27
federalizmin bolşeviklər üçün proqrama deyil, taktikə, əsasa deyil, budağa aid bir
məsələ olduğunu bir daha isbat etdiyi kimi, bu federalizmin eyni zamanda
imperialistcə bir hazırlıq olduğunu da faş etmiş olur. Təfsirə nə hacət? Broyda
məqaləsinin sonuda əslində “Yalnız Rusiya Sovet Cümhuriyyətlərinin deyil,
beynəlmiləl sovet Cümhuriyyətlərinin ittifaqı əsasını hazırlamaq lazımdır” fikrini
açıq surətdə söyləyir.
Sovet federalizminin nə mahiyyətdə olduğunu gördük. İndi də “ayrılmaq
haqqı”nı tədqiq edək: 1923-cü ilin 6 iyun tarixində qəbul olunan “Sovetlər İttifaqı”
təşgilat əsası qanununun 4-cü maddəsinə görə “İttifaqı təşkil edən üzvlərdən
hankısı istərsə, ittifaqı tərk etmək haqqına malikdir”. Göründüyü kimi, “İttifaq”a
girən üzvün “istiqlal haqqı” mühafizə edilmişdir. Yalnız bolşevik professoru
Maxerovskinin dediyi kimi bu, ancaq “xəyali bir istiqlal”dan ibarət olub heç bir
dəyərə malik deyildir. Komunist hüquqçularından Dranitsin adlı digər birisi isə
“Bu hüququn deklarativ (bəni) mahiyyətdə olub qanuni heç bir əhəmiyyətə malik
olmadığını” açıqcasına söylər və “inqilabçı kommunizm nöqteyi-nəzərində
ittifaqdan çıxmanın milliyyətçilik və inqilab əleyhdarlığından doğulma bir hərəkət,
olduğunu” iddia edir. Bu muhakimədən çıxan məntiqi nəticə “Marksizm və
inqilabçı sosializm” adı ilə Sovetlər İttifaqında görülən hər növ ayrılmaq hərəkatını
təbii ki, şiddətlə təqib etmək və amansızsa basdırmaqdır. Daha çox “sovet
məmləkətlərini daxilinə ala bilmək qayəsi ilə təşəkkül edən və bünövrəsinin
təsisində bu istiqamətdəki inkişafına xüsusilə əhəmiyyət verilən bir “ittifaq”dan
asanlıqla çıxa bilmək imkanını hankı məntiq qəbul edər!..
IV
“SOVETLƏR İTTİFAQI” TƏŞKİLATİ-ƏSASİYYƏSİ
Sovet federalizmini tənqid edən bir professor çox haqlı olaraq deyir ki,
“Bütun bu sistemin çox qatı bir mərkəziyyətçi olan bir firqə fərdləri arasında
yazılıb tərtiblənmiş bir plandan ibarət olduğunu unutmayaq”. Bu mülahizələrin nə
dərəcəyə qədər doğru olduğunu haqqı ilə təqdir edə bilmək üçün Sovetlər İttifatı
təşkilati-əsasiyyəsini tədqiq etmək lazımdır.
Bu günkü Sovetlər İttifaqını təşkil edən Cümhuriyyətlərin hamısı eyni
hüquqi mahiyyətdə deyildirlər. Bunlardan Azərbaycan, Gürcüstan və Ermənistan
Cümhuriyyətlərindən
mütəşəkkil
Zaqafqaziya
Sovet
sosialist
Federativ
Cümhuriyyəti ilə Ukrayna Sosialist Sovet Cümhuriyyəti və Belarusiya sosialist
sovet Cümhuriyyəti ilə Rusiya Sosialist Sovet Federativ Cümhuriyyətləri birər
müstəqil hökumətlər kimi beynəlmiləl müqavilə hökmü ilə birləşmişdilər. Eyni
zamanda bu Cümhuriyyətləri tərtib edən ikinci dərəcəli təşəkküllər vardır.
Məsələn, Rusiya sosialist sovet Federativ Cümhuriyyəti 9 muxtar Cümhuriyyətdən
və 13 imtiyazlı vilayətdən ibarətdir. Bunun kimi Zaqafqaziya Federativ
28
Cümhuriyyətinə
daxil
olan
Gürcüstanda
Acarstan
və
Abxaz
Muxtar
Cümhuriyyətləri ilə Azərbaycanda da Naxçıvan və Dağlıq Ermənistan
Cümhuriyyətləri vardır (Əvvəl Rusiya Federativ Cümhuriyyətinə daxil olan
Türküstan Cümhuriyyəti 1924-cü ildə Xivə və Buxara Cümhuriyyətlərinin ləğvi
üzərinə müstəqil Özbəkistan və Türkmənistan Cümhuriyyətləri ünvanı ilə ittifaqa
qəbul olmuşlardır. Bunlar daxilində də Muxtar Tacikistan Cümhuriyyəti ilə Muxtar
Qaraqalpaq vilayəti təsis olunmuşdur).
Sovetlər İttifaqını idarə edən ən ali müəssisə “sosialist sovet
Cümhuriyyətləri İttifaqı Mərkəzi İcraiyyə Komitəsidir” ki, qısası russa “ТСИК”dir.
“ТСИК” hər il təşkil olunan Sovetlər İttifaqı - quruluşları fasilələrində ildə üç dəfə
yığıncaq edər. “Mərkəzi İcraiyyə Komitəsi” müstəqil yığıncaq edən iki böyük
sovet müəssisəsinin (kamerasının) müştərək şəkildə yığıncaq etmələri nəticəsində
təşəkkül edər. Bunlardan biri “İttifaq Şurası”, digəri də “Millətlər Şurası”dır.
İttifaq Şurası ildə bir dəfə Cümhuriyyətlər daxilindəki vilayətlərdən
(Cümhuriyyətlərdən deyil), ümumi əhaliyə nisbətlə seçilmiş olunan nümayəndələr
tərəfindən toplanan sovetlər qurultayında seçilmiş 371 üzvdən ibarətdir. 1924-cü il
statistikasına görə 131,5 milyon əhalidən 96 milyonunun Rusiya Federativ
Cümhuriyyətinə, 26 milyonunun Ukrayna, 3,9 milyonunun Belorusiya, 5,7
milyonunun
da
Zaqafqaziyaya
aid
olduğunu
nəzərə
alırsaq, Rusiya
Federasyonunun bu kombinasiyada nə kimi bir əksəriyyət təşkil etdiyi aşkar olur.
Görülür ki, burada qətiyyən federasyon prinsipi və milli əsas nəzərə alınmamışdır.
Bu əsasa “Millətlər Şurası” deyilən ikinci “kamera”da riayəti olunmuşdur.
“Millətlər Şurası” yalnız ittifaq müqaviləsi bağlayan müstəqil
cümhuriyyətlərin deyil, muxtar cümhuriyyətlərdən ibarət vilayətlərin, yəni
dövlətlərin deyil də, millətlərin nümayəndələrindən təşəkkül eyləmişdir. Qanuna
görə müstəqil və müqaviləli cümhuriyyətlər bu şuraya beş-beş üzvlər verdiyi kimi,
muxtar cümhuriyyətlər də beş-beş üzvlər verir. Seçilmiş vilayətlərdən dəxi birər
üzvlər göndərilir. Belə ki, Qafqasiya, Ukrayna və Belorusiya üçü birlikdə 35 üzv
göndərdikləri halda Rusiya federasyonu 9 muxtar cümhuriyyəti və 13 seçilmiş
vilayəti ilə birlikdə şurada 63 nümayəndə qazanmış olur. İsveçrə və Amerika
federasyonlarında böyük-kiçikliyinə baxmadan hər cümhuriyyətdən bir cüt deputat
almaq surətilə təşəkkül edən Federal Şura “yerinə qaim olmaq üzrə vücudə
gətirilən bu müəssisədə dəxi Rusiya Cümhuriyyəti öz üstünlüyünü bu surətlə təmin
etmiş deməkdir. Türkistan Cümhuriyyətlərinin də Sovetlər İttifaqına mahiyyətcə və
bilavasitə qəbul edildiklərindən sonra Millətlər Şurası üzvlərinin miqdarı 114
deputata çatmaqdadır. Millətlər Şurasının təşəkkülü əsnasında Rakovski başda
olmaq üzrə Qafqasiya və Ukrayna deputatlarından bir qismi bu sistem əleyhində
bulunmuş, digər federal cümhuriyyətlərdə olduğu kimi muxtar cümhuriyyətlərin
bərabər surətdə həqqi-təmsilə malik olduqlarını müdafiə etmişlərsə də, bu təklif
Stalinin icrarı üzərinə rədd olunmuşdur. Stalin, Almaniya ittihadında Prusiyaya