Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 
172 
rurəti  əks  etdirən  mütərəqqi  müəddəalarına  yalnız  bir 
irad  tutmaq  olardı.  Müəllif  haqlı  olduğunu  sübut  et-
mək  üçün  hər  kəsə  məlum  dəlil-sübutları  bir  tərəfə 
buraxıb Parisdə, yunanca çıxan “Hellenizm” qəzetinə 
üz tutmuş, oradan götürdüyü  “Osmanlılar öz ana dil-
lərində lisani-ədəbiyyəyə malik deyillər”
1
 fikrini əlavə 
dəlil kimi gətirmişdi.  
Görünür,  türkçü  Əhməd  Kamalı  da  məhz  milli 
heysiyyətlə  bağlı  olan  bu  məqam  haldan  çıxarmışdı. 
Ya da iddialarını başqa cür əsaslandıra bilməyəcəyini 
görüb cığallıq yolunu tutmuş, əzəli düşmən yunanlara 
istinad  kimi  hər  bir  türkün  izzət-nəfsinə  toxuna  bilə-
cək  məsələni  qəsdən  daha  da  şişirtmişdi.  Qələm  yol-
daşının fikirlərinə münasibət bildirərkən həmişəki ya-
zı  tərzinə  sadiq  qalıb  onun  ünvanına  “xain”,  “xuli-
qan”, “satqın” kimi sözlər işlətmişdi
2
.  
Təəssüf ki, Sənətulla İbrahimov da həqiqi yaradıcı 
şəxsə  xas  etik-mənəvi  yüksəklikdə  dayana  bilməmiş-
di.  “Səda”  qəzetində  dərc  etdirdiyi  “Əhməd  Kamala 
ihtar”
3
  adlı  cavabında  “Etirazların  haqsız,  vaxtsız  və 
mütləq  bir  cünuni-infial  nəticəsi  olduğuna  görə,  iki 
                                                 
1
 Sitat İsmayıl Qaspiralının “Bakı qəzetləri” məqaləsindən (“Tərcüman”, 10 
sentyabr 1910-cu il, sayı 37) götürülmüşdür. Bax. Seçilmiş eserleri, c. III, 
Dil-Edebiyat-Seyahat Yazıları. “Ötüken”. İstanbul, 2008, s. 152. 
2
  İsmayıl  Qaspiralı  adıçəkilən  yazısında  bir  tərəfdən  Əhməd  Kamal,  digər 
tərəfdən isə Sənətulla İbrahimovun ədəbi etika və qəzetçilik əxlaqı ilə bir 
araya  sığmayan  üslubuna,  polemika  tərzinə  kəskin  tənqidi  münasibət 
bildirərək  yazırdı:  “Mühabbetli  refikler,  bu  artıq  mübaheseye-edebiyye 
degil,  bazar  kavqası  rengini  alıyor.  Muharrir  “holiqan”  demek,  “sen”  ile 
hitab etmek üsuldan, edepden degildir” “Bakı qəzetələri”, “Tərcüman”, 10 
sentyabr 1910-cu il). 
3
 Sənətulla İbrahimov. Ahmet Kemala ihtar, “Səda”, 1910, say 168. 


 
173 
günə qədər geri almasan, o etirazda ifraz etdiyin səy-
yalati-dimağiyyə  ki  var,  qarelərin  mühakimeyi-vic-
danı hüzurunda qələmimlə sənin imanına siləcəyəm”
1
 
– deyə təhqiramiz şəkildə hədə-qorxu gəlmişdi. 
Bununla  da  kifayətlənməmiş,  daha  irəli  gedərək 
“Səda”nın növbəti sayında həmkarına müraciətlə “Sə-
ni  söyməcəyəm.  Qaçma,  sənə  tüpürməyəcəyəm.  Sö-
yüş  sənin  şəxsinə  münhəsir  hissiyyati-məxsusəndir. 
Səni söyməyəcəyəm. Onun üçün ki, sən yazıqsan. Sən 
əsəbiyyül-mizacsan,  zavallı!  Sən  məsru  (sara  xəstəli-
yinə  tutulmuş,  dəli  –  V.Q.)  imişsən.  İlləti-sariyyəyə, 
tutar  illətinə  (isterika  xəstəliyinə  –  V.Q.)  mübtəla 
imişsən.  Yazıq  qardaş!  Sən  tədavü  et  kəndini,  get 
müalicə  elə!”
2
  –  kimi  mətbuata,  ictimai  polemikaya 
əsla  uymayan  söz  və  ifadələr  işlətmişdi.  Əslinə  ba-
xanda,  Əhməd  Kamalla  onun  özünün  istifadə  etdiyi 
bir dildə danışmışdı.  
Bakı mətbuatını diqqətlə izləyən, Azərbaycandakı 
həmkarlarının  uğurlarına  ürəkdən  sevinən  (“qəzetə 
çıxarmaq, qırx dəfə yazıb bir dəfə anlatmağın nə qə-
dər müşkül olduğu bizə cümlədən daha ziyadə məlum 
olduğundan bakılı rəfiqlərimizi ciddən təbrik və uzun, 
gözəl  ömürlərini  təmənni  ediyoruz”
3
)  İsmayıl  bəy 
Qaspiralı bəzən onların millətin ümdə məsələlərini bir 
kənara  buraxıb  mətbuatı  şəxsi  münasibətlərin  aydın-
laşdırılması,  aralarında  haqq-hesab  çürüdülməsi  üçün 
                                                 
1
 Sənətulla İbrahimov. Ahmet Kemala ihtar, “Səda”, 1910, say 168. 
2
  Sənətulla  İbrahimov.  Bir  daha  Ahmet  Kemal  üzerine.  “Səda”,  1910,  say 
170. 
3
 İsmayıl Qaspiralı. Bakı qazeteleri, “Tərcüman”, 1910, say 37. 


 
174 
vasitəyə  çevirmələrinə  laqeyd  qala  bilməmişdi.  “Vü-
cudları  ilə  məmnun  olduğumuz  rəfiqlərimizin  son 
nüsxələrdə  heç  birinə  yakışmayacaq  surətdə  yazılmış 
məqalələrini  gördük”
1
  –  deyə  yaşının  və  təcrübəsinin 
verdiyi  mənəvi  hüquqdan  və  ağsaqqallıq  missiyasın-
dan yararlanıb aralarında fərq qoymadan hər iki müəl-
lifi doğru yola, həqiqi qəzetçilik mövqeyinə çəkməyə 
çalışmışdı.  Onları  qələmin  və  sözün  müqəddəsliyini 
qoruyub saxlamağa, həmkarlarına pis nümunə vermə-
məyə  səsləmişdi:  “Əfəndi  qardaşlar!  Ağ  kağızın  üzə-
rimizdə  haqqı  var.  Bizlər  mübahisədə  hammal  dili 
konuşursak,  hammallara  ne  kalır?  Hər  nə  türlü  mü-
bahisə  və  münazirə  edilirsə  edilsin,  şəxsə  toxunmaq 
caiz deyildir”
2
 . İsmayıl bəyin bu sözləri mətbuat üzə-
rində senzura götürüləndən sonra ədəb və mərifət hü-
dudlarını  aşmaqda  qeyri-adi  heç  bir  şey  görməyən 
qələm  dostlarına  dünya  görmüş  bir  yazarın  xəbərdar-
lığı,  öyüd-nəsihəti  idi.  Və  həmin  nəsihət  günümüzdə 
də aktuallığını saxlamaqdadır! 
Düşünmək  olar  ki,  İsmayıl  Qaspiralı  qəzetçiliyin, 
ümumiyyətlə, hər cür ictimai fəaliyyətin əlifbasını əks 
etdirən  bu  sözləri  ilə  təkcə  Əhməd  Kamala  dərs  ver-
məmiş, həm də onunla polemikada daim ədəb və mə-
rifət  dairəsində  davranan  təvazökar  Azərbaycan  şairi 
İbrahim Tahir Musayevə də haqq qazandırmışdı.  
 
 
 
                                                 
1
 İsmayıl Qaspiralı. Bakı qazeteleri, “Tərcüman”, 1910, say 37. 
2
 Orada. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə