Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə255/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   251   252   253   254   255   256   257   258   ...   267

4.

 

İqtisadi,  ticarət,  kommersiya  sahəsində  çalışan  bir  çox  iş  adamlan  öz  peşə 



fəaliyyətləri  zamanı  yaranan  mübahisələrə  bir  qayda  olaraq  qeyri-dövlət  məhkəmə 

orqanlarında baxılmasını arzu edirlər və bağladıqları müqavilələrdə yaranacaq mübahisələrə 

arbitraj məhkəmələrində (münsif məhkəmələrində) baxılması haqqında razılığa gəlirlər. 

Hazırda müasir dünyada iki növ arbitraj məhkəmələri fəaliyyət göstərir: 

1)

 

konkret iş üzrə yaranan arbitraj məhkəməsi (ad hac); 



2)

 

daimi fəaliyyət göstərən arbitraj məhkəmələri (arbitraj institutu). 



Konkret iş üzrə arbitraj məhkəməsini tərəflər qarşılıqlı razılıq əsasında yaradırlar və 

arbitrləri tərəflər özləri müəyyən edirlər. 

Daimi fəaliyyət göstərən arbitraj məhkəmələri dünyanın müxtəlif ölkələrində yaradılıb 

və  onlara  müraciət  edən  tərəflərin  sayı  getdikcə  artır.  Daimi  fəaliyyət  göstərən  arbitraj 

məhkəmələrinə aşağıdakı məhkəmələr aid edilə bilər: 

1)

 



Avropada: London beynəlxalq arbitraj məhkəməsi, Paris Beynəlxalq Ticarət Palatası 

yanında  Arbitraj  Məhkəməsi,  Stokholm.  Cenevrə,  Haaqa,  Vyana.  Sürix  arbitraj 

məhkəmələri; 

2)

 



Rusiyada Dəniz Arbitraj Məhkəməsi, Xarici Ticarət Arbitraj Məhkəməsi; 

3)

 



ABŞ-da  Amerika  Arbitraj  Assosiasiyası  (Nyu-York),  İnvestisiya  Mübahisələrinin 

həlli üzrə Beynəlxalq Mərkəz (Vaşinqton); 

4)

 

Yaxın Şərqdə Abu-Dəbi Kommersiya Razılaşması və Arbitraj Mərkəzi, Beynəlxalq 



Kommersiya  Arbitrajmın  Qahirə  Bölgə  Mərkəzi,  Dubay  Sənaye-ticarət  Palatası, 

Avropa-ərəb Kommersiya Mərkəzi, Bəhreyn Kommersiya Arbitraj Mərkəzi

5)

 

Uzaq Şərqdə Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası, Honq- Konq 



Arbitraj Mərkəzi, Kuala-Lumpur Mərkəzi, Sinqapur Beynəlxalq Arbitraj Mərkəzi. 

İstər ad hoc qaydasında, istərsə də arbitraj institutlan tərəfindən çıxarılan qətnamələr 

10  iyun  1958-cİ  il  tarixli  Xarici  arbitraj  qətnamələrinin  tanınması  və  icrası  haqqında 

Nyu-York Konvensiyasına müvafiq olaraq Azərbaycan Respublikasınm ərazisində tanma və 

icraya yönəldilə bilər. 

5.

 



Şərh  olunan  maddədə  həmçinin  xarici  dövlətlərin  digər  aktlan  da  Azərbaycan 

Respublikası ərazisində tanınmalı və icra edilməli sənədlər sırasındadır, lakin qanunverici 



digər aktlar anlayışı altında hansı sənədlərin nəzərdə tutulmasım açıqlamayıb. 

Belə  hesab  edirik  ki,  xarici  dövlətlərin  digər  aktlan  Azərbaycan  Respublikası-  nm 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  və  ya  onun  digər  dövlətlərlə  bağladığı  hüquq 

yardımı  göstərilməsi  haqqında  ikitərəfli  müqavilələrdə  nəzərdə  tutula  bilər.  Məsələn, 

Azərbaycan  Respublikasınm  da  qoşulduğu  1993-cü  il  tarixli  Minsk  Konvensiyasının 

51-55-ci  maddələrinə  uyğun  olaraq  tanınmalı  və  icra  edilməli  sənədlər  sırasına  həmçinin 

digər dövlətin mülki və ailə işləri üzrə ədliyyə orqanlarının qərarı, mülki və ailə işləri üzrə 

məhkəmənin  təsdiq  etdiyi  barışıq  sazişləri,  pul  öhdəlikləri  üzrə  notariat  aktları  da  aid 

edilmişdir. 

Maddə  464.  Xarici  dövlətlərin  məhkəmə  və  arbitraj  qətnamələrinin  tanınması  və 

icrası barədə ərizələrə baxan məhkəmə 

Xarici  dövlət  məhkəmələri  və  arbitrajlarının  qətnamələrinin  məcburi  qaydada  icra 

ohınma

.%1

 və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 

532 



Şərh  olunan  maddəyə  uyğun  olaraq  463-cii  maddənin  şərhində  sadalanan  xarici  ölkə 

məhkəmələrinin  qətnamələrinin  məcburi  qaydada  icra  olunması  və  tanınması  haqqında 

ərizələrə təyinatmdan asılı olaraq Azərbaycan Respublikasmın Ali Məhkəməsinin Mülki işlər 

üzrə məhkəmə kollegiyası və ya İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası 

baxır və həll edir. 

Madda  465.  Xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarının  qətnamələrinin 

məcburi qaydada icra etməkdən və tanınmaqdan imtina edilməsi 

465.1.

 

Aşağıdakı  hallarda  məhkəmənin  qətnaməsini  məcburi  qaydada  icra  elməkdən 

imtina edilməsinə yol verilir: 

465.1.1.

 

işə  baxılması  Azərbaycan Respublikası  məhkəməsinin  müstəsna  səlahiyyətinə 

aiddirsə; 

465.1.2.

 

işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada 

ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa

465.1.3.

 

eyni  tərəjlər  arasında,  eyni  predmetə  dair  və  eyni  əsaslar  üzrə  Azərbaycan 

Respublikası  məhkəmələrinin  qanuni  qıməyə  minmiş  qətnaməsi  varsa  və  ya  digər  dövlətin 

məhkəməsində  iş  qaldırılmadan  əvvəl  Azərbaycan  Respublikası  məhkəmələrinin  icraatında 

eyni şəxslər arasında, eynipredmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 

465.1.4.

 

qətnamə,  ərazisində  həmin  qətnamə  çıxarılan  dövlətin  qanunvericiliyi  üzrə 

qanuni qüvvəyə minməmişsə; 

465.1.5.

 

qətnamənin  icrası  Azərbaycan  Respublikasının  qanunvericiliyinin  əsas 

prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə

465.1.6.

 

xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 

465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəjlər arasında, 

eyni predmet barəsində və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə 

qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə 

icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır. 

1.

 



Şərh  edilən  maddədə  xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlannm 

qətnamələrinin  məcburi  qaydada  icra  edilməsindən  və  tanmmasmdan  imtina  edilməsinin 

dəqiq siyahısı müəyyən olunmuşdur. Bu siyahıda göstərilən imtina ilə bağlı əsaslar ayrı-ayn 

maddələrin şərhində geniş izah edilmişdir. 

2.

 

Bu  maddənin  ikinci  hissəsinə  müvafiq  olaraq  Azərbaycan  Respublikası 



məhkəməsinin icraatında eyni tərəflər arasmda, eyni predmet barədə və eyni əsaslar üzrə olan 

mübahisə  barədə  iş  başlandığı  halda,  xarici  məhkəmənin  həmin  iş  barədə  çıxardığı 

qətnamənin  məcburi  icra  edilməsi  və  tanınması  barədə  ərizə  daxil  olduqda  Azərbaycan 

Respublikası məhkəməsi: 

1)

 

xarici  məhkəmə  qətnaməsinin  məcburi  icrası  və  tanınması  barədə  qərar  qəbul 



edildikdə icraatında olan həmin iş üzrə icraatın xitam edilməsi haqqında qərardad çı- xanr; 

2)

 



xarici  məhkəmə  qətnaməsinin  məcburi  icrası  və  tanınması  barədə  ərizə  rədd 

edildikdə, icraatında olan həmin işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 

Bu barədə işə mahiyyət üzrə baxan Azərbaycan Respublikası məhkəməsinin həmin iş 

barədə  çıxardığı  qətnamə  bu  Məcəlləyə  və  Azərbaycan  Respublikasınm  qanunvericiliyinə 

uyğun olaraq ümumi qaydada icra edilir. 

533 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə