Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   11   12   13   14   15   16   17   18   ...   102

32 
 
çayın  sahilinə  aparırdı,  amma  sonra  nə  baĢ  verdi,  bilmirəm!»  Əl-HərəĢi  səsləndi: 
«Vay sənin halına! Sən onu nə üçün saxladın ki о da bu cür bəlaya düĢdü? Ar olsun 
sənə! Əgər sən ərəbsənsə, onda  qoy Allah  sənin  kimi ərəblərin sayını  artırmasın! 
Sən kafiri əsir almıĢ müsəlman əsgərini görə-görə bilmədin ki, о kimdir?» 
[Müəllif]  deyir:  Səhər  açılar-açılmaz  əl-Hüzeyl  ibn  Zafir  qəflətən  gəlib 
çıxdı. Onun atının yəhərinə xəzər döyüĢçüsünün kəsilmiĢ baĢı asılmıĢdı. Əl-HərəĢi 
ona  dedi:  «Vay  sənin  halına,  ya  Hüzeyl!  Sən  bu  itə  görə  niyə  baĢını  bəlaya 
salırsan?»  Əl-Hüzeyl  cavab  verdi:  «Allah  Əmiri  saxlasın!  Mən  onunla  axĢam 
rastlaĢdım, xəzərlər arasında bunun kimi güclü adam görmədim». 
[Müəllif]  deyir:  Sonra  əl-HərəĢi  xəzərlərdən  əldə  edilən  qənimətləri  yığıb 
yola düĢür və çox keçmədən Bacərvana yetiĢir. Əldə edilən bütün qənimətin beĢdə 
birini  çıxıb,
69
  qalanlarını  müsəlmanlar  arasında  bölüĢdürür.  Müsəlmanların  hər 
birinə qənimət Ģeylərdən və mal-qaradan baĢqa 1800 dinar pul düĢür. 
[Müəllif]  deyir:  Bundan  sonra  əl-HərəĢi  qənimətlərin  bir  hissəsini  xəlifə 
HiĢam ibn Əbdülməlikə göndərdi və ona Qüdrətli və Əzəmətli Allahın köməyi ilə 
xəzərlərin hansı torpaqlarını fəth etdiyi haqda xəbər verdi. 
Xəlifə HiĢam bu xəbəri eĢidib həddindən artıq sevindi. Sonra o, əl-HərəĢiyə 
məktub  yazıb  ona  və  bütün  müsəlmanlara  (səh.  58)  öz  təĢəkkürünü  bildirdi  və 
onları  Allahın  [din]  yolunda  döyüĢən  bəndələrinə  vəd  etdiyi  böyük  mükafatla 
təbrik etdi. 
[Müəllif] deyir: Xəzərlər isə müsəlmanların qorxusundan öz ölkələrinə sarı 
qaçdılar,  müsəlmanlar  da  ġirvan  torpaqlarına  qədər  onları  təqib  etdilər.  Xəzərlər 
oradan  da  çıxıb  getdilər,  lakin  müsəlmanlar  daha  onları  təqib  etmədilər.  ġirvan 
torpağında qalan əl-HərəĢi xəlifə HiĢamın gələcək əmrlərini gözlədi. 
 
Məsləmə ibn Əbdülməlikin valiliyi və Səid ibn Əmr 
əl-HərəĢinin valilikdən kənar edilməsi 
haqqında hekayət 
 
[Müəllif]  deyir:  Elə  bu  vaxt  əl-HərəĢi  xəlifənin  məktubunu  alır  və  öyrənir 
ki,  Əmirəlmöminin HiĢam  Azərbaycan valiliyinə  Məsləmə ibn Əbdülməliki  təyin 
edir.  Xəlifə  əl-HərəĢiyə  yazırdı:  «Sonra  isə  qardaĢım  Məsləmə  ibn  Əbdülməlik 
sənin  yanına  gələndə  onu  salamla  və  bütün  iĢləri  ona  təhvil  ver.  Özün  isə 
Əmirəlmöminin  hüzuruna  gəl  ki,  o,  gözəl  fəaliyyətinə  görə  sənə  təĢəkkürünü 
bildirə bilsin». 
[Müəllif] deyir: Əl-HərəĢi məktubla tanıĢ olan kimi dedi: «Əmirəlmömininə 
və əmir Məsləməyə diqqət və itaət!» Sonra o,
 
[ərəblərdən] hələ heç kəsin müharibə 
etmədiyi bu yerdə qalıb Məsləməni gözlədi. 
[Müəllif]  deyir:  ġamda  ikən
70
  Azərbaycan  valisi  təyin  edilməsi  haqqında 
əmri  alan  Məsləmə  ibn  Əbdülməlik  yola  düĢüb  Bərdəyə  gəlir  və  burada  yerləĢir. 
Buradan Məsləmə əl-HərəĢiyə yazır ki, o, ġirvandan çıxıb onun yanına gəlsin. 


33 
 
Bərdəyə  yetiĢən  əl-HərəĢi  Məsləmənin  hüzuruna  gələndə  o,  əl-HərəĢiyə 
dedi:  (səh.  59)  «Ya  Səid!  Məgər  sən  mən  gələnə  qədər  xəzərlərlə  müharibəyə 
girməmək əmri olan məktubumu almadınmı? Sən isə bu əmri ciddi hesab etməyib 
yanında  olan  müsəlmanların  həyatını  təhlükə  altına  qoydun!»  Əl-HərəĢi  cavab 
verdi:  «Allah  Əmiri  razı  salsın!  Məktubun  mənə  xəzərlər  Allahın  köməyi  ilə 
darmadağın  edildikdən  və  onların  yerləri  tutulduqdan  sonra  gəldi.  Əgər  sənin 
məktubun bir qədər əvvəl gəlsəydi, mən sənin əmrini pozmazdım!» 
Məsləmə  dedi:  «Yalan  deyirsən!  Görünür  sən  «əl-HərəĢi  edib»,  «əl-HərəĢi 
öldürüb», «əl-HərəĢi vurub», - deməyi xoĢlayırsan!», əl-HərəĢi cavab verdi: «Mən 
heç  də  bunu  istəmirəm,  mən  yalnız  Allahın  istədiyini  istəyirəm!  Amma  qoy  sən 
dediyin olsun! Çünki Əmir, Allah onu razı salsın, bilir ki, hər Ģey onun dediyi kimi 
olub! Vəssalam!» 
[Müəllif]  deyir:  Bu  sözlər  Məsləməni  qəzəbləndirir.  Bundan  sonra  o,  əl-
HərəĢinin  boynuna  zərbə  endirib  onu  söyür.  Öz  qoĢun  baĢçılarından  birinə  əmr 
edir, o da  əl-HərəĢinin baĢına zərbə  vursun,  sonra  isə  ayaqlarından tutub zindana 
sürükləyir. 
[Müəllif]  deyir:  Əl-HərəĢini  Bərdə  zindanına  salırlar.  Tezliklə  bu  xəbər 
xəlifə  HiĢam  ibn  Əbdülməlikə  çatır.  O  öz  qardaĢı  Məsləməyə  çox  qəzəblənir  və 
ona  məktub  yazır:  “Sonra  isə  Əmirəlmömininə  xəbər  çatdır  ki,  sənin  səhvlərinə 
görə  Səid  ibn  Əmr  əl-HərəĢinin  baĢına  oyun  açılıb,  sən  onu  söymüsən,  onun 
haqqına təcavüz etmisən, onu döyüblər, ayaqlarından tutub zindana sürükləyiblər. 
Mən  baĢa  düĢdüm  ki,  sənin  ona  paxıllığın  tutub,  Allah  Əmirəlmömininin  əli  ilə 
onun  mükafatını  versin!  Əgər  sən  ona  hörmət  etməklə  və  üzr  istəməklə  səhvini 
düzəltsən, onda Əmirəlmöminin səni öz qəzəbindən qurtarıb bu iĢdə peĢmanlığını 
qəbul edər. Lakin əgər sən inadında qalsan, onda Əmirəlmömininin sənə qarĢı olan 
düĢmənçilik  hissi  də  yerində  qalacaq  və  mən  bilmirəm  sabah  hər  iki  dünyanın, 
Allahın  yanında  sənin  halın  necə  olacaq!  Sənin  kimi  mühüm  vəzifə  tutanın  (səh. 
60)  belə  davranıĢı  müsəlmanlar  arasında  lazım  olmayan  söz-söhbətə  səbəb  ola 
bilər.  Gərək  sən  günahlarına  görə  Allah  yanında  üzrxahlıq  edəsən.  Əzəmətli  və 
rəhmli Allahın mərhəmətinə ümid edəsən! Vəssalam!” 
[Müəllif]  deyir:  Xəlifənin  məktubu  Məsləməyə  çatır.  O,  Kür  çayını  keçib 
ġirvan  ölkəsinə  yaxınlaĢır.  Xəlifənin  məktubunu  oxuyanda  o,  əl-HərəĢiyə  verdiyi 
zülmə  görə  peĢiman  olur.  [Müəllif]  deyir:  HiĢam  öz  çaparı  vasitəsilə  Səid  əl-
HərəĢidən Məsləmənin ona verdiyi zülmə görə üzr istəyir. Məsləmənin hərəkətini 
pisləyir və vəd edir ki, əl-HərəĢini, onun qohum-əqrabasını hər Ģeylə təmin edəcək. 
[Müəllif] deyir: Məsləmənin də elçisi Bərdəyə gəlib, əl-HərəĢini zindandan 
buraxdırdı.  Onu  hamama  aparıb  yuyundurdular  və  əyninə  xəlifə  HiĢamın 
göndərdiyi  fəxri  libasları  geyindirdilər.  Sonra  ğaliyə
71
  ilə  doldurulmuĢ  bir  qab 
gətirdilər,  bədəninin  ğaliyə  ilə  ovxalatdıqdan  sonra  ata  mindirib  xəlifə  HiĢamın 
yanına yola saldılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə