Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

19 

 

qalmışdır. Burada diqqəti cəlb edən naxış qabın orta hissəsindəki enli zolaq üzərində simmetrik yerləşdirilmiş 



buta və günəş rəsmləridir. 

Qeyd  etməliyik  ki,  sərpuş  formalı  qablar  hələ  inkişaf  etmiş  orta  əsrlərdə  geniş  yayılmışdır

93

.  Həmin 



dövrdə bu növ qabların üzəri də zəngin naxışlanmışdır. Son orta əsrlərdə isə bu qabların tam sərpuş formaları 

yaranmışdır. Məlum olduğu kimi son vaxtlara kimi davam edən sərpuşlar əsasən misdən düzəldilmişdir. Adətən 

bu  qabların  üzəri  zərb  üsulu  ilə  zəngin  naxışlanır

94

.  Bəhs  etdiyimiz  sərpuşun  üzərindəki  buta  və  günəş 



rəsmlərinin mənşəyi qədimdir. Bu rəsmlər xalq arasında, incəsənətdə geniş yayılmış bədii naxışlardandır. 

1969-cu  ildə  2-ci  qazıntıdan  əldə  edilən  son  dövrlərə  aid  mis  ləyən  də  nisbətən  yaxşı  qalmışdır.  Onun 

içərisində süzülmək üçün düzəldilmiş hissənin olması ləyənin məişətdə istifadə olunduğunu göstərir  (IX tablo, 

1—2). 


Metal qablardan danışarkən Bakı buxtasından arxeoloji qazıntılar nəticəsində tapılan XIII əsrə aid gümüş 

qabı da qeyd etməliyik

95

. Təəssüflə deməliyik ki, qab itirildiyindən haqqında məlumat vermək mümkün olmadı. 



Onu  da  qeyd  etməliyik  ki,  İçərişəhərin  qala  divarından  şimal  tərəfdə  indiki  Hüsü  Hacıyev  küçəsində 

inşaat işləri zamanı çoxlu mis qırıntıları, misgərlik sənəti məhsulları və şlakları tapılmışdır

96

. Maraqlıdır ki, bu 



küçənin  xalq  arasında  son  vaxtlara  qədər  «Misgər  məhəlləsi»,  «Zərgər  palanı»  adlandırılması  da  təsadüfi  hal 

olmayıb, burada vaxtilə metalişləmənin müxtəlif sahələrinin varlığına işarə edir. Ümumiyyətlə, bu tapıntılar son 

orta  əsrlərdə Bakıda metalişləmənin ardıcıl davam etdiyini göstərməklə yanaşı, onun həm də geniş yayıldığını 

təsdiq edir. Rasim Əfəndi bu materialları hətta XII—XV əsrlərə aid tətbiqi sənət əsərləri içərisində vermişdir

97



Tərəzi  gözləri.  Bakının  arxeoloji  materialları  içərisində  maraqlı  tapıntılardan  biri  də  kiçik  tərəzi 



gözləridir.  1967-ci  ildə  I  qazıntıda  3,2  metr  dərinlikdən  aşkar  edilən  bu  tərəzi  gözləri  təbəqə  misdən  döymə 

üsulu  ilə  hazırlanmışdır  (IX  tablo,  3,  4).  Çox  zərif  düzəldilmiş  bu  tərəzi  bir  növ  yarımşar  formaya  yaxındır. 

Diametri 5 sm olan tərəzi gözünün üç tərəfində kiçik dairəvi deşiklər vardır. Kiçik ölçüdə çox da dərin olmayan 

bu tərəzidən ehtimal ki, zərgərlikdə və ya əczaxanada istifadə edilmişdir. 

1974-cü  ildə  9-cu,  1978-ci  ildə  isə  13-cü  qazıntı  sahələrindən  mis  tərəzi  gözləri  tapılmışdır.  Hər  ikisi 

əvvəlkinə  nisbətən  güclü  korroziyaya  uğramışdır.    Lakin    buna  baxmayaraq  formaları  bilinir.  Onların  da  

kənarlarında dairəvi deşiklər vardır. Bu tərəzi gözləri nisbətən iridir. Onlardan birinin diametri 5, digərininki  isə 

8  sm-dir.  Bəhs  etdiyimiz  tərəzi  gözlərinin  hər  üçündəki  deşiklər  onlardan  asılma  yolu  ilə  istifadə  edildiyini 

göstərir. Arxeoloji qazıntılar nəticəsində bu növ tərəzilərə aid metal qolları isə hələlik Bakıdan tapılmamışdır. 

Mingəçevirdən tapılan tərəzi qolları bu cəhətdən diqqəti cəlb edir

98

. Orta  əsr tərəzisi haqqında  ətraflı təsəvvür 



yaratmaq üçün bu tapıntıların əhəmiyyəti böyükdür. Tuncdan çubuq formasında hazırlanmış bu tərəzi qolları hər 

iki  tərəfdən  tərəzi  gözlərini  ip  vasitəsilə  asmaq  üçün  deşik  düzəldilmişdir.  Onun  orta  hissəsində  müvazinəti  

tarazlamaq  üçün  düzəldilmiş  çıxıntı  həm  də  tərəzinin  qulpu  vəzifəsini  daşımışdır.  Onlardan  birinin  qulpunun 

ucunda dairəvi deşik vardır. Bir-birini tamamlayan hər iki tapıntı həm bütövlükdə tərəzi haqqında, həm də onun 

mənşəyi haqqında müəyyən fikir söyləmək imkanı yaradır. 

Qeyd  etməliyik  ki,  orta  əsr  şəhərlərindəki  arxeoloji  qazıntılar  nəticəsində  belə  tərəzi  gözləri 

Beyləqandan

99

  və  Qəbələdən



100

  də  aşkar  olunmuşdur.  Mis  təbəqədən  döymə  texnikası  ilə  düzəldilən  bu  tərəzi 

gözləri də Bakınınkına oxşar olub XII—XIII əsrlərə aid edilir. Belə bir tərəzi Ermənistandan da tapılmışdır

101


O,  IX—XIII  əsrlərə  aid  edilir.    Həmin  tərəzinin  qolu  da  metaldan  olub,  formaca  Mingəçevirinkinə  yaxındır. 

Azərbaycan  xalqının  məişətində,  alqı-satqı  əməliyyatında  eyni  növ  tərəzidən  hazırda  da  xüsusilə  kəndlərdə 

geniş istifadə edilir. 

Maraqlıdır ki, orta əsr tərəziləri formasında olan müasir tərəzilər həm metal, həm də ağacdan düzəldilir. 

Ağacdan hazırlanan tərəzilər adətən böyük olub, irihəcmli çəkilər üçün işlədilir. Bütün bunlar isə eyni formalı 

tərəzinin xalqın məişətində əsrlər boyu istifadə olunduğunu göstərməklə bərabər, onun ticarət sistemi haqqında 

xeyli məlumat verməyə imkan yaradır. 



Çəki  daşları.  Tədqiq  olunan  dövrdə  hansı  çəki  daşının  işlədilməsi  haqqında  dəqiq  məlumat  yoxdur. 

Arxeoloji qazıntılar nəticəsində tapılan xeyli əşyalar onların çəki sistemi ilə əlaqədar olduğunu ehtimal etməyə 

əsas  verir.  Bakının  maddi  mədəniyyəti  içərisində  metaldan  çəki  daşına  oxşar  nümunələr  azdır.  Onlardan  biri 

                                                           

93

 Əhmədov Q. M. Azərbaycanın şirsiz saxsı məmulatı, s. 84, XV tablo, 5. 



94

 Quliyev H., Tağızadə N. Metal və xalq sənətkarlığı. s. 43, IX tablo, 9; Rasim Əfəndi. Azərbaycanın dekorativ tətbiqi sənətləri, Bakı. 1976. s. 156 —  

159. 

 

95



 Джафарзаде И. Археологические раскопки 1946 г. в Бакинской бухте. Изв. АН Азерб. ССР, 1947. № 7. с. 9; Müq. et: Aşurbəyli S.B. Göstərilən 

əsəri, s. 80.  

96

  Али-задe  А.  А.  Социально-экономическая и  политическая история  Азербайджана  XIII  —  XIV  вв.,  Баку,  1956,  с. 42; Rasim  Əfəndi.  Göstərilən 



əsəri, s. 25. 

97

 Rasim Əfəndi. Göstərilən əsəri, s. 65. 



98

 Zahidov R. M.  Mingəçevir...  s. 91,   I tablo, 5—6-cı şəkillər. 

 

99

 İbrahimov F. Ə. Göstərilən əsəri, s. 159; Müq. et: Əhmədov Q. M. Orta əsr Beyləqan şəhəri, s. 54. 



100

 Qəbələ  tərəzisi  haqqında  şifahi  məlumat  verilmişdir. 

101

 Аракельян Б.  Н. Города  и ремесла Армении  в  IX — XIII вв, т. II, Ереван, 1964. 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə