Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 

26 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ali məktəbin nəzdində yaradılan texnoparkın  

N İ Z A M N A M Ə S İ N İ N L A Y İ H Ə S İ 

 


 

27 


1. ÜMUMİ MÜDDƏALAR 

 

1.1  Texnopark  ali  məktəbin  təsis  etdiyi  müəssisə  kimi 



hüquqi şəxs statusuna malik olan, tədris, elm, ekspert-məsləhət 

və  istehsalat  proqramlarını  həyata  keçirən,  Azərbaycan 

Respublikasında  təhsilin,  elmin  və  iqtisadiyyatın  inkişafına 

xidmət göstərən tədris-elm-istehsalat kompleksidir. 

1.2. Texnopark Azərbaycan Respublikasının Konstitusi-

yasına,  «Təhsil  haqqında  qanuna»,  «Mülki  Мəcəlləyə»,  digər 

qanunvericilik aktlarına, Azərbaycan 

Respublikasi  Nazirlər  Kabinetinin  30  mart  1995-ci  il 

tarixli, 72 sayli qərarı ilə 

təsdiq 


edilmiş  «Ali  təhsil  müəssisəsi  haqqında 

əsasnamə»yə, 6 noyabr 1995-ci il 

tarixli,  242  saylı  qərarı  ilə  təsdiq  edilmiş,  «Аli  və  orta 

ixtisas təhsili 

müəssisələrinin fəaliyyəti ilə bağli əsasnamələr»ə (1-6-ci 

əlavələr), ali məktəbin 

Nizamnaməsinə uyğun olaraq təsərrüfat hesablı müəssisə 

kimi fəaliyyət göstərir. 

1.3. Texnoparkın  yaradılmasında  məqsəd  ali  məktəbin 

əsas fondlarından, 

kadr  potensialından,  istifadə  etməklə  ali  məktəbin 

binasında  müasir  tələblərə  uyğun  səviyyədə  elm,  tədris, 

ekspert-məsləhət  və  isitehsalat  fəaliyyəti  təşkil  etməklə 

prioritetli  ixtisaslar  üzrə  kadrlar  hazırlanmasının,  təsərrüfat 

müqavilələri üzrə elmi-tədqiqat ve layihə  konstruktor işlərinin 

aparılmasının,  onların  nəticələrinin  yayılmasını  tədris  prose-

sinə və istehsalata tətbiq olunmasını təmin etməkdir. 

 

1.4.  Texnoparkın ünvanı: Baki şəhəri. 



1.5.  Texnoparkda 

tədris 


və 

elmi-tədqiqat 

işləri 

Azərbaycan və  rus dillərində  təşkil olunur. Müstəsna hallarda, 



sifarişçilərin  arzusu  ilə  ingilis  dilində  də  təlim  və  elmi  işlər 

təşkil oluna bilər. 




 

28 


1.6. Texnopark  üzərində  ali  məktəbin  və  özünün  adları 

həkk  olunmuş  möhürə,  künc  ştampına,  banklarda  hesablaşma 

hesabına, о cümlədən valyuta hesabına malik olan qurumdur və 

öz  fəaliyyəti  ilə  bağlı  qanunvericilikdə  nəzərdə  tutulmuş 

qaydada  ali  məktəbin  rəhbərliyi  və  müvafiq  dövlət  qurumları, 

qarşısında hesabat verir. 

 

1.7. Texnoparkın təsisçisi ali məktəbdir. 



 

2. TEXNOPARKIN VƏZİFƏLƏRİ 

   


Texnoparkın əsas vəzifələri asağıdakılardır: 

–  müasir  tələblərə  cavab  verən  və  tədris,  elmi-tədqiqat, 

layihə-konstruktor,  ekspert-məsləhət  və  istehsalat  fəaliyyətini 

həyata keçirən, çevik struktura malik qurumlarım yaradılması; 

–  ali  məktəbin  tələbələri  üçün  müasir  tələblərə  cavab 

verən tədris planlarına müvafiq tədrisin təşkili

–  ali  məktəbin  professor-müəllim  heyətinin  və  elmi 

əməkdaşlarının staj-keçməsinin, ixtisasartirmasının və yenidən-

hazirlanmasının təşkili; 

– müasir şərait üçün prioritetli  istiqamətlər, ixtisaslar və 

ixtisaslasmalar  üzrə  bakalavriat  və  magistratura  pilləsində 

mütəxəssis hazırlığında iştirak; 

– ölkədəki və xaricdəki hüquqi və fiziki şəxslərin sifariş-

ləri  ilə  təsərrüfat  müqavilələr  əsasında  elmi-tədqiqat,  layihə-

konstruktor,  ekspert-məsləhət  və  istehsalat  xidmətləri  üzrə 

işlərin yerinə yetirilməsi; 

– elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesinə və 

istehsalata tətbiq edilməsi

–  ölkədəki  və  xaricdəki  müəssisələrə  və  şirkətlərə  eks-

pert-məsləhət xidmətlərinin göstərilməsi

– ölkədəki və xaricdəki qurumlarım sifarişi ilə mütəxəs-

sislərin  ixtisasartırmasının,  stajkeçməsinin  və 

yenidən-

hazırlanmasıınn təşkili; 




 

29 


– ali məktəbdə tədrisin və elmi-tədqiqat işlərinin maddi-

texniki  bazasının  daimi  modernizə  edilməsi  üçün  vəsaitlərin 

əldə edilməsi; 

–  tədrisin  və  elmi  tədqiqat  işlərinin  nəticələrinin 

yayılması üçün konfranslar, seminarlar, dəyirmi stolların və s. 

təşkil edilməsi; 

–  Azərbaycanın  və  xarici  ölkələrinin  özəl  və  dövlət 

qurumlarının  Texnoparkın  fəaliyyətinə  cəlb  edilməsi  üçün 

zəruri tədbirlərin həyata keçirilməsi. 

 

3. TEXNOPARKIN ƏMLAKI VƏ MALİYYƏ-



TƏSƏRRÜFAT FƏALİYYƏTİ 

 

3.1.  Texnoparkın  fəaliyyətini  təmin  etmək  məqsədilə 



onun sərəncamına 

verilmiş  əmlak  (binalar,  auditoriyalar,  otaqlar,  torpaq 

sahələri, maşınar,  

avadanlıqlar  və  s.)  ali  məktəbə  məxsus  olan  dövlət 

mülkiyyətidir.  

3.2.Texnoparkın  əmlakının  digər  hissəsini  müəssisələr 

və şirkətlər 

tərəfindən  müddətsiz  və  əvəzsiz  onun  sərəncamına 

verilmiş daşınan əmlak 

(avadanlıq,  cihazlar,  tədris  ləvazimatı,  təsərrüfat 

ləvazimatları, digər maddi texniki 

təchizat vasitələri, proqram təminatı və s.) təşkil edir. 

3.3.  Texnopark  ölkədəki  və  xaricdəki  hüquqi  və  fıziki 

şəxslərin  müxtəlif  təyinatlı  daşınan  əmlak  növlərini, 

avadanlıqları,  proqram  vasitələrini  və  s.  əvəzsiz  olaraq  öz 

sərəncamına və eləcə də icarəyə götürmək hüququna malikdir. 

3.4.Texnopark  sərəncamında  olan  əmlakı  digər  hüquqi 

və fıziki şəxslərə icarəyə verə bilməz. 

3.5.Texnoparkm  öz  fəaliyyətini  təşkil  etmək  üçün 

aşağıdakı maliyyə vəsaitlərinə malik olmaq hüququ vardır: 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə