93
Ümumiyyətlə, Iranda «moq» və «moğan» sözü ilə bağlı
25–dən artıq (Moqanen, Moqandek, Bemmoqan, Siazmoqan,
Moqriz, Moqestan və s) coğrafi ad vardır.
Maqların Azərbaycanın iki hissəsində, hətta Dərbənd böl-
gəsində yaşaması haqqında fikir söyləmək olar. Indiki Muğan
toponimi qədim fars mənbələrində 293-cü ildən çəkilir. Digər
Muğan Kürdən şimalda Albaniyanın şimal qərbində gürcü
mənbələrində Movakan, IX əsr ərəb coğrafiyaçısı Məsudinin
əsərində Muğan (1,61) adı ilə məlumdur. Şəki rayonunun
Göynük kəndində Mühlər məhəlləsi, Maq dağı, Quba rayonunun
Qaley-Muq dağı, Dərbənd rayonunda Muqartı (qədim türk
dillərində art «dağlıq ərazi» deməkdir). və Muq-Aran («kənd»
sözü əlavə olunmaqla bu toponim indi «Məhərrəmkənd»
formasındadır), Dağıstanda Muğam (Ulluçayın ağzında yer adı),
Şimali Qafqazda Muğal –qaya, Mukal dağı, Mukal çayı (149,
179) və b. toponimlər də vardır. Ehtimal ki, bəzi antik
müəlliflərin Şimali Qafqazda midiyalılara qohum tayfaların
yaşaması haqqındakı məlumatlar məhz maqlara aiddir (44, 118).
Lakin E.A.Qrantovski və I.H.Əliyev Muğan toponiminin
muqlara yox, mik (mük) etnonimi ilə əlaqələndirmişlər. Onlar
bunu əsas tuturlar ki, Təbəri (IX əsr) və Yaqut Həməvi (XIII
əsr) bu toponimi Mukan kimi yazmışlar. Lakin Yaqut Həməvi
qeyd edir ki, yerli əhali bu adı «muğan» kimi tələffüz edir(20,
247).
Q.I.Məşədiyev qeyd edir ki, Muğan türk toponimidir.
Çünki, Muğan-Mil zonasında V əsrdən bəri hunlar mövcud ol-
muşlar ki, bunların da bir hissəsi ola bilsin ki, muq yaxud
Muğan adlanırdı. Azərbaycan SSR-də 13 kəndin adı Muqanlıdır.
Bu kəndlərin adı Muqan Muğan etnoniminə –lı şəkilçisini
artırmaqla əmələ gəlmişdir (53, 57-61).
Muğamlı (Muğanlı) Ermənistan ərazisindəki Azərbaycanlı
kəndi olub Mxçyan (Imanşalı) sovetliyinə daxil idi. 1918-ci ildə
daşnak hökumətinin fitvası ilə kənd dağıdılmış, əhalisi işgəncə
ilə qərət edilmiş, qaçqın düşmüşdür. 18-ci ildən sonra Türkiyə
94
və Irandan gəlmə erməni mühacirləri kəndə yiyələnmişdir. Indi
erməni kəndidir.
95
Muğanlı toponiminin paralelləri.
Ermənistan Ağdam Bağbanlar Gürcüstan
(Muğan)
(Yeni Bəyazid
(Kamo) r-da Hacı
Muğan
Ağdam
Ağcəbədi
Bərdə
Qazax
Qubadlı
Zaqatala
Zəngilan
Zəngmian
Kürdəmir
Noroşen
Naxçıvan
Martuni
Şıxbabalı
Muğanlı
Kələntərli
Muğanlı
Zilanlı
Muğanlı
Hacıalılı
Gilətac
Karrar
Şəhriyar
Türkmənistan
Beləliklə, muğ əsaslı etnotoponimlərin yayılma arealını
aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Azərbaycanda – 18 (məs., Şəki r. Göynük k. Mühlər
məhəlləsi. Maq dağı, Quba r. Qaley-Muq dağı və s.)
Dağıstanda (Dərbənd, Muqartı Muğam Ulluçayın ağzında
yer adı: Muqartı (qədim türk dillərində «art» «dağlıq ərazi»
deməkdir.)
2. Türkmənistanda – Muqal və Muqalbala
3. Iranda (Moqanen, Moqandek, Bem moqan,
Slazmoqan, Moqriz, Moqestan və s.)
4. Şimali Qafqazda Muğal-qaya, Mukal dağı, Mukal çayı
və s.
5. Tacikistanın dağlıq rayonları. Bu ərazi Əfqan Bədəx-
şandan (Kukçi hovuzu başlayıb Fərqanə vadisinin şərqində
qurtarır. Bu qrupun nümayəndələri moqol və ya muğal adları
altında daha çox Pakistanda və şimal-qərbi Hindistanda
yaşayır(25, 57-61).
6. Ermənistan ərazisində 2 rayonda Qəmərli və Yeni
Bəyazid rayonlarında 2 məntəqənin adı Muğanlıdır.
96
Ermənistan ərazisində Muğan qədim türk tayfasının adın-
dan yaranmış etnotoponimlər çoxdur: MUĞANLI-1728-ci ildə
Irəvan əyalətinin Karbi nahiyəsində kənd adı; MUĞANLI-1728-
ci ildə Irəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı;
MUĞANLU-1590-cı ildə Rəvan əyalətinin Ərmus nahiyəsində
məzrə adı; MUĞANLU-1728-ci ildə Irəvan əyalətinin
Dərələyəz nahiyəsində kənd adı; MUĞANCIQ-Yelizavetopol
(Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı;
MUĞANCIQ- Irəvan xanlığının Sərdarabad mahalında kənd
adı; MUĞANCIQ MIRZƏMÜSLÜM – Irəvan xanlığının
Sərdarabad mahalında kənd adı və s. Muğan əsaslı
etnotoponimlərin yayılma arealının genişliyi yuxarıda muğanla
bağlı verilmiş şərhdən aydın görünür.
Mxçyan Bağbanlar Ağdam Muğan Gürcüstan
Yeni Bə-
yazid
Şıxbabalı
Ağdam
Muqal-
bala
Türkmənistan
Muğanlı
Kələntərli
Muğanlı
Zilanlı
Muğanlı
Hacıalılı
Gilətac
Karrar
Şəhriyar
Martuni
Ağcəbədi
Bərdə
Qazax
Qubadlı
Zaqatala
Zəngilan
Zəngilan
Kürdəmir
Naxçıvan
Martuni
Muğam
Özbəkistan
Iran
Dağıstan
Qərbi Sibir
2.16. Çul əsaslı etnotoponimlər
Çul türk tayfası olub müxtəlif ərazilərdə yaşamışdır.
Q.Qeybullayev Çul tayfasının IV əsrin ortalarında Xəzər və Aral
sahillərində yaşamasını qeyd etmişdir(89, 57). Prof. H.Mirzəyev
müxtəlif elmi faktlara istinadla Çul sözünün qədim türk
tayfasının adı olduğunu təsdiqləyir(55, 190-194).
97
Bu etnonim toponimlərin tərkibində müxtəlif variantlarda
Çola/Çul/Sul/Tsur/Çulobad/ Çoryurd/Çorman və s. işlənir.
Hələ orta əsr tədqiqatçıları Albaniyanın şimal-şərqində,
indiki Dərbəndlə Quba arasında Çul şəhərinin olduğunu qeyd
etmişlər.
M.Ismayılov çul tayfasının ya maskutlar çarlığının ya da
Şakaşenanın qalığı olduğunu güman edir. Alim eyni zamanda
Qarabağ ərazisində Şuşa, Zəngəzur, Qaryagin qəzalarında bir
neçə Çullu toponiminin olmasını qanunauyğun hadisə kimi
qiymətləndirir, çol/çul tayfasının Azərbaycanda çullular kimi
tanınması qənaətinə gəlir (39, 270).
V.V.Bartolda görə Çol adlı oğuz soyu olmuşdur. O ya-
zırdı: «Oğuzların bir hissəsi Monqoliyada uyğurların hakimliyi
altında qalmış, onlarla qaynayıb qarışmışlar, bir hissəsi isə
cənuba və qərbə köçmüşlər. Yəqin qərbə köçən çollər əvvəl
Aralın yaxınlığında məskunlaşıblar. IV əsrin 50-ci illərində
türkdilli çollər Aralın sahillərindən Xəzərin yaxınlığına və şərqi
Xəzər ətrafı rayonlara köçmüş, burada yerləşmişlər. Çullar həm
də Çor adlanmağa başlamışlar. V.V.Bartold çulların
Qırğızıstanın indiki Alamedin kəndinin yerində Çul şəhərinin
olduğunu göstərmişdir (79, 37).
Ərəb müəllifi Ət-Təbəri ərazisi indiki Krasnovodsk rayo-
nunda olan Çol dövləti sakinlərinin bir qisminin Azərbaycana,
Albaniyanın şimalına gəlməsi barəsində məlumat verir. O,
Albaniyanın şimal qonşuluğunda «Sul» adlanın xalq tərəfindən
tutulmuş Xəzər ölkəsinin adını çəkir. Deməli Sul/Çol soylarının
bu yerlərə gəlib məskunlaşmasına şübhə yeri qalmır. Lakin Ət-
Təbəri Sulların/Çolların bu yerlərə gəlmə tarixini göstərmir.
V.V.Bartold ərəb mənbələrində rast gələn sul oykoniminin
çul kimi oxunmasını düzgün sayır və bunu sad ərəb hərfinin ç
səsi ilə əvəzlənməsinin nəticəsi sayır(79, 556).
K.V.Trever S.T.Yeremyanın tərtib etdiyi xəritəyə istinad
edərək göstərir ki, maskutlar Xəzər dənizinin şimal-şərq
sahilində, Samurun mənsəbinin cənubunda V yüzillikdə Çor/Çul
Dostları ilə paylaş: |