Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 
179 
bəhs  açılan  məsələlərdən  xəbərsizliyi  ilə  bağlı  and-
amanlarına  baxmayaraq,  Sultan  II  Əbdülhəmid  fər-
man (təbii ki, “Füyuzat”ın bağlanması haqda!) yazdı-
rır və Bakı padşahına çatdırmağı əmr edir.  
Göründüyü  kimi,  Cəlil  Məmmədquluzadə  bir  qə-
dər sarkastik şəkildə də olsa hadisələrin başvermə sə-
bəbini və gedişini ümumən dəqiq izah etmişdi.  
Əgər həqiqətən də belə olmuşdusa (mənbələr digər 
versiyaya  ümumiyyətlə  yer  qoymur)  o  zaman  “Füyu-
zat”ın Sultan  Əbdülhəmidə hansı  saylarında və  hansı 
şəkildə  sataşması  məsələsinə  də  aydınlıq  gətirməyə 
ehtiyac var. Ümumi xarakterli tənqidi mülahizələri bir 
tərəfə  qoysaq,  məcmuənin  konkret  şəkildə  nə  zaman, 
hansı yazıda Sultanın bostanına daş atdığını müəyyən 
etmək  çətindir.  Bütünlükdə  materialların  diqqətli  təh-
lili  jurnalın  sonuncu  –  32-ci  sayına  qədər  yalnız  Əli 
bəyin özünün yazılarında təsadüf olunan bir-iki istisna 
xaricində  “Füyuzat”da  onun  adının  ümumiyyətlə  çə-
kilmədiyini söyləməyə əsas verir. Yalnız sonuncu say-
dakı vida yazısında işin bitdiyini və zərbənin haradan 
endirildiyini  yaxşı  bilən  Əli  bəy  artıq  açıq  mətnlə 
sultan  rejiminə  münasibətini  ortaya  qoyaraq  “II  Əb-
dülhəmidin  otuz  sənədən  bəri  müənnidanə  bir  keyfi-
istibdad ilə inlətdiyi türklərin göylərə süud edən dudi-
ahi  (ah  dumanı)  “Yıldız”ın  ətrafını  oylə  kəsif  bir 
surətdə bürümüşdür ki, o gülşən saray Sultan Həmidin 
başına zindan kəsilmişdir” – deyə yazırdı
1

Müəllif  təkcə  kəskin  tənqidlə  kifayətlənməmiş, 
                                                 
1
 Ə.H. Pərdə eniyor, “Füyuzat”, 1907, say 32, s. 500. 


 
180 
türklərə onilliklər boyu içində yaşadıqları dəhşətli və-
ziyyətdən çıxış yolu da göstərmişdi: “Sultan Əbdülhə-
midin cihaddan-filandan qorxusu yoxdur. Onun yega-
nə  qorxduğu,  otuz  sənədən  bəri  görməkdən,  eşit-
məkdən  təəşşüş  etdiyi  (xoflandığı)  şey  hürriyyət  və 
qanuni-əsasidir. Ancaq bu iki kəlmeyi-əfsunkaranə ilə 
ona  qalib  gəlmək  olar.  O,  üzərinizə  top  və  tüfəng 
sədası  ilə  gəlsin,  siz  ona  hürriyyət  və  qanuni-əsasi 
nidası ilə hücum ediniz. Vallah, billah tab gətirəməz, 
məğlub  olur,  qarşınızda  donub  qalır  və  otuz  sənəlik 
asari-istibdadkaranəsi tar-mar olub gedər”
1

Nəhayət,  sonuncu  sayda  II  Əbdülhəmidin  karika-
turası,  habelə  tanınmış  türk  satira  ustası  Əşrəfin 
“Lüzumu  varmıdır  böylə  vəkilin,  ya  rəsulillah?”
2
  – 
misrası ilə başlayan və islam Peyğəmbərinə Yer üzün-
dəki  xəlifəsindən  –  sultandan  şikayət  motivləri  üzə-
rində köklənən qəsidəsi çap edilmişdi. 
Göründüyü kimi, əslində sərt reaksiya post-faktum 
–  yəni  artıq  jurnalın bağlanması  xəbərinin  gerçək  ol-
duğu  bilindikdən  sonra  bildirilmişdi.  Füyuzatçılar 
məcmuənin bağlanması hökmünün haradan verildiyini 
öyrənəndən  sonra  tribuna  əllərindən  alınmamış  müs-
təbid sultan haqqında düşündüklərini ilk dəfə açıq şə-
kildə dilə gətirmişdilər. Belə olduğu təqdirdə Hacının 
pulu  ilə  çıxan  jurnalda  şəxsinə  sataşıldığını  iddia 
edərkən  Sultan  Əbdülhəmidin  yalnız  hansısa  ötəri bir 
işarəyə,  Ezop  dili  ilə  söylənmiş  müşahidəyə  əsaslan-
ması o qədər də inandırıcı təsir bağışlamır. Fikrimcə, 
                                                 
1
 Ə.H. Pərdə eniyor, “Füyuzat”, 1907, say 32, s. 500. 
2
 Orada, s. 501. 


 
181 
Mirzə Cəlil də “Füyuzat”ın qapanma səbəblərini sona 
qədər  açıqlamamışdı.  Osmanlı  hökmdarının  incikliyi 
arxasında  yalnız  onun  qurduğu  rejimə  tənqidi  müna-
sibət yox, şəxsi planda acılanması, incik salınması ilə 
bağlı  üstüörtülü  işarə  yox,  daha  ciddi  və  əsaslı  sə-
bəblər  dayanmalı  idi.  Belə  səbəblər  isə  yetərincə  idi 
və  çox  güman  ki,  İkinci  Əbdülhəmidin  xəfiyyələri 
məcmuənin nəşrinin sürdüyü bir ilə yaxın müddət ər-
zində kifayət qədər sanballı dosyelər hazırlamışdılar.  
Mənim nəzərimdə Əli bəy Hüseynzadənin Bakıda 
əsasını  qoyduğu  “Füyuzat”  müəyyən  dərəcədə  Alek-
sandr Gertsenin Londonda çap etdiyi “Kolokol” qəze-
tinə  bənzəyir.  Mütləqiyyət  mərkəzindən  uzaqlıq  hissi 
hər iki ədibin əl-qolunu və dilini əməlli-başlı açmışdı. 
“Kolokol”u  burada  təhlil  etməyə  lüzum  görmürəm. 
“Füyuzat”ın  da  eyni  yükü  daşıdığını,  Gertsenin  nəşri 
çar  II  Aleksandrı  haldan  çıxardığı  kimi,  Əli  bəyin 
buraxdığı məcmuənin də II Sultan Əbdülhəmidin höv-
sələsini  daraltdığını  inandırıcı  şəkildə  görmək  üçün 
jurnalın müəlliflərini, burada çap olunan əsərləri və üz 
qabığında verilmiş şəkilləri gözdən keçirmək kifayət-
dir. 
“Füyuzat”ın  birinci  sayının  üz  qabığında  1876-cı 
ildə  qəbul  edilmiş  ilk  türk  konstitusiyasının  müəllifi, 
sədrəzəm  Midhət  Paşanın  portreti  və  haqqında  Əli 
bəyin yazdığı böyük məqalə verilmişdi. 4-cü sayda üz 
qabığını doktor Abdulla Cövdətin, 6-cı sayda Əlihey-
dər Midhət Paşazadənin, 11-ci sayda Namiq Kamalın, 
17-ci  sayda  Sultanı  taxtdan  salmağa  çalışan  “şəhidi-
hürriyyət”  Əli  Süavinin, 21-ci  sayda  Rəcaizadə  Mah-


 
182 
mud  Əkrəmin,  26-cı  sayda  Tofiq  Fikrətin  və  b.  por-
tretləri  bəzəyirdi.  Təkcə  elə  bu  fakt  hər  şeydən  xof-
lanan sultanı haldan çıxarmaq üçün kifayət idi. Çünki 
II Əbdülhəmid onların çoxunu yalnız səltənətin deyil, 
həm də özünün qatı düşməni sayırdı. Bunu hökmdarın 
həmin  şəxslərə  münasibətindən  də  görmək  mümkün-
dür.  
İki  dəfə  sədrəzəm  mövqeyinə  yüksələn  Midhət 
Paşa  (1822-1884)  sultanın  istəyi  ilə  ölümə  məhkum 
edilmiş,  yalnız  ingilislərin  işə  qarışmasından  sonra 
cəzası ömürlük həbslə dəyişdirilmişdi. Ancaq az sonra 
gizli  əmr  əsasında  Taifdə,  həbsxanada  qətlə  yetiril-
mişdi.  Əli  Süavi  (1839-1878)  II  Əbdülhəmidi  devir-
məyə təşəbbüs göstərdiyi üçün mühafizə rəisi tərəfin-
dən öldürülmüşdü. İttihad və Tərəqqi partiyasının qu-
rucuları  sırasında  yer  alan  Abdullah  Cövdət  (1869-
1932)  Əli  bəyin  gənclik  dostu  idi
1
.  Əsgəri  Tibbiyyə 
Məktəbində birlikdə təhsil almışdılar. Sultan xəfiyyə-
lərinin  təqibindən  əvvəlcə  Fransa  və  İsveçrədə,  sonra 
Misirdə  sığınacaq  tapmışdı.  Radikal  islahatçı  əhval-
ruhiyyəsi  ilə  seçilən  məşhur  “İctihad”  məcmuəsini 
nəşr  edirdi.  “Sultanın  ehsanlarını,  rütbələrini,  məmu-
riyyətlərini  rədd  və  xədivi-Misrin  təəssütünü  qəbul 
etməyərək  məqsədi-müqəddəs  uğrunda  mal  və  mül-
kümü, həyatımı fəda etmək qayeyi-amalımdır”
2
, – de-
yən  Əliheydər  bəy  Midhət  Paşazadə  (1879-?)  də  II 
                                                 
1
 Daha geniş məlumat almaq üçün bax. Vilayət Quliyev. Abdullah Cövdətin 
Əli bəy Hüseynzadəyə məktubları. “525-ci qəzet”, 7,14,23 mart 2016-cı il 
sayları.  
2
 Turani. Midhət Paşazadə Əli Hyedər bəy, “Füyuzat”, say 6, s. 91. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə