Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə3/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   2   3   4   5   6   7   8   9   ...   273

 

Мübariz Zahid oğlu Ağalarlı XV əsrdə Azərbaycanda olmuş səyyahların 

―Səyahətnamələr‖ində Şirvan şəhərləri........................................................................ 574 

Namiq Musalı  ―Tarix-İ Aləmara-Yi  Abbasi‖ Əsərində XVI əsr Azərbaycan ədəbiyyati 

məsələləri......................................................................................................................... 578 



Ровшан Ариф оглы Муганлинский Проблема отражения исламской религии в 

Aзербайджане в английских источниках 16 века ................................................... 590 



С.С. Велиев - Сочинение a. Олеария – Первый научный труд по географии 

Азербайджана и Каспийского моря. ........................................................................ 597 



Saffet Köse  Âzerbaycan‘in müslümanlar tarafindan Fethi sirasinda yapilan antlaşma 

metninin fikhî analizi - Kılıç Müslümanlığı diye bir şey var mı?- ............................. 602 



Sevda Süleymanova  XX əsrin əvvəllərində Azərbaycan Milli hərəkati xarici  ölkələrin 

tarixşünasliğinda ............................................................................................................ 607 



Талят Наджафалиев -  «Акт о независимости Азербайджана» как символический 

артефакт гражданской войны 1918-1920 гг.» .......................................................... 611 



V.Quliyeva - Azərbayacanın erməni təcavüzü obyekti olan mədəni irsi ................................... 622 

Vüsalə Musalı - Mahmud Kamal İnal təzkirəsində azərbaycanlı şairlər................................... 629 

Zivər Hüseynova  -  Avropalıların səyahətnamələrində Azərbaycan. (Qacar dövrü) .............. 638 

 

 




 

Azərbaycan  dünya  ədəbiyyatında 



Xəzər Universitəsi, Bakı, Azərbaycan 

27-28 may  2011 

 

Professor Hamlet İsaxanlının giriş sözü 

 

Xanımlar  və bəylər! Hörmətli qonaqlar! Əziz  dostlar!  

1918-20-ci  illərdə  fəaliyyət  göstərmiş  Azərbyacan  Demokratik  Cümhuriyyə-

tinin  ad  gününə  və  Xəzər  Universitəsinin  20  illiyinə  həsr  olunmuş  ―Azərbaycan 

dünya ədəbiyyatında‖ adl konfransa xoş gəlmisiniz! 

Xəzər universitəsinə,  Bakıya, Azərbaycana xoş gəlmisiniz! 

Ərazinin  və  ya  dövlətin  adını  daşımaq  baxımından  Azərbaycan  sözü tarix bo-

yu  müxtəlif  məna  daşımışdır. Əvvəllər əsasən indiki İranın şimal-qərbinə aid edilən 

Azərbaycan  coğrafi  termin  kimi  get-gedə  Cənubi  Qafqaz  türklərinin  yaşadığı 

əraziləri  də  özündə  cəmləmişdir.  Azərbaycan  termininin  bu  məna  dəyişikliyində, 

bir  geopolitik  dəyişmə  xüsusi  rol  oynamışdır.  19-cu  əsrin  birinci  28  ili  ərzində  baş 

verən  bir  neçə  İran-Rusiya  savaşları  nəticəsində  Qafqaz  türkləri Rusiya sərhədlə-

rinə  daxil  edilmiş,  İran  Azərbaycanı və ya indi Cənubi Azərbaycan dediyimiz  ərazi 

və orada yaşayan xalq İran sərhədi daxilində qalmışdır. Hər iki tərəfdə yaşaan xalq 

eyni olduğuna  görə onların  yaşadığı  ərazi və onların  öz etnik adları eyniləşmişdir.   

Bəs  Azərbaycan  xalqı  haqqında  nə  demək  olar?  Burada  iki  fərqli  yanaşma 

mövcuddur.  Bir  tərəfdən  Azərbaycan  deyilən  ölkənin  vətəndaşları  birlikdə  Azər-

baycan  xalqını  təşkil  edir.  Bunlara  Azərbaycan türkləri, azərbaycan ləzgiləri, kürd-

ləri,  talışları,  gürcüləri,  erməniləri,  rusları  və  Azərbaycanın  müxtəlif  dillərdə  danı-

şan  digər  bütün  etnik  qrupları  daxildir.  Bu  halda Azərbaycan tarixi, Az ədəbiyyatı, 

Az  mədəniyyəti  dedikdə  bu  etnik  qrupların  hamısının  tarixi,  ədəbiyyatı,  mədəniy-

yəti  nəzərdə  tutulmalıdır.  Bu  birinci  mənada  Azərbaycan  xalqı  Azərbaycan  adlı 

ölkənin  sərhədləri ilə  məhdudlaşır,  etnik sərhəd isə qoyulmur.   

Azərbaycan  xalqının  ikinci  mənası  Azərbaycan  türkcəsində  danışan  xalq 

deməkdir. Bu halda, coğrafi sərhəd yox olur, lakin etnik kimlik, etnik sərhəd müəy-

yənedici  olur.  Bu  halda  Azərbaycan  Respublikasında,  İranda,  Gürcüstan  və  Ru-

siyada,  Türkiyə  və  İraqda  və  digər  bütün  ölkələrdə  yaşayan,  müxtəlif  ərazilərdə 

məskunlaşmış  azərbaycan  türkcəsində  danışan  xalq Azərbaycan xalqını təşkil edir. 

Bu  ikinci  halda  Azərbaycan  xalqının  tarixi,  ədəbiyyatı,  mədəniyyəti  dedikdə  müx-

təlif  coğrafiyalı  Azərbaycan  türklərinin    tarixi,  ədəbiyyatı,  mədəniyyəti  nəzərdə tu-

tulur. Tarixə baş vursaq, bu baxımdan Sivas, Kayseri, Tokat tərəflərdə hakimiyyət-

də  olmuş,  Sultan  Yıldırm  Bayazidlə  vuruşmuş  hökmdarı  və  şair Qazı Bürhanəddin 

(1344-1398,  1381-dən  hökmdar)    Azərbaycan  tarixinin,  Az  ədəbiyyatının  tədqiqat 

obyekti,  nümayəndəsidir.  Qaraqoyunlular  və  Ağqoyunlular,  Uzun  Hasan  Azərbay-

can  tarixinin  obyekti  olur  (Başkentde  (Başköyde)  (1473)  Sultan  Mehmetle  sava-

şan).  Məhz  Azərbaycan türkcəsində yazdıqları səbəbiylə Hələb tərəflərdə yaşayan 




 

və ölən Nəsimi, Bağdadda yaşayan və o tərəfdə də ölən Füzuli Azərbaycan ədəbiy-



yatının,  yəni Azərbaycan xalqının  yaratdığı ədəbiyyatın  nümayəndələri  sayılır.   

Konfransımızın  mövzusu  belədir:  ―Azərbaycan  dünya  ədəbiyyatında‖. Dünya-

nın  müxtəlif  yerlərində,  ölkələrində  tarix  boyu  Azərbaycan  xalqı  haqqında  nə  mə-

lumatlar  olub,  nə  yazılar  yazılıb,  nə  tədqiqatlar aparılıb? Azərbaycan tarixi,  ədəbiy-

yatı,  mədəniyyəti  haqqında  digər  xalqlar  nə  söyləyib?  Bir  xalqa  başqa  xalqların 

gözü  ilə  baxmaq  həmin  xalqın  dünyada  necə  tanınması  deməkdir.  İqtisadi-ticari, 

siyasi-hərbi,  insani  münasibətlər,  səfərlər,  yürüşlər,  gündəliklər,  səyahətnamələr, 

bədii,  tarixi,  elmi-mədəni  yazılar, maddi abidələr, Azərbaycana və Azərbaycan xal-

qına  aid  hər  şey tədqiqat obyektinə çevrilir. Bu zənginlik öyrənilməsə, azərbaycan-

lıların  özləri  haqqında  məlumatı,  əsərləri  yarımçıq,  natamam  təsəvvür  yaradacaq. 

Dünya  bizdən  çox  böyükdür,  dünyanın  gözü  çox,  əlləri  uzun,  ayaqları  iti,  qulaqları 

böyükdür.  Onlar nə görür, nəyə çatıb, haralara gedib, nə eşidib? Ümidvaram ki, bu 

konfransımız  bi işdə az da olsa bir uğur sayılacaq. 

 

Xəzər  universitəsi  haqqında:  Elm,  Sənət, təhsil və mədəniyyət ocağı, dünyanın 



bir  parçası,  dünyanın  bir  universitəsi,  dünya  ilə  Azərbaycanı  birləşdirən  bir  körpü, 

beynəlxalq  əməkdaşlıq  mərkəzi. 

 

 

 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə