30
Şəkil 2. Bakı-Supsa, Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyham neft boru
kəmərləri
Xəzər dənizinin Azərbaycan sektorunda çıxan neftin ixracı üçün 1996-cı ildə
2 istiqamətdə neft boru kəmərlərinin: «Bakı- Novorossiysk» və «Bakı-Supsa»
tikilməsi nəzərdə tutulmuşdur. Birinci boru kəməri Rusiya ərazisindən Qara
dənizin Novorossiysk limanına, ikinci boru kəməri isə - Gürcüstan ərazisindən
Qara dənizin Supsa limanına qədər uzanır.
1996-cı il yanvarında xam neftin daşınmasıyla bağlı Azərbaycan və Rusiya
arasında bağlanmış müqaviləyə əsasən Şimal neft boru kəmərində tikinti və bərpa
işləri başa çatdırılmış və 1997-ci il oktyabrında neftimizin Novorossiysk limanı
vasitəsilə ixracı başlanmışdır.
1996-cı ilin martında isə Azərbaycan və Gürcüstan arasında Qərb ixrac boru
kəmərinin tikintisiylə bağlı müqavilə bağlanmışdır. SOCAR ilə Türkiyənin tikinti
şirkəti “Tekfen” -in “Azfen” birgə müəssisəsi Bakı-Supsa boru kəmərinin
tikintisini müvəffəqiyyətlə başa çatdırmışdır. Boru kəməri 1999-cu ilin aprelində
istismara verilib. Açılış mərasimində Azərbaycan, Ukrayna və Gürcüstan
prezidentlərinin
ştirak
etmələri
ölkələrarası
qarşılıqlı
münasibətlərin
möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verdi. Azərbaycanın
"Çıraq" yatağından çıxarılan neft boru kəməri vasitsilə Supsa limanına, oradan isə
dünya bazarlarına ixrac olunur. Bu neft kəməri vasitəsilə ilk dəfə olaraq
31
Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür. Bakı-Supsa kəməri
neftin Xəzər dənizindən Qara dəniz terminallarına çatdırılması üçün Qafqaz neft
boru kəmərlərindən ən qısasıdır.
Bakı-Supsa kəmərinin ümumi uzunluğu 837 km (370 km-i Gürcüstan
ərazisindən keçir), Bakı-Novorossiysk kəmərinin isə 1348 km-dir. Bakı-Supsa
kəmərinin buraxılış həcminin 10 mln., Bakı-Novorossiysk kəmərini isə 15 mln.
tona qədər genişləndirilməsi imkanı var.
Hazırda Azərbaycan neftinin əsas ixracı yuxarıdakı cədvəldən də göründüyü
kimi Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə aparılır. Bu layihə
Azərbaycanı qlobal enerji mərkəzinə çevirmişdir.
Türkiyənin özünün hasil etdiyi neft daxili tələbatı qarşılamağa yetmir. Bu
səbəbdən Türkiyə ehtiyacı olduğu enerji resurslarını kənardan idxal etməli olur. Bu
məqsəd üçün enerji resursları ilə zəngin olan Azərbaycanla ortaq layihələrin həyata
keçirilməsi üçün zəmin yaratmışdır.
Bakı-Tbilisi-Ceyhan layihəsiylə bağlı danışıqlara hələ SSRİ dağılan
vaxtlardan başlanılmışdır. 1992-1997-ci illərdə Türkiyə, Azərbaycan və Gürcüstan
arasında baş tutmuş danışıqların nəticəsi olaraq 1999-cu il noyabrında İstanbulda
ATƏT-in zirvə görüşü zamanı Azərbaycan neftinin Gürcüstan ərazisindən keçərək
Türkiyəyə nəql edilməsinə dair protokol imzalanmışdır. 2002-ci ilin aprel ayında
Bakıda və Adanada təməli qoyulan BTC neft boru xəttinin açılışı 2006-cı ildə
həyata keçirilmişdir. Kəmərin 448 km Azərbaycandan, 225 km Gürcüstandan və
1037 km Türkiyədən keçən hissələriylə birgə ümumi uzunluğu 1730 km-dir.
Kəmərin gündəlik keçirmə qabiliyyəti 1,2 mln. Barrel, illik isə 50 mln. ton təşkil
edir. Layihənin ümumi dəyəri büdcəyə görə 2,95 mlrd. dollardır. Kəmərin tikilişinə
sərmayə qoyuluşunun səhmdarları BP (30,1%) ARDNŞ (25%), Yunokol (8,9%),
Statoyl (8,71%) TPAO (Türk Petrolları Anonim Ortaqlığı) (6,53%), ENİ (5%),
TotalFinaElf (5%), İtoçi (3,4%), İNPEKS (2,5%), KonokolFillips (2,5%) və
Amerada Hess (2.36% - Hess öz payını 2012-ci ilin sentyabrında Hindistanın
ONGC şirkətinə satıb) şirkətlərindən ibarətdir.
32
BTC Azərbaycan neftini Gürcüstan üzərindən Türkiyənin Aralıq dənizi
sahillərinə daşıyan neft boru xəttidir. Əslində BTC üç dənizi Xəzər, Qara və Aralıq
dənizlərini bir-birinə bağlayan xətdir.
2015-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 5,9
milyon ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6%
çoxdur. 2013-cü ildə isə boru kəməri vasitəsilə 33 mln. ton neft nəql edilib.
Bu kəmərin işə düşməsiylə Türkiyə boğazlarından keçən tankerlərin sayı
azalıb. Boğazlardan keçən tankerlərin sayını azaldan boru kəməri dünya bazarına
fasiləsiz və etibarlı enerji daşıyıcılarının təchizini təmin etdiyi üçün strateji
əhəmiyyətə malikdir.
BTC yalnız Azərbaycan neftinin Türkiyəyə və Avropaya nəqlini nəzərdə
tutmur. Bu layihə daha geniş ərazisini əhatə edir. Belə ki, 2006-cı ildə Qazaxıstan
neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən BTC boru kəməri vasitəsilə
dünya bazarına ixracına şərait yaradılmasıyla bağlı müqavilə imzalanmışdır.
Türkmən neftinin də BTC ilə nəqlinə 2010-cu ildən Dragon Oil ilə müqavilə
çərçivəsində başlanılmışdır. Ümumilikdə 2013-cü ildə 3,3 mln., 2012-ci ildə isə
3,1 mln. ton türkmən nefti BTC vasitəsilə daşınmışdır. Bu müqavilələr hesabına
layihə Asiya istiqamətində də genişlənməkdədir.
Bundan əlavə, Abxaziyadan keçməklə Novorossiyskdən Supsayadək boru
kəmərinin tikilməsiylə Bakı-Tbilisi-Ceyhan dəhlizini birləşdirilmə layihəsi də var.
Lakin Novorossiyskdən Ceyhanadək boru kəmərin tikilməsi həm relyefi nəzərə
alsaq coğrafi baxımdan, həm Abxaziyayla vəziyyəti nəzərə alsaq siyasi baxımdan,
həm də layihənin başa gələcəyi dəyəri nəzərə alsaq maliyyə cəhətdən sərfəli deyil.
Gürcüstan qeyd olunmuş layihələrinin reallaşdırılmasında Azərbaycan və
Qazaxıstanın iştiraklarını da gözləyir. Çünki onların nefti olmadan layihələrin
reallaşdırılması və iqtisadi səmərəlilik əldə olunmasından söhbət gedə bilməz.
Dəmiryolu nəqliyyatı neftin daşınmasında istifadə olunan əsas nəqliyyat
vasitələrindəndir. Dəmiryolu ilə neftin daşınmasının əsas üstünlüklərindən biri