Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə20/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

1. beş və daha çox uşaq doğmaq; 2. həmin uşaqları səkkiz 
yaşınadək  tərbiyə  etmək;  2.  azı  10  il  sığorta  stajına  malik 
olmaq.  
Qeyd  edilən  3  şərtdən  birinin  olmaması  Qanunun  8.1-ci 
maddəyə  müvafiq  olaraq  güzəştli  şərtlərlə  əmək  pensiyası 
hüququnun yaranmasını istsina edir. 
Qeyd  edək  ki,  Azərbaycan  Respublikasının  İnsan 
hüquqları  üzrə  müvəkkili  (ombudsman)  30  iyul  2010-cu  il 
tarixli  sorğu  ilə  Azərbaycan  Respublikasının  Konstitusiya 
Məhkəməsinə  müraciət  etmiş  və  Qanunun  8.1-ci  maddəsində 
nəzərdə  tutulmuş  "uşaq  doğub  onları  səkkiz  yaşınadək  tərbiyə 
etmiş"  müddəasının  bəzi  kateqoriya  qadınların  sosial  təminat 
hüququnun  qanunla  müəyyən  edilmiş  güzəştlərindən  kənarda 
qalmasını və ayrı-seçkiliyə səbəb olmasını göstərmişdir. Çünki 
"uşaq  doğub  onları  səkkiz  yaşınadək  tərbiyə  etmiş"  müddəası 
beş  və  daha  çox  uşaq  övladlığa  götürən  və  onları  səkkiz 
yaşınadək tərbiyə etmiş analar və  ya uşaqları səkkiz yaşınadək 
tərbiyə  etmiş  ögey  anaların  qeyd  olunan  güzəştlərdən  kənarda 
qalmasına səbəb olur.  
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 
Plenumu sözügedən sorğu əsasında konstitusiya işinə baxmış və 
1  dekabr  2010-cu  il  tarixdə  "Əmək  pensiyaları  haqqında" 
Azərbaycan 
Respublikası  Qanununun  8.1  və  8.3-cü 
maddələrinin  Azərbaycan  Respublikasının  Konstitusiyasına 
uyğunluğunun  yoxlanılmasına  dair‖  Qərar  qəbul  etmişdir. 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
həmin  Qərarla  "Əmək  pensiyaları  haqqında"  Qanunun  8.1-ci 
maddəsini  Azərbaycan  Respublikası  Konstitusiyasının  38-ci 


maddəsinin  I  və  III  hissələrinə  uyğun  hesab  etmişdir.  Bununla 
belə,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 
Plenumu  beş  və  daha  çox  uşağı  övladlığa  götürüb  səkkiz 
yaşınadək  böyüdən  anaların  yaşa  görə  pensiya  hüququnun 
"Əmək  pensiyaları  haqqında"  Azərbaycan  Respublikası 
Qanununun  8.1-ci  maddəsinə  Qərarda  əks  olunan  hüquqi 
mövqelər  nəzərə  alınmaqla  uyğunlaşdırılmasını  Azərbaycan 
Respublikasının Milli Məclisinə tövsiyə etmişdir.  
Beləliklə, Siz "Əmək pensiyaları haqqında" Qanunun 8.1-
ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququna 
malik deyilsiniz. 
 
Sual  20.  Universiteti  bitirdikdən  sonra  1980-1987-ci 
illərdə  Qazaxıstanda  işləmişəm.  Pensiyaya  çıxacağım  halda, 
bu müddət əmək stajıma daxil ediləcəkmi? 
Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  23.2-ci  maddəsinə  görə  1992-ci  il 
yanvarın  1-dək  keçmiş  SSRİ-nin  ərazisində  qazanılmış  əmək 
stajı ümumi qaydada sığorta stajına daxil edilir. 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ə
MƏK-
H
ÜQUQ
 
M
ÜNASİBƏTLƏRİ 
Ü
ZRƏ 
S
UALLAR
 


 
 
Sual 1. İşəgötürən həqiqi hərbi xidmətə çağırılmış işçi ilə 
olan əmək müqaviləsini ləğv edə bilərmi? 
Cavab:  Bu  halda  əmək  müqaviləsinin  işəgötürən 
tərəfindən  ləğv  edilməsindən  deyil,  tərəflərin  iradəsindən  asılı 
olmayan  hallarda  əmək  müqaviləsinə  xitam  verilməsindən 
söhbət gedir.  
Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-
cü maddəsinin 1-ci hissəsinin ―a‖ bəndinə görə işçi hərbi və ya 
alternativ  xidmətə  çağırıldıqda  onunla  bağlanmış  əmək 
müqaviləsinə xitam verilir.  
İşçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 
74-cü  maddəsinin  birinci  hissəsinin  ―a‖  bəndi  ilə  xitam 
verildikdə  işəgötürən  işçiyə  orta  aylıq  əmək  haqqının  azı  iki 
misli  miqdarında  müavinət  ödəyir  (Əmək  Məcəlləsinin  77-ci 
maddəsinin 7-ci hissəsi).   
      
Sual  2.  İşəgötürən  hansı  hallarda  işçini  iş  vaxtından 
artıq işlərə cəlb edə bilər? 
Cavab:  İş  vaxtından  artıq  iş  –  işəgötürənin  əmri 
(sərəncamı,  qərarı)  və  işçinin  razılığı  ilə  əmək  funksiyasını 
müəyyən  olunmuş  iş  günü  vaxtından  artıq  müddət  ərzində 
yerinə  yetirməsi  sayılır  (Azərbaycan  Respublikası  Əmək 
Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndi). 


İşəgötürən  işçini  iş  vaxtından  artıq  işlərə  cəlb  etdikdə 
Əmək Məcəlləsinin bir sıra tələblərini nəzərə almalıdır. 
- xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin, habelə 
hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların iş 
vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmir. 
-  3  yaşından  14  yaşınadək  uşağı  olan,  həmçinin  16 
yaşınadək  əlil  uşağı  olan  qadınların  iş  vaxtından  artıq  olan 
işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir. 
- əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü 
(növbəsi)  ərzində  iş  vaxtından  artıq  işlərin  müddəti  2  saatdan 
çox  ola  bilməz  (Əmək  Məcəlləsinin  99-cu  maddəsinin  4-cü 
hissəsi). 
-  hər  bir  işçi  dalbadal  gələn  iki  iş  günü  ərzində  dörd 
saatdan,  əmək  şəraiti  ağır  və  zərərli  olan  iş  yerlərində  isə  iki 
saatdan  çox  iş  vaxtından  artıq  işlərə  cəlb  edilə  bilməz  (Əmək 
Məcəlləsinin 100-cü maddəsi). 
- iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün 
əmək haqqının ödənilməsi qaydasını müəyyənləşdirir: 
1)  əməyin  vaxtamuzd  ödənilmə  sistemində  saatlıq  tarif 
(vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; 
2)  əməyin  işəmuzd  ödənilmə  sistemində  işəmuzd  əmək 
haqqı  tam  ödənilməklə  müvafiq  dərəcəli  (ixtisaslı)  vaxtamuzd 
işçinin  saatlıq  tarif  (vəzifə)  maaşından  aşağı  olmamaqla  əlavə 
haqq məbləğində. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə