Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   15   16   17   18   19   20   21   22   ...   138

41 
 
Renessans haqqında bütün istiqamətlərdən olan bütün tarixçilər danışırlar. 
“Onları  birləşdirən  ümumi  cəhət  həmin  mərhələnin  ilk  növbədə  mədəni 
məzmununu  nəzərdə  tutmalarıdır.  Fərqlər  isə  bundan  ibarətdir  ki,  bəziləri 
Renessansda  mədəniyyət  tarixinin  yalnız  bir  mərhələsini  görür,  digərləri  isə  onun 
mədəni-tarixi  məzmununu  ictimai-iqtisadi  məzmunu  ilə  əlaqələndirirlər,  yəni 
Renessansı  ümumtarix  prosesinin  xüsusi  vəsiləsi  kimi  nəzərdən  keçirirlər”.
154 
Tədqiqatçılar  İntibaha  müxtəlif  meyarlarla  yanaşmaqla  “İtalyan  İntibahı”,  “Qərb 
Renessansı”,  “Şərq  Renessansı”,  “Müsəlman  Renessansı”,  “Azərbaycan  İntibahı” 
kimi anlayışlar irəli sürmüş, həmin mərhələnin başlıca cəhətlərini göstərməyə cəhd 
etmişlər.  Avropa  xalqlarının  mədəni-tarixi  inkişaf  prosesini  izləsək,  onlarda 
İntibahın  yeniləşmə,  özgünləşmə  şəraitində,  bir-birindən  keyfiyyətcə  ayrılıb 
müstəqil  millətlərə  (xalqlara)  çevrilməsi  prosesinin  başlanğıcında  olduğunu 
görərik.  İntibah  (Renessans)  universal,  qanunauyğun,  xalqların  inkişafında  labüd 
olanmərhələdir.  Vaxtaşırı  yeniləşməyən,  “özünəqayıtmayan”,  “oyanış”  mərhələsi 
keçirməyən xalqın mədəniyyət faktları regional, ümumdünya mədəni sistemlərinin 
içərisində  itib-batır,  “İntibah  mərhələsi  hər  halda  ilk  növbədə,  uzun,  fasiləsiz 
inkişaf edən tarixi həyata və mədəniyyətə malik olan xalqlarda meydana gəlir”.
155
 
Tədqiqatçıların  əksəriyyəti  Renessansı  feodalizmdən  kapitalizmə  keçid  dövrünün 
mədəni-tarixi  prosesi  kimi  təqdim  edir.
156
  Renessansın  yalnız  kapitalist 
münasibətlərinin  təşəkkülü  ilə  əlaqələndirilməsi  problemə  bəsit  yanaşmanın 
nəticəsidir və habelə “avropasentrizm”in təzahürüdür. İntibah dövrü hələ də feodal 
erasına  məxsusdur.  “Hər  halda  bu,  feodal  cəmiyyəti  tarixinin  xüsusi 
mərhələsidir”.
157
  İntibahın  (Renessansın)  başlıca  əlaməti  nədir?  Uzun,  fasiləsiz, 
zəngin  mədəniyyətə  və  tarixə  malik  olan  xalqın  mədəni-tarixi  inkişaf  prosesində 
daha  yüksək  mərhələdə,  yeni  tarixi  şəraitin  tələbatlarına  uyğun  şəkildə  özünün 
qədim  (antik)  irsinə  “qayıdışıdır”,  bu  “qayıdış”  əsasında  yeniləşməsidir, 
“oyanmasıdır”.  Digər  əlamətlərin  (mədəniyyətin  dünyəvi  səciyyə  daşıması, 
humanizm  və  s.)  əhəmiyyətini  mütləqləşdirməklə  problemin  həllinə  nail  olmaq 
mümkün deyildir. Mövcud olan tarixi material təsdiq edir ki, “Renessans hər yerdə, 
müxtəlif  mərhələlərdə,  müxtəlif  məzmunda  baş vermişdir”.
158
  Müxtəlif  ölkələrdə, 
müxtəlif  tarixi  mərhələlərdə  və  müxtəlif  məzmunda  baş  vermiş  İntibah 
mədəniyyətini  İtalyan  Renessans  mədəniyyəti  ilə  müqayisə  etmək  də  düzgün 
deyildir.  “Əgər  Renessansın  tarixi  təsadüf  deyil,  tarixi  qanunauyğunluq  olduğu 
məlum  olarsa,  onda  bu  qanunauyğunluğu  öz  keçmişində  Qədim  dövrü  və  orta 
əsrləri yaşamış xalqlara aid etmək olar”.
159
 
Müxtəlif xalqlarda mədəni-tarixi inkişaf prosesi ərzində bir neçə İntibahın 
mümkünlüyü  fikri  də  maraqlıdır.  Hindistan  elmi  ədəbiyyatında  bu  problem  daha 
intensiv surətdə nəzərdən keçirilir.
160
 İntibah probleminə bu yöndən yanaşmada da 
rasional və maraqlı cəhətlər vardır. Etnoslar uzun tarixi dövr ərzində qarşılıqlı təsir 
prosesindədirlər. Onlar qarşılıqlı mədəni təsir prosesində daim “yeniləşirlər”, yeni 
keyfiyyət mərhələlərini yaşayırlar. 


42 
 
Azərbaycan İntibahı problemi yeni deyildir. Hələ XX əsrin 40-cı illərində 
M.Rəfili,  M.İbrahimov  monqol  istilalarına  qədərki  dövrdə  (XII-XIII  əsrlərdə) 
Azərbaycanda  İntibah  (Renessans)  elementlərinin  olduğunu  əsaslandırmağa 
çalışırdılar. M.Rəfili yazırdı: “Elm indiyədək “Renessans” anlayışını digərlərindən 
üstün  hesab  edir.  Azərbaycan  Renessansı  gerçək  ictimai-mədəni  hadisədir…  Bu, 
ilk  növbədə  iri  milli  monarxiyaların  yaranması,  şəhərlərin  və  demokratiyanın 
inkişafı,  burjua  münasibətlərinin  artımı  ilə  şərtlənmiş  mütərəqqi  çevriliş  idi”.
161
 
Problemə  yanaşmada  mövcud  meyarlardan  hansının  üstün  olmasının  qeyri-
müəyyənliyi, avropasentrist düşüncə tərzi,  XII-XIII əsrlərin ictimai-iqtisadi inkişaf 
səviyyəsi haqqındakı təsəvvürün tarixi gerçəkliklərə  uyğun  olmaması M.Rəfilinin 
bu  fikri  üçün  səciyyəvi  idi.  Bu,  ilk  növbədə  həmin  dövrdə  Azərbaycan  tarix 
elminin lazımi səviyyədə inkişaf etməməsinin təzahürü kimi qiymətləndirilə bilər. 
1550-ci  ildə  italyan  rəssamı,  memarı  və  incəsənət  tarixçisi  Corco 
Vazarinin  “Rəssamların  həyatı  haqqında  hekayələr”də  ilk  dəfə  işlətdiyi 
“Renessans”  istilahı,
162
  bu  tarixi  mərhələ,  Azərbaycan  Renessansı  problemı 
ətrafında  mübahisələr  son  40  ildə  daha  da  intensivləşmişdir.  “Azərbaycan 
Renessansı  tarixi  gerçəklikdir  və  bu  haqda  ehtiyatla  danışmaq  olmaz”.
163
  Son 
dövrün  tədqiqatçıları  (Ə.Ağayev,  Y.Qarayev,  A.Hacıyev,  A.Rüstəmova, 
Z.Quluzadə, D.Əliyeva) “XII-XIII əsrlərdə Azərbaycan İntibahı” ideyasını inkişaf 
etdirmiş, əsərlərində həmin dövrün mədəniyyətinin Renessans səciyyəsi daşıdığını 
göstərmişlər.  Lakin  həmin  ideyaya  avropasentrist  meyarlarla  yanaşma  tərzi  hal-
hazırda da aparıcı mövqe tutmaqdadır. Azərbaycan Renessansı probleminin həllinə 
“Şərqin tarixi inkişaf prosesinin  kifayət  qədər öyrənilməməsi və  düşüncə tərzinin 
“avropasentrizmi”
164
  mane  olur.  Azərbaycan  tarix  elminin  son  50  ildə 
Azərbaycanın  ictimai-iqtisadi  və  siyasi  inkişaf  problemlərinin  həlli  sahəsindəki 
uğurları  şəraitində  bu,  xüsusilə  təəssüf  olunası  faktdır.  Bəzi  tədqiqatçılar  “Şərq 
sentrizmi”  (əslində  “avropasentrizm”in astar  üzü)  mövqeyindən çıxış edərək XII-
XIII  əsrlərdə  Azərbaycanda  Renessansın  mümkünlüyünü  sübut  etməyə  çalışırlar. 
R.Əliyev  Nizami  Gəncəvinin  yaşadığı  dövrü  belə  təsvir  edir:  “Sosial  tərəqqinin 
başqa  bir  göstəricisi  feodalların  “burjualaşması”  idi…  Monqolların  hücumundan 
qabaq  Azərbaycanda  və  qonşu  ölkələrdə  feodal  ictimai  münasibətləri  elə  bir 
səviyyəyə  çatmışdı  ki,  yeni,  daha  yüksək  sosial-iqtisadi  formasiyanın  meydana 
gəlməsi  üçün  zəmin  yaranmışdı…Şərqdən  gətirilmiş  mədəniyyət  Avropanın 
ümumi  tarixi  inkişaf  prosesini  xeyli  sürətləndirdi.  Sonralar  Avropada  İntibah 
dövrünü  (Renessansı)  doğuran  bütün  ilkin  şərtlərin  hamısı  bu  dövrdə 
yaranmışdı”.
165
  XII-XIII  əsrlərdə  feodalların  “burjualaşması”  prosesinin  baş 
verdiyini  sübut  edən  tarixi  faktlar  yoxdur.  Şəhər  həyatının  çiçəklənməsi  və  pul 
tədavülünün  artımı,  sənətkarlığın  inkişafı  isə  o  dövrün  bütün  Şərq  aləmi  üçün 
səciyyəvi  idi.  R.Əliyev  “yeni,  daha  yüksək  sosial-iqtisadi  formasiya”  ifadəsi  ilə 
məhz  kapitalizmi    nəzərdə  tutur.  Hər  hansı  bir  xalqın  İntibahında  kapitalist 
elementlərinin  təşəkkülünün  həlledici  olduğunu  sübut  etməyə  çalışmaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə