Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

 
175 
“FÜYUZAT” ƏHMƏD KAMALA  
GÖRƏ BAĞLANMIŞDI? 
 
 “Füyuzat”ın  sonuncu,  32-ci  sayı  1907-ci  il  noya-
brın  1-də  işıq  üzü  görsə  də,  artıq  oktyabrın  ortala-
rından  jurnalın  fəaliyyətini  dayandıracağı  bəlli  idi. 
Oktyabrın  19-da  və  24-də  çıxan  saylarda  sahibi-im-
tiyaz Hacı Zeynalabdin Tağıyevin adından “bəzi əsba-
ba  məbna  (bəzi səbəblərə görə)  “Füyuzat”  müvəqqəti 
olaraq  32-ci  nömrədən  tətil  edəcəkdir”
1
  elanı  veril-
mişdi.  Sonuncu,  1  noyabr  tarixli  32-ci  sayda  baş  re-
daktor Əli bəy Hüseynzadənin “Pərdə eniyor. Son ta-
maşa”  adlı  vida  yazısında
2
  məcmuənin  qapanmasını 
zərurətə  çevirən  səbəb  və  amillərə  toxunmuşdu.  Üs-
təlik  məlum  olmuşdu  ki,  jurnal  öz  oxucuları  ilə  mü-
vəqqəti yox, həmişəlik vidalaşır. Həm imtiyaz sahibi, 
həm  də  baş  mühərririn  üstüörtülü  şəkildə  bəhs  et-
dikləri qapanma səbəbləri hansılar idi? Əlirza Bayatın 
“Hüseynzadə  Əli  bəy”  kitabında
3
,  eləcə  də  bir  sıra 
digər  mənbələrdə  (Ofeliya  Bayramovanın  “Füyuzat” 
nəşrinə ön sözü
4
, M.Kayahan Özgülün Əhməd Kamal 
şəxsiyyətindən və irsindən söz açan kitabı
5
, Şərif Bil-
gəxanın  natamam  xatirələri  və  s.)  jurnalın  bağlanma-
sının tarixçəsi belə nəql edilir:  
II Sultan Əbdülhəmidin cülusunun – taxta çıxma-
                                                 
1
 “Füyuzat”, 1907, say 30, s. 480, say 31, s. 496. 
2
 Ə.H. Pərdə eniyor, “Füyuzat”, 1907, say 32, s. 497-501. 
3
 Ali Rza Bayat. Hüseyinzade Ali Bey, Ankara, AKM, 1998, s. 16. 
4
 Ofeliya Bayramlı. Milli mədəniyyətimizin böyük abidəsi, “Füyuzat”, Bakı, 
2006, s. VII. 
5
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 63. 


 
176 
sının 32-ci ildönümü ərəfəsində, yəni 1907-ci ilin av-
qustunda  Hacı  Zeynalabdin  Tağıyev  Bakı  qazısı  Mir 
Məhəmməd  Kərim  ağanın  Azərbaycan  türkcəsində 
nəşr  etdirdiyi  Quran  təfsirinin  4  min  altun  qiyməti 
olan  daş-qaşla  bəzədilmiş  nadir  nüsxəsini  Axund 
Yusif  Talıbzadə  (məşhur  ədib  Abdulla  Şaiqin  böyük 
qardaşı,  türkçülük  hərəkatının  tanınmış  simalarından 
biri  idi,  bədii  tərcümələri,  habelə  orijinal  yazıları  ilə 
"Füyuzat"ın  müəllifləri  sırasında  da  yer  almışdı  – 
V.Q.)  vasitəsi  ilə  Osmanlı  hökmdarına  göndərmişdi. 
Çox  ehtimal  ki,  müdrik  Hacı  Zeynalabdinin  hədiyyə 
seçimində  məqsədi  sadəcə  yeganə  türk  dövlətinin 
hökmdarını  həyatının  əlamətdar  günü  münasibəti  ilə 
təbrik  etmək  deyil,  həm  də  əsrlərdən  bəri  islam  dün-
yasını  parçalayıb  gücdən  salan  məzhəb  qarşıdurma-
sına – sünnilərlə şiələr arasındakı ədavətə son qoyma-
ğın  vaxtı  çatdığını  xatırlatmaq  idi.  Çünki  məzhəb 
çəkişmələri  nəticəsində  bəzi  sünni  dairələr  arasında 
Sabirin  satirasında  da  deyildiyi  kimi,  “şiə  mollası 
yazan  türkicə  Quranı”  “maşa  ilə  götürüb  əl  vurma-
maq” əhval-ruhiyyəsi mövcud idi. 
Hacının  diqqətini  yüksək  qiymətləndirmək  və  tə-
şəkkür  izhar  etməklə  bir  sırada  II  Əbdülhəmid  onun 
elçisinə – Talıbzadəyə yəqin ki, “Füyuzat” nəşrə baş-
layan  gündən  ürəyində  saxladığı  sözləri  də  demişdi: 
“Bir  şey  anlamadım.  Zeynalabdin  bəy  məcmuəsində 
mənə  sataşır,  sonra  da  hədiyyə  göndərir?”.  Axund 
Yusif Talıbzadə Bakıya qayıdıb bu sözləri Hacı Zey-
nalabdinə  çatdırandan  sonra  narazılıq  doğuran  nəşrin 
taleyi  həll  olunmuş,  dərhal  bağlanmasına  qərar  veril-


 
177 
mişdi.  
Fərqli  mənbələrdə  kiçik  dəyişikliklərlə  təsadüf 
olunan  bu  versiya  həqiqətə  nə  qədər  uyğundur?  Os-
manlı sultanı doğrudanmı  məsələyə özü müdaxilə et-
mişdi?  
Məcmuənin  bağlanmasının  pərdə  arxasını  hadisə-
lərin  isti  izi  ilə  birincilər  sırasında  “Füyuzat”la  ideya 
baxımından fərqli qütblərdə dayanan, lakin ona qətiy-
yən  rəqib,  düşmən  münasibət  bəsləməyən  “Molla 
Nəsrəddin” jurnalı (1907, № 43) işıqlandırmışdı. Mir-
zə Cəlilin “Batdağ”
1
 felyetonu bu məsələyə həsr edil-
mişdi.  
Cəlil Məmmədquluzadənin felyetonunda da yuxa-
rıdakı versiya yumoristik çalarlarla təkrarlanırdı: “Ba-
kı padşahı” (Hacı Zeynalabdin Tağıyev nəzərdə tutu-
lur – V.Q.) Axund Çəyirtkəni (Mirzə Yusif Talıbzadə) 
yanına  çağırıb  onu  Quran  nüsxəsini  “İstanbul  pad-
şahına”  (İkinci  Sultan  Əbdülhəmid) çatdırmağı tapşı-
rır. Neft qülləsinin başına çıxan Axund Çəyirtkə ora-
dan düz İstanbulun “Yıldız” sarayına hoppanır və Sul-
tanın hüzuruna gəlir. Onun Bakı haqqındakı söhbətlə-
rinə qulaq asan hökmdar sözünü yarıda kəsib soruşur: 
“Mənə de görüm o “Füyuzat”ı çıxaran kimdir?”
2
 
Məcmuənin  Qurani-Kərim  göndərmiş  “Bakı  pad-
şahı”nın pulu ilə nəşr olunduğunu eşidən sultan qeyzlə 
“Füyuzat” dərgisini gətirməyi əmr edir və özəl katibi 
Cəlal  Ünsizadəyə  (qardaşı  Səid  Ünsizadə  ilə  birlikdə 
                                                 
1
  Cəlil  Məmmədquluzadə.  Əsərləri.  4  cilddə.  2-ci  cild.  “Öndər”  nəşriyyatı, 
Bakı, 2004, s. 223-226. 
2
 Orada, s. 224. 


 
178 
XIX  əsrin  80-90-cı  illərində  “Ziya”,  “Ziyayi-Qafqa-
ziyyə”,  “Kəşkül”  kimi  nəşrləri  çıxaran  Azərbaycan 
ziyalısı, həyatının son illərini Türkiyədə, dövlət qullu-
ğunda  keçirmişdi  –  V.Q.)  11-ci  sayı  açıb  oxumasını 
tapşırır. Həmin sayda Əli bəy Hüseynzadənin Rusiya-
da  ali  qanunverici  orqanın  –  dumanın  çarın  əmri  ilə 
buraxılmasından  bəhs  edən  kəskin  tənqidi  ruhlu  və 
siyasi  münədricəli  "İkinci  Dövlət  Duması"  məqaləsi 
çap olunmuşdu.  
Yazıda  Birinci  rus  inqilabının  təsiri  ilə  dünya 
miqyasında  mütləqiyyət  rejimlərinin  süqutu,  onların 
tədricən  öz  yerini  konstitusiyalı  monarxiyaya,  yaxud 
respublika  üsul-idarəsinə  verəcəyi  haqda  söhbət  ge-
dirdi. Rusiyanın ardınca Osmanlı imperiyasını da eyni 
aqibət  gözlədiyini  uzaqgörənliklə  proqnozlaşdıran 
müəllif yazırdı: “... Türkiyədən başqa mütləqiyyət heç 
bir  yerdə  payidar  olamıyor;  çünki  Rusiya  hürriyyə-
tinin  zərbəsinə  tab  gətirəmiyorlar.  Bu  surətlər  Türki-
yənin üzərinə hər tərəfdən bir seyli-xüruşani-hürriyyət 
(coşqun  azadlıq  seli)  hücum  edərək  onu  mühib  bir 
girdabın  içinə  düşürüyorlar  ki,  o  girdabda  kəştiyi-
mütləqiyyətin  (mütləqiyyət  gəmisinin)  qərq  və  nabud 
olması ilə naxudasının (kapitanının) da böyük bəlalara 
düçar  bulunması  mühəqqəqdir  (qaçılmazdır).  Bunu 
sultan  çox  gözəl  anlıyor.  İştə  anladığı  üçündür  ki, 
Rusiya duması dağıdılarkən qurbanlar kəsdiriyor”
1

Bu  sözlər  oxunandan  sonra  Axund  Çəyirtkənin 
vəlineməti  Hacının  savadsız  olması  və  məcmuədə 
                                                 
1
 Ə.H. İkinci Dövlət Duması, “Füyuzat”, say 11, s. 163. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə