Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

 
49
Valyuta  məhdudiyyəti  dedikdə,  əmtəə  ixraclarının  əldə 
etdiyi valyuta həcminin məhdudlaşdırılması və valyuta əməliy-
yatlarının  Mərkəzi  Bankda  cəmləşməsi  yolu  ilə  kapital  ixracı-
nın məhdudlaşdırılması, onun ölkəyə  axının stimullaşdırılması 
və əmtəə idxalına hədd qoyulması başa düşülür. 
Tədiyyə balansının kəsirinin azaldılması üçün maliyyə və 
pul-kredit siyasəti tədbirlərinə aşağıdakılar aiddir: 
- əmtəə ixracçılarına büdcədən maliyyə yardımı; 
- idxal kömrüyünün artırılması; 
-  qiymətli  kağızların  xarici  sahiblərinə  ödənilən  faizlərə 
verginin  ləğv  olunması  və  bununla  da  ölkəyə  xarici  kapitalın 
axınının stimullaşdırılması. 
Tədiyyə  balansının  əsas  maddələrinin  (ticarət  balansı, 
xidmət  və  qeyri-kommersiya  ödəmələri  balansı)  görünməz 
ə
məliyyatlar kapitalın hərəkəti) formalaşması  gedişində dövlət 
tərəfindən xüsusi təsir tədbirləri görülür: 
a) tənzimlənmənin vacib obyekti ticarət balansı olduğun-
dan, ixracın stimullaşdırılması üçün qiymətlərə təsir edilir. Bu-
nun üçün ixracçılara maliyyə yardımı göstərilir, vergi və kredit 
güzəştləri  edilir.  xracın  dövlət  tənzimlənməsi  əmtəənin  hərə-
kətinin  bütün  mərhələlərini  əhatə  edir  (xarici  bazarın  öyrənil-
məsi, əmtəə ixracı, ixracdan sonrakı xidmət və s.); 
b)  görünməz  əməliyyatlar  üzrə  ödəmə  və  daxilolmaların 
tənzimlənməsi zamanı aşağıdakı tədbirlər görülür: 
-  turistlər  tərəfindən  ölkədən  valyuta  çıxarılması  nor-
masına məhdudiyyət qoyulması; 
-  xarici  turistlərin  cəlb  edilməsi  üçün  turizm  infrastruk-
turunun yaradılmasında dövlətin birbaşa və dolayı iştirakı; 
- patent, lisenziya və s. daxilolmalarının artırılması məq-
sədilə elmi-tədqiqat işlərinə dövlət məsrəflərinin artırılması; 
- xarici fəhlələrə pul köçürmələrini azaltmaq üçün ölkəyə 
xarici işçi qüvvəsinin gəlməsinə məhdudiyyət qoyulması; 
c)  kapitalın  hərəkətinin  tənzimlənməsi  bir  tərəfdən  milli 
inhisarların  xarici  iqtisadi  ekspatisiyasının  stimullaşdırılması-


 
50
na,  digər  tərəfdən  xarici  kapitalın  stimullaşdırılması  və  milli 
kapitalın ölkəyə qaytarılması yolu ilə tədiyyə balansının taraz-
laşdırılmasına  yönəldilmişdir.  Bu  zaman  dövlət  investisiyalar 
üzrə  kommersiya  sığortasına  zəmanət  verir.  Aktiv  saldo  həd-
dindən artıq yüksək olduqda və bu arzuedilməz hesab edildik-
də,  bu  istiqamətdə  müvafiq  tədbirlər  görülür.  O,  cümlədən, 
valyuta revalvasiya oluna bilər. 
Təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi nəticəsində tə-
diyyə  balansının  beynəlxalq  tənzimlənməsi  zərurəti  meydana 
milli valyutanın faktiki kursunun yüksəldilməsidir və ya rəsmi 
qızıl məzmununun artırılmasıdır. 
 Belə  ki,  hazırda  ölkə  iqtisadiyyatı  xarici  təsirlərə  daha 
çox məruz qalır. Tədiyyə balansının beynəlxalq tənzimlənməsi 
vasitələrinə aşağıdakılar aid edilir: 
- ixrac və cəlb edilən kreditlərin şərtlərinin razılaşdırılması; 
- mərkəzi banklar arasında qarşılıqlı, qısamüddətli kredit-
lər (svop razılaşması) verilməsi; 
- beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kre-
ditlərindən istifadə olunması. 
C.M.Keyns «bazar avtomatizmini» yararsız hesab edərək, 
tədiyyə  balansını  dövlət  tənzimlənməsi  vasitəsilə  tarazlaşdırıl-
masını  tövsiyə  edir.  C.M.Keyns  tədiyyə  balansının  tarazlığı 
problemini  dövlətin  iqtisadi  siyasət  məsələlərindən  biri  hesab 
edir. Bu tarazlaşdırına iqtisadi inkişaf və məşğulluğun təmina-
tına  yönəlmişdir.  Bu  məqsədlə  xərclərin  səviyyəsi  (məsələn, 
vergi, faiz norması və s.) tənzimlənməlidir. 
Tədiyyə balansının tənzimlənməsinin monetarist nəzəriy-
yəsinə  görə  balansdakı  qeyri-tarazlığı  pul  təsərrüfatındakı  kə-
narlaşmalarla əlaqədardır. Bu isə, tələb və təklif arasında taraz-
lığa mane olur və daxili qiymətlərin quruluşunu təhrif edir. 
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin tədiyyə balansla-
rının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada xarici 
investisiyalardan,  xaricə  verilən  kreditlərdən  və  xidmətlərdən 
daxil  onların  xüsusi  çəkisi  böyükdür.  Bu  ölkələrin  valyuta 


 
51
xərcləri də böyük xüsusi çəkiyə malikdir ki, bu da kapital ixra-
cı, xaricə borclar verilməsi və s. ilə əlaqədardır. Sənaye cəhət-
dən inkişaf etmiş ölkələrin xaricə yönələn dövlət xərcləri, onla-
rın  xaricdən  daxil  olan  gəlirlərini  üstələyə  bilir.  Bu  əsasən 
nüfuz dairələri və bazarlar uğrunda aparılan mübarizə, rəqabət 
tədbirlərinin nəticəsidir. 
 
 
3.3.  nkişaf etməkdə olan ölkələrin tədiyyə balansı 
 
nkişaf  etməkdə  olan  ölkələrin  tədiyyə  balanslarını  təhlil 
edərkən bu ölkələri iki qrupa bölmək lazım gəlir: 
- neft idxal edən ölkələr; 
- neft ixrac edən ölkələr (Səudiyyə Ərəbistanı,  ran,  raq, 
Qətər, Küveyt,  Liviya,  Əlcəzair, Nigeriya, Venesuela,  ndone-
ziya,  Ekvador,  Qabon  və  Birləşmiş  Ərəb  Əmirlikləri  (OPEK 
üzvləri). 
Neft idxal edən ölkələrin tədiyyə balanslarında kəsir xro-
niki hal almışdır. Bu kəsrin səbəbləri aşağıdakılardır: 
- iqtisadi inkişafın qeyri-müstəqil formaları; 
- ümumi iqtisadi gerilik; 
-  beynəlxalq  əmək  bölgüsündə  bərabər  iştirakın  təmin 
edilməməsi; 
-  əmtəə-pul  münasibətlərinin  inkişaf  səviyyəsinin  aşağı 
olması. Bu ölkələrin ticarət balansındakı kəsir də həmin amil-
lərin təsiri altında formalaşır. 
Neft  ixrac  edən  inkişaf  etməkdə  olan  ölkələrin  tədiyyə 
balanslarında dayanıqlıq azdır. Bu ölkələrin neft ixracından bö-
yük  valyuta  gəlirləri  olur.  Həmin  gəlirlər,  bir  qayda  olaraq, 
ə
halinin  həyat  səviyyəsinin  yüksəlməsini  şərtləndirir.  Bununla 
belə, həmin ölkələr böyük qızıl-valyuta ehtiyatının istifadəsin-
də geniş imkanlara malik deyillər. Belə ki, iqtisadiyyatın digər 
sahələrində  ahəngdar  inkişafının  təmin  olunması  bir  sıra  iq-
tisadi  və  texnoloji  çətinliklərlə  əlaqədardır.  Ölkə  iqlisadiyya-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə