Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində. Midiya dövləti



Yüklə 265,68 Kb.
səhifə12/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   8   9   10   11   12   13   14   15   ...   96
az tarix en yeni — копия

Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində. Midiya dövləti


İranın mərkəzində meydana gəlmişdi. Mannadan cənub- şərqdə yerləşirdi. Adı mixi yazılarda Maday, Matay, Amaday şək- lində verilmişdi. Yunan mənbələri Midiya şəklində yazmışlar. Mi- diya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. E.ə. IX əsrin 2-ci yarısında Assuriya hökmdarları Midiyaya yürüşlər edərək, xırda hömdarları məğlub etdilər. E.ə. VIII əsrin 2-ci yarısında belə yürüşlər çoxalmışdı: III Tiqlatpalasar Midiyadan xərac almışdı, II Sarqon Midiya ərazisini işğal edib Mannaya tabe etdirdi.


E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradıl- mışdır. Rəvayətə görə, Deyok Ekbatan (indiki Həmədan) şəhərini saldırmış və onu Midiya dövlətinin paytaxtı elan etmişdir. E.ə. 672- ci ildə Fraorta Kaştaritinin (b.e.ə.672-653) başçılığı ilə Midiya As- suriyanın tabeçiliyindən qurtarmış və müstəqil dövlətə çevrilmişdi. E.ə. VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı yürüş etmiş, skiflərin köməyi ilə o məğlub olmuş və döyüşdə həlak ol- muşdur. E.ə. 653-625-ci illər Midiya skiflərin hakimiyyəti altına düşdü. Kiaksar (e.ə. 625-585) skif ağalığına son qoymuş, daxili qüvvələri birləşdirərək Assuriyaya qarşı müharibəyə hazırlaşmışdır. O, Midiya ordusunu yenidən təşkil etmiş, yeni Babilistan dövləti ilə ittifaqa girmiş. Babilistan hökmdarı Nabupalasar cənubdan, Kiaksar isə şərqdən Assuriyaya hücum etmişlər. E.ə. 616-612-ci illərdə onlar Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini, paytaxt Nine- viyanı tutdular və dağıtdılar. E.ə. 605-ci ildə Asuriya süquta uğradı, torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.
Kiaksar bu qələbədən sonra Egey dənizinin sahilinə çıxmaq məqsədilə Lidiya dövlətinə qarşı müharibəyə hazırlaşdı. O, ilk növ- bədə Urartunun müstəqilliyinə son qoydu, Manna Midiyanın tərkibinə qatıldı. Manna Midiyadan bir neçə yüz il əvvəl yarandı- ğından, o, Midiyanın ən çox inkişaf etmiş vilayəti idi. Kiaksarın hakimiyyəti dövründə Midiya Ön Asiyanın qüdrətli dövlətinə çev- rildi. Kiaksarın vəfatından sonra hakimiyyətə gələn oğlu Astiaqın (e.ə. 585-550) hakimiyyətinin son illərində Midiyanın daxili və xa- rici vəziyyəti mürəkkəbləşmişdi. Hökmdar ilə zadəganlar arasında ziddiyyətlər artırdı. Bir qrup əyan fars vilayətinin hakimi II Kir ilə gizli sazişə girdi. II Kirin ordusu Astiaq ilə müharibəyə başladı və 3 ildən sonra qələbə çaldı. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi (1, s. 257).

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə