Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 11. D i a l e k t i k a



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

M ö v z u 11. D i a l e k t i k a 
 
Dialektika anlayışı. Fəlsəfə kursunda dialektikanın yeri və əhəmiyyəti. 
Dialektikanın komponentləri – nəzəri prinsiplər, kateqoriyalar, qanunlar.
Dialektikanın tarixi tipləri: qədim filosofların dialektikası, klassik alman 
filosoflarının idealist dialektikası, materialist dialektika, qeyri-klassik elmlərin 
nailiyyətlərinə əsaslanan qeyri-klassik dialektika. Dialektika varlığın universal 
əlaqələri və inkişafı haqqında təlimdir. Ümumi əlaqə və qarşılıqlı təsir anlayışları. 
Qarşılıqlı əlaqələrin növləri. İnformasiya əlaqələrinin özünəməxsusluğu. 
Dialektikanın sistemi, onun əsas struktur əlamətləri. Dialektikanın prinsipləri.
Obyektiv və subyektiv dialektika. Dialektika və metafizik təfəkkür metodları.
İnkişaf anlayışı. İnkişafın müxtəlif modelləri. Cansız təbiətdə, canlı təbiətdə və 
cəmiyyətdə inkişaf. İnkişafın əsas xüsusiyyətləri: obyektivlik, ən ümumilik, 
dönməzlik, ziddiyyətlilik. 
Kateqoriya anlayışı. Dialektikanın kateqoriyalarının qnoseoloji və metodoloji 
funksiyaları. Dialektikanın kateqoriyalarının mahiyyəti, əhəmiyyəti və funksiyaları. 
Kateqoriyaların növləri: ən ümumi əlaqələri ifadə edən kateqoriyalar, struktur 
əlaqələri ifadə edən kateqoriyalar, determinant əlaqələri ifadə edən kateqoriyalar.
Təkcə, xüsusi və ümumi kateqoriyaları. Təkcə idrakın çıxış nöqtəsi, ümumi ilə 
fərdinin vəhdətidir. Xüsusi kateqoriyası, ümumi ilə təkcənin əlaqəsində onun rolu. 
Təkcə və ümuminin dialektikası. 
Mahiyyət və hadisə kateqoriyaları. Hadisə mahiyyətin ifadəsidir. Zahirilik 
(görünüş) anlayışı, mahiyyəti aydınlaşdırma gerçəkliyi dərk etməyin əsas məqsədidir. 
Mahiyyət və hadisənin münasibətindəki ziddiyyətlilik. Bu kateqoriyaların idrak 
prosesində rolu.
Məzmun və forma kateqoriyaları, onların dialektik vəhdəti. Formanın nisbi 
müstəqilliyi və məzmuna təsiri. Forma və məzmun arasında ziddiyyət. 
Tam və hissə kateqoriyaları. Onların arasındakı dialektik əlaqə. Bütövlük 
prinsipi, onun əsas tipləri. Sistem və struktur, element anlayışları və onların qarşılıqlı 
əlaqəsi.
Səbəb və nəticə kateqoriyaları. Onların arasında dialektik vəhdət. Səbəb-
nəticənin ümumi xarakteri. Səbəbiyyət əlaqəsi və funksional əlaqə. Birmənalı və 
ehtimali səbəb-nəticə əlaqələri. Səbəb və vəsilə (bəhanə). 
Determinizm prinsipi, onun tarixi formaları. Səbəbiyyət və məqsədəuyğunluq. 
Səbəiyyət əlaqəsinin əlamətləri. Səbəiyyət ələqələrinin formaları. 
Zərurət və təsadüf kateqoriyaları. Təsadüf zərurətin ifadə forması və 
tamamlanmasıdır. Təsadüf və zərurətin münasibətlərinin birtərəfli izahının 
əsassızlığı. Fatalizm və taleyə inam (alın yazısı). Zərurət və təsadüfün praktiki 
fəaliyyətdə rolu. Azadlıq və məsuliyyət. 
İmkan və gerçəklik kateqoriyaları. Real və formal imkan. Konkret, abstrakt 
imkanlar və imkansızlıq. İmkanın gerçəkliyə çevrilməsində obyektiv şəraitin və 
subyektiv amilin rolu. 


Qanun anlayışı. Qanun və qanunauyğunluq. Gerçəklik hadisələrinin
qanunauyğun əlaqələri. Qanunların obyektivliyi. Volyuntarizm və fetişizm. 
Qanunların təsnifatı: xüsusi, ümumi və ən ümumi qanunlar. Dinamik və statistik 
qanunlar. 
Sinergetika və qanunauyğunluq. 
İnkişaf ideyası. İnkar inkişafın qanunauyğun anıdır. İnkar kateqoriyası, onun 
dialiektik və metafizik anlamı. Dialektik inkar inkişafın zəruri şərti, yeni keyfiyyətə 
keçiddə köhnə ilə əlaqə anı və varisliyin ifadəsidir. İnkarı inkar qanunu (dialektik 
sintez qanunu). İnkişafın formaları. Kəmiyyət, keyfiyyət, xassə və ölçü 
kateqoriyaları. İnkişafda təkamül və sıçrayış, onların qarşılıqlı əlaqəsi. Sıçrayışın 
növləri. Kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı surətdə bir-birinə keçməsi 
qanunu (Kəmiyyətin keyfiyyətə keçməsi qanunu). İnkişafın mənbələri. Eyniyyət, 
fərq, əkslik və ziddiyyət kateqoriyaları. Ziddiyyətlərin növləri və tipləri. Əksliklərin 
vəhdəti və mübarizəsi – inkişafın mənbəyini ifadə edir, onların qarşılıqlı nisbəti. 
Əksliklərin vəhdəti və mübarizəsi qanunu (Dialektik ziddiyyətlər qanunu). 
İnkişaf və tərəqqi. Tərəqqi. Tərəqqi və onun meyarları: sistem-struktur
funksional və humanitar. Tərəqqinin tipləri. Tərəqqi və tənəzzül. 

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə