Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə2/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   2   3   4   5   6   7   8   9   ...   96
az tarix en yeni — копия

Orta Paleolit 100 min il b.ə.-e. ə. 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Fransada yer adıdır. Orta Paleolit əmək alətləri ilk burada tapılmışdır) dövrü adlanır. Qədim insanlar daha geniş əraziyə yayılmışlar: Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan (Qazma), Qarabağ (Tağlar), Qa- zax (Damcılı) bölgələrində məskən salmışlar. (9, s.12). Yeni insan tipi-neandertal adamı yaranmışdır (Almaniyada yer adı). Ovçuluqla, yem toplamaqla məşğul olurdular, axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdır. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvə- lərinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir. Ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başla- mışdır.
Qəbilə icmasının əmələ gəlməsi. Üst Paleolit 40 min il bun- dan əvvəldən e. ə. 12 - ci minilliyə qədər davam etmişdir. Bu döv- rün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrində daha çox rast gəlinmişdir. Bu dövrdə Azərbaycanda ağıllı insan tipi “Homo Sapi- yens” yaranması başa çatmışdı. Əmək fəaliyyətinin artması şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuş- du. Ulu icmanı qan qohumluğuna əsaslanan qəbilə icması-nəsli qə-
bilə əvəz etmişdir. Qadının təsərrüfatda rolu daha böyük olduğu üçün qan qohumluğu ana xətti ilə götürüldüyünə görə belə quruluşa ana xaqanlığı – matriarxat deyilir (8, s.24).
Mezalit və ya Orta Daş dövrü e.ə. 12-ci minilikdən e.ə. 8-ci minilliyə qədər davam etmişdi. Ox və kaman ixtira edilmişdir. İnsanlar qida ehtiyatlarını artırmağa və heyvanları əhliləşdirməyə nail olmuşlar. Beləliklə, ibtidai maldarlığın əsası qoyulurdu. Toplanmış yabanı bitki toxumlarının bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu ibtidai əkinçiliyinin meydana gəlməsinə şərait yaradırdı. Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur (1, s. 83). Bu dövr Qobustan abidəsi əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Onlar ovçuluq, balıqçılıq və yığı- cılıqla məşğul olmuşlar. Əmək alətləri kiçik ölçülü-mikrolit, hən- dəsi formalı, gəzli, üçkünc, kəsici və s. olmuşlar. Sümükdən biz, ox ucu, balıqçılıqda istifadə olunan alətlər düzəldilirdi. Qazaxda Dam- cılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtə- lif tipli alətlər, cilalanmış, dişli lövhələr tapılmışdır. Qobustan qaya- larında bu dövr insanlarının ovsun-totem inamları, dini ayinləri, ov səhnələrini əks etdirən rəsmlər, qadın və müxtəlif heyvan rəsmləri təsvir edilmişdir. Mezolit dövründə insanlar axirət dünyasına inan- mış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə