mart 1975-ci il Vyana Konvensiyasının. BMT-nin immuniteti və üstünlükləri haqqında 13
fevral 1945-cİ il London Konvensiyasının müddəalarında nəzərdə tutulub.
2.
Xüsusi missiyalar haqqında 08 dekabr 1969-cu il Nyu-York Konvensiyasına uyğun
olaraq həmin şəxslər aşağıdakı hallarda məhkəmə toxunulmazlığı hüququndan istifadə edə
bilməzlər:
1)
qəbul edən dövlətin ərazisində yerləşən şəxsi daşınmaz əmlaka aid olan əşya iddiaları
verildikdə;
2)
missiya üzvü vəsiyyətnamənin icraçısı, varisin və ya tapşırıq alanın miras əmlakı
üzərində himayəçi qismində göndərən dövlətin admdan deyil, ayrıca şəxs kimi çıxış etdikdə
həmin vərəsəlik barədə iddia verildikdə;
3)
missiya üzvünün rəsmi funksiyaları üçün istifadə edilməyən nəqliyyat vasitəsi ilə
əlaqədar törədilən bədbəxt hadisələr nəticəsində vurulan ziyanın ödənilməsi barədə iddia
verildikdə;
4)
göndərilən dövlətdə missiya üzvünün rəsmi flınksiyalarmdan kənar həyata keçirdiyi
hər hansı peşə və ya kommersiya fəaliyyətinə iddia verildikdə.
Maddə 456. Mə/ıkəmə tap^ınqları
456. L Azərbaycan Respublikastntn mə/ikomələri Azərbaycan Respublikasının
qanunları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə
müəyyən edil- miş qaydada xarici məhkəmələrin ayrı-ayrı prosessual hərəkətlərin yerinə
yetirilməsi barədə tapşırıqlarını icra edirlər (bildirişlərin və
başqa sənədlərin verilməsi,
tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerində müayinə
aparılması və s.).
456.2.
Aşağıdakı hallarda tapşırıqlar icra edilməməlidir:
456.2.1.
əgər tapşırığın yerinə yetirilməsi Azərbaycan Re.spublikasıntn suverenliyinə
və onun qanunvericiliyinin ümumi prinsiplərinə ziddirsə;
456.2.2.
əgər tapşırığın yerinə yetirilməsi məhkəmənin səlahiyyətinə aid deyildirsə.
456.3.
Xarici məhkəmələrin ayrı-ayrı prosessual tapşırıqlarının yerinə yetirilməsi,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən
edilməyibsə, bu Məcəllədə müəyyən edilmiş qaydalarla icra edilir.
456.4.
Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin məhkəmələrinə
ayrı- ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqla müraciət edə bilər.
456.5.
Əgər, lazım olan hərəkətləri Azərbaycan Respublikasının diplomatik və ya
konsul nümayəndələri edə bilərlərsə, bu barədə onlara müraciət edilə bilər.
456.6.
Azərbaycan Respublikası məhkəmələri ilə xarici məhkəmələr arasındakı
münasibətlər Azərbay’can Respublikasının qanunları və
Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri ilə müəyyən edilir.
1. Xaricilərin iştirak etdiyi məhkəmə işləri üzrə bəzən Azərbaycan Respublikasının
ərazisindən kənarda və ya xarici ölkədə baxılan məhkəmə işi üzrə Ölkə ərazisində müəyyən
prosessual hərəkətlərin edilməsi zərurəti meydana çıxa bilər (əsələn, bildirişlərin və başqa
sənədlərin verilməsi, tərəflərdən izahatlar, şahidlərdən ifadələr alınması, ekspertlərdən rəy
aimması, yerində müayinə aparılması və s.)
Göstərilən prosessual hərəkətlər ölkə ərazisində kənarda yerinə yetirilməli olduğundan
xarici ölkə məhkəmələrinə və ya əksinə, məhkəmə tapşınqları göndərilməsi
523
məsələsi həll edilməlidir.
456.2.1-
ci maddədə məhkəmə tapşırıqlarının göndərilməsinin hüquqi əsası kimi
Azərbaycan Respublikasının qanunları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr
nəzərdə tutulub. Lakin beynəlxalq təcrübədə bir-biri İlə müqavilə münasibətlərində olmayan
dövlətlərarası məhkəmə tapşırıqlarının yerinə yetirilməsi faktları məlumdur və bu hərəkətlər
beynəlxalq nəzakət (comİtas gentium) qaydalarına uyğun sayılır.
2.
Azərbaycan Respublikasının məhkəmələri ilə xarici ölkə məhkəmələrinin əlaqələri,
bir qayda olaraq, diplomatik yolla həyata keçirilir. Azərbaycan Respublikasının
məhkəmələrinin tapşırıqları xarici ölkə məhkəmələrinə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi vasitəsilə göndərilir. Azərbaycan Respublikasmın bağladığı beynəbtalq
müqavilədən başqa hal irəli gəlmirsə, xarici ölkə məhkəmələrinin də tap- şınqlan Azərbaycan
Respublikası İşlər Nazirliyi vasitəsilə icra edilir.
Azərbaycan Respubİikasının da tərəfdar çıxdığı 1993-cü İl Mİnsk Konvensiyasının
müddəalarına (5-ci maddə) uyğun olaraq MDB dövlətləri arasmda məhkəmə tapşırıqları adi
diplomatik qaydadan fərqli olaraq birbaşa mərkəzi ədliyyə orqanları vasitəsilə həyata keçirilir.
Bu hal Azərbaycan Respublikasının İkitərəfli hüquq yardımı göstərilməsi haqqında müqavilə
bağladığı ölkələrə də şamil olunur. Azərbaycan Respublikası Rusiya Federasiyası, Türkiyə,
İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Litva dövlətləri ilə
ikitərəfli hüquq yardımı göstərilməsi haqqında müqavilə bağlayıb.
3.
Xarici ölkə məhkəmələrinin tapşırıqları MPM-in 456.2-ci maddədə göstərildiyi kimi
aşağıdakı hallarda icra edilməməlidir:
1)
tapşırığın
icrası
Azərbaycan
Respublikasmm
suverenliyinə
və
onun
qanunvericiliyinin ümumi prinsiplərinə ziddirsə.
Bu, təcrübədə ən az rast gəlinən hallardan biridir. Məsələn, Azərbaycan Respublikasının
immunitet hüququnun pozulması ilə onun cavabdeh kimi cəlb olunduğu məhkəmə işləri üzrə
məhkəmə tapşınğmın icrası dövlət, iqtisadi, hərbi sirrin açılmasına səbəb ola bilərsə və s.
2)
tapşırığın yerinə yetirilməsi məhkəmənin səlahiyyətinə aid deyildirsə.
4.
Xarici məhkəmələrin tapşırıqları Azərbaycan Respublikasının ərazisində beynəlxalq
müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda, MPM-də müəyyən edilən qaydada icra edilir.
Məsələn, şahidin ifadəsinin aimması haqqında tapşu’iq şahidin olduğu yerin rayon məhkəməsi
tərəfindən yerinə yetirilir; yerində müayinə aparılması haqqmda tapşırıq müayinə obyektinin
olduğu yerin məhkəməsi tərəfindən icra edilir və s. xarici ölkələrin məhkəmə tapşırıqları
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan dilində tərtib
edilməli və ya mövcud qaydada Azərbaycan dilinə tərcümə edilməlidir.
Xarici ölkənin məhkəmə tapşuriğınm icrası haqqında sənəd də Azərbaycan dilində və
tapşırığı verən ölkənin dilində tərtib olumnalıdır. Məhkəmə tapşırıqlarmın yerinə yetirilməsi
pulsuzdur.
5.
Azərbaycan Respublikasmm məhkəmələri xarici ölkələrin məhkəmələrinə ayrı-ayrı
prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında tapşırığın
verilib-veril-
524