Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   12   13   14   15   16   17   18   19   ...   138

35 
 
hadisə  olan  mədəniyyət  ictimai,  siyasi,  iqtisadi,  ideoloji  amillərin  güclü  təsiri 
altında  inkişaf  edir,  həmin  amillərə  özünün  müəyyən  əks-təsirini  göstərir.  Orta 
əsrlərdə siyasi və ideoloji amillərin mədəni həyata təsiri daha çox nəzərə çarpırdı. 
Azərbaycan  mədəniyyətinin  orta  əsrlərdəki  inkişafı  problemlərini  öyrənərkən 
nəzərə  almaq  zəruridir  ki,  bu  mədəniyyət  doğma  zəmininə  bağlı  olmaqla  yanaşı 
universal,  regional  kontekstlərin  də  məhsuludur.  Yəni:  1.  Azərbaycan  nəinki 
coğrafi,  habelə  mədəni-tarixi  baxımdan  Şərq  ölkəsidir  və  azərbaycanlılar  qonşu 
olduqları  xalqlarla  çoxəsrlik  qarşılıqlı  mədəni-tarixi  təsir  prosesində  olmuşlar;  2. 
VII  əsrdən  etibarən  Azərbaycan  islam  regionuna,  “müsəlman  mədəniyyəti” 
sisteminə  daxil  olan  ölkə  kimi  təşəkkül  tapmışdır  və  orta  əsrlərdə  islam  dininin 
ictimai həyatın bütün sahələrindəki rolu aparıcı idi; 3. Türk xalqlarından biri kimi 
azərbaycanlılar  türk  dünyasında  baş  vermiş  universal  səciyyəli  mədəni-tarixi 
hadisələrdən kənarda ola bilməzdilər. Beləliklə, “azərbaycanlılar milliyyət etibarilə 
türk, din etibarilə islam, mədəniyyəti - əsasiyyə etibarilə şərqlidirlər”.
122
 
Milli  mədəniyyət  monolit,  daxilən  vahid  prosesdir  və  millətin  (xalqın) 
konkret tarixi ilə bağlıdır. Azərbaycan xalqının yaşarılılığının, digər xalqlara güclü 
mədəni-tarixi  təsirinin  başlıca  mənbəyi  onun  çoxəsrlik  inkişaf  prosesi  ərzində 
yaratdığı,  daim  zənginləşən  mədəniyyət  potensialındadır.  Mədəniyyət  tarixçisinin 
vəzifəsi  keçmişdə  baş  vermiş  mədəni  inkişaf  prosesini  öyrənməkdir.  O,  müasir 
mədəniyyət  üçün  xas  olan  keyfiyyətləri  orta  əsrlərin  mədəni  həyatına  şamil 
etməməlidir.  Mədəniyyət  tarixçisi  müasir  mədəni  sistemlə  keçmiş  mədəniyyəti 
üzvi  şəkildə  əlaqələndirməlidir.  Keçmiş  mədəni  proseslərə  müasir  meyarlarla 
yanaşmaq  arzuolunmaz  və  qeyri-elmi  mövqedir.  “Mühakimə  etməməli,  lakin 
anlamalı. Tarixçinin və xüsusilə XX əsrin sonunun tarixçisinin devizi belədir”.
123
 
Mədəniyyət 
nəzəriyyəsi 
və 
mədəniyyət 
tarixinin 
metodoloji 
problemlərinin təhlili, həlli olmadan Azərbaycan mədəniyyətinin çoxəsrlik inkişaf 
prosesini  elmi,  obyektiv  surətdə  öyrənmək  qeyri-mümkündür.  Orta  əsrlərin 
Azərbaycan mədəniyyəti tam, vahid prosesin müəyyən mərhələsi olduğu üçün bu 
mədəniyyətin  tarixi  köklərinin  nəzərdən  keçirilməsi  də  zəruridir.  Azərbaycan 
mədəniyyətinin inkişafında İntibah mərhələsinin xronoloji hüdudları, bu İntibahın 
başlıca  xüsusiyyətləri  məsələləri  də  son  dövrün  elmi  mübahisələri  obyektidir. 
Göstərilən problemlər məcmusunun həlli xeyli dərəcədə Azərbaycanın mədəniyyət 
tarixinin konsepsiyasının işlənib hazırlanmasına yardım edə bilər. 
Mədəniyyət  nəzəriyyəsi  problemləri  ilə  ciddi  şəkildə  Qərbi  Avropa 
tədqiqatçıları  məşğul  olmağa  başlamışlar.  “Mədəniyyət”  (“kultura”)  anlayışını 
kulturoloji  baxımdan,  müasir  mənada  ilk  dəfə  işlədən  tədqiqatçı  XVII  əsrdə 
yaşamış  alman  hüquqşünası  Samuel  Pufendorf  (1632-1694)  olmuşdur.
124
  O, 
mədəniyyəti “insan fəaliyyətinin məcmusu” kimi başa düşürdü və qeyd edirdi ki, 
mədəniyyət  ictimai  həyatın,  insanın  varlığı  ilə  bağlı  olan  fenomendir.  Lakin 
mədəniyyət insan fəaliyyəti nəticələrinin bəsit məcmusu deyildir. O, özünün hər bir 
inkişaf  mərhələsində  konkret-tarixi  məzmuna  malik  olan  prosesdir.  Təbiidir  ki, 


36 
 
XVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai 
hadisələrə  proses  kimi  (dəyişmədə,  inkişafda  və  dinamikada  olan  faktlar  kimi) 
yanaşmağa  imkan  vermirdi.  XVIII  əsr  ərzində  Qərbi  Avropada  maarifçilik 
hərəkatının görkəmli nümayəndələri (xüsusilə Mari Fransua Arue-Volter və Johann 
Qottfrid  Herder)  tərəfindən  ümumdünya  tarixinin  universal  təcrübələri  yaradıldı. 
Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı təsiri, varisliyi problemləri qaldırıldı. Bu 
sahədə  Johann  Qottfrid  Herderin  (1744-1803)  rolu  böyük  idi.  Onun  “Bəşəriyyət 
tarixinin  fəlsəfəsinə  dair  ideyalar”  (1784-1791)  adlı  əsərində  bəşəriyyətin  bütün 
tarixi  inkişaf  yolunu  nəzəri  cəhətdən  təhlil  etmək  cəhdi  göstərildi.
125
  Y.Herder 
hesab  edirdi  ki,  tarixi  inkişaf  prosesinin  başlıca  mənbəyi  mədəniyyətdir.  Herder 
tarix elminin əsas vəzifəsini mədəniyyətin tədqiq olunmasında görürdü. O, dini və 
mənəvi  yaradıcılığın  bütün  növlərini,  insanların  təsərrüfat  fəaliyyətini,  ictimai 
münasibətləri  mədəniyyətin  başlıca  elementləri  kimi  tədqiq  edirdi.
126
  Y.Herder 
qədim Şərq xalqlarının əski dövrlərdə yüksək mədəniyyətə malik olduqlarını sübut 
edir və  etiraf edirdi  ki,  elmi  biliklərin, astronomiyanın ilk elementləri  məhz  Şərq 
ölkələrində  yaranmışdır.  O,  ərəb  (müsəlman)  mədəniyyətinin  Qərbi  Avropa 
mədəniyyətinə  böyük  təsirini  xüsusilə  qeyd  edirdi.
127
  Herder  mədəniyyətin 
inkişafının başlıca əsasının şəhərlərdə olduğunu göstərirdi. 
XIX  əsrin  50-70-ci  illərində  Almaniya  tarixşünaslığında  “mədəni-tarixi 
istiqamət” (məktəb) meydana gəldi və  təşəkkül tapdı. Bu istiqamətə  mənsub olan 
tarixçiləri mədəniyyətin inkişafı tarixinə xüsusi maraq və siyasi tarix problemlərinə 
etinasızlıq  səciyyələndirirdi.
128
  Həmin  məktəbin  nümayəndələri  “mədəniyyət” 
anlayışına  cəmiyyətin  maddi  və  mənəvi  dəyərlərinin  məcmusunu,  dini  inamları, 
etik  idealları,  ənənələri  daxil  edirdilər.  Tarixşünaslıqda  bu  istiqamətin  yaranması 
təbii  və  qanunauyğun  hal  idi.  “Mədəni-tarixi  istiqamət”  tarix  elmində  baş 
verməkdə olan xüsusiləşmə prosesinin nəticəsi idi. Tarixşünaslıqda “mədəni-tarixi 
istiqamət”in  meydana  gəlməsini  adətən  Henrix  Rilin  (1854-1897)  adı  ilə 
əlaqələndirirlər.  Mədəniyyət  nəzəriyyəsi  və  mədəniyyət  tarixi  problemlərinin 
tədqiqində  Qustav  Fraytaqın  (1816-1895)  da  müəyyən  rolu  olmuşdur.  Xarici 
ölkələrin mədəniyyət tarixi elmində Yakob Bürkhardtın mövqeyi müstəsnadır. 50 il 
ərzində  incəsənət  tarixinin  tədrisi  ilə  məşğul  olmuş  Yakob  Burkhardt  İtaliyada 
İntibah  (Renessans)  probleminin  ilk  tədqiqatçısı  idi.  O,  tarixşünaslıqda  ilk  dəfə 
olaraq Avropa mədəniyyətinin təşəkkülünün müəyyən və tam sxemini vermişdir.
129
 
Y.Burkhardt  “mədəniyyət”  anlayışına  maddi  və  mənəvi  dəyərlərin  məcmusunu 
daxil  edirdi.  Ümumiyyətlə,  Almaniya,  Fransa,  İngiltərə  tarixşünaslığında 
mədəniyyət  tarixi  nisbətən  müstəqil  sahəyə  çevrilmiş,  həmin  ölkələrin  mədəni 
inkişaf tarixinə dair xeyli elmi əsər nəşr olunmuşdur. 
Rusiyada  mədəniyyət  tarixinin  öyrənilməsi  prosesində  mühüm  nəticələr 
əldə  edilmişdir.  Hələ  XIX  əsrin  sonunda-XX  əsrin  əvvəllərində  rus 
tarixşünaslığında  orta  əsrlərin  ideya  həyatının  və  mədəniyyətinin  tədqiqi  üzrə 
ixtisaslaşmış  tarixçilər  kütləsi  müəyyənləşməyə  başladı.
130
  Həmin  tarixçilər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə