təbii olaraq, ifadə-cümlə quruluşunu təkmilləşdirməyə sövq edir, milli ifadə
formaları axtarışlarına, yenilərini düzəltməyə istiqamətləndirirdi.
Məlumdur ki, yeni istiqamətli bədii ədəbiyyatın inkişafı ilə müvafiq
mədəniyyət sahələri də inkişafa başlayır. Məsələn, XIX əsrin ortalarında
M.F.Axundov çox böyük ədəbi hadisə olan dram əsərlərini yazır-ədəbi dilimizin
daha kütləvi dramaturgiya üslub qolu formalaşır. Bundan 20 il sonra mühüm
mədəni hadisə sayılan professional teatr təşkil edilir — aktyor ifasında səhnə
dilinin təşəkkülü müəyyənliyə istiqamət alır.
Yaxud sənətkar aktyor və həvəskar ziyalılar tərəfindən kütləvi ədəbi-bədii
parçaların yazıya alınması və oxunması (bədii qiraət) Azərbaycan milli ədəbi
dilində imla və tələffüz normalarının yaranması üçün zəmin hazırlayır-yazılı ədəbi
dilə məxsus orfoqrafiya (imla) qaydaları ilə şifahi ədəbi nitqə məxsus ədəbi
tələffüz normaları arasında ümumi və xüsusi cəhdlər məsələsi meydana çıxır.
Əlaqədar bədii üslub qollarının və müvafiq mədəniyyət (incəsənət) növlərinin
qarşılıqlı təsiri məhz XIX yüzilliyin ikinci yarısında fəal prosesə çevrilir.
Beləliklə, əsasən iqtisadi-mədəni, qismən də ictimai-siyasi təmərküzləşmə
sayəsində Azərbaycan ədəbi dilinin demokratik əsaslarla yenidən qurulma prosesi
XIX yüzilliyin ikinci yarısında daha fəallaşmış, müvafiq fövqi dil amillərinin güclü
təsiri ilə Azərbaycan ədəbi dili XIX yüzilliyin son on onilliyində dövri mətbuatda
təsbit olunaraq, mahiyyətcə yeni keyfiyyət almağa başlamış -milli ədəbi dil kimi öz
ilkin formalaşmasmı başa çatdırmışdır.
§ 5. ĠNCƏSƏNƏT, TEATR, MEMARLIQ
XIX əsrin ikinci yarısında kapitalist istehsal üsulunun təşəkkülü şəraitində
təsviri sənət inkişaf etməkdə davam edirdi və bu, milli mədəniyyətin ümumi
yüksəlişi ilə bağlı idi. O, yeni formalarda inkişaf edir, öz tətbiqini divar
nəqşlərində, kitab ülüstrasiyalarında, təsviri sənət əsərlərində, xalçaçılıqda, daş
üzərində oymalarda, insan. heyvan və məişət əşyalarının təsviri olan qəbir
daşlarında tapırdı.
XIX yüzillik təsviri sənətdə orta əsr miniatür sənətinin bəzi ənənələrinin
saxlanılmasına və rəssamların yaradıcılıq marağı diapazonunun hələlik məhdud
olmasına baxmayaraq, o, realist incəsənətin müəyyən təsirini öz üzərində hiss
edərək, yeni mütərəqqi inkişaf yoluna qədəm basırdı. Təsviri sənətdə Azərbaycan
incəsənəti üçün yeni olan sahə - dəzgah rəngkarlığı meydana çıxırdı. Azərbaycan
təsviri sənətinin rus və Zaqafqaziya xalqlarının incəsənəti ilə qarşılıqlı yaradıcılıq
əlaqələri xeyli genişlənmişdi. Gözəl təbiət, təbii zənginliklər, xalqın həyat və
məişəti, Azərbaycanın maddi mədəniyyət abidələri dəfələrlə görkəmli rus ustaları -
rəngkarları V.Vereşşagin, A.Boqolyubov, F.Rubo, V.Moşkov, N.Yaroşenko və b.
əsərlərinin mövzusu olmuşdur.
Yeni realist meyillər yaranmaqda olan portret janrında aydın müşahidə
edilirdi. Bu sahənin aparıcı sənətkarı Mirzə Qədim İrəvanı idi. Naxışçı rəssam və
rəngkar olan bu adam öz yaradıcılığında miniatür sənətin ənənələri ilə sıx bağlı idi.
О həm də tikmə və naxışlar üçün trafaret şəkillər, gül damətlərinin təsvirlərindən
ibarət lak rəngkarlığının gözəl nümunələrini, miniatür portretlər və s. yaradırdı.
İrəvani 1850-ci illərdə İrəvan xan sarayındakı güzgülü salonun divar
naxışlarının vurulmasında iştirak edərək, dörd iri portret çəkir. Azərbaycan rəssamlığında
həm orta əsr miniatüründən, həm də xalq ustalarının şəkillərindən fərqlənən dəzgah
portretlərini də birinci olaraq о yaratmışdı. İrəvaninin portretlərində konkret adamların
obrazları canlandırılırdı. Rəssam onların portret oxşarlığını, fərdi cizgilərini verməyə
can atırdı.
İrəvaninin əsərlərində bəzi yeni motivlər aşkara çıxır, ümumi dəsti-xəttin
dekorativliyi formanın həcm-plastik modelləşdirilməsi ilə bacarıqla uzlaşdırılır. Məsələn,
"Cavan adam", "Oturmuş qadın" portretləri, "Abbas Mirzə", "Şah Tələt" və b. portret
rəsmləri kimi, rəssamın obrazı realist şəkildə təsvir etmək, onun fərdi cizgilərini və
bəzən də psixoloji ifadəliyini vermək cəhdlərini səciyyələndirən əsərləri belə sənət
əsərləridir.
XIX yüzilliyin digər rəssamının - Mir Mövsüm Nəvvabın (1833-1918)
əsərləri sadəliyi, lakin gerçəkliyin realist dərkinin nisbətən zərif cizgilərlə ifadəsi ilə
fərqlənir. O, zəmanəsinin geniş təhsil görmüş, hərtərəfli istedadlı şəxsiyyəti idi. O,
xəttat, nəqqaşçı-rəssam kimi öz əsərlərinin üzünü köçürür, bunlara illüstrasiyalar çəkir
və onların bədii cəhətdən tərtibini verirdi. Nəvvab bir rəngkar və rəsmçi kimi miniatür
sənətinin köhnə ehkamlarını rəhbər tuturdu. Bu, onun dinamik süjetlərlə zəngin olan
"Bəhrül xəzan" ("Qemlər dənizi") adlı kitabına çəkdiyi miniatür və illüstrasiyalarda
xüsusən nəzərə çarpır.
Görünür ki, portret janrı Nəvvabı az maraqlandırırdı. Bu janrda onun bizə
gəlib çatmış yeganə əsəri - "Teymurun portreti" realist ifadəlilik cizgiləri ilə
fərqlənmir. Lakin Nəvvabın bilavasitə öz təəssüratının təsiri altında çəkilmiş daha uğurlu
işləri rəssamın müşahidə qabiliyyətinə və peşə ustalığına dəlalət edir. Onun "Quş",
"Güllər" və s. dəzgah əsərləri rəsmlərin incəliyi, formaların plastikliyi və təsvirlərin
dolğunluğu ilə fərqlənir. 1880-ci illərdə rəssamın öz evinin interyerində yerinə
yetirdiyi divar rəsmləri də təsvirlərin həqiqiliyi və icranın ustalığı ilə səciyyələnir.
Məşhur Azərbaycan şairəsi Xurşid-banu Natəvanın rəsmlərində də realizm
əlamətləri müşahidə olunur. O, əla bədii tikmə ustası, xəttat və rəssam idi. Onun
şeirlərinin əlyazmalarından ibarət albomunda 80-ə yaxın rəsm saxlanılmışdır. Onlardan
bəziləri ("Bülbül və qızıl gül", "Şam və pərvanə") şairənin lirik şeirlərinə çəkilmiş
illüstrasiyalardır. Onun "Şəhərin görünüşü
,,
, "Dəniz peyzajı" kimi kiçik rəsmləri öz
üslubuna görə qeyri-adi və orijinaldır. Bu peyzajlarda konkret yerin dəqiq əksi
onların bədii təsviri ilə əlaqələndirilir.
Natəvanın əri Xasay Usmiyev şairənin hazırladığı bədii tikməli tütün
kisəsini 1858-ci ildə Bakıda olarkən məşhur fransız yazıçısı Aleksandr Dümaya