Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə77/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   73   74   75   76   77   78   79   80   ...   89

xətti ilə 80-dək tələbə Almaniyada, Yaponiya səfirliymin xətti ilə isə 
bir neçə tələbə Yaponiyaya təhsil almağa göndərilmişdir (154,240).
Təhsil sahəsində əməkdaşlığın genişlənməsi nəticəsində bu gün 
Türkiyədə dövlət xətti ilə təhsil alan məzunlann sayı  1200 nəfərə, 
ABŞ-da  təhsil  alanlann  sayı  1000  nəfərə,  Böyük  Britaniyada 
təhsil  alanlann  sayı  200-э  nəfərə  çatmışdır  (154,  240).  Dünya 
ölkələri  ilə  təhsil  sahəsində  əlaqələrin  genişlənməsi  nəticəsində 
ölkəmizdə  təhsil  alan əcnəbi  tələbələrin  də  sayı  daim  artmışdır. 
Belə  ki,  əgər  2002/2003-cü  tədris  ilində  respublikamızın  ali 
məktəblərində  28  ölkədən  1850  əcnəbi  tələbə  təhsil  almışdırsa, 
2005/2006-cı tədris ilində isə artıq 45 ölkədən 4500 nəfərə yaxın 
xarici tələbə təhsil almışdır (154, 241).
Hazırda Azərbaycanın 3000-dən artıq gənci Türkiyə, Rusiya, 
Ukrayna,  Misir,  Iran,  Çin,  Çexiya,  Slovakiya,  Böyük Britaniya, 
ABŞ, Almaniya, Fransa, Yaponiya, Yunanıstan və digər ölkələrin 
nüfuzlu universitetlərində təhsil alır (154, 236). Тэксэ 2006-cı ildə 
Türkiyə respublikasında 621, Rusiyada  167, Misirdə 55, Ukray- 
nada 29, Çində  17 tələbə bakalavr və ya magistr pilləsində təhsil 
almış, aspirant, doktorant kimi təhsilini davam etdirmişdir (154, 
237). Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi nəticəsində 
2002/2003-cü  tədris  ilində  T.Şevçenko  adına  Kiyev  Dövlət 
Universitetinin  Şərqşünaslıq  fakültəsində  “Azərbaycan  dili  və 
ədəbiyyatı” ixtisası tədris olunmağa başlamışdır (154, 238).
“Yeni  Ipək yolu”nun  yaradılması  dünya  ölkələri  ilə  mədəni 
əlaqələrin  genişlənməsinə  də  böyük  təkan  vermişdir.  Mədəni 
əməkdaşlığın  inkişaf etdirilməsində  Heydər Əliyevin  1997-ci  il 
noyabr ayının  18-də imzaladığı “Mədəniyyət haqqında” qanunun 
xüsusi əhəmiyyəti olmuşdur.  Bundan sonrakı dövrdə Azərbaycan 
Bejməlxalq  Muzeylər  Şurasının  (İKOM),  Beynəlxalq  Kitabxa- 
nalar  Şurasının (İFLA) üzvü  olmuş, bu istiqamətdə Azərbaycan 
milli komitələri yaradılmışdır.
1997-ci  ilin  yazmda  Azərbaycan  respublikası  “Mədəniyyət 
haqqında” Avropa konvensiyasına qoşulmuşdvır (140, 264). Azər- 
baycan muğamının YUNESKO tərəfindən tərtib olunmuş dünya 
sənəti inciləri sırasına daxil edilməsi üçün xüsusi layihə hazırlan- 
mışdır. M.F.Axundov adına milli kitabxana dünyanın 45-dən çox


ölkəsinin  60-a  yaxın  kitabxanası  ilə  əlaqə  saxlayır,  kitab 
mübadiləsi aparır (36,VII c, s. 450).
Azərbaycan kinosu dünya ekranlarmda geniş təmsil olumnağa 
başlamış,  mükafatlar almışdır.  Belə ki,  hələ  1995-ci  il noyabnn 
10-da Azərbaycan bədii  filmi  ilk  dəfə  Beynəlxalq Nant üç  qitə 
kino  festivalmda  nümayiş  etdirilmişdir.  “Yarasa”  bədii  filmi
1996-cı  ildə  Fransada  keçirilən  kinofestivalda  эп  yaxşı  bədii 
film  adına,  уепэ  həmin  il  keçirilmiş  Misir  beynəlxalq  kino 
festivalında isə  эп yüksək mükafata layiq görülmüşdür.  1997-ci 
il  beynəlxalq  Madrid  kinofestivalmda  isə  “Özgə  vaxt”  filmi 
yüksək qiymətləndirilmişdir (36,VIIc,  s.469).  2002-ci ildə rejis- 
sor Vaqif Mustafayevin çəkdiyi “Bir həsədin tarixi”  adlı  sənədli 
film  “Qran-Pri”  mükafatına  layiq  görülmüşdür  (36,VII  c,  469).
1997-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyi Bakının kino klub- 
lanna 9 bədii film hədiyyə etmişdir (36,VII c, 469).
Müstəqillik  illərində  Azərbaycanın  fırça  ustalannın  əsərləri 
də dünya sərgi salonlarmda uğurla nümayiş etdirilmişdir.  1994-cü 
ilin  avqustunda  BMT-nin  Nyu-Yorkdakı  binasında  görkəmli 
Azərbaycan rəssamı  S.Bəhlulzadənin əsərlərinin sərgisi açılmış, 
buraya 40 qədər rəsm əsəri təqdim olunmuşdur (214,7.08.1994). 
Bunun  ardınca  S.Bəhlulzadənin  1995-ci  ildə ABŞ-ın  digər  ştat- 
lannda,  1996-cı  ildə  isə  Almaniyada  əsərlərinin  sərgisi  təşkil 
olunmuşdur (36, VII c,  470).  1996-cı ildə görkəmli Azərbaycan 
rəssamı Toğml Nərimanbəyovun Parisdə,  1997-ci ildə Vaşinqtonda 
fərdi  sərgisi  açılmışdır.  Həmin  il  Nyu-York  və  Çikaqoda  isə 
K.Nəsibzadənin  əsərləri  nümayiş  etdirilmişdir  (36,  VII  c,  470). 
Rəssam Elnur Babayevin rəsm əsərləri isə  1999-cu ildə BMT-nin 
Türk mədəni mərkəzində sərgilənmişdir.
Azərbaycan-Amerika mədəni əlaqələrində uşaq rəsm sərgiləri 
də mühüm rol oynamışdır.  1994-cü ilin mayında “Amoko-Kaspians 
petrolewn”  şirkətinin  təşkilatçılığı  ilə  Hyüston  məktəblilərinin 
Bakının  164  saylı  məktəbində  rəsm  sərgisi  keçirilmiş,  eyni 
zamanda Bakı məktəblilərinin rəsm əsərləri bir neçə ay Amerika 
sərgi salonlannda uğurla nümayiş etdirilmişdir (234).
Milli  mədəniyyətimizin  dünyada  tanınmasında  Heydər  Əli- 
yevin  fənnanı  ilə  dahi  Azərbaycan  şairi  M.Füzulinin  500  illik 
yubileyinin Fransada, Türkiyədə, İraqda, İranda, Rusiyada, dünya


şöhrətli musiqiçi Bülbülün  100 illik yubileyinin Moskvada, Tbi- 
lisidə, Ankarada, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubi- 
leyinin Moskvada, Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 
80 illik yubileyinin Moskvada keçirilməsi, Azərbaycan xalqının 
qədim  yazılı  abidəsi  olan  “Kitabi-Dədə  Qorqud”  dastanının 
1300  illik yubileyinin Parisdə -  YUNESKO  iqamətgahında yük- 
sək  səviyyədə  qeyd  olunmasının  mədəniyyətimizin  dünyada 
tanınmasmda mühüm rolu olmuşdur (29,285).
Son illər ərzində Azərbaycanın mədəniyyət dünyasına maraq 
daha da artmış, planetin эп müxtəlif ölkələrinin tanmmış incəsənət 
kollektivlərinin respublikamıza qastrol səfərləri olmuşdur. Onların 
sırasında dünyaşöhrətli musiqiçi Mstislav Rastropoviç, Belçikalı di- 
rijor Jan BeyU, Amerika pianoçusu Nikolay Suk, Dünya balet ustası 
Maya Plisetskaya, İqor Moiseyevin rəhbərlik etdiyi Rusiya Döv- 
lət rəqs ansamblı, Fransa və Türkiyənin tanınmış teatr sənəti ustalan, 
Çin Xalq Respublikasınm rəqs kollektivi və bir çox başqa sənət 
adamlannın və kollektivlərinin adlarma rast gəlmək olar (29,288).
Azərbaycan  incəsənət  ustalannın  xarici  ölkələrə  səfərləri, 
mükafatlar alması xalqımızın mədəni  dəyərlərinin tanınmasında 
mühüm rol oynamışdır. Məsələn,  1999-cu ildə Fransada VII Bey- 
nəlxalq musiqi festivalında Üzeyir Hacıbəyov adına Azərbaycan 
Dövlət Simfonik orkestrinin böyük qələbəsi, digər sənət korifeyləri 
ilə yanaşı, Azərbaycanm Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara 
Qarayev  kimi  dahi  bəstəkarlannın  əsərlərinin  yüksək  ustalıqla 
səsləndirilməsi bu ölkə tamaşaçılannın böyük heyranlığına səbəb 
olmuşdur.  Fərhad  Bədəlbəyli  Fransanın  “Sevale”  ədəbiyyat  və 
incəsənət ordenilə təltif olunmuşdur (29, 288). Bənzərsiz muğam 
ustası  Alim  Qasımov  1999-cu  ildə  YUNESKO  Milli  Şurasınm 
ali mükafatı olan “Pikasso-miro” qızıl medalma layiq görülmüşdür 
(29, 289). Azərbaycan incəsənət ustalanmn “Ekspo-2000” ümum- 
dünya sərgisində möhtəşəm çıxışlan, 2010-cu ildə Bakının İslam 
mədəniyyətinin  paytaxtı  elan  edilməsi,  2011-ci  ilin  aprelində 
Bakıda “Ümumdünya mədəniyyətlərarası  forumun” keçirilməsi, 
həmin ilin maymda Almaniyada “Avrovizion-2011” musiqi müsa- 
biqəsində  Eldar  Qasımov  və  Nigar  Camalın birinci  yer tutması 
ölkəmizin  mədəniyyət  sahəsində  əldə  etdiyi  uğurlardan,  onun 
dünyada tanmmasmdan xəbər verir.


Yüklə

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə