Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə23/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

Digər  tərəfdən,  işçinin  məzuniyyət  bitmədən  geri 
qayıtması  işəgötürənin  mülahizəsi  əsasında  həyata  keçirilir. 
Başqa  sözlə,  işçi  məzuniyyət  müddəti  bitmədən  işə  çıxmaq 
istəsə  belə,  işəgötürənin  razılığı  olmadan  bu  istəyini  həyata 
keçirə bilməz. 
Bununla  yanaşı,  qüvvədə  olan  qanunvericiliyə  görə 
hamiləliyə  və  doğuşa  görə  verilən  məzuniyyətdən  vaxtından 
əvvəl geri qayıtma prosedurunu tənzimləyən hər hansı konkret 
qayda yoxdur. 
Bütün  bu  şərtlərdən  çıxış  edərək  və  mövcud  təcrübəni 
nəzərə alaraq deyə bilərik ki,  Sizin hamiləliyə və doğuşa görə 
verilən 
məzuniyyət 
müddəti 
bitdikdən 
sonra 
əmək 
fəaliyyətinizə başlamanız daha məqsədəuyğundur. 
Sual 8. Mənimlə müddətli əmək müqaviləsi bağlanmışdı. 
Həmin  əmək  müqaviləsinin  müddətinin  bitməsindən  10 
gündən  artıq  vaxt  keçmişdir.  Lakin  mən  əmək  fəaliyyətimi 
davam  etdirirəm,  işlədiyim  müəssisə  isə  əmək  müqaviləsinə 
xitam verilməsi ilə bağlı mənə hər hansı xəbərdarlıq etməmiş, 
əmək  münasibətlərinə  xitam  verilməsini  bildirməmişdir. 
Bilmək  istərdim,  bu  hal  qanunvericiliyin  tələblərinə 
uyğundurmu? 
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-
cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin 
müddəti  qurtardıqda  ona  xitam  verilir.  Müddətli  əmək 
müqaviləsində 
göstərilən 
müddət 
qurtardıqda 
əmək 
münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir 
həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini 


tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş 
müddətə uzadılmış hesab olunur. 
Göründüyü  kimi,  Sizinlə  bağlanmış  müddətli  əmək 
müqaviləsinin müddəti qurtarsa da, əmək münasibətləri davam 
etdirildiyindən  və  nə  Siz,  nə  də  işəgötürən    müddət  bitdikdən 
sonrakı  1  həftə  ərzində  əmək  müqaviləsinə  xitam  verilməsini 
tələb etmədiyindən, Sizinlə bağlanmış əmək müqaviləsi əvvəlcə 
hansı müddətə bağlanmışdısa, həmin müddətə uzadılmış hesab 
olunur. 
Sual  9.  Ərim  bir  ildən  artıq  idi  ki,  firmada  mühafizəçi 
işləyirdi. Keçirdiyi nəqliyyat qəzası nəticəsində vəfat etmişdir. 
Bildiyimə  görə  ərimin  işlədiyi  firma  mənə  müavinət 
ödəməlidir. Bu hansı qanunla nizamlanır? 
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-
ci  maddəsinin  7-ci  hissəsinə  görə  işçinin  vəfatı  ilə  əlaqədar 
əmək  müqaviləsinə  xitam  verildikdə  vəfat  edənin  vərəsələrinə 
orta  aylıq  əmək  haqqının  azı  üç  misli  miqdarında  müavinət 
ödənilir.  
Göründüyü  kimi,  Sizin  mərhum  ərinizin  vərəsəsi  kimi 
ərinizin orta aylıq əmək haqqının üç misli miqdarında müavinət 
almaq hüququnuz vardır. 
Sual 10. Artıq iki ildir ki, əmək məzuniyyətinə çıxmağım 
mümkün  olmur.  Eşitdiyimə  görə,  bununla  bağlı  mənə  pul 
əvəzi ödənilməlidir. Bu, doğrudurmu? 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
135-ci  maddəsinin  birinci  hissəsinə  görə  bu  Məcəlləyə  uyğun 


olaraq  işəgötürən  tərəfindən  işçiyə  əmək  məzuniyyətinin 
verilməməsi qadağandır. Həmin maddənin ikinci hissəsinə görə 
işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən 
istifadə  etmədikdə,  ona  həmin  iş  ili  (iş  illəri)  üçün  istifadə 
edilməmiş  əmək  məzuniyyətinə  görə  müəyyən  olunmuş 
qaydada və məbləğdə kompensasiya ödənilir. 
Göründüyü  kimi,  işəgötürən  öz  təşəbbüsü  ilə  işçinin 
müvafiq  iş  ili  üçün  əmək  məzuniyyəti  hüququnu  həyata 
keçirməsinə hər hansı səbəbdən mane ola bilməz. Yəni əgər Siz 
işəgötürənin  təqsiri  üzündən  qeyd  etdiyiniz  2  iş  ili  üçün  əmək 
məzuniyyətdən  istifadə  edə  bilməmisinizsə,  bu  hal  Sizin  əmək 
hüququnuzun  və  qüvvədə  olan  əmək  qanunvericiliyinin 
pozulmasını  təsdiq  edir.  İki  iş  ili  üçün  əmək  məzuniyyətindən 
istifadə  edə  bilmədiyinizdən,  işəgötürən  tərəfindən  Sizə  həmin 
iş  illəri  üçün  istifadə  edilməmiş  əmək  məzuniyyətinə  görə 
müəyyən  olunmuş  qaydada  və  məbləğdə  kompensasiya 
ödənilməlidir.  
Qeyd  edək  ki,  istifadə  edilməmiş  məzuniyyətə  görə  pul 
əvəzinin hesablanması qaydası Azərbaycan Respublikası Əmək 
Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir.  
Sual  11.  İşlədiyim  müəssisə  ləğv  edilmiş  və  bununla 
əlaqədar işdən azad edilmişəm. Lakin mənimlə birlikdə orada 
yaxın  rəfiqəm  də  işləyirdi  və  hamilə  idi.  Bildiyimə  görə, 
hamilə  qadınların  işdən  azad  edilməsi  qadağandır.  Bu 
baxımdan,  rəfiqəmin  işdən  azad  olunması  qanuni 
olmuşdurmu? 


Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-
cu  maddəsinin  birinci  hissəsinə  görə  işəgötürən  tərəfindən 
hamilə  qadınların  bu  Məcəllənin  70-ci  maddəsi  ilə  müəyyən 
edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 
Həmin  maddənin  ikinci  hissəsinə  görə  bu  maddənin  birinci 
hissəsində  nəzərdə  tutulmuş  müddəalar  bu  Məcəllənin  70-ci 
maddəsinin  «a»  bəndi  və  73-cü  maddəsi  ilə  xitam  verilən 
hallara şamil edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin ―a‖ 
bəndi  ―müəssisənin  ləğv  edilməsi‖ni  işəgötürən  tərəfindən 
əmək  müqaviləsinin  ləğv  edilmə  əsaslarından  biri  kimi 
müəyyənləşdirir. 
Göründüyü  kimi,  Əmək  Məcəlləsinin  79-cu  maddəsinin 
ikinci  hissəsi  həmin  maddənin  birinci  hissəsində  nəzərdə 
tutulmuş  qadağadan  istisna  halları  müəyyənləşdirir.  Həmin 
istisna  hallardan  biri  də  əmək  müqaviləsinin  işəgötürən 
tərəfindən müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməsidir. 
Bu baxımdan, rəfiqənizin işdən azad olunması qanunvericiliyin 
tələbinə uyğun olmuşdur. 
Bundan  başqa,  Əmək  Məcəlləsinin  77-ci  maddəsinin 
üçüncü hissəsində müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək 
müqaviləsinə  xitam  verilmiş  işçinin  təminatları  nəzərdə 
tutulmuşdur.  Həmin  maddəyə  görə  bu  halda  işçiyə  orta  əmək 
haqqından  az  olmamaqla  işdənçıxarma  müavinəti  və  işdən 
çıxarıldığı  gündən  yeni  işə  düzələn  günədək  ikinci  və  üçüncü 
aylar üçün orta əmək haqqı ödənilir. 
 
Sual 12. Gecə vaxtı işləri dedikdə nə nəzərdə tutulur? 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə