Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

 
55
mln. ABŞ dollarlığı isə ARDNŞ və ölkənin digər müəssisələri 
tərəfındən  xaricə  göndərilmişdir.  Bu  isə  öz  növbəsində  keçən 
ilin  müvafiq  dövrünün  ixracından  17,0  mln.  ABŞ  dolları  çox-
dur.  Bu  isə  ölkəyə  idxal  olunan  təbii  qazın  dəyərinin  ödənil-
məsi  üçün
 
ARDNŞ  tərəfındən  ixrac  olunmuş  xam  neftin  art-
ması ilə bağlıdır. 
Ölkənin digər strateji məhsulu olan pambıq ixracının də-
yər həcmi 2001-ci ilin müvafıq dövrunə nisbətən 5,8 mln. ABŞ 
dolları artaraq 13,8 mln. ABŞ dolları təşkil etmişdir. Bunun da 
ə
sas  səbəbi  ixrac  olunmuş  pambığın  miqdarının  8,9  min  ton 
artmasıdır.  2002-ci  ilin  9  ayı  ərzində  respublikadan  36,8  mln. 
ABŞ dollarlıq kimya məhsulları, 34,7 mln. ABŞ dollarlıq ma-
ş
ınqayırma məhsulları da xarici ölkələrə ixrac olunmuşdur. 
dxal.  Fiziki  şəxslərin  çarter  hava  reysləri  və  avtomobil 
nəqliyyatı  ilə  məkik  idxalını  (239,7  mln.  ABŞ  dolları)  və  hu-
manitar malları (28,2 mln. ABŞ dolları) nəzərə almaqla 2002-ci 
ilin 9 ayı ərzində respublikaya 548,3 mln ABŞ dollarlıq xalq is-
tehlak  malları  gətirilmişdir.  Bunun  da  46,0  %-i,  yeni  252,4 
mln. ABŞ dollarlığı  ərzaq məhsullarının payına düşür.  dxalın 
strukturunda investisiya yönümlü maşın-avadanlıqların və mal-
lara  xüsusi  çəkisi  keçən  ilin  müvafıq  dövrü  ilə  müqayisədə 
50,5% artaraq 27,3 %-ə çatmış və 343,2 mln. ABŞ dolları məb-
ləğində  olmuşdur.  Bunun  da  əsas  səbəbi  beynəlxalq  neft  kon-
traktları  çərçivəsində  ölkəyə  cəlb  olunmuş  investisıyaların  artım 
ilə əlaqədar idxalın çoxalmasıdır. Bundan başqa cari ilin 9 ayı ər-
zində respublikaya 160,8 mln. ABŞ dollarlıq təbii qaz və ümumi 
məbləği 170,8 mln. ABŞ dollarına bərabər olan istehsal təyinatlı 
kimya,  qara  və  əlvan  metal  məhsullan  da  gətirilmişdir.  Bütöv-
lükdə, keçən ilin 9 ayı ilə müqayisədə qaz idxalına sərf olunmuş 
məbləğ nəzərə alınmadan, idxalın ümumi həcmi 141,5 mln. ABŞ 
dolları  məbləğində  artmışdı.  Bu  isə  əsas  etibarı  ilə  ölkəyə  idxal 
olunan investisiya yönümlü malların artımı ilə əlaqədardır. 
Xarici  ticarətin  22,4%-i  MDB-yə  üzv  olan  dövlətlərin, 
77,6%-i  isə  digər  xarici  dövlətlərin  payına  düşür.  Respublika-


 
56
mız əmtəə mübadiləsində  taliya, Rusiya, Türkiyə, Fransa,  ran, 
Türkmənistan,  ABŞ,  srail,  Qazaxıstan  və  Almaniya  ilə  daha 
intensiv  ticarət  əlaqələri  yaratmışdır.  Bütövlükdə  Azərbaycan 
Respublikasının idxal-ixrac əməliyyatlarının 76,5%-i yuxarıda adı 
çəkilən əsas tərəf müqabilləri olan 10 dövlət ilə aparılmışdır. 
Xidmətlər balansı* 1995-2000-ci illər üzrə Azərbaycanda 
tədiyyə  balansının  xidmətlər  balansı  daim  mənfı  saldo  ilə  icra 
olunmuşdur. 2002-ci ilin 9 ayı ərzində xarici dövlətlərlə Azər-
baycanın  iqtisadi  əlaqələrində  qarşılıqlı  xidmətlər  əsas  yerlər-
dən  birini  tutmuşdur  və  həmin  xidmətlərin  (gəlirlər  daxil  ol-
maqla) ümumi həcmi 1472,6 mln. ABŞ dolları təşkil etmişdir. 
Qeyri-rezidentler  tərəfindən  Azərbaycanın  hüquqi  və  fiziki 
şə
xslərinə  1181,3  mln.  ABŞ  dolları  məbləğində  xidmət  göstə-
rildiyi halda, Azərbaycanın xarici ölkələrin rezidentlərinə gös-
tərdiyi xidmətlərin dəyəri 291,3 mln ABŞ dolları təşkil etmiş-
dir.  Beləliklə,  xidmətlər  balansının  mənfi  saldosu  890,0  mln 
ABŞ  dollarına  bərabər  olmuşdur.  Xidmətlər  balansı  kəsirində 
belə yüksək olmasının əsas səbəbi beynəlxalq neft kontraktları 
çərçivəsində xarici dövlətlərin rezidentleri ilə aparılan əməliy-
yatlarla bağlıdır. 
 Tədiyyə balansında öz əksini tapmış qarşılıqlı xidmətlər 
dövriyyəsinin  19,2  %-i  nəqliyyat  üzrə  aparılan  əməliyyatların 
payına düşür. Ümumi dəyəri 282,2 mln. ABŞ dollarına bərabər 
olan  nəqliyyat  xidmətlərinin  43,3%-i  Azərbaycan  Prezidentlə-
rinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələ-
ri  ilə  əlaqədardır.  Öz  növbəsində  Azərbaycanın  digər  ölkələrə 
göstərdiyi  nəqliyyat  xidmətlərinin  ümumi  dəyəri  159,9  mln. 
ABŞ  dollarına  bərabər  olmuşdur.  Bu  vəsaitin  xeyli  hissəsi 
TRASEKA  layihəsi  çərçivəsində  respublika  ərazisi  vasitəsilə 
Orta  Asiya  respublikaları  ilə  Avropa  ölkələri  arasında  tranzit 
yükdaşımalarının intensivləşməsi nəticəsində əldə edilmişdir. 
Hesabat dövründə xaricilərə turizmlə bağlı göstərilən xid-
mətlərin dəyəri 35,8 mln. ABŞ dollarına bərabər  olmuşdur ki, 
bunun da 32,3 %-i (11,6 mln. ABŞ dolları) qeyri-rezidentlərin 


 
57
Azərbaycana işgüzar səfərləri ilə bağlıdır. Öz növbəsində xarici 
ölkələr  tərəfındən  Azərbaycan  rezidentlərinə  turizmlə  bağlı 
göstərilən xidmətlərin dəyəri 79,3 mln. ABŞ dolları olmuşdur. 
Bunun  da  əsas  hissəsi  (89,6  %-i)  Azərbaycan  vətəndaşlarının 
şə
xsi  səfərləri  ilə  bağlı  xarici  ölkələrdə  olarkən  sərf  etdikləri 
xərclərinin (məkik idxal istisna olmaqla) payına düşür. 
Cari  transfertfər.  Cari  transfertlər  üzrə  xarici  ölkələrdən 
alınan humanitar mallarının, texniki və digər yardımların ümu-
mi dəyəri 42,1 mln. ABŞ dollarına bərabər olmuşdur. Yardım-
larının  ümumi  dəyərinin  əsas  hissəsini  humanitar  idxal  malları 
təşkil edir. Belə ki, 2002-ci ilin 9 ayı ərzində ölkəyə gətirilıniş hu-
manitar  idxal  mallarının  ümumi  həcmi  28,2  mln.  ABŞ  dolları 
məbləğində  olmuşdur.  Bütövlükdə  cari  transtertlər  üzrə  əməliy-
yatlar 60,8 mln. ABŞ dollarlıq müsbət saldo ilə nəticələnmişdir. 
«Kapitalın və maliyyənin hərəkətli hesabı» üzrə vəziyyət 
göstərir  ki,  2010-cu  ilin  9  ayı  ərzində  ölkəyə  xarici  kapital 
axını keçən ilin müvafıq dövrü ilə müqayisədə 1,6 dəfə artaraq 
1,5 ABŞ dolları məbləğində olmuşdur. 
 
Xarici kapital axınının funksional strukturu 
 
 
2009-cu il,9 ay 
2010-cu il,9 ay 
2010-cu il 2009-cu 
ilə nisbətən %-lə 
 
 
mln. $-la  xüsusi 
çəkisi 
%-lə 
mln.$-la 
xüsusi 
cəkisi %-
le 
 
 
Birbaşa 
investisiyalar
585,4 
62,4 
1286, 6 
85,6 
219,1 
neft sekloru 
516,7 
55,1 
1129, 1 
75,1 
218,5 
digər 
sektorlar 
68,7 
7,3 
157,5 
10,5 
229,3 
Kreditlər və 
digər investi-
siyalar 
3527,1 
37,6 
216,9 
14,4 
61,5 
Dövlət 
təminatlı 
kreditlər 
103,2 
11,0 
152,9 
10,2 
148,2 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə