Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə7/89
tarix15.07.2018
ölçüsü
#55814
1   2   3   4   5   6   7   8   9   10   ...   89

I FƏSİL
BƏRPA PROSESİNƏ QƏDƏRKİ DÖVRDƏ
AZƏRBAYCAN RESPUBLİKASIYOL-NƏQLİYYAT 
KOMPLEKSİNtN VƏZİYYƏTİ
Ölkənin xalq təsərrüfatı kompleksində bütün sahələr müəyyən 
əhəmiyyət kəsb edir. Lakin elə sahələr də vardır ki, onlarsız xalq 
təsərrüfatı kompleksinin fəaliyyəti, sadəcə, olaraq mümkün deyil- 
dir.  Bunlardan  biri  də  nəqliyyatdır.  O,  istehsal  infrastrukturla- 
nndan  biri  olmaqla  sosial-iqtisadi  inkişafa böyük təsir  göstərir. 
Dövlət müstəqilliyimizin əldə edilməsi, yaranmış iqtisadi bloka- 
danın aradan qaldınlmasını,  dünya ölkələri ilə nəqliyyat-iqtisadi 
əlaqələrin genişləndirilməsini, ölkə nəqliyyat sisteminin transav- 
ropa nəqliyyat şəbəkəsinə qoşulmasını, Avropa ilə Asiya arasında 
tranzit  əlaqələrinin  inkişafını  həyati  zərurətə  çevirdi.  Belə  bir 
şəraitdə gənc dövlətimizin qarşısında duran mühüm vəzifələrdən 
biri  sovetlər dövründən qalmış nəqliyyat sistemini qoruyub  sax- 
lamaq və onu zamanın tələbinə uyğun inkişaf etdirmək idi.
Müstəqilliyin  ilk  illərində  keçmiş  iqtisadi  əlaqələrin  kəsil- 
məsi,  maliyyə  vəsaitinin  çatışmazlığı,  ölkə  daxilində  yaranmış 
qeyri-siyasi  sabitlik başqa  sahələr  kimi  nəqliyyat  sisteminin  də 
inkişafına,  onun  madii-texniki  bazasının möhkəmləndirilməsinə 
mənfi  təsir  göstərmiş,  nəqliyyatın  bütün  növləri  üzrə  yükdaşı- 
manın azalmasına səbəb olmuşdur. Bunu cədvəl  l.l-dəki faktlar- 
dan aydın görmək olar (bax s.26) (210).
Vahid  nəqliyyat  sisteminin  mühüm  tərkib  hissəsindən  biri 
dəmir yolu nəqliyyatıdır. Ölkənin əmtəə bazannm formalaşmasma, 
inkişafına daha güclü təsir edən dəmir yolu universal nəqliyyat- 
dır.  Bu  nəqliyyatla  iqlim  şəraitindən  asılı  olmayaraq  fasiləsiz 
şəkildə müxtəlif növ yüklərin kütləvi daşınması mümkündür.
1996-2000-ci  illərdə  ümumi  nəqliyyat  sektorunda  daşınmış 
bütün  yüklərin  orta  hesabla  17,8  %-i  dəmir  yolunun  payına 
düşmüşdür (23,8.02. 2003).


Cədvəl 1.1
Bərpa prosesinə qədərki dövrdə nəqliyyat növləri üzrə 
yükdaşımanın vəziyyəti (min ton)
Nəqliyyat
növləri
1990
1993
1994
1995
1996
1997
Dəmir yol
32688
18398
14039
8188
8091
9163
Dəniz
17842
6479
6526
5713
5748
7504
Avtomobil
53111
21894
19141
15082
14215
15371
Boru kəm.
27184
17327
15386
13238
12347
12550
Aviasiya
26
14
26
22
22
19
Hazırda Azərbaycan dəmir yollannın ümumi uzunluğu 2,2 min 
km-dir  (13,  17.03-5.04,  2002).  Dəmir yollarmın bütün hissələri 
avtomatik  idarə  sistemi  ilə  təchiz  edilmişdir.  Respublika  Dəmir 
Yolu idarəsinin sərəncamında 500 lokomotiv, 800 səmişin vaqonu, 
25 mindən çox yük vaqonları və vaqon sistemləri, 5 mindən çox 
konteyner vardır (206,163). Azərbaycan dəmir yollannda 170-dən 
çox  müxtəlif təyinatlı  stansiyalar  mövcuddur.  Yük  və  səmişin 
həmin stansiyalarda qəbul edilir və yola salınır.  Stansiyalar əsaslı 
tikililərdən -  vağzallardan, platformalardan, anbarlardan, konteyner 
terminallanndan,  yükvurma və yükboşaltma mexanizmlərindən, 
dalan yollardan ibarətdir (150,5)  Səmişinlərin və yüklərin daşın- 
ması elektrovoz və teplovozlar vasitəsilə həyata keçirilir.  Dəmir 
yollannın  1271,1  km-i  və  ya  ümumi  xəttin  60  %-i  elektrikləş- 
dirilmişdir.  Azərbaycan  dəmir  yolu  parkmda  istismarda  olan 
lokomotivlər Rusiyada istehsal olunmuşdur (150,5).
Respublikarnız müstəqillik əldə etdikdən sonra vaqon parkmm 
keçmiş İttifaq respublikalan arasında bölüşdürülməsi nəticəsində 
Azərbaycan  Dövlət  Dəmir  Yolu  İdarəsinə  28600  vaqon  veril- 
mişdir (148,39). Müstəqilliyin ilk illərində yük vaqonlarmın res­
publika  daxilində  əsaslı  təmiri  mümkün  deyildi.  Çünki  onlann 
əsas təmir bazası Rusiya və digər MDB ölkələrində yerləşdiyin- 
dən  təsərrüfat  əlaqələrinin  qmlması,  ölkə  daxilində  yaranan 
maliyyə çətinlikləri buna imkan vermirdi. Yaranmış vəziyyətdən


çıxmaq üçün  1996-cı  ildə  Ələt refrijator və  Gəncə  vaqon depo- 
sunda yük vaqonlannın və refrijatorlann əsaslı təmiri  işinə baş- 
landı, yeni texnologiya tətbiq edildi (148,42).
Dəmir  yolu  nəqliyyatının  fəaliyyətinə  mənfi  təsir  göstərən 
amillərdən  biri  də  Rusiya  Federasiyası  tərəfindən Azərbaycana 
qarşı tətbiq edilən nəqliyyat blokadası olmuşudur. Yalnız Heydər 
Əliyevin  apardığı  məqsədyönlü  siyasət nəticəsində  1997-ci  ilin 
aprelindən blokada aradan qaldınlmış, Şimal istiqamətində səmişin 
qatarlannın hərəkəti Ьэфа olunmuşdur. “İpək yolu”nun Ьэфавта 
qədərki dövrdə respublika dəmir yolu nəqliyyatı mövcud maddi- 
texniki  bazanı,  əsasən,  qoruyub  saxlamış,  daxili  imkanlar hesa- 
bına  onun genişləndirilməsi  istiqamətində тйэууэп işlər həyata 
keçirmişdir.  1991-ci  ildə  7,1  km  məsafədə  ikinci  xətt  açılmış,
5,4 km uzunluğunda stansiya yollan istifadəyə verilmiş (148,176), 
1998-ci  ildə  Azərbaycan  dəmir  yolunun  Bakı  lokomotiv  depo- 
sunda elektrik qatarlannın əsaslı təmiri  apanlmış,  10  ədəd elek- 
trovoz  və  hər  biri  4  vaqondan  ibarət  2  elektrik  qatan  yeni- 
ləşdirilmiş  (148,  s.35),  уепэ  həmin  ildə  Naxçivan  Muxtar 
Respublikası  ərazisindəki  1484  yük  vaqonunun  vaxtında  təmir 
edilməsi  üçün  Culfa  vaqon  istisman  deposu  yaradılmışdır 
(148,118).  1992-ci  ildə  Salyan və Yevlax  stansiyasında yanğın- 
dan mühafizə məqsədilə qatarlar istifadəyə verilmişdir (148, 59).
90-cı  illərdə  sosial  yönlü  tikinti  işləri  də  apanlmışdır.  Bu 
dövrdə dəmiryolçular üçün  16 900 kvm sahəsi olan yaşayış binası, 
40  çaфayılıq  xəstəxana,  65  yer  tutumu  olan  poliklinika  istifa- 
dəyə verilmişdir (148,176).  1995-ci ildə illik istehsal gücü 5 mln 
кэфю  olan  Ələt  kэфic  zavodu  istismara  verilmişdir  (148,67). 
Ümumiyyətlə,  Ьэфа  prosesinə  qədərki  müxtəlif  illərdə  sosial 
yönlü  tikinti  işlərinin  vəziyyəti  belə  olmuşdur:  1991-ci  ildə 
16993  kvm,  1992-ci  ildə  4685  kvm,  1993-cü  ildə  5660  kvm,
1994-cü  ildə  12085  kvm,  1995-ci  ildə  9874  kvm,  1997-ci  ildə 
2993  kvm  mənzil  sahəsi  istifadəyə  verilmişdir  (148,71).  1996- 
1998-ci  illərdə  Culfa və  Naxçivan  dəmir  yolu  xəstəxanalan  və 
orta məktəbləri təmir edilmişdir (148,71).
Вэфа 
prosesinə  qədərki  müddətdə  respublika  rəhbərliyinin 
təşkilatçılığı ilə nəqliyyatın bu sahəsində “Ipək yolu”nun gələcək


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə