213
üsyanlar, Şah I Abbasın hərbi islahatları, dövlətin daxili və xarici siyasəti,
Azərbaycanın iqtisadi-siyasi vəziyyəti, Osmanlı-Səfəvi müharibələri, Azərbaycan
şəhərlərindən əhalinin İran vilayətlərinə köçürülməsi və s. haqqında ətraflı
məlumatlar verilir. Müəllif XVI əsrə aid olan hadisələri hakim sinfin mövqeyindən
təsvir etmişdir.
XVI əsrin tarix elminin mühüm faktlarından biri naməlum müəllifın fars
dilində yazdığı “Tarixe-şahe-İsmaile-Səfəvi” əsəridir. Əsərdə Şah I İsmayılın
bütün həyatı, fəaliyyəti, həmin dövrün mürəkkəb ictimai-siyasi hadisələri təsvir
edilmişdir. Əsərin adı şərti səciyyə daşıyır. Şah I İsmayılın əcdadları barədə
məlumat əsərin giriş hissəsini təşkil edir. Anonim əsər də hakim sinfin mənafeyi
baxımından yazılmışdır. Lakin hadisələrə obyektiv münasibət vardır.
245
XVI əsrin məşhur alimlərindən biri Şahqasım idi. O, habelə dövrünün
mahir kalliqraflarından olmuşdur. Şahqasım Çaldıran döyüşündən (1514) sonra üç
min elm, hünər, sənət və peşə sahibləri ilə birlikdə zorla İstanbula aparılmışdır.
Şahqasım İstanbulda Osmanlı dövlətinin tarixini yazmağa başlamış, lakin əsəri
bitirmədən 1541-ci ildə vəfat etmişdi.
246
Dövrün məşhur alimləri arasında Sadiqbəy Əfşar (1533-1610) seçilirdi.
Rəssamlıqla, qrafıka ilə məşğul olmuş Sadiqbəy Əfşar “Məcməül-xəvas” əsəri ilə
şöhrət tapmışdı. Əsər Şah I İsmayıl dövründən Şah 1 Abbas dövrünədək 480 söz
ustasının tərcümeyi-halına həsr edilmişdir və cığatay türkcəsində yazılmışdır.
247
O,
eyni zamanda “Qanunüs-süvari nəqqaşi” (“Rəssamlıq qanunları”) adlı, nəzmlə
yazılmış əsərin müəllifıdir. Mühüm bir cəhəti qeyd etmək zəruridir ki, dövrün
Azərbaycan alimləri, mütəfəkkirləri konkret bir sahənin deyil, müxtəlif elm və
sənət sahələrinin biliciləri idilər. Bu, orta əsr mədəni sisteminin səciyyəvi
xüsusiyyətlərindən biri idi.
XVI əsrdə Azərbaycan mədəni sistemi əsaslı şəkildə yeniləşdi. Mədəni
sahədə baş verən İntibah prosesi özünü xüsusilə ədəbiyyatda, incəsənətin digər
sahələrində (miniatür rəssamlığ, memarlıq, dekorativ-tətbiqi sənət sahələri və s.),
Azərbaycan dilinin və ədəbi dilinin sürətli inkişafında büruzə verirdi. Bu dövrdə
Azərbaycan mədəniyyəti regional (Yaxın və Orta Şərq) miqyasda baş vermiş
mədəni proseslərdə də fəal mövqelərdə idi.
1
Махмудов Я.М
. К вопросу о взаимоотношениях государств Аккоюнлу и
Сефевидов с европейскими странами (II половина XV- начало XVI века).
Статья 1 // Известия АН Азерб.ССР. Серия истории, философии права, 1987,
№3, с. 37; уеnə onun. Взаимоотношения государств Аккоюнлу и Сефевидов...
Баку, 1991; yenə onun. Azərbaycan diplomatiyası. Bakı, 1996.
2Ашурбейли С.Б. Экономические и культурные связи Азербайджана с
Индией в
средние века, с. 32-33.
3
Конрад Н.И. Запад и Восток, с. 101.
4
Заходер Б. Н. Государство Сефевидов, с. 558.