



Cədvəl 2. Təbii qaz hasilatı (mlrd kub metr) 

İllər 


Təbii qaz – cəmi 

2005 


5,7 

2006 


6,1 

2007 


10,4 

2008 


16,3 

2009 


16,3 

2010 


16,7 

2011 


16,4 

2012 


17,2 

2013 


17,9 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 

 

2025-ci  ilədək  Azərbaycanın  ümumi  ixrac  potensialının  40  mlrd.  kubmetr 

qaz  həcminə  çatdırılması  gözlənilir.  Belə  böyük  həcmlərin  nəql  edilməsi  üçün 

təhlükəsiz  daşınmanı  təmin  edə  biləcək  infrastruktura  ehtiyac  var.  Üç  mühüm 

seqmentdən ibarət Cənub qaz dəhlizi, məhz belə bir sistem olacaq. 

Birinci seqment hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum  marşrutu 

üzrə  Gürcüstan  və  Türkiyəyə  nəqlini  həyata  keçirən  və  regionda  enerji 

təhlükəsizliyinin  mühüm  amilinə  çevrilən  Cənubi  Qafqaz  Qaz  Boru  Kəməridir 

(CQBK).  

İkinci  mühüm  və  birləşdirici  seqment  kimi  TANAP  (The  Trans-Anatolian 

Natural  Gas  Pipeline)  –  Trans-Anadolu  təbii  qaz  boru  kəməri  nəzərdə  tutulur. 

2012-ci  ildə  Azərbaycan  və  Türkiyə  arasında  imzalanmış  TANAP  layihəsi 

Azərbaycanın Avropa enerji təhlükəsizliyi məsələsində  rolunu artırmışdır. 



38 

 

Üçüncü seqmenti isə Trans-Adriatik qaz boru kəməri (TAP) təşkil edəcək.   



İlkin mərhələdə Cənubi qaz dəhlizi boru kəməri ilə Azərbaycan Avropaya 10 

mlrd.  kub  metr  qaz  ixrac  edəcək.  Lakin  daha  sonra  bu  həcm  2  dəfə  artırılacaq. 

Şahdəniz kimi böyük qaz yatağıyla yanaşı, Azərbaycanda Ümid və Abşeron kimi 

ondan heç də az zəngin olmayan yataqların mövcudluğu bu layihənin əhəmiyyətini 

daha da artırır. Təbii qazın ümumi təsdiqlənmiş ehtiyatı 2,5 trln. kub metrdir.  

Bugün  Cənub  qaz  dəhlizi  ilə  Azərbaycan  energetika  layihələrinin  miqyası 

yeni  mərhələyə  qədəm  qoyub.  Qeyd  olunan  3  boru  kəmərindən  ibarət  dəhliz 

ətrafında  yalnız  regional  üçlüyü  deyil,  həmçinin  bir  sıra  Avropa  dövlətlərini  də 

birləşdirəcək. 

Cənub qaz dəhlizinin uğuru boru kəməri salınması layihələri, onlarla məşğul 

olan enerji şirkətləri arasındakı güclü əməkdaşlıq əlaqələri və müvafiq hökümətlər 

tərəfindən dəstəkdən aslıdır. Gürcüstan, Türkiyə və Azərbaycan arasında artıq bir 

neçə  böyük  transregional  layihələrin  həyata  keçirilməsi  təcrübəsi  var.  Üçtərəfli 

əməkdaşlıq və qarşılıqlı inam sayəsində əvvəlki layihələr həyata keçirilib. Cənub 

qaz  dəhlizi  layihəsində  isə  iştirakçıların  sayı  çox  olduğundan,  vəziyyət  daha 

çətindir.  Bu  səbəbdən  qeyd  olunan  çoxtərəfli  münasibətlərin  yüksək  səviyyədə 

olması zəruridir. Bu layihənin bütün iştirakçılarının maraqları daxilindədir. 

Azərbaycan  –  Cənub  qaz  dəhlizinin  əsas  inisiator  ölkəsidir  və  özünə  əsas 

məsuliyyət və maliyyə yükünü götürərək, dəfələrlə bu qaz boru kəmərinə vahid və 

razılaşdırılmış  yanaşmanın  zəruriliyini  bildirib.  Avropa  da  artıq  dərk  etməyə 

başlayıb ki, “Cənub qaz dəhlizi” artıq növbəti Avropanın harasındasa bitəcək boru 

deyil.  Qitədəki  geosiyasi  tendensiyanı  və  Rusiyayla  Qərb  arasındakı  artan 

gərginliyi  nəzərə  almaqla,  Azərbaycanın  layihəsinin  əhəmiyyəti  ciddi  şəkildə 

artmışdır.    Enerji  təhlükəsizliyi  indi  Avropa  dövlətlərində  milli  təhlükəsizliyin 

vacib elementlərindən biri hesab olunur və onlardan çoxu bir təchizatçıdan aslıdır. 

“Cənub  qaz  dəhlizi”  bugünə  yeganə  layihədir  ki,  istehlakçılara  mavi  yanacağın 

tamamilə yeni mənbəyini təklif edir, bu isə indi Avropa Birliyi dövlətləri üçün çox 

vacibdir. 




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə