90
sitaiş etmələri haqqındakı mülahizəyə görə maq sözü qədim türk
dillərindəki bükə (m-b əvəzlənməsinə görə) «böyük ilan»,yakut
dilində moqay «ilan», monqol dilində –moqoy «ilan», muqa
«ilan» və b. müqaisə edilmişdir. Lakin tədqiqatçılar bu zaman
müəyyən qədər diqqətsizliyə yol verirlər. Onlar farsların maqları
mar -«ilan» kimi adlandırılmasını irəli sürdükdə unudurlar ki,
erməni mənbələrində midiyalıların mar adlandırılması ilə fars
dilindəki mar «ilan» sözü arasında əlaqə tapmaq çətindir. Çünki
qədim erməni dilindəki mar («midiyalı») sözü parfiya dilindəki
mad («midiyalı») sözündəki «d» səsinin «r» səsinə çevrilməsi
nəticəsidir. Doğrudur Midiya ərazisində mar adlı qədim tayfanın
yaşaması də məlumdur. I.H.Əliyev öz əsərində bu tayfa
haqqında ətraflı məlumat vermişdir. Lakin həmin mar tayfasının
adı farsların Iran yaylasına gəlişindən (e. ə. IX-VIII əsrlər)
əvvələ aid qədim mənbələrdə çəkilmişdir, deməli, həmin etno-
nimdə fars dilindəki mar «ilan» sözü iştirak edə bilməzdi.
Əlbəttə, bu, heç də maq sözünün türk mənşəli olmasını
istisna etmir.
Güman etmək olar ki, hələ qədimdə muğ adını daşıyanlar
Azərbaycanı ərazisinə də keçmiş və burada məskunlamışlar.
Bunu Quba rayonundakı Muğ dağının adı ilə Səngi Muğan (fars
dilindəki sənq «daş» və muqan) adasının adı. Azərbaycanın
şimal-qərb zonasında «moq», muq» sözləri ilə başlayan bir sıra
toponimlər aydın göstərir. Hələ qədim gürcü mənbələrində
Albaniyanın şimal-qərb hissəsində Movakan adlı dövlətin adı
qeyd olunmuşdur. Maraqlıdır ki, ərəb coğrafişünasları həmin
toponimi də bu Muğan kimi qeyd etmişlər (24, 308-311).
K.Əliyev və A.Fazili həmin yer adının Iran dillərinə məxsus
«mük» toponimi ilə bağlayırlar. Mük+an// Muğ+an. R.Yüzbaşov
və N.Məmmədov onların bir fikrinə zidd çıxaraq yazırlar ki,
Muğan düzündə mük/mik adlı tayfanın yaşayıb-yaşamadığı dəqiq
məlum deyil. «Muğan» oykoniminin «Maş», «Miki», «Muqi»
etnonimi ilə heç bir əlaqəsi yoxdur.
91
S.Karayev Öbəkistanın Cizk vilayəti ərazisindəki Muğan
oykonimini «muğlar» (atəşpərəstlər) kimi izah edir. Ümu-
miyyətlə tədqiqatçıların fikirlərində iki başlıca ideya hökm
sürür:
a) həm adonim, həm də oykonim kimi işlənən iki «Mu-
ğan» toponimi eyni mənşəli deyildir;
b) həmin toponimlər eyni kökdən-muq //müq etnonimin-
dən ibarətdir.
Ikinci ideya daha ağlabatandır. Orta əsrlərdə Kür çayının
sol sahilində Balakən-Şəki zonasıda mövcud olan Muğan
adonimi və daha qədim tarixə malik olan Muğan oykonimi öz
tərkibində Kaspi dənizi sahillərində yaşamış Muğ//Müq
tayfasının adını yaşadır.
A.Qurbanov Azərbaycan dilində areal toponimlər cəd-
vəlində Muğanlı toponiminin Azərbaycanda areallarını gös-
tərmişdir: Ağdam, Ağcəbədi, Bərdə, Qazax, Qubadlı, Zaqatala,
Zəngilan, Kürdəmir, Şamaxı, Iliç(Şərur), Martuni
Azərbaycan toponimlərinin Gürcüstan ərazisində geniş
yayıldığına da rast gəlmək olur. Məsələn, Muğanlı bir neçə
kəndin adıdır. Muğanlı, Girəc Muğanlı, Yor Muğanlı və s. (24,
357-361).
«Xəritələr dövrü» başlayanda isə həmin üç oymaq Böyük
Midiya Kiçik Midiya və Muğan (Aymağan) kimi tanınmışdır.
Muğan da Midiya kimi başlanğıcda Maqay, sonra Maq Ana
adlanmış və zaman keçdikcə Maq Ana-Maq-Muğ Ana, nəhayət
Muğan şəklini almışdır (35, 75).
Nəhayət, Şamaxının qədim Asmaxi variantı diqqəti çəkir.
Araşdırmamız göstərir ki, bu As-Az-Azərbaycan maqlarıdır.
Maday-Aymaq, mat-mannas adları Şimali Azərbaycanda da
çox geniş ərazidə müxtəlif fonetik dəyişikliklərlə iştirak
etmişdir. Mənbələrdə Kür-Araz ovalığının həm də Kürmux,
Kürmuğanı adlandığı yada salınır. Muğana–Muğan, Maqana-
Mon yeri, «Muq»-dan, «Muc»-«muc» – «mucçina»-od insan-
«Od ana»-dır. Maq Muğ «qatı od» kimi həm də «yer-torpaq»
92
mənasında düşünülüb. «An» «yer» (üstündə olmaq) mənasında
«ana» Sözünün baş komponentidir. Muğan ərazi kimi Madayın
davamıdır. Onun tarixi–coğrafi sərhəddi Arazın, sonralarsa Kü-
rün aşağı axınınadək davam edib. Kürmeya-Kür muğanı Xəzər
sahillərindən indiki Borçalı çökəkliyinədək uzanırmış. VIII-IX
əsrlər xəritəsində Kürün şimalı, Şirvanın aran hissəsi
«Muqaniya «-muq ana kimi qeyd olunub (35, 86).
Azərbaycanda Muğan adı altında həm şəhər, həm də bö-
yük düz olmuşdur. IX yüzillik ərəb müəllifi ibn-Xordadbeh
Xəzər dənizi sahilində Dərbəndlə Ərdəbil arasında Muğan
şəhərinin adını çəkir. Tarixi ədəbiyyatda Muğan oykonimi
oronimini hələ miladdan qabaq IV yüzillikdə yaşamış Heketay
Miletli və V yüzillik müəllifi Herodotun qeyd etdiyi myuklar,
muğlar soyunun adı ilə bağlayırlar. Həmin müəlliflər bu ərazidə
myukların-muğların məskun olmalarını göstərirlər.
Tədqiqatçıların bəzilərinin fikrinə görə, Myuk-Muğ və Iran
dillərində cəm göstəricisi «an» sonluğunun birləşməsindən
Muğan toponimi və oronimi yaranmışdır. Muğan tayfası
hunların tərkib hissəsi olmuş, IV-V yüzilliklərdə Muğan –Mil
düzlərində məskunlaşmışlar. Hazırda Azərbaycan ərazisində
Muğan etnonimi ilə bağlı on üç oykonimin olması onların
yayılma ərazisinin böyüklüyünü göstərir(72, 272).
Alimlər göstərirlər ki, bir qrup alimlər «muqocar» sözünün
mənasını «zirvədə yerləşmiş uca uçurum» kimi, digərləri isə
türk nəslindən olan «muğ» tayfasının adı ilə bağlayırlar.
«Muqoçar» sözünü monqol (türk dillərində monqol, monqul,
moqol) sözü ilə də əlaqələndirirlər.
Türkmənistanda Muğanla bağlı cəmi iki toponim Muqal
və Muqalbala olduğu halda, Azərbaycanda onların sayı 18-dir(8,
184-185).
Qərbi Sibirdə «muq» etnonimi ilə bağlı toponimlər vardır.
Iranda isə Moq, Muq etnonimi əks etdirən coğrafi adlar
onlarcadır.
Dostları ilə paylaş: |