5.
Valyuta məzənnəsinin əməkdaşların sosial statusu və mənəvi durumuna, və
nəticə olaraq, effektiv çalışmasına mənfi təsirini nəzərə alaraq, əmək
haqqlarının indeksləşdirilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət
qaldırılsın.
6.
“İkinövbəli iş rejiminin bərpası və üçnövbəli iş rejiminə keçid üçün MEK
əməkdaşlarının maaşlarına əlavə edilsin və əlavə ştat açılsın.
7.
AMEA müəssisə və təşkilatlarının kommunikasiyasının gücləndirilməsi və
elmi məlumat və hadisələrin sürətli mübadiləsi məqsədilə korporativ
domain-dən xarici və beynəlxalq qurumlar daxil olmaqla bütün kənar
təşkiatlarla science.az domain-dən yazışma və mobil kommunikasiya
vasitələrində mail səhifəsindən tam formatda istifadə imkanı yaradılsın.
8.
MEK-in müasir kitabxana-informasiya sisteminə inteqrasiyası məqsədilə
proqram təminatı və lisenziyalarının, eləcə də zəruri avadanlıqların alınması
üçün vəsaitin ayrılması.
PERSPEKTİVDƏ NƏZƏRDƏ TUTULAN İŞLƏR
Vikipediya təlimləri ilə əhatə edilmiş təşkilat və qurumların sayının
artırılması
Üçnövbəli xidmətə keçid.
Media ilə gündəlik kommunikasiyanın onlayn avtomat rejimə keçirilməsi.
VİS-in müəyyən komponentlərinin sayt ilə sinxronlaşdırılması.
Kitabxana həyatından MEK-in saytına canlı yayımlanma.
Elektron kataloqun saytda yerləşdirilməsi və on-line rejimdə yenilənməsi.
Rəqəmsal bazanın MEK üzvlərinin şəxsi və ya ofis kabinetlərindən
əlçatanlığının təmin edilməsi.
MEK elektron resurslara şəxsi kabinetdən çıxış
Kommunikasiyanın daha əlçatan və sürətli olması.
VİS-DOC (Document) elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan
platformanın hazırlanması.
VİS-FİN (Finance) müəssisənin maliyyə fəaliyyətini idarə etmək və nəzarət
üçün nəzərdə tutulan platformanın hazırlanması.
VİS-RES (Resource) müəssisənin inventar qeydiyyatı və hərəkətinin
izlənməsi platformanın hazırlanması.
VİS-SCA (SCAN) müəssisənin rəqəmsallaşma proseslərini idarə etmək üçün
nəzərdə tutulan platformanın hazırlanması.
VİS-SCED (Təqvim) müəssisədə planlaşdırılan bütün tədbirləri idarə etmək
üçün nəzərdə tutulan platformanın hazırlanması.
VİS-STOK (Anbar) müəssisənin anbarında mal və materiallara nəzarət
etmək üçün platformanın hazırlanması.
“C” mərhələsinə keçid
MEK- 2016 SİYAHILARDA, RƏQƏMLƏRDƏ və FAKTLARDA
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, AMEA Rəyasət
Heyətinin qərarları, sərəncamları və tapşırıqlarının icrası (1-57):
1.
Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik
yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamı
və AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli Qərarına əsasən
Mərkəzi Elmi Kitabxana və Nizami adına Ədəbiyyat İnstitutunun birgə
təşkilatçılığı ilə Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq
Hazainin xatirəsinə həsr olunmuş “Macarıstan Türkologiyası və
Azərbaycan” mövzusunda beynəlxalq konfrans. AMEA rəhbərliyi,
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre
Laslotski, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Georq
Hazainin qızı Sesilya Hazainin iştirakı ilə. 25 oktyabr 2016
2.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-
infeksion xəstəliklərlə mübarizəyə dair 2015 – 2020-ci illər üçün
Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət
planının 9.4.2. bəndinin QİX-ə dair prioritetlər üzrə aparılan
araşdırmaların lərin geniş müzakirəsi, tətbiqi və bu istiqamətdə e-
resursların istifadəsi məqsədilə MEK, ATU Qidanalanma və Kommunal
Gigiyena kafedrası və ATU İctimai Sağlamlıq və Səhiyyənin Təşkili
kafedrası ilə birlikdə “Məlumatlan və sağlam ol” adlı seminar-mühazirə.
15 sentyabr 2016
3.
Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və
yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında Azərbaycan
Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli 1475 saylı
Sərəncamının icrası ilə bağlı Şəki şəhərində şairin yaşadığı evdə muzeyin
təşkili məqsədilə MEK tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə
rəqəmsallaşdırılmış kitablar (51 sayda, PDF formatda), kitabların xüsusi
rəqəmsal formatda işlənilmiş üz qabıqları (42 kitab, JPEG formatda) və
kitabların video-təqdimatı (3 dəqiqə, 22 saniyə) təhvil verilmişdir.
4.
MEK-in 2015-ci ildəki fəaliyyətinə dair hesabat iclası. 8 yanvar 2016
5.
Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi,
AMEA-nın prezidenti Akif Əlizadə və Nizami adına Ədəbiyyat
İnstitutunun təşəbbüsü ilə Məxdimqulu Fəraqinin azərbaycancaya
tərcümə edilmiş “Divan”ının təqdimatı. 28 aprel 2016
6.
AMEA Mərkəzi Elmi Kitabxanasınının (MEK) və Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə
“Kitabxanada bir gün“ adlı Beynəlxalq Məktəb Kitabxanaları gününə
həsr edilmiş tədbir. 27 oktyabr 2016
7.
MEK-in "Miniatür kitab kolleksiyası"nın təqdimatı. 27 oktyabr 2016