Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

 
 
30 
adlarını  dəftərdə  qeyd  edir,  bütün  yaşayış  məskənlərinin  ad-
larını,  hətta  heç  kimin  yaşamadığı,  ancaq  gəlir  gətirə  biləcək 
kəndlərin adlarını da dəftərdə yazmağı unutmamışdılar
1

Osmanlıların  işğalı  dövründə  Naxçıvan  sancağının  kənd  tə-
sərrüfatına  xas  olan  cəhətlərindən  biri  də,  taxılçılıq  və  üzüm-
çülüklə bərabər, maldarlıq, bostançılıq və digər təsərrüfat sahə-
lərinin  də  inkişaf  etməsi  idi.  Bu  da  təsadüfi  deyildi.  Türkiyə 
işğal  etdiyi  torpaqlardan  gəlir  əldə  etmək  naminə,  məhsuldar 
qüvvələrin inkişafına ciddi nəzarət edirdi. Məhz bu baxımdan da 
osmanlılar  qeyd  edilən  sahələrin  təsərrüfat  həyatının  inkişafına 
fikir verməklə yanaşı, əhalinin qazanc götürdüyü bütün sahələrə 
vergi  qoymuşdular.  Ümumiyyətlə,  xəzinəyə  gəlir  gətirən  bütün 
obyektlərin  adları,  hətta  sıradan  çıxmış  dəyirmanların  da  sayı 
dəftərə salınmışdı.
2
 Bu idarə üsulu ilə Naxçıvan sancağı 1735-ci 
ilə qədər osmanlıların tabeliyində olmuşdur. 
Səfəvi dövlətinin osmanlılar tərəfindən işğal edilmiş torpaq-
larını geri almaq uğrunda İranın sonrakı hakimi Nadirqulu xanın 
(Nadir  şah)  apardığı  uğurlu  müharibə  nəticəsində,  Osmanlı 
qoşunlarından  təmizlənən  Naxçıvan  diyarı  heç  də  ağ  günlərə 
çıxmadı.  1736-cı  ildə  özünü  şah  elan  edən  Nadir  şah  Əfşar 
Muğan  qurultayında  onun  namizədliyinin  əleyhinə  çıxan 
azərbaycanlılara  divan  tutdu
3
.  Bu  qəbildən  naxçıvanlılara  da 
işgəncə verildi. Nadirqulu xanın şah olmasına etiraz etdiklərinə 
görə,  Kəngərli  tayfasının  bəzi  nüfuzlu  nümayəndələri  də 
vətəndən Əfqanıstana sürgün edildi.
4
 
Nadir  şah  Əfşar  Səfəvi  dövlətindən  əsər-əlamət  qalmasın 
deyə,  tabeliyində  olan  inzibati-ərazi  bölgüsündə  çox  ciddi  də-
yişiklik  etdi.  Belə  ki,  o,  Şirvan,  Qarabağ,  Təbriz,  Çuxur-Səəd 
bəylərbəyliyini  ləğv  edərək  vahid  inzibati  bölgü  yaratmışdır. 
Azərbaycan  adlanan  bu  vilayətin  idarəsini  Nadir  şah  Əfşar  öz 
                                                 
1
 Yenə orada. 
2
 Yenə orada, s. 120. 
3
 Ф. М Алиев. Антиранские выступления, с. 98-118. 
4
 Yenə orada, 


 
 
31 
qardaşı İbrahim xana həvalə etdi.
1
 
Türkiyə-İran müharibələrindən sonra hakimiyyətə gələn Na-
dir şah Əfşarın dövründə ölkədə havalar quraqlıq keçdiyi üçün, 
məhsulun azlığı zəhmətkeş kütlələrin onsuz da ağır olan vəziy-
yətini  daha  da  kəskinləşdirdi.  Nadir  şahın  yeni  vergi  sistemi, 
onun  hərbi  yürüşlərinin  ağırlığı,  İran  dövlətində  olduğu  kimi, 
bütün  Azərbaycanı  əhatə  edən  aclığa  gətirib  çıxartdı.
2
  Bunun 
nəticəsində  yadelli  işğalçılara  qarşı  yönəlmiş  xalq  hərəkatı, 
XVIII  əsrin  ortalarında,  Azərbaycanda  İran  hakimiyyətinə  son 
qoyulmasında mühüm rol oynadı.
3
 
Nadir şah Əfşarın ölümündən sonra (1747) taxt-tac uğrunda 
varislərin  mübarizəsi  ilə  yanaşı,  onun  dövlətinə  daxil  olan  vi-
layətlərin  nüfuzlu  feodalları  da  sərbəstliyə  can  atırdılar.  Be-
ləliklə, Azərbaycan ərazisində 18 xanlıq əmələ gəldi: Şəki, Qa-
rabağ, Quba, Dərbənd, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, 
Sərab,  Ərdəbil,  Xoy,  Urmiya,  İrəvan,  Qaradağ,  Lənkəran, 
Marağa, Maku və Cavad xanlıqları.
4
 
1747-ci  ildə  yaranmış  Naxçıvan  xanlığı  nə  özünün  iqtisadi 
inkişafı, nə də hərbi qüdrəti baxımından digər xanlıqlardan fərq-
lənmirdi.  Hakimiyyətini  gücləndirmək  və  təcavüzlərdən  qorun-
maq  məqsədi  ilə  Naxçıvan  xanlığının  əsasını  qoymuş  Hey-
dərqulu  xan  (1747-1763/64)  fəaliyyətinin  ilk  dövründə  daha 
güclü olan Qarabağ xanlığına arxalanırdı.
5
 Hətta o, Qarabağ xanı 
Pənahəli xanla hərbi-siyasi ittifaqa da girirdi
6

Heydərqulu  xanın  ölümündən  sonra  1787-ci  ilə  qədər,  tez-
tez Naxçıvan xanlığında hakimlər dəyişirdi. Bu dövrə qədər çox 
zəifləmiş  olan  Naxçıvan  xanlığı,  Xoy,  Qarabağ  və  İrəvan  xan-
                                                 
1
 F.M.Əliyev. Azərbaycan XVIII əsrdə. «Azərbaycan tarixi», Bakı, Elm, 
1993, s. 182; Yenə də onun. Антиранские выступления.., s. 125 
2
 F.M.Əliyev. Azərbaycan XVIII əsrdə, s. 183. 
3
 Yenə orada, s. 184. 
4
 Yenə orada. 
5
 F.M.Əliyev. Göstərilən əsəri, s. 14. 
6
 В.Н.Левиатов. Очерки истории Азербайджана в XVIII в. - Баку, 1948, с. 
123. 


 
 
32 
lıqları,  Kartli-Kaxetiya  çarlığı  və  İran  arasında  ardı-arası  kəsil-
məyən mübarizənin obyektinə çevrilir.
1
 
Bu  xanlıqlarla  İran  arasında  siyasi  cəhətdən  manevr  edən 
Naxçıvan  xanları,  xüsusilə  də  Abbasqulu  xanla  Kəlbəli  xan, 
1783-cü ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən, Ru-
siyanın  himayəsi  altına  keçmiş  Kartli-Kaxetiya  çarı  II  İraklinin 
vasitəçiliyi  ilə  Naxçıvan  xanlığında  əmin-amanlığa  nail  olmaq 
xatirinə Rusiyanın himayədarlığına keçməyi üstün tuturdu.
2
 
1787-ci  ildən  1820-ci  ilə  qədər,  fasilələrlə  Naxçıvan  xanı 
olmuş  Kəlbəli  xanın  dövründə  Naxçıvan  xanlığının  nisbətən 
güclənməsi  müşahidə  olunur  və  sonra  xanlıq  daxilindəki  siyasi 
sabitlik,  Ağa  Məhəmməd  şah  Qacarın  Cənubi  Qafqaza  yürü-
şündən sonra pozulmağa başlayır.
3
 
Ağa  Məhəmməd  Qacar  özünü  şah  elan  etməzdən  əvvəl 
Cənubi  Qafqaza  yürüşü  ərəfəsində,  oraya  öz  nümayəndələri  ilə 
fərmanlar göndərmiş, hakim feodallardan – xanlardan itaət əla-
məti  olaraq  «arvadlarını,  uşaqlarını  və  qardaşlarını  girov  gön-
dərməyi  əmr  etmişdir».
4
  Naxçıvan  xanlığının  hakimi  Kəlbəli 
xan qəlbdən sevmədiyi əmisi oğlu, həmişə xanlıq taxtında gözü 
olan Abbasqulu xanı başından etmək məqsədi ilə onu girov kimi 
İran hakiminin xidmətinə göndərdi. Ağa Məhəmməd şah Qaçar 
Kəlbəli  xanın  Abbasqulu  xana  olan  münasibətini  bildiyi  üçün 
onun  bu  hərəkətlini  qeyri-ciddi  qiymətləndirdi,  lakin  o, 
Qarabağa və Gürcüstana yürüşə tələsdiyinə görə ona toxunmadı. 
Sonralar bunun üstündə, Ağa Məhəmməd şah Qacar 1797-ci ildə 
Azərbaycana  etdiyi  ikinci  yürüşü  zamanı  Kəlbəli  xanı 
düşərgəsinə dəvət etmiş və burada onu cəzalandıraraq gözlərini 
kor  edib,  onun  yerinə  İranda  girov  kimi  saxlanılan  Abbasqulu 
xanı  təyin  etmişdi.  Dünya  işığından  məhrum  olan  Kəlbəli  xanı 
isə həbs edib girov kimi Tehrana göndərmişdir.
5
 
                                                 
1
 F.M.Əliyev. Azərbaycan XVIII əsrdə, s. 16. 
2
 Yenə orada, s. 17-18. 
3
 Yenə orada, s. 18; В.Н.Левиатов. Göstərilən əsəri. s. 163. 
4
 П.Г.Бутков. Göstərilən əsəri, s. 319. 
5
 П.Г.Бутков.  Göstərilən  əsəri,  s.  320,  427-428;  Н.Ф.Дубровин.  История 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə