191
Balaxanı məktəbinin müəllimləri arasında "Molla
Nəsrəddin"in fəal yazarlarından biri – Mirzə Ələkbər
Sabir də vardı. 1910-1911-ci illərdə o, Əhməd Kama-
lın müdir olduğu məktəbdə ana dili və şəriət dərslərini
aparırdı
1
. Həmin dövrdə artıq “Hophopnamə” müəllifi
və həqiqi xalq şairi kimi böyük şöhrət qazanmışdı.
Türk həmkarının iştirak etdiyi bir sıra qəzet və məc-
muələrdə onun da şeirləri dərc olunurdu. Sabir haq-
qında ilkin mənbələrə əsaslanan bir sıra tədqiqat əsər-
lərinin müəllifi Alxan Bayramoğlunun araşdırmala-
rından da göründüyü kimi, Sabir təkcə Balaxanı mək-
təbində deyil, “Həqiqət” qəzetində də Əhməd Kama-
lın rəhbərliyi altında çalışmışdı: “Sabir “Həqiqət” qə-
zetində 1910-cu il iyunun 10-dan sonra işləməyə baş-
layır. Bu vaxt Üzeyir bəy Hacıbəyov həmin qəzetin
redaktorluğundan getmiş, onun yerinə isə “Balaxanı
camaat məktəbinin” müdiri Əhməd Kamal dəvət olun-
muşdu. Həmin günlərdə məktəblər yay tətilində idi.
Odur ki, məktəbin direktoru Əhməd Kamalla müəl-
limi Sabirin “Həqiqət”də işləməsinə heç bir maneçilik
ola bilməzdi”
2
.
Onların birgə səyi nəticəsində qəzetdə “Həfteyi-
ədəbi” və “Həfteyi-fənni” adlı yeni rubrikalar açılmış-
dı. “Sabir hər iki istiqamət üzrə müsabiqə komissiya-
sının üzvü və qəzetin əməkdaşı kimi orada verdiyi sə-
mərəli təkliflər və dərc etdirdiyi əsərləri ilə yaxından
1
Məlumat üçün bax. Sabir xatirələrdə. Bakı, “Gənclik”, 1982.
2
Alxan Bayramoğlu. Mirzə Ələkbər Sabir. “Mirzə Ələkbər Sabir-150.
Biblioqrafiya”, Bakı, 2012, s. 24.
192
iştirak etmişdi”
1
. Yəqin ki, bir-birini kifayət qədər
tanıyan iki yaradıcı şəxsin, pedaqoq və şairin birgə
fəaliyyətinə digər mətbu nəşrlərdə – “Günəş” qəzetin-
də, habelə “Yeni füyuzat” məcmuəsində də təsadüf
olunmaqdadır.
Lakin nədənsə Əhməd Kamal nə Bakı mətbuatında
işıq üzü görən tənqidi məqalələrində, ədəbi icmalla-
rında, nə də həyatının sonuna yaxın qələmə aldığı
xatirələrdə Sabir haqda bir kəlmə də yazmamışdı...
Eyni sözləri çətin məqamda müdafiəsinə qalxan, Tiflis
həbsxanasında ona mənəvi dəstək verən, kitab və qə-
zetlər göndərən Cəlil Məmmədquluzadə haqqında da
söyləmək mümkündür. Çox ehtimal ki, bu soyuq mü-
nasibətin arxasında hər iki böyük azərbaycanlının Əh-
məd Kamalın anladığı mənada türkçülük ölçülərinə
uyğun gəlməmələri idi.
1908-ci ilin iyulunda İstanbulda tarixə İkinci Məş-
rutiyyət dönəmi kimi daxil olan “gənc türklər” inqi-
labı qələbə çaldı. Sultan II Əbdülhəmidin bir qərinəlik
mütləqiyyət idarəçiliyinə son qoyuldu. Ölkədə 1876-
cı il Konstitusiyası yenidən qüvvəyə mindi, parlament
fəaliyyətə başladı. Aralarında Əhməd Kamalın da ol-
duğu ittihadçılar iqtidara gəldilər. “İttihad və Tərəq-
qi”nin mühacirətdəki üzvlərinin çoxu vətənə qayıtdı.
Xatirələrində “1323-1324 (miladi tarixlə 1907-1908-
ci illər – V.Q.) sənəsi tədrisatını ikmalə bir-iki ay qal-
mış Türkiyədə məşrutiyyət elan edildi və hamımız
sənələrdən bəri mütəəssiri olduğumuz vətənə dön-
1
Alxan Bayramoğlu. Mirzə Ələkbər Sabir. “Mirzə Ələkbər Sabir-150.
Biblioqrafiya”, Bakı, 2012, s. 24.
193
dük”
1
– yazsa da, inqilab qələbə çalan kimi, dərhal ge-
ri qayıdanların arasında Əhməd Kamal yox idi. Nəinki
geri dönməmişdi, hətta necə deyərlər, əlindəki işləri
buraxıb yeni tarix yazılan İstanbula üz tutmaq əvə-
zinə, bütün yay tətilini Azərbaycanda keçirmişdi. İyu-
lun sonlarında anasına göndərdiyi məktubda yazırdı:
“Şimdilik yaz olduğundan üç ay tətilimiz vardır. Bu
üç ay Kafkasiyanın ötəsinə bərisinə səyahətlə ümrari-
vəqt və təbdili-hava ediyorum. İştə bunu da sizə Zə-
yəm denilən bir səfiyədən yazdım”
2
.
Tədqiqatçı M.Kayahan Özgül də onun Türkiyəyə
məşrutiyyət elanından dərhal sonra qayıtmamasını Ba-
kıdakı müəllimlik fəaliyyəti ilə əlaqələndirir: “Çünki
Kafkasiyada idarə etdiyi məktəbdən ilk məzuniyyət
bir sənə sonra olacaqdı. Bu müvəffəqiyyəti görmədən
əvdət etməyə könlü razı olmadı”
3
.
Fikrimcə, tək səbəb bu deyildi. Sadəcə, ittihadçılar
hakimiyyətə yiyələnəndən və İstanbulda vəzifə böl-
güsü başlayandan sonra hərəkatın bir çox sıra nəfərləri
kimi Əhməd Kamalı da yada salan olmamışdı. Başqa
sözlə desək, o da “qurdlar süfrəsindən pay qapmağı
bacarmayanlar”
4
(M.Kayahan Özgül) arasına düşmüş-
dü. Bu baxımdan Bakıda qalıb növbəti məzuniyyətini
gözləməsi seçimdən daha çox məcburiyyət üzündən
atılan addım sayılmalıdır. Eyni zamanda Əhməd Ka-
malın dərhal İstanbula üz tutmaması həm də yeni ha-
1
Osman Ergin. Adıçəkilən əsəri, s. 503.
2
M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 67.
3
Orada.
4
Yenə orada, s. 171.
194
kimiyyət təmsilçiləri ilə bağlı müəyyən inamsızlıqdan,
şübhələrdən qaynaqlanırdı. 1911-ci ilin yayında o, üç
il əvvəlki həyəcanlı iyul günlərində yaşadığı hissləri
yada salaraq yazırdı: “Məşrutiyyətimizin istirdad və
ilan olunduğunu istibşar etdiyim zaman Kafkasiyada,
Bakıda bulunuyordum. Bu müjdəni şübhəli sevinclər
içində qəzetə teleqraflarından aldım. On Temmuz
iydi-mübarəkini bizi kəndilərindən az sevməyən Kav-
kasiyalılarla icra etdik. Fəqət nə yalan söyləyim, bən
bu məşrutiyyətin bir məşrutiyyəti-həqiqiyyə, daha
doğrusu, bir məşrutiyyəti-salimə olacağına vicdanımın
aldanmaq arzu və ehtiyacına rəğmən inanmıyordum”
1
.
Dərhal yada düşməməsi, dəvət olunmaması ilə
bağlı bəlli inciklik hissi yaşasa da, Əhməd Kamal
1908-ci ilin sonunda İstanbula dönmüşdü. Dostlarının
yardımı ilə artıq Tələt Paşa kimi tanınan gələcək
Triumvirat üzvü Tələt bəylə görüşmüşdü. “İttihad və
Tərəqqi”nin üç liderindən biri “məşrutiyyətdə sənin
çox haqqın vardır”, – deyə ünvanına tərif yağdırandan
sonra yenidən Bakıya qayıdıb Qafqaz türkləri arasında
Rusiya əleyhinə “beşinci dəstə” yaratmağı təklif et-
mişdi. Əhməd Kamal eyforiya içərisində olan ittihadçı
dostlarına “Siz rusların Türkiyə ilə bağlı nöqteyi-
nəzərinə müxalif dövlətlərin müdaxiləsini təmin etmə-
səniz, Kafkasiyada vüqua gətiriləcək üç-beş günlük
hərəkat Türkiyə ilə bərabər qafqaziyalıları da eyni
aqibətə sürükləməkdən başqa bir nəticə verməz” söz-
ləri ilə xəbərdarlıq etsə də, sözünə ciddi yanaşan
1
M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 68.
Dostları ilə paylaş: |