Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   20   21   22   23   24   25   26   27   ...   138

51 
 
dövləti  hüdudlarında,  kifayətedici  səviyyədə  nəzər  yetirə  bilmişdir.  Həmin 
müəllifin  digər  əsərlərində
211
  orta  əsrlərdə  Bakının  inkişafı,  Azərbaycanın 
Hindistanla  iqtisadi  və  mədəni  əlaqələrinin  gedişi  tədqiq  olunmuşdur.  Son 
monoqrafiyada  Moğol-Səfəvi  mədəni  əlaqələrinin  xüsusilə  güclənməsi  faktı  bir 
daha  təsdiq  edilir.  S.Aşurbəylinin  Bakı  şəhərinin  orta  çağlardakı  inkişaf  tarixinə 
həsr etdiyi yeni əsərində Azərbaycan mədəniyyətinə dair xeyli material vardır.
212
 
Orta  əsrlər  ərzində  Azərbaycan  şəhərlərinin  ziddiyyətli  inkişafı, 
mədəniyyət  potensialının  cəmləşdiyi  şəhərlərdə  ictimai-iqtisadi  proseslər 
M.X.Heydərovun  əsərlərinin
213
  başlıca  tədqiqat  obyektləridir.  Keçən  əsrin  60-cı 
illərinin  əvvəllərində  ilk  məqalələrlə  tarix  elminə  qədəm  qoymuş  bu  müəllifin 
əsaslı  səciyyə  daşıyan  monoqrafiyaları  çox  əhəmiyyətlidir.  Dövrün  (XIII-XVII 
əsrlərin) farsdilli mənbələrinə istinadən yazılmış həmin əsərlərdə ictimai, iqtisadi, 
siyasi,  mədəni  kompleks,  daim  dəyişən  gerçəklik  kimi  Azərbaycan  şəhərlərinin 
əksəriyyətinin ətraflı mənzərəsi verilmişdir. 
Son dövrdə orta əsr Azərbaycan şəhərlərinə həsr olunmuş xüsusi əsərlərin 
say  və  keyfiyyəti  artmışdır.  Bu  baxımdan  S.M.  Onullahinin,  H.Ciddinin, 
V.Muradovun əsərləri
214
 diqqəti cəlb edir. Kollektiv elmi  fəaliyyətin nəticəsi olan 
“Gəncə  (tarixi-oçerk)”  əsəri
215
  Azərbaycanın  qədim  şəhərlərindən  biri  olan 
Gəncənin ictimai-iqtisadi, siyasi, mədəni tarixinə həsr olunmuşdur. Əsərin şəhərin 
qədim və orta əsrlərinə aid olan tarixini əks etdirən qismində
216
 memarlıq abidələri, 
digər  mədəniyyət  faktları  haqqında  bəhs  olunur.  Qasım  Hacıyevin 
monoqrafiyasında
217
 Bərdə şəhərinin bizim eradan əvvəl III əsrdən eramızın XVIII 
əsrinin  sonunadək  olan  təkamül  tarixi  araşdırılmışdır.  Əsərin  IV  fəslində
218
 
nəzərdən keçirilən dövrün Bərdə mədəni mühitinə aid olan faktlardan bəhs olunur. 
Monoqrafiyada əslən bərdəli olan görkəmli alimlərin, din xadimlərinin haqqında da 
məlumatlar  verilir.
219
  A.Nuriyevin  və  Ə.Babayevin  monoqrafiyası
220
  da  Bərdə 
şəhərinin  tarixini  əks  etdirir.  Arxeoloji  tədqiqatın  nəticəsi  olan  bu  əsərin  III 
fəslində
221
  Bərdə  şəhərinin  tarixi-memarlıq  abidələrindən,  şəhərdə  yetişmiş 
görkəmli  şəxsiyyətlərdən  və  elm  xadimlərindən  bəhs  olunur.  A.Məmmədlinin 
Balakən,  Şəki,  Zaqatala  bölgələrinin  tarixinə,  etnoqrafiyasına,  həmin  bölgədə 
yaşayan əhalinin adət və ənənələrinə, islamaqədərki mədəniyyət faktlarına, əsasən 
təsadüf  nəticəsində  aşkara  çıxmış  yeraltı  tarixi  abidələrinə,  yerüstü  mədəniyyət 
faktlarına  həsr  olunmuş  2  monoqrafiyası
222
  (elmi-publisistik  üslubda  yazılmasına 
baxmayaraq) Azərbaycanın orta çağlar mədəni mühiti haqqında müəyyən təsəvvür 
yaratmağa imkan verir. 
Keçən  əsrin  90-cı  illərindən  indiyədək  S.Aşurbəylinin,  N.Vəlixanlının, 
V.Piriyevin,  Ş.Fərzəlibəylinin,  N.Əliyevanın,  M.Seyidbəylinin,  Y.Mahmudovun, 
T.Nəcəflinin, E.Mirzəyevanın, X.Qasımovun monoqrafiyaları
223
  nəşr  olunmuşdur. 
Qeyd  olunmuş  əsərlərin  hamısında  Azərbaycan  mədəniyyətinin  orta  çağlardakı 
inkişaf  məsələlərinə  az  və  ya  çox  dərəcədə  toxunulmuşdur.  X.Qasımovun 
monoqrafiyasında
224
  başlıca  tədqiqat  obyekti  XVI-XVII  əsrlərin  Azərbaycan 


52 
 
mədəniyyətidir  (müəllif  bu  mövzuda  namizədlik  dissertasiyasını  1992-ci  ildə 
müdafiə  etmişdir).  X.Qasımovun  bu  monoqrafiyası  Azərbaycan  tarixşünaslığında 
orta çağların milli mədəniyyətinin əsas tədqiqat obyektinə çevrildiyi ilk əsər kimi 
diqqəti cəlb edir. Tarixşünaslığın icmalından görünür ki, keçən əsrin 90-cı illərinin 
əvvəllərinədək  Azərbaycan  mədəniyyətinin  orta  çağlardakı  təkamül  tarixi 
araşdırıcılarımızın əsas tədqiqat obyekti olmamışdır. Bu hal obyektiv gerçəklikdən 
doğmuşdu:  Azərbaycan  tarixi  problemlərinin  çoxluğu,  bu  problemlərin 
mürəkkəbliyi, onları həll etmək zərurəti tarixçilərimizi mədəniyyət tariximizə əsas 
tədqiqat  obyekti  kimi  yanaşmaq  imkanından  məhrum  etmişdi.  Bir  sıra  elmi 
problemlərin uğurlu həlli sayəsində əsrin sonlarına doğru Azərbaycan mədəniyyəti 
tarixinə  başlıca  araşdırma  predmeti  kimi  yanaşmaq  imkanı  yarandı.  XX  əsrin 
sonlarına  doğru  çoxcildlik  “Azərbaycan  tarixi”nin  ilk  cildləri  nəşr  olundu. 
“Azərbaycan  tarixi”nin  II  və  III  cildləri
225
  vətənimizin  orta  çağlarda  ictimai-
iqtisadi,  siyasi,  mədəni  təkamülü  prosesini  işıqlandırır.  Həmin  cildlərdə 
Azərbaycanın  orta  əsr  mədəniyyəti  məsələləri  də  öz  əksini  tapmışdır.  Lakin  orta 
çağların  Azərbaycan  mədəniyyətinin  ardıcıl  surətdə,  kompleks  şəkildə 
araşdırılması  problemi  hələ  də  aktualdır  və  bu  əsər  müəllifinin  qarşısında  duran 
başlıca vəzifədir. 
Azərbaycan  mədəniyyəti,  onun  mühüm  elementləri  ədəbiyyat,  incəsənət, 
din  və  maarif,  elm,  fəlsəfə,  memarlıq,  təsviri  incəsənət  və  s.  haqqında  müxtəlif 
tədqiqatçıların əsərləri vardır. Lakin orta əsrlərdə Azərbaycanda ədəbiyyatın, dilin 
və  ədəbi  dilin,  dinin  rolu,  mövqeyi  və  maarifin  inkişafı,  memarlığın,  təsviri 
incəsənət  sahələrinin,  folklorun,  musiqinin,  fəlsəfənin,  elmin  tərəqqisinə  dair 
yazılmış  əsərlərin
226 
əksəriyyətinin  müəllifi  tarixçi  deyil.  Həmin  əsərlərdə 
mədəniyyətin  müxtəlif  sahələrinin  inkişafına  sənətşünas,  filoloq,  hüquqşünas, 
filosof baxışı hakimdir. Belə bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, ictimai-
iqtisadi,  hərbi-siyasi  səbəblər  üzündən  Azərbaycan  mədəniyyətinin  inkişafı  orta 
əsrlərdə  də  ölkə  ərazisi  ilə  məhdudlaşmırdı.  Konkret-tarixi  dövrün  (orta  əsrlərin) 
mədəniyyətinin  inkişafına  tarixçi  baxışının  işlənib  hazırlanması  hal-hazırda 
mühüm aktuallıq kəsb edən problemdir. 
Mədəniyyətin  müxtəlif  sahələrinin  tədqiqi  ilə  məşğul  olan  bir  sıra 
tədqiqatçılar  Azərbaycan  mədəniyyəti  faktlarını  “müsəlman  mədəniyyəti”,  “İran 
mədəniyyəti”  sistemi  içərisində  “əridirlər”.
227
  Azərbaycan  mədəniyyətinin  bu 
sistemlərlə qarşılıqlı təsir prosesini, həmin prosesin çoxəsrlik tarixini inkar etmək 
mümkün  deyildir.  Lakin  milli  mədəniyyət  faktlarının  regional,  universal 
mədəniyyət  sistemləri  içərisində  “əridilməsi”  meylinin  qeyri-elmi  olduğu  da 
şübhəsizdir.  Bu  meyl  İran  tarixşünaslığı  üçün  də  səciyyəvidir.  Əhməd  Tacbəxş, 
Rəhimzadə Səfəvi, Nizaməddin Mücir Şeybani, Firuz Mənsuri, Fəxrəddin Musəvi, 
Əhməd  Kaviyanpur  kimi  müasir  İran  tarixçiləri  orta  əsrlərdə  Azərbaycan 
zəminində  mövcud  olmuş  dövlətləri,  xüsusilə  Səfəvi  dövlətini  Azərbaycan 
kontekstindən ayırır, onları “İran dövlətləri” kimi təqdim edirlər.
228
 Onlar XVI əsrə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə