Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

34 
 
[Müəllif]  deyir:  Əl-HərəĢi  xəlifə  HiĢamın  hüzuruna  gələndə  HiĢam  ona 
yaxınlaĢıb  çiyninə  fəxri  libas  saldı  və  onu  mükafatlandırdı.  Sonra  xəlifə  ona  və 
qohum-əqrabasına iqta torpaqlarından pay verdi.
72
  
Bu, elə bir gün idi ki, onun bənzəri heç keçmiĢlərdə də olmamıĢdı. 
 
Məsələmə ibn Əbdülməlikin kafirlərlə cihada yola düĢməsi və onlarla 
döyüĢləri haqqında hekayət 
 
[Müəllif]  deyir:  Məsləmə  müsəlmanlarla  birlikdə  yürüĢə  çıxaraq,  nəhayət, 
ġirvan  torpağında  yerləĢən  Hayzan  qalasına
73 
çatdı  (səh.61).  О  buranın  əhalisini 
tabe  olmağa  çağırdı,  lakin  onlar  bundan  imtina  etdilər.  О  bir  neçə  gün  onlarla 
döyüĢdü,  lakin  onlara  qarĢı  heç  bir  tədbir  görə  bilməyib  döyüĢü  dayandırdı, 
mühasirəni isə davam etdirdi. Çox çəkmədən qaladakılar ərzaq qıtlığı ilə üzləĢdilər, 
dəhĢətli  aclıq  baĢlandı.  Onlar  Məsləmənin  yanına  adam  göndərib  heç  kəsi 
öldürməyəcəyi Ģərti ilə ondan aman istədilər. Məsləmə and içdi ki, onların nə bir 
kiĢisini, nə bir itini öldürməyəcək. Onlar buna razı olsalar da, öz həyatları üçün tam 
əmin deyildilər. 
Yalnız  bundan  sonra  onlar  qaladan  çıxdılar.  Onlar  min  nəfər  idi.  Məsləmə 
onlardan 999 nəfərini öldürüb, yalnız bir nəfərini sağ saxladı. О əmr etdi ki, qalada 
olan bütün itləri də öldürüb, birini sağ saxlasınlar. Sonra о əmr etdi ki, bu qalanı 
dağıtsınlar.  Qalanı  dağıdıb,  yerlə-yeksan  etdilər.  Sonra  Məsləmə  əmr  etdi  ki, 
onların arvad-uĢaqlarını Hayzan ərazisinin müxtəlif yerlərinə köçürtsünlər. 
Məsləmə buradan Bab əl-Əbvab (Dərbənd) Ģəhərinə yollandı. ġəhər əhalisi 
onu  salamlamağa,  Ģəhərin  sahibi  isə  öz  atlı  və  piyadaları  ilə  piĢvazına  çıxmayana 
qədər  o,  Ģəhərə  daxil  olmadı.  [Müəllif]  deyir:  Dağların  bütün  hökmdarları  onun 
hüzuruna gəlib, xərac vergisini təqdim etdilər. Onlar Məsləmə ilə birgə yola düĢüb, 
Dərbənd  Ģəhərinə  çatdılar.  Bu  vaxt  Ģəhərin  qalasında  min  nəfər  xəzər  tarxanı  var 
idi.  Onları  burada  xəzərlərin  padĢahı  yerləĢdirmiĢdi.  Məsləmə  onların  Dərbənd 
Ģəhərindən getməsinə mane olmadı. Özü isə о aralarda olan baĢqa iki qalaya getdi, 
lakin  orada  heç  kəsə  rast  gəlmədi.  Sonra  o,  Bələncərə  getdi  və  orada  da  heç  kəsi 
tapmadı. 
Xəzərlərin  padĢahı  xaqan  xəbər  tutdu  ki,  Məsləmə  ibn  Əbdülməlik  onun 
(səh. 62) ölkəsinə soxulub. O, xəzər torpağının hər yerindən qoĢun toplayaraq, çox 
keçmədən nəhəng bir ordu ilə hərəkətə keçdi. 
[Müəllif]  deyir:  Məsləmə  öz  ordusu  ilə  Vəbəndərə,  sonra  da  Səməndərə 
çatdı,  lakin  oralarda  da  heç  kəsə  rast  gəlmədi.  Buna  görə  o,  xəzərlərin  padĢahı 
xaqanı axtarmağa baĢladı. 
[Müəllif]  deyir:  Elə  bu  vaxt  kafirlərin  nəhəng  ordusu  Məsləməyə  hücum 
etdi.  Onların  sayı  о  qədər  çox  idi  ki,  nə  Məsləmə,  nə  də  onun  əsgərlərinin  bu 
orduya qarĢı müqavimət göstərməyə halları yox idi. [Müəllif] deyir: Bundan xəbər 
tutan  Məsləmə  öz  əsgərlərinə  əmr  etdi  ki,  məĢəllər  yandırsınlar.  Əmr  yerinə 


35 
 
yetirildi.  AxĢam  düĢəndə  isə  əsgərlər  burada  qurduqları  çadırları  qoyub  axĢam 
namazından  sonra  düĢərgələrini  tərk  edib  getdilər.  Məsləmə  yola  çıxıb  iki 
mərhələni  bir  edirdi:  zəiflər  qabaqda,  güclülər,  mətinlər  və  cəsurlar  isə  axırda 
gedirdi. Beləliklə, gəlib Dərbənd Ģəhərinə çatdılar. 
Bir azdan onlar yenə də yürüĢə çıxıb, qumlar arasında yerləĢən Bab Vaqa
74
 
və onun civarlarına gəldilər. Burada o, tikan basmıĢ istehkam (xəndək) taparaq, öz 
əsgərləri ilə orada möhkəmlənir. 
[Müəllif] deyir: Tezliklə bu yerlərə о qədər xəzər gəldi ki, onların sayını heç 
kəs  bilmirdi.  Bunu  görən  Məsləmə  yanındakı  dağlar  hökmdarlarından  olan 
silahdaĢlarını  çağırıb  onlardan  soruĢdu:  «Bu  düĢmən  haqqında  fikriniz  nədir?» 
Onlar cavab verdilər «Bizi ox atanların məĢəlləri ilə təmin et və qoĢunun qabağına 
sal. Biz hər yana dağılanda, sən onda hər Ģeyi görərsən! Əgər biz həlak olsaq - bu 
Allah  və  Cənnət  eĢqinədir.  Əgər  biz  qələbə  qazansaq  (səh.  63),  bu  elə  bizim 
istədiyimizdir!» Məsləmə dedi: «Sizin öz Ģuranızda etdiyiniz bu məsləhət islamda 
mükafata layiqdir». 
[Müəllif] deyir: Bundan sonra Məsləmə ayağa qalxıb ordusunun sağ və sol 
cinahlarını,  mərkəz  və  arxa  hissələrini  nizamladı.  Qabaqda  ox  atanların  məĢəlləri 
ilə dağların hökmdarları irəliləyirdilər. Sonra Məsləmə əmr etdi ki, bölmə baĢçıları 
da qabağa düĢsünlər. 
[Müəllif]  deyir:  Xəzərlərin  padĢahı  xaqan  öz  ordusunu  seyr  edərək 
tarxanlarına  və  güc  sahiblərinə  belə  dedi:  «Bilin  və  agah  olun  ki,  son  on  ildə  bu 
gün gördüyünüz kimi nəhəng ordu heç görünməyib. Onlara hücum edin və diqqətli 
olun  ki,  sizlərdən  heç  biriniz  aradan  çıxmasın.  Yalnız  tərifə  layiq  qəhrəmanlıq 
göstərdikdən sonra meydanı tərk etmək olar» 
[Müəllif] deyir: Müsəlmanlara qarĢı ilk hücuma xəzər tarxanlarından birinin 
baĢçılıq  etdiyi  süvari  dəstəsi  (kurdusa)  baĢladı.  Mərvan  ibn  Məhəmməd  ibn 
Mərvan
75
  öz  atını  qamçılayıb  qoĢununun  qabağına  düĢdü.  O,  əyninə  sarı  ipək 
kaftan  geymiĢ,  baĢına  qotazları  düĢmüĢ  beret  (barrayta)  qoymuĢdu.  О  ucadan 
səsləndi: «Ey müsəlmanlar! Qoy mənim ata-anam sizin girovunuz olsun! Mən sizi 
bir  saatlıq  səbirli  olmağa  çağırıram!  BaĢlarınızı  yəhərlərinizin  qaĢına  əyib  az 
danıĢın!  Əgər  sizlərdən  kiməsə  uğursuzluq  üz  versə,  о  yalnız  sifətindən  və  ya 
əlindən qılınc zərbəsinə məruz qalar!» 
[Müəllif] deyir: Müsəlmanlar da ona ən xoĢ sözlərlə cavab verdilər. Bundan 
sonra  Mərvan  ibn  Məhəmməd  ibn  Mərvan  irəliyə  atıldı,  əsgərləri  də  xəzərlərin 
üzərinə hücuma keçdilər. Müəllif deyir: Bu vaxt elə bir tozanaq qopdu ki, heç kəs 
beləsini  indiyə  qədər  görməmiĢdi.  Müəllif  deyir:  Süleyman  ibn  HiĢam
76
  əmisi 
Məsləməyə  yaxınlaĢıb dedi: «Ya Əmir! Allaha and olsun ki, Mərvan öldürülüb!» 
Məsləmə dedi: «O öldürülməyib! Sən isə sus!» Bundan sonra Süleyman ibn HiĢam 
səsini  kəsdi.  Toz  yatdı,  Məsləmə  Mərvan  ibn  Məhəmmədin  əsgərlərini  gözdən 
keçirəndə  gördü  ki,  Mərvan  xəzərlərin  atlı  dəstələrinin  içindədir  (səh.  64).  Onun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə