Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə253/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   249   250   251   252   253   254   255   256   ...   267

bağladığı  hüquq  yardımı  haqqında  ikitərəfli  beynəlxalq  müqavilələrin  şərtlərinə  əsasən 

qətnamə aşağıdakı tələblərə cavab verməlidir: 

1)

 

qətnamə çıxarılan Ölkənin qanunlarına müvafiq qanuni qüvvəyə minməlidir



2)

 

işə  baxılması  zamanı  tərəflərin  prosessual  hüquqlarına  tam  əməl  olunmalıdır:  əgər 



müəyyən edilsə ki, cavabdehin (və ya nümayəndəsinin) prosesdə iştirakı təmin edilməyib və 

ya prosesin keçirilməsi yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməyib, o halda xaricİ 

məhkəmə qətnaməsinin tanınmasmdan imtina edilə bilər

3)

 



xarici  məhkəmə  qəmaməsinin  tanınması  və  icrası  Azərbaycan  Respublikasının 

suverenliyinə və onun qanunvericiliyinin ümumi prinsiplərinə zidd olmamalıdır. 

3.

 

Şərh  olunan  maddəyə  müvafiq  olaraq  xarici  ölkə  məhkəmələrinin  qətnamələrinin 



qüvvəyə mindiyi andan 3 il müddətində məcburi icraya yönəldilə bilər. Buraya qətnamənin 

qanuni qüvvəyə mindiyi an qətnaməni çıxaran məhkəmənin mənsub olduğu ölkənin qanunları 

ilə müəyyən olunur. 

Maddo 459. Xarici məhkəmələrin icrası tələb olunmayan qətnamələrinin tanınması 

459.0.

 

Xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı 

qətnamələri Azərbaycan Respublikasında tanınır: 

459.0.

 

1.  məhkəmənin  qətnamə  çıxardığı  dövlətin  vətəndaşlarının  şəxsi  statusuna 

toxunan qətnamələr; 

459.0.2. nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan 

Respublikasının  hüdudlarından  kənarda  yaşadığı  hallarda  Azərbaycan  Respublikasının 

vətəndaşları ilə birlikdə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi 

barədə qətnamələr; 

459.0.

 

3.  nikah  ləğv  edildiyi  və  ya  etibarsız  hesab  edildiyi  vaxt  ər-arvadın  hər  ikisi 

Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşadıqları  hallarda  Azərbaycan 

Respublikasının  vətəndaşları  arasında  nikahın  ləğv  edilməsi  və  etibarsız  hesab  edilməsi 

barədə qətnamələr. 

1.

 



Özünün məzmununa görə, icra edilməsi tələb olunmayan (və ya icra edilməyən) xarici 

ölkə məhkəmələrinin qətnamələri (məsələn, şəxsin fəaliyyət qabiliyyət- siz hesab olunması; 

hüquqi əhəmiyyəti olan faktlarm müəyyən edilməsi; MPM-in 459.0.2-459.3-cü maddələrində 

göstərilən  şərtlər  daxilində  nikahın  ləğv  edilməsi  və  ya  etibarsız  sayılması)  Azərbaycan 

Respublikasmm  ərazisində  sadəcə  olaraq  tanınır,  lakin  məcburi  icraya  yönəldilmir. 

Göründüyü  kimi,  qanunvericilik  icrası  tələb  olunmayan  xarici  ölkə  məhkəmələrinin 

qətnamələrinin siyahısım dəqiq olaraq müəyyən edib. 

2.

 



Şərh  edilən  maddədə  nəzərdə  tutulan  hər  üç  halda  maraqlı  şəxsin  xarici  məhkəmə 

qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınmasını tələb etməkdə məqsədi onu 

məcburi  icra  etdirmək  deyİI,  qətnamədə  göstərilən  faktı  Azərbaycan  Respublikasmm 

məhkəmələrinin  tanımasıdır.  Xarici  ölkə  məhkəməsinin  qətnaməsinin  Azərbaycan 

Respublikasmm  ərazisində  tanınması  sonradan  həmin  şəxsə  bir  sıra  maddi  və  prosessual 

hüquqları həyata keçirməyə imkan verir (məsələn, yenİ nikah münasibətlərinə daxil olması, 

şəxsin üzərində qəyyum və ya himayəçinin təyin olunması və s.). 

527 



Madda 460. Başqa dövlətlarə çatdırılma 

460.1.

 

Başqa  dövlətlarə  korrespondensiyanın  çatdırılması  hüquqi  yardım 

göstərilməsi harodo Azərbaycan Respublika.stnın tərəfdar  çıxdtğı beynəlxalq miiqavitolərə 

ə.sasən həyata keçirilir. 

460.2.

 

Çatdırılma hüquqi yardım göstərilməsini xahiş etmiş orqan tərəfindən lə.sdiq 

olunur. 

460.3.

 

əgər korresponden.siyaların çatdırılması hüquqi yardım göstərilməsi barədə 

müqavilə  olmayan  başqa  dövlətdə  həyata  keçirilməlidirsə,  məlumat  onun  çatdırtlmastnı 

təsdiq edən bildirişin verilməsi şərti ilə, sifarişli məktubla göndərilir. Bu halda çatdırılmanın 

təsdiqi  üçün  məktubu  çatdırmış  poçt  bölməsinin  beynəlxalq  hüquqa  müvafiq  olan  təsdiq 

barədə arayışını təqdim etmək kifayətdir. 

1.

 

Başqa dövlətləra məhkəmə tapşırıqlarının çatdırılması qaydası əsasən hüquq yardımı 

göstərilməsi haqqında müqavilələrdə nəzərdə tutulur. 

MPM-in  456-cı  maddənin  şərhində  göstərildiyi  kimi  məhkəmə  tapşırıqlarının 

çatdırılmasının iki qaydası: diplomatik və ədliyyə orqanlan vasitəsilə mövcuddur. 

Bir  çox  ölkələr  korre.spondensiyamn  çatdırılmasının  mürəkkəb  yolu  olan  diplomatik 

kanaldan imtina etməklə, onun daha asan yol olan ədliyyə orqanları vasitəsilə göndərilməsinə 

üstünlük verirlər. 



2.

 

Xarici ölkə məhkəməsinin tapşırığını yerinə yetirən məhkəmə həmin sənədləri xarici 

ölkəyə göndərmək üçün aşağıdakıları etməyə borcludur. 

1)

 



korrespondensiyanın göndərilməsinin rəsmi qaydasına (Azərbaycan Respublikasının 

Ədliyyə  Nazirliyi  vasitəsilə)  riayət  edən  məhkəmə  həmçinin  xaricdə  olan  maraqlı  şəxslərə 

məhkəmə  sənədlərini  poçt  vasitəsilə  göndərə  və  ya  həmin  ölkənin  Azərbaycan 

Respublİkasmda olan nümayəndəsinə (səfirliyə və ya konsulluğa) verə bilər; 

2)

 

qarşılıqlı nəzakət prinsipinə uyğun olaraq məhkəmə tapşırığının yerinə yetirilməsi ilə 



bağlı  sənədləri  birbaşa  poçt  vasitəsilə  həmin  tapşırığı  yerinə  yetirməli  olan  məhkəməyə 

göndərə bilər (bu qayda həmin məhkəmələrin məxsus olduğu dövlətlərin arasında qarşılıqlı 

hüquq yardımı göstərilməsi haqqında müqavilə olduqda mümkündür). 

Beynəlxalq  Nəzakət  prinsipi  əsasında  qarşılıqlı  hüquq  yardımı  göstərilməsi  qaydası 

tərəflərin məxsus olduğu dövlətlər arasmda hüquq yardımı göstərilməsi haqqm- da müqavilə 

olmadıqda daha əhəmiyyətlidir. 

Göstərilənlərdən  əlavə  məhkəmə  tapşırıqlarının  yerinə  yetirilməsini  daha  da 

tezləşdirmək  üçün  məhkəmə  tərəflərin  özlərinə  həmin  sənədləri  müvafiq  qaydada  tərcümə 

etdirib xaricdəki ünvana çatdırmaqla xahiş edə bilər. 

Qeyd  edilməlidir  ki,  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  vasitəsilə  kor- 

respondensiyanm  alınması  və  ya  çatdırılması  hallarında  sənədlərin  xarici  dilə  tərcümə 

edilməsi vəzifəsi həmin Nazirliyin üzərinə düşür. 



Maddə 461. Nümayəndə təyin etmə hüququ 

461.1.

 

Tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu 

yeri, yaxud of si vardtr.Ka, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə 

bilər. 

528 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə