Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   18   19   20   21   22   23   24   25   ...   138

47 
 
göstərildi.  Bu  baxımdan  M.Ə.Rəsulzadənin  fəaliyyəti  və  irsi  daha 
diqqətəlayiqdir.
179
 
Siyasi müstəqillik qazanmış Azərbaycan xalqının öz tarixi, mədəni irsinə 
doğma  münasibətinin  formalaşmasına  xeyli  yardım  edəcək  M.Ə.Rəsulzadə  irsi 
daha diqqətlə, dərindən öyrənilməyə möhtacdır. 
XX  əsrin  20-ci  ilində  Azərbaycan  yenicə  yaranmış  Sovet  imperiyasının 
tərkibinə daxil olunduqdan sonra vətən tarixi “yeni təlimatlar”, “tələblər” əsasında 
araşdırılmağa  başlandı.  Lakin  etiraf  etmək  lazımdır  ki,  əsrin  20-30-cu  illərində 
Rusiya  tədqiqatçılarının,  xüsusilə  mənşəcə  suriyalı  xristian  ərəb  olan,  gənc  ikən 
Rusiyaya gəlmiş, ötən əsrin 20-40-cı illərində Azərbaycan elmi mühitində çalışmış 
Panteleymon Krestoviç Juzenin - Bəndəli bin Səliba əl-Cəuzinin (1871-1942) fəal 
yardımı şəraitində Azərbaycan tarixinin mədəni irsinin öyrənilməsi sahəsində xeyli 
iş görüldü. Arxeoloji, etnoqrafik tədqiqatlar, bir sıra ərəb və fars dilli mənbələrin 
yeni  nəslə  anlaşıqlı  olan  rus  və  Azərbaycan  dillərinə  tərcümə  olunması  orta 
çağların  Azərbaycan  mədəniyyətinin  öyrənilməsi  işini  müəyyən  dərəcədə 
asanlaşdırdı.
180
  Həmin  dövrdə  sayca  az  olan  milli  tarixçilərimiz  arasında 
V.Xuluflu,  Ə.Salamzadə,  A.Məmmədov,  R.İsmayılov,  Ə.Ələkbərov,  D.Şərifov, 
M.Mirbağırzadə 
xüsusilə 
seçilirdilər. 
Azərbaycan 
tarixçisi 
Cahangir 
Zeynaloğlunun  1924-cü  ildə  İstanbulda  nəşr  olunmuş  “Müxtəsər  Azərbaycan 
tarixi” əsəri Sovet Azərbaycanında nəşr olunmuş, bu qəbildən olan əsərlərdən xeyli 
fərqlənirdi.181  1923-cü  ildə  R.İsmayılovun  “Azərbaycan  tarixi”,  həmin  ildə 
Y.Paxomovun  “Azərbaycan  tarixinin  qısa  kursu”,  1925-ci  ildə  isə  V.Sısoyevin 
“Azərbaycan  (Şimal)  tarixinin  qısa  oçerki”  kitabı  nəşr  edilmişdi.  R.İsmayılov 
A.Bakıxanovun  “Gülüstani-İrəmi”nin  prinsipinə  istinad  etmiş,  V.Sısoyev  yadelli 
əsarətini əsas götürmüş, C.Zeynaloğlu isə Azərbaycan istiqlaliyyəti tarixini başlıca 
prinsip  kimi  istifadə  etmişdir.  Türkçülük  və  islamçılıq  prinsiplərinə  əsaslanan  bu 
əsərdə  nəzərdən  keçirilən  hər  bir  tarixi  dövr  mədəniyyətə  aid  olan  məlumatla 
yekunlaşdırılır.  Ümumiyyətlə,  təxminən  XIX  əsrin  ortalarından  XX  əsrin  40-cı 
illərinədək  olan  dövrdə  Azərbaycan  tarixşünaslığının  ləng  inkişafı  nəticəsində 
tariximizin  bir  çox  ümdə  problemləri  tədqiq  olunmamış  qalmışdı.  Azərbaycan 
tarixinin,  mədəniyyətinin  mühüm  məsələlərinin həlli  vəzifəsi,  ağırlığı keçən əsrin 
40-cı  illərindən  sonra  yetişmiş  milli  tarixçi  kadrların  üzərinə  düşdü.  Bu  dövrdə 
Azərbaycantarixçilərinin 
yüksək 
elmi 
səviyyədə 
yetişməsi 
sahəsində 
İ.P.Petruşevskinin  xidməti  xüsusilə  nəzərəçarpandır.  İ.Hüseynov,  Z.Yampolski, 
Z.İbrahimov  keçən  əsrin  40-cı  illərinin  əvvəllərində  sosial  sifarişə  uyğun  olaraq 
Azərbaycan tarixinin orta çağlarına dair bir sıra əsərlər çap etdirdilər. XX əsrin 40-
cı  illərinin  sonlarında  nəşr  olunmuş  əsərlər  arasında  İ.P.Petruşevskinin  əsərləri 
xüsusilə  diqqəti  cəlb  edir.
182 
Ümumiyyətlə,  Azərbaycan  mədəniyyətinin  orta 
çağlarda təkamülü problemləri öyrənilərkən bu tarixçinin fəaliyyəti xüsusilə qeyd 
olunmalıdır.  O,  XX  əsrin  40-60-cı  illərində  Azərbaycan  tarixşünaslığında  əsas 
simalardan  biri  olmuşdur.  Azərbaycan  tarixinin  bir  sıra  problemlərinin  həllində 


48 
 
onun  rolu  böyükdür.  İ.P.Petruşevski  (1898-1977)  Azərbaycan  tarixşünaslığında 
Səfəvilər  dövlətinin  yaranması,  təşəkkülü  və  inkişafında  Azərbaycan  xalqının 
aparıcı,  həlledici  rola  malik  olduğunu  sübut  edənlərdən  biridir  (ona  qədər  bu  işi 
V.V.Bartold,  A.E.  Krımski  və  İ.A.Hüseynov  görmüşlər).  İ.P.Petruşevskinin  VII-
XV  əsrlərdə  islam  dininin  Azərbaycan  mədəniyyətinin  inkişafına  təsiri  haqqında 
dəyərli fikirləri vardır. 
Azərbaycan  tarixinə  həsr  olunmuş  “Sbornik  statey”dəki  310  səhifəlik 
materialdan  170  səhifəsi  bilavasitə  İ.P.Petruşevskiyə  məxsusdur.  Bu  məcmuədə 
İ.P.Petruşevski ilk dəfə olaraq Azərbaycan tarixinin 3 əsrinin (XV-XVII) sistemli 
tarixini ardıcıl şəkildə şərh etmişdir. Bu dövrdə tariximizin Səfəvilər dövrünə dair 
cürətli  mülahizələri  ilə  İ.Hüseynov  fərqlənirdi.  Hələ  1943-cü  ildə  o,  Azərbaycan 
tarixşünaslığında  ilk  dəfə  olaraq  Səfəvilər  dövlətini  Azərbaycan  dövləti  kimi 
təqdim  etmişdi.  Əsrin  50-ci  illərində  Azərbaycan  tarixşünaslığında  milli  tarixçi 
kadrın - Ə.Əlizadənin ilk böyük monoqrafiyası nəşr olundu.
183
 
1958-1963-cü  illər  ərzində  3  cildlik  “Azərbaycan  tarixi”  4  kitab  halında 
nəşr  olundu.  Azərbaycan  tarixinin  orta  çağlar  dövrü  kitabın  I  cildində  öz  əksini 
tapmışdır.  Bu  cilddə  Azərbaycanın  orta  çağ  mədəniyyəti  hər  fəslin  sonunda, 
xronoloji ardıcıllıqla  nəzərdən  keçirilmişdir.  Əsrin 60-cı illərindən sonra xüsusilə 
intensivləşmiş arxeoloji araşdırmalar orta çağlarda Azərbaycan mədəniyyətinin də 
təkamül prosesini aydınlaşdırmağa xeyli yardım etdi. 
XX  əsrin  60-cı  illərindən  etibarən  Azərbaycan  tarixinin  orta  çağlarının 
tədqiqi  ilə  məşğul  olan  tarixçilərin  bir  çoxu  problemlərin  daha  dərindən 
araşdırılması  mövqeyinə  keçdi.  Qafqaz  Albaniyası,  onun  ictimai-iqtisadi,  siyasi, 
dini-ideoloji,  mədəni  inkişafının  bir  sıra  məsələləri  K.V.Treverin,  K.Əliyevin, 
Z.Bünyadovun əsərlərində işıqlandırıldı. VII əsrin ilk onilliklərindən ərəb işğalları 
nəticəsində yeni inkişaf mühitinə düşmüş Azərbaycanın Xilafət tərkibində olduğu 
tarixi  dövr  ilk  dəfə  olaraq  Z.M.Bünyadovun  monoqrafiyasında
184
  elmi  əksini 
tapmışdır.  Əsərdə  Azərbaycanın  islamlaşması,  islamaqədərki  baxışların 
(atəşpərəstlik-zərdüştilik,  xristianlıq,  bütpərəstlik  və  s.)  ölkənin  həyatında  təsir 
dairəsinin  tədricən  azalması,  dövrün  Azərbaycan  şəhərləri,  ərəb  işğalından  sonra 
ölkədə  baş  vermiş  etnik  proseslər  kimi  mədəni  səciyyəli  məsələlər  də 
araşdırılmışdır. XX əsrin 60-cı illərində M.X.Şəriflinin Şirvanşahlar dövlətinə həsr 
olunmuş bir sıra məqalələrində Azərbaycan tarixinin zəif öyrənilmiş dövrünə (IX-
XI  əsrin  I  yarısı)  nəzər  salınmışdır.  V.F.Minorskinin  monoqrafiyası  da
185 
zəngin 
mənbə  materialına  və  məzmunlu  şərhlərə  malikdir  və  Azərbaycan  tarixinin  az 
öyrənilmiş  dövrünə  -  IX  əsrin  II  yarısı  -  XI  əsrin  əvvəllərinə  həsr  olunmuşdur. 
O.Ə.Əfəndiyevin  60-cı  illərin  əvvəlində  nəşr  olunmuş  monoqrafiyasında 
Azərbaycan  tarixşünaslığında  İ.P.Petruşevskidən  sonra  ilk  dəfə  olaraq  Səfəvilər 
dövləti xüsusi tədqiqat obyektinə çevrildi və bu dövlət Azərbaycan dövlətçiliyinin 
mühüm faktı kimi qiymətləndirildi.
186
 F.M.Əliyevin Şimali Azərbaycan şəhərlərinə 
həsr  olunmuş  əsərində
187
  XVIII  əsrin  II  yarısında  şəhər  həyatının  mühüm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə