Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   2   3   4   5   6   7   8   9   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
7
Orada kimsə inəyi çağırdı. Orada kimsə ağacı kəsdi. Orada kimsə qışqır-
dı. Bu meşə sahibəsində gecələyən hər kəs üçün belə görünür. 
Əgər özün ona hücum etməsən, meşə sahibəsi sənə ziyan verməz. Sən şi-
rin meyvələri yeyərsən və istədiyin kimi istirahət etmək üçün uzanarsan.     
Mən  ədviyyə  ətirli  iy  gələn,  əkməyən,  lakin  kifayət  qədər  qidaya  malik 
olan, vəhşi heyvanların anası, meşənin sahibəsini tərifləyirəm”.  
Burada  nağıl  elementlərindən  meşədə  daxmacıq,  soruşub  öyrənməklə 
bağlı olan tənə (nağılda o yönəldilmiş formada verilmişdir), qonaqpərvər gecələ-
mə (yedizdirdi, içirtdi, yatmağa yatırtdı), meşə sahibəsinin mümkün düşmənçili-
yinə göstəriş, onun vəhşi heyvanların (nağılda o heyvanları səsləyir) anası olma-
sına göstəriş var; komanın toyuq ayaqları, sahibənin xarici simasının tamamı və 
s.  yoxdur.  Bir  xırda  detalın  uyğunluğu  heyranedicidir:  kim  meşə  komasında 
gecələyir, ona elə gəlir ki, sanki ağacı kəsirlər. Afanasyevdə (Af. 99) qızını ko-
mada  qoyan  ata,  kötüyü  pəncərəyə  bağlayır.  Kötük  taqqıldayır,  qız  isə  deyir: 
“Ata, bu ağacı sən kəsirsənmi?”.  
Təsadüfi  deyil  ki,  bütün  bu  üst-üstə  düşmələr  az  deyildir.  Bu,  nağılın 
Riqveda ilə son dərəcə çox və dəqiq uyğunluqlarından yalnız bəziləridir. 
Əlbəttə, verilən müqayisəyə bizim küpəgirən qarımızın Riqvedaya gedib 
çıxdığının sübutu kimi baxmaq olmaz. 
Yalnız  vurğulamalıdır  ki,  bunlar  vahid  istiqamətdə  dindən  nağıla  gedir, 
əksinə yox, və burada dəqiq müqayisəli araşdırmalara başlamaq lazımdır.  
Ancaq  burada  deyilənlərin  hamısı,  yalnız  din  və  nağıl  arasında  böyük 
xronoloji məsafə olduqda, baxılan dinin artıq aradan getdiyi və ya onun başlan-
ğıcı tarixdən əvvəlki keçmişdə itdiyi hallarda doğru ola bilər. Ancaq biz eyni bir 
xalqın canlı din və canlı nağılını müqayisə etdiyimiz zaman vəziyyət fərqli ola-
caqdır. Burada ölmüş din və müasir nağıl arasında qeyri-mümkün olan əks asılı-
lıq ola bilər. Xristian elementləri (köməkçilər rolunda apostollar, zərərverici ro-
lunda şeytan və s.) olan nağıl əvvəlki halda olduğu kimi ondan daha qədim yox, 
yeni  olacaqdır.  Ciddi  desək,  burada  əvvəlki  hadisə  ilə  müqayisədə  əks  müna-
sibət  haqqında  danışmaq  olmaz.  Nağıl  (sehrli)  qədim  dinlərdən  çıxır,  amma 
müasir din  nağıldan getmir. O onu yaratmır,  yalnız onun  materialını dəyişdirir. 
Amma,  ehtimal  ki,  əks  asılılığın  dini  elementlərin  özünün  nağıldan  silinməsi 
kimi  nadir  hallara  da  rast  gəlinir.  Qərb  kilsəsində  ilanlar  haqqında  möcüzələri 
olan  yenilməz  Georginin  övliyalar  sırasına  keçirilməsinin  tarixi  çox  maraqlı 
nümunədir.  Bu  möcüzə  müqəddəs  Georginin  övliyalar  sırasına  keçirilməsindən 
xeyli  sonra  qanuniləşdirilmişdir,  həm  də  övliyalar  sırasına  keçirilmə  kilsə  tərə-
findən inadlı müqavimətlə qarşılandı
4
.  
                                         
4
 
 
J.В.  A  u  f  h  a  u  s  e  r  ,  Das  Drachenwunder  des  heiligen  Georg  in  der  griechischen  und  la-
teinischen Uberlieferung,— «Byzantinisches Archiv», H. 5, Leipzig, 1911.
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
8
Belə  ki,  əjdaha  ilə  vuruşma  bir  çox  bütpərəst  dinlərin  tərkibinə  daxildir 
və  deməli,  o  məhz  oradan  gəlir.  Amma  bu  dinin  canlı  izlərinin  olmadığı  XIII 
əsrdə, ötürücü aparat rolunu yalnız xalq epik ənənəsi oynaya bilərdi. Georgi ob-
razının əjdaha ilə vuruşmasının məşhurluğu, bu obrazların birləşməsi kilsəni baş 
vermiş birləşməni tanımağa, onu qanuniləşdirməyə məcbur etmişdir. 
Nəhayət, nağılın dindən birbaşa genetik asılılığına, onlar arasında oxşar-
lığa baxmayaraq, müstəqim əlaqənin olmaması da mümkündür. Eyni təsəvvürlər 
bir-birindən asılı olmayaraq yarana bilər. Belə ki, sehrli at müqəddəs alman atla-
rıyla və Riqvedadakı Aqninin alovlu atıyla müqayisə edilə bilər. Birincinin boz-
qonurla  ümumi  heç  nəyi  yoxdur,  ikinci  onunla  bütün  əlamətlərinə  görə  uyğun 
gəlir. Əgər o müəyyən dərəcədə tamdırsa, yalnız bu halda analogiya istifadə edi-
lə bilər. Heteronom, həmçinin oxşar hadisələr də müqayisələrdən çıxarılmalıdır. 
Beləliklə, əsas formaların öyrənilməsi tədqiqatçını nağılı dinlə müqayisə 
etmək zərurətinə gətirib çıxarmalıdır.  
Sehrli nağılda törəmə formaların öyrənilməsi isə əksinə, həqiqətlə bağlı-
dır. Bir sıra transformasiyalar onun nağıla müdaxiləsiylə izah olunur. Bu bizi na-
ğılın məişətə münasibətinin öyrənilməsi metodları haqqında məsələni işıqlandır-
mağa məcbur edir. 
Sehrli  nağıl,  başqa  kateqoriyaların  (lətifələr,  rəvayətlər,  təmsillər  və  s.) 
nağıllarından fərqli olaraq, məişət elementlərinə görə nisbətən kasıbdır. Nağılın 
yaradılmasında məişətin rolu çox vaxt həddindən artıq şişirdilirdi. Əgər xatırla-
saq ki, bədii realizm və məişət elementlərinin mövcudluğu müxtəlif anlayışlardır 
və  həmişə  bir-birini  əvəz  etmir,  o  halda  nağılın  məişətə  münasibəti  haqqında 
məsələni  həll  edə  bilərik.  Tədqiqatçılar  realistik  hekayədə  məişət  əsaslarını 
axtararaq tez-tez səhv edirlər. 
Məsələn,  N.Lener  Puşkinin  “Bova”sına  dair  izahatlarında  belə  deyir.  O 
aşağıdakı misralar üzərində dayanır:  
"Düzü məhz qızıl məsləhətdir, 
Burada boşboğazlıq etmədilər, amma düşünürdülər: 
Uzun müddət bütün ağalar düşünürdülər. 
Arzamor, köhnə, təcrübəli ər, 
Ağız açıq idi (çallaşmış  
məsləhət görmək, bilmək, istəyirdi), 
Bərkdən qaqqıldadı, amma ağlını başına yığdı 
Və səbrlə susdu”.və s. (Bütün şura üzvləri susurlar və yatırlar).  
Lerner L.Maykovdan gətirilən sitata diqqəti cəlb edərək, yazır: “Təsvirdə 
uzunsaqqallar şurasını Moskva Rusiyasının  hökumət sıralarına qarşı olan satira 
fərz etmək olar... Qeyd edək ki, satira  yalnız keçmişə qarşı deyil, həm də müa-
sirliyə qarşı yönəldilmiş ola bilərdi. Xoruldayanların bütün məclisini “çoxfikirli” 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə