Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

 

44 


 

 

 



12.1. TƏSƏRRÜFAT HÜQUQU SUBYEKTLƏRİNİN 

YARADILMA ÜSULLARI, QAYDALARI VƏ BƏZİ 

XÜSUSİYYƏTLƏRİ 

 

Təsərrüfat  hüquqi  subyektlərinin  (THS)  yaradılması 

sahibkarlıq  fəaliyyətinin  subyekti  hüquqi  statusunu  almaq 

məqsədinə  çatmaq  üçün  hüquqi  əhəmiyyətli  işlərin  görülməsi 

deməkdir. 



Kommersiya təşkilatları 

İstehsal kooperativləri 

Təsərrüfat 

aparmaq 

hüququ ilə 

Operativ 

idarəetmə 

hüquqi ilə 

Açıq və qapalı səhmdar 

cəmiyyətlər 

 

 

Məhdud məsuliyyətli 

təsərrüfat cəmiyyətləri 

 

 

Əlavə məsuliyyətli 

təsərrüfat cəmiyyətləri 

Unitar 

müəssisələr 

Şəkil 12.2. Kommersiya təşkilatlarının strukturu 

 

Təsərrüfat 

birlikləri 

 

Bütöv təsərrüfat 



birlikləri 

 

 

İnam əsasında 

təsərrüfat 

birlikləri 

Təsərrüfat 

birlikləri və 

cəmiyyətləri 

Təsərrüfat cəmiyyətləri 


 

45 


THS-lərin  yaradılması  üçün  təsisedici-sərəncamverici, 

təsisedici,  müqaviləli-təsisedici  və  icazəli-təsisedici  üsullar 

mövcuddur. 



Təsisedici-sərəncamverici 

üsul  unitar  dövlət  və 

bələdiyyə  müəssisələri  yaradılarkən  istifadə  olunur.  Belə 

müəssisələrin  yaradılması  üçün  əsas  dövlət  və  bələdiyyə 

orqanının aktı (sərəncamı) hesab olunur. 



Təsisedici  üsul  sahibkarlıq  fəaliyyətinin  subyekti 

statusunun bir şəxsin (təsisedicinin) qərarı əsasında verilməsinə 

əsaslanır.  Bu  üsulla  fərdi  sahibkarın  statusu  verilir  və  ya  bir 

iştirakçısı olan hüquqi şəxsi yaradılır. 



Müqaviləli  təsisedici  üsul  onunla  fərqlənir  ki, 

kommersiya  təşkilatının  bir  neçə  təsisçisi  vardır  və  onlar 

təşkilatın  hüquqi  bacarığının  və  özlərinin  hüquqların-ın 

həcmini müqavilə əsasında müəyyən edirlər. 



İcazəli təsisedici üsul subyektin yaradılması üçün dövlət 

orqanının  icazə  verməsini  tələb  edir.  Məsələn,  kommersiya 

təşkilatlarının assosiasiyada və ya ittifaqda birləşdirilməsi üçün 

antiinhisar  orqanının  icazəsini  almaq  lazımdır.  Bu  orqanın 

icazəsi olmadan subyekt təşkil edilə bilməz. 

THS  dövlət  qeydiyyatından  keçdikdən  sonra  yaranmış 

hesab  olunur.  Fərdi  sahibkar  üçün  qeydiyyat  sahibkarlıq 

fəaliyyətinin  başlanğıc  mərhələsi  hesab  edilir.  Bundan  fərqli 

olaraq kommersiya təşkilatının yaradılması qeydiyyatdan əvvəl 

başlayır,  əvvəlcə  təsisçilərin  tərkibi  müəyyən  edilir,  təsis 

sənədləri hazırlanır və qəbul olunur. 

Hər 


ölkənin  qanunvericilik  aktları  kommersiya 

təşkilatının təsisçilərinin tərkibi və sayının tənzimlənməsi üçün 

müəyyən qaydalar nəzərdə tutur. 

Təsərrüfat  birliyi  bir  nəfər  tərəfindən  yaradıla  bilər. 

Lakin  təsərrüfat  birliyi  təsisçi  bir  şəxs  olan  digər  təsərrüfat 

birliyi tərəfindən təsis edilə bilməz. 

Təsərrüfat  kooperativlərinin  üzvlərinin  muiminal  sayı 

5-dir. 



 

46 


Qapalı  tipli  səhmdar  cəmiyyətin  səhmdarlarının  sayı 

50-dən  çox  ola  bilməz.  Bu  rəqəm  səhmdarların  cəmiyyətin 

idarəedilməsində  hüquqlarını  təmin  etmək  üçün optimal  hesab 

olunur. Əgər səhmdarların sayı qanunla müəyyən edilmiş həddi 

aşarsa,  onda  cəmiyyət  bir  il  ərzində  açıq  səhmdar  cəmiyyətə 

çevrilməli və ya ləğv olunmalıdır. 



Açıq  tipli  səhmdar  cəmiyyətlərin  səhmdarlarının  sayı 

məhdudlaşdırılmır. 

Fiziki  şəxslər  üçün  də  təsərrüfat  fəaliyyətində  iştirak 

üçün  məhdudiyyətlər  qoyula  bilər.  Məsələn,  Rusiya 

Federasiyasının  notariat  xidməti  haqqında  qanunu  notariusa 

eyni  zamanda  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmağa  icazə 

vermir. 

Eyni  məhdudiyyətlər  vəkillərə,  dövlət  qulluqçularına  və 

vətəndaşların bir sıra digər kateqoriyalarına da aid edilir. 

Təşkilatın  təsisçiləri  özlərinin  gələcək  fəaliyyətlərinin 

təşkilatı-hüquqi formasını əvvəlcədən müəyyənləşdirməlidirlər. 

Bir  qayda  olaraq  qanunlar  təşkilatı-hüquqi  forma 

məsələsini  təsisçilərin  ixtiyarına  buraxırlar.  Lakin  istisnalar 

olur.  Məsələn,  Rusiyanın  “Banklar  və  bank  fəaliyyəti 

haqqında”  qanununa  görə  kredit  təşkilatı  yalnız  təsərrüfat 

cəmiyyəti  kimi,  auditor  fəaliyyəti  isə,  əksinə,  açıq  səhmdar 

cəmiyyətindən başqa istənilən formada yaradıla bilər. 

Növbəti  mərhələ  təsis  sənədlərinin  hazırlanmasıdır. 

Təşkilatı-hüquqi  formadan  və  təsisçilərin  tərkibindən  asılı 

olaraq  təsis  sənədləri  nizamnamə  və  təsis  müqaviləsi  və  ya 

yalnız təsis müqaviləsi olur. 



Nizamnamə təsis müqaviləsi ilə birlikdə (yaxud müstəqil 

olaraq)  təşkilatın  hüquqi  statusunu  müəyyən  edir.  Nizamnamə 

məhdud  və  əlavə  məsuliyyətli  cəmiyyətlər  üçün  təsis 

müqaviləsindən sonra ikinci, istehsal  kooperativləri, dövlət  və 

bələdiyyə unitar müəssisələri və səhmdar cəmiyyətlər üçün isə 

yeganə təsis sənədidir. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə